20 Ramazan

wikishia saytından
(Ramazan 20 səhifəsindən yönləndirilmişdir)

20 Ramazanhicri-qəməri təqvimi ilə ilin 256-cı günüdür.

Bu gün üçün Ramazan ayının bütün günlərinin ümumi əməlləri ilə yanaşı, bəzi xüsusi dua və əməlləri də nəql edilmişdir:


Ramazan ayının iyirminci gününün xüsusi əməlləri və duaları
Namaz
  • Səkkiz rükət namaz qılınmalıdır.(iki rəkət-iki rəkət) Hər rükətdə Həmd surəsindən sonra hər hansı bir surə oxunmalıdır.
Günün duası
اَللّهُمَّ افْتَحْ لِی فِیهِ أَبْوَابَ الْجِنَانِ

وَ أَغْلِقْ عَنِّی فِیهِ أَبْوَابَ النِّیرَانِ وَ وَفِّقْنِی فِیهِ لِتِلاوَةِ الْقُرْآنِ

یا مُنْزِلَ السَّکینَةِ فِی قُلُوبِ الْمُؤْمِنِینَ

Duanın oxunuşu: Əllahumməftəh li fihi əbvabəl cinan, və əğliq ənni fihi əbvabən-niyran, və vəffiqni fihi litilavətil Qur`an, ya munziləs-səkinəti fi qulubil mu`minin.

Duanın tərcüməsi: İlahi, bu gün mənim üçün behişt qapılarını aç və cəhənnəm qapılarını bağla. Bu gün məni Quran oxumağa müvəffəq et. Ey möminlərin qəlblərinə aramlıq göndərən!

Ramazan ayının axır on gününün duaları və əməlləri
Hər gecə oxunan dualar
  • Bu duanı oxumaq:

Əuzu bihəlali vəchikəl-kərim ən yənqəziyə ənni şəhru Rəməzanə əv yətluəl-fəcru min ləyləti həzihi və ləkə qibəli zənbun əv təbətun tuəddibuni əleyh.

  • Bu duanı oxumaq:

Allahummə innəkə qultə fi kitabikəl-munzəl şəhru Rəməzanəl-ləzi unzilə fihil-Quran hudən lin-nas...

Hər namazdan sonra oxunan dualar

Allahummə əddi ənna həqqə ma məza min şəhri Rəməzanə vəğfir ləna təqsirəna fihi və təsəlləmhu minna məqbula və la tuaxizna bi israfina əla ənfusina vəc-əlna minəl-mərhuminə və la təcəlna minəl-məhrumin.

Seyid İbn Tavusun “İqbalul-Əmal” kitabında bu gün üçün daha çox dua nəql edilmişdir.[1]