19 Ramazan

wikishia saytından
(Ramazan 19 səhifəsindən yönləndirilmişdir)

19 Ramazanhicri-qəməri təqvimi ilə ilin 255-ci günüdür.


Bu gün üçün Ramazan ayının bütün günlərinin ümumi əməlləri ilə yanaşı, bəzi xüsusi dua və əməlləri də nəql edilmişdir:


Ramazan ayının on doqquzuncu gününün xüsusi əməlləri və duaları
Namaz
  • Əlli rükət namaz qılınmalıdır.(iki rəkət-iki rəkət) Hər rükətdə Həmd surəsindən sonra bir dəfə Zəlzələ surəsi oxunmalıdır.
Günün duası
اَللّهُمَّ وَفِّرْ فِیهِ حَظِّی مِنْ بَرَکاتِهِ

وَ سَهِّلْ سَبِیلِی إِلَی خَیرَاتِهِ وَ لاتَحْرِمْنِی قَبُولَ حَسَنَاتِهِ

یا هَادِیا إِلَی الْحَقِّ الْمُبِینِ

Duanın oxunuşu: Əllahummə vəffir fihi həzzi min bərəkatih, və səhhil səbili ila xəyratih, və la təhrimni qəbulə həsənatih, ya hadiyən iləl həqqil mubin.

Duanın tərcüməsi: İlahi, bu ayın bərəkətlərindən mənim qismətimi artıq et. Bu ayda xeyir əməllərin yolunu mənim üçün asanlaşdır. Məni bu ayın yaxşı əməllərinin qəbulundan məhrum etmə. Ey aşkar həqiqətə doğru hidayət edən!


Qədr gecələrinin əməlləri
Müştərək əməllər
  • Qüsl.
  • İki rükət namaz qılınmalıdır. Hər rükətdə Həmd surəsindən sonra yeddi dəfə Tövhid surəsi oxunmalıdır. Namaz bitdikdən sonra yetmiş dəfə "Əstəğfirullahə və ətubu ileyh" zikri deyilməlidir.
  • Bu gecələrdə oyaq qalıb, ibadət etmək (əhya saxlamaq)
  • Yüz rükət namaz (iki rükət-iki rükət).
  • Allahummə inni əsəytu ləkə əbdən... duasını oxumaq.
  • Cövşən-kəbir duasını oxumaq.
  • İmam Hüseynin (ə) ziyarəti.
  • Quranı başa qoyub Allahı on dörd məsumu and vermək.
19-cu gecənin əməlləri
  • Yüz dəfə "Əstəğfirullahə rəbbi və ətubu ileyh" zikrini demək.
  • Yüz dəfə Allahumməl-ən qətələtə Əmiril-Muminin demək.
  • Allahumməc-əl fima təqzi və tuqəddiru minəl-əmril-məhtum... duasını oxumaq.
21-ci gecənin əməlləri
  • Ramazan ayının son on gününə aid duaları oxumaq.
  • Ya Mulicəl-ləyli vən-nəhar... duasını oxumaq.
23-cü gecənin əməlləri
  • Ramazan ayının son on gününə aid duaları oxumaq.
  • Rum, Duxan və Ənkəbut surələrini oxumaq.
  • Qədr surəsini min dəfə oxumaq.
  • Cövşən-kəbir, İftitahMəkarimul-əxlaq dualarını oxumaq.
  • Gecənin əvvəlində və sonunda qüsl almaq.
  • Allahumməm-dud li fi umuri və əvsi li fi rizqi... duasını oxumaq.
  • Allahumməc-əl fima təqzi və tuqəddiru minəl-əmril-məhtum... duasını oxumaq.
  • Ya batina fi zuhurihi və ya Zahira fi butunihi... duasını oxumaq.
  • İmam Zamanın (ə.f) salamatlığı üçün dua oxumaq.

Seyid İbn Tavusun “İqbalul-Əmal” kitabında bu gün üçün daha çox dua nəql edilmişdir.[1]