Məsumun təqriri

wikishia saytından
(Sünnətin təqriri səhifəsindən yönləndirilmişdir)

Məsumun təqriri (ərəbcə: تقرير المعصوم), Məsumun (ə) onun hüzurunda edilən danışıq və ya davranış qarşısında susmasıdır və onun bununla müxalifətçilik etməməsinə işarədir. Məsumun təqriri onun danışıq və əməlinin kənarında İslam hökmlərinin dəlillə sübut edilməsinin dörd mənbəsindən biri olan sünnənin bir alt kateqoriyasıda qərar tutur. Şiə məzhəbinə görə məsumun təqriri dedikdə İslam Peyğəmbəri (s), Həzrət Fatimə (s) və On iki İmamın (ə) təqriri nəzərdə tutulur.

Usul alimlərinin fikrincə, Məsumun təqriri müəyyən şəraitdə mötəbərdir ki, bunlar arasında Məsumun həyata keçirilən hərəkətə diqqət yetirməsi və bu barədə öz rəyinin bəyan edə bilməsinin mümkünlüyü var. Təqririn dəlil olmasının səbəbi budur ki, İmama pis işlərin qarşısında durmaq vacibdir və bunu tərk etmək onun məsumluğuna ziddir.

Tərifi

"Məsumun təqriri" dedikdə, onun hüzurunda edilən söz və rəftar qarşısında susması nəzərdə tutulur.[1] Üsul-fiqh elmində məsumun təqriri bəzi şərtlərlə bir rəftarın ya danışığın düz və ya icazəli olmasına dəlalət edir ki, onun qarşısında bəyan edilsin və ya əməl olunsun.[2] Çünki Məsumun zalımı pislikdən çəkindirməyə və cahil olduğu halda isə ona doğru yolu göstərmək barədə vəzifəsi var.[3]

Məsələn, bir şəxs məsumun hüzurunda dəstəmaz alsa və məsum onu görüb bir söz deməsə, bu sükut, məsumun təqriri adlanır və belə dəstəmazın düzgün olmasına işarə sayılır.[4] Təqrir lüğətdə etiraf etmək, qəbul etmək və imzalamaq mənasındadır.[5]

Mövzunun əhəmiyyəti

Məsumun (ə) təqriri Üsul elminin mövzularından biridir.[6] Məsumun danışığı və rəftarı kimi məsələ sünnənin bir alt kateqoriyasıdır.[7] Sünnət, Quran, ağılicma ilə yanaşı, dini hökmlərin çıxarılmasının dörd əsas mənbələrindən biridir.[8]

Təqrir şiələrə məxsus deyil. Sünnilər də fiqhi hökmləri dəlil gətirməklə əldə etmək üçün ona istinad edirlər.[9] Şiələr Peyğəmbər (s), Həzrət Fatimə (s) və on iki imamın təqririni dəlil hesab edirlər.[10] Amma sünni məzhəbində isə Peyğəmbərin (s) təqririni dəlil hesab edirlər.[11] Bəzi əhli-sünnə alimlərinin rəyinə görə birinciikinci xəlifələrin təqriri, digərlərinin rəyinə görə isə Peyğəmbərin (s) bütün səhabələrinin təqriri dəlildir.[12]

Məsumun təqririnin höccət olmasının dəlilləri

Məsumların təqririnin höccət olmasını sübut etmək üçün bəzi dəlillər irəli sürülüb: Bəziləri deyiblər ki, məsumların (ə) mövqeyi onların dini məqsədləri qorumağa çalışdığını göstərir. Ona görə də onlar dinə zidd hərəkətlər və sözlər qarşısında susmamalıdırlar.[13]

Bir qrup da yaxşılığa əmr edib pislikdən çəkindirməyin vacib olduğuna dəlil gətiriblər. Məsum bir şəxs heç vaxt vacib bir əməli tərk etmir. Buna görə də onun, barəsində rəy bildirməsi mümkün olan davranış və ya danışıq qarşısında susması həmin hərəkətin və ya sözün caiz və ya düzgün olmasına dəlalət edir.[14]

Təqririn növləri

Üsul barəsində olan yazıların bəzilərində təqrir - qarşısında sükut edildiyi əmələ görə - iki növə bölünür: Əməli və danışıq (və ya hökmi).[15] Digər bəzilərində bu iki növə əqidəvi təqrir də əlavə edilmişdir;[16] Bu o deməkdir ki, insan Allah, məad və bu kimi məsələlərdə xüsusi əqidəyə malikdir və məsumların hüzuruna çatır və məsum bu inanclar qarşısında susar.[17]

Təqririn höccət olmasının şərtləri

Usulçular, aşağıdakı şərtlər yerinə yetirildiyi təqdirdə bir davranış və ya danışığı qarşısında məsumun susmağını dəlil hesab edirlər:

  • Məsum qarşısındakı danışıq və rəftardan xəbərdar olmalı və ona diqqət etməlidir.[18]
  • Məsumun (ə) fikir söyləmək şəraiti mümkün olsun. Məsələn, Məsum bir adamın yanında bir rəftar etmiş şəxs dərhal oradan getməmişdir.[19]
  • Məsumun fikir bildirməsi üçün heç bir maneə olmamalıdır. Məsələn, İmam öz canının və ya şiələrinin qorxusundan susmağa məcbur olmamalıdır.[20]
  • Sükutdan əvvəl Məsum şəxs o davranışı və ya danışığı rədd edərək bir söz demədi.[21]

İstinadlar

  1. Müzəffər, Usulul-fiqh, İsmailiyyan, c.3, s.66
  2. Müzəffər, Usulul-fiqh, İsmailiyyan, c.3, s.66
  3. Müzəffər, Usulul-fiqh, İsmailiyyan, c.3, s.66
  4. Əsğəri, Usulul-fiqh ba şərhe farsi, h.ş 1386, c.2, s.133
  5. Əsğəri, Usulul-fiqh ba şərhe farsi, h.ş 1386, c.2, s.133
  6. Bəhrani, Şərhul-usul, h.q 1428, c.1, s.15
  7. Müzəffər, Usulul-fiqh, İsmailiyyan, c.3, s.61
  8. Muhəmmədi, Şərhe usule fiqh, h.ş 1387, c.3, s.285; Şəhabi, Təqriratu usul, h.ş 1321, s.15
  9. Əbu Şuhbe, Əl-vəsitu fi ulumin və mustələhil-hədis, Darul-kutubil-ərəbi, c.1, s.204
  10. Mühəqqiq Damad, Məbahisi əz usule feqh, h.ş 1362, c.2, s.45
  11. Əbu Şuhbe, Əl-vəsitu fi ulumin və mustələhil-hədis, Darul-kutubil-ərəbi, c.1, s.204
  12. Musəvi Bocnurədi, Elme Usul, h.ş 1379, s.286-287
  13. Mərkəze ettelaat və mədareke İslami, Fərhəngname Usule feqh, h.ş 1389, s.399; Şəhrkani, Əl-mofid, h.q 1430, c.2, s.91-93
  14. Mühəqqiq Damad, Məbahisi əz Usule feqh, h.ş 1362, c.2, s.48-50
  15. Şirvani, Təhriru Usuli fiqh, h.ş 1385, s.211
  16. Muhəmmədi, Şərhu Usuli fiqh, h.ş 1387, c.3, s.111
  17. Muhəmmədi, Şərhu Usuli fiqh, h.ş 1387, c.3, s.111
  18. Muhəmmədi, Şərhu Usuli fiqh, h.q 1387, c.3, s.111-112
  19. Əsğəri, Usulul-fiqh ba şərhe farsi, h.ş 1386, c.2, s.133
  20. Muhəmmədi, Şərhu Usuli fiqh, h.q 1387, c.3, s.112
  21. Nəraqi, Ənisul-müctehidin, h.ş 1388, c.1, s.334; Nəraqi, Təcridul-usul, h.ş 1384, s.71; Ənsari, Xulasətul-qəvanin, h.q 1397, s.134

Ədəbiyyat

  • Əbu Şuhbe, Muhəmməd ibn Muhəmməd, Əl-vəsitu fi ulumin və mustələhil-hədis, Qahirə, Darul-fikril-ərəbi
  • Əsğəri, Abdullah, Usulul-fiqh (ba şərhe farsi), Qum, 2-ci çap, h.ş 1386
  • Ənsari, Əhməd, Xulasətul-qəvanin, Qum, 2-ci çap, h.q 1397
  • Bəhrani, Muhəmməd Sənqur Əli, Şərhul-usul min hələqətis-saniyə, Qum, Nəşre Muəllif, 3-cü çap, h.q 1428
  • Şəhabi, Məhmud, Təqriratu Usul, Tehran, Çapxane Haci Muhəmməd Əli Elmi, 7-ci çap, h.ş 1321
  • Şəhrkani, İbrahim İsmail, Əl-mofidu fi şərhi usulil-fiqh, Qum, Nəşre zəvil-qurba, h.q 1430
  • Şirvani, Əli, Təhriru usulil-fiqh, Qum, Darul-elm, 2-ci çap, h.ş 1385
  • Mühəqqiq Damad, Mustafa, Məbahisi əz usulu fiqh, Tehran, Mərkəze nəşre ulume İslami, h.ş 1362
  • Muhəmmədi, Əli, Şərhe Usulu fiqh, Qum, Darul-fikr, 10-cu çap, h.ş 1387
  • Mərkəze ettelaat və mədareke İslami, Fərhəngname Uuslu fiqh, Qum, Pejuheşqahe ulum və fərhənge İslami, h.ş 1389
  • Müzəffər, Muhəmməd Riza, Usulul-fiqh, Qum, İsmailiyyan
  • Musəvi, Muhəmməd, Elmu Usul, Tehran, Muəssisətu tənzim və nəşre asare İmam Xomeyni, h.ş 1379
  • Nəraqi, Muhəmməd Mehdi ibn Əbizər, Ənisul-müctehidin, Qum, Bustane ketab, h.ş 1388
  • Nəraqi, Muhəmməd Mehdi ibn Əbizər, Təcridul-usul, Qum, Nəşre Seyyid Mürtəza, h.ş 1384