12 Ramazan
(Ramazan ayının 12-ci günü səhifəsindən yönləndirilmişdir)
12 Ramazan — hicri-qəməri təqvimi ilə ilin 248-ci günüdür.
- H.q 1: Ənsar və Mühacirlər arasında qardaşlıq əqdinin bağlanması.
- H.q 60: Qeys ibn Mushir, Əbdür-Rəhman Ərhəbi və Umarə Səluli tərəfindən Kufəlilərin 150 ədəd məktubunu İmam Hüseynə (ə) çatdırmaları.
- H.q 597: Əhli-sünnət tarixçisi və fəqihi İbn Cəvzinin vəfatı.
- H.q 1312: Fəqih və mühəddis Məhəmməd Təqi Mamaqaninin vəfatı.
- H.q 1343: İngilislərin əleyhinə fətva verən İraq mərcə-təqlidlərindən Mehdi Xalisinin vəfatı.
- H.q 1404: Seyyid Əli Qazi Təbatəbainin şagirdlərindən və şiə arifi olan Seyyid Haşim Həddadın vəfatı.
- İmam Sadiqdən (ə) rəvayətə əsasən Həzrət İsaya (ə) İncilin Ramazan ayının on ikinci gecəsi nazil olması.[1]
Ramazan ayının onikinci gününün xüsusi əməlləri və duaları | |
Namaz |
|
Günün duası |
وَ اسْتُرْنِی فِیهِ بِلِبَاسِ الْقُنُوعِ وَ الْکفَافِ وَ احْمِلْنِی فِیهِ عَلَی الْعَدْلِ وَ الْإِنْصَافِ وَ آمِنِّی فِیهِ مِنْ کلِّ مَا أَخَافُ بِعِصْمَتِک یا عِصْمَةَ الْخَائِفِینَOxunuşu: Əllahummə zəyyinni fihi bissitri vəl əfaf, vəsturni fihi bilibasil qunui vəl kəfaf, vəhmilni fihi ələl ədli vəl insaf, və aminni fihi min kulli ma əxaf, biismətikə ya ismətəl xaifin. İlahi, Öz gözətçiliyinlə bu gün məni günahlardan qorunmaq və iffətli olmaqla zinətləndir, mənə qənaət və kifayət libası geyindir, məni bu gün ədalət və insafa vadar et, məni qorxduğum işlərdən amanda saxla, ey qorxanların gözətçisi! |
Seyid İbn Tavusun “İqbalul-Əmal” kitabında bu gün üçün daha çox dua nəql edilmişdir.[2]
İstinadlar
- ↑ Kuleyni, Əl-Kafi, c.4, s. 157
- ↑ https://lib.eshia.ir/71423/1/281, cild 1, səh.281