İsmət

wikishia saytından
Bu məqalə ismət (məsumluq) barəsindədir. Peyğəmbərlərin və ya İmamların isməti haqda məlumat almaq üçün bu məqalələrə daxil olun: Peyğəmbərlərin məsumluğuİmamların isməti

İsmət (ərəbcə: العصمة), məsum bir insanın günah və xətadan qorunması və amanda qalmasıdır. Şiə və mötəzilə alimləri isməti Allahın lütfü, müsəlman filosofları isə ruhun mələkəsi (adəti) kimi tərif etmişlər ki, bu da məsum şəxsin günah və xətadan çəkinməsinə səbəb olur.

Günah və xətadan məsum olmağın mənşəyi və səbəbi ilə bağlı müxtəlif fikirlər irəli sürülüb. Bunlardan bəzilərinə aşağıdakılardan ibarətdir: İlahi lütf, xüsusi elm, iradə və seçim, insan və ilahi təbii amillərin məcmusu.

Kəlam alimləri və filosoflar isməti iradə azadlığına uyğun olduğunu hesab etməklə yanaşı, məsum bir şəxsin günah işlətməyə qadir olduğunu, ancaq günah etmədiklərini qəbul edirlər. Buna görə də belə bir şəxs mükafat və savaba layiqdir.

Peyğəmbərlərin məsumluğuna etiqad bəsləmək bütün müsəlman alimlərinin qəbul etdiyi bir etiqaddır. Təbii ki, ismətin həddi ilə bağlı fikir ayrılığı vardır. Peyğəmbərlərin şirkküfrdən məsum olmaları, vəhy almaqda və çatdırmaqda məsum olmaları, habelə nübüvvətdən sonra qəsdən edilən günahlardan məsum olmaları alimlərin həmfikir olduğu məsələlərdəndir.

İmamiyyə alimləri şiə imamlarını (ə) həyatları boyu hər hansı böyük və kiçik günahlardan, habelə xəta və nöqsanlardan məsum hesab edirlər. Əllamə Məclisiyə görə, şiələr bütün mələklərin də böyük və kiçik günahlardan məsum olmasında həmfikirdirlər.

İsmət barəsində bəzi irad və şübhələr irəli sürülüb. O cümlədən, bəziləri isməti müxtəlif şəhvani və nəfsani qüvvələrə malik olan insan təbiəti ilə uyğun olmadığını hesab edirlər. Bu iradın cavabında bəyan olunmuşdur ki, insanın şəhvani və nəfsi istəklərin mövcudluğu yalnız günaha bulaşmağın zəminəsini təşkil edir və bu isə, onun yerinə yetirmək demək deyil. Çünki elm və iradə kimi maneələr bu kimi meyl və istəklərin təsirini aradan qaldırır.

Əhəmiyyəti

Şiə məzhəbinin kəlam elmində müxtəlif əsərlərinin müəllifi olan Seyid Əli Hüseyni Milaniyə görə, ismət məsələsi hər bir islam məzhəbinin öz nöqteyi-nəzərindən bəhs etdiyi mühüm kəlami və dini məsələlərdəndir. İsmətin məsum şəxsin söz və əməllərinin höccət olması ilə əlaqəsi bu məsələnin əhəmiyyətini və həssaslığını daha da artırmışdır. Onun fikrincə, sünnilər müsəlman hakimlərinin məsumluğuna inanmadıqları üçün ismət məsələsini yalnız nübüvvət mövzusu altında müzakirə edirlər. Ancaq, şiələr bunu nübüvvətlə yanaşı, imamət mövzuları altında da bəhs edirlər. Çünki, şiələr peyğəmbərlərdən əlavə imamları da məsum hesab edirlər. Onun fikrincə, ismət məsələsi müsəlmanların müştərək məsələlərindəndir. Lakin məsumun kim olması və digər təfərrüatları barəsində məzhəblər arasında çoxlu fərqlər vardır.[1]

İsmət məsələsi kəlam elminin bəhslərindən olmaqla yanaşı, kəlami mənbələrdə peyğəmbərlərin, imamların və mələklərin məsumluğu mövzuları altında bəhs edilir.[2] Quranın bəzi təfsirlərində də Təthir ayəsi kimi bəzi ayələrin altında ismət və ona bağlı məsələlər geniş şəkildə bəhs edilir.[3] Üsuli-fiqh elmində də sünni alimləri ümmətin məsumluğunu icmanın höccət olmasının meyarı hesab etmişlər. Çünki onlara görə islam ümməti Peyğəmbərin (s) canişinidir və din məsələlərində səhv və yalandan məsumdur. Digər tərəfdən də, şiə alimləri İmamın məsumluğunu icmanın höccət olmasının meyarı hesab etmişlər. Çünki onlara görə, imam peyğəmbərin (s) canişinidir və onun kimi məsumdur və icma, məsum kəlamını aşkara çıxartdığı üçün höccətdir.[4]

İsmət məsələsi barəsində xristianlıq və yəhudilik kimi dinlərdə də bəhs edilmişdir. Xristianlar İsadan (ə) başqa İncil müəlliflərini və Papanı (Katolik Kilsəsinin rəhbəri) də məsum hesab edirlər. Təbii ki, Papanın məsumluğuna inam yalnız katolikliyə xas bir məsələdir.[5]

Tərifi

Müsəlman kəlam alimləri və filosofları öz prinsiplərinə əsaslanaraq ismətə müxtəlif təriflərini vermişlər. Onlardan bəziləri bunlardır:

* Kəlam alimlərinin tərifi:

Ədliyyə alimləri (İmamiyyə[6]Mötəzilə )[7] isməti lütf əsasında tərif etmişlər.[8] Yəni, ismət Allahın bəndəsinə verdiyi lütfdür və onun vasitəsilə məsum şəxs pis işlər görməz və ya günah etməz.[9] Əllamə Hilli ismətin tərifində belə deyir:

“Bu, Allahdan öz bəndəsinə elə bir gizli lütfüdür ki, bu lütfə nail olan şəxs artıq Allahın itaətini tərk etmək və ya günah işlətmək niyyətində olmaz; baxmayaraq ki, bunu etməyə qadirdir.”[10] Əşəri alimləri isə, isməti Allahın məsum insanda günah yaratmaması kimi tərif etmişlər.[11] Bu tərifin əsasını isə, əşərilərin hər şeyin vasitəsiz olaraq Allaha istinad verilməsi təşkil edir.[12]

* Filosofların tərifi isə belədir:

Müsəlman filosofları isməti cismani mələkə (adət, ruhi güc) kimi tərif etmişlər. Belə bir mələkəyə, ruhi gücə sahib olan insan əsla günah etməz.[13]

Müasir dövrün təfsir və kəlam alimi olan Ayətullah Sübhani isməti tərif edərkən günahdan məsum olmaqla xətadan məsum olmaq arasında fərq qoymuş və bir növ ədliyyə alimlərinin və filosofların təriflərini cəm etmişdir. O, günahdan məsum olmağı təqvanın ən yüksək dərəcəsi və batini güc və ya nəfsi mələkə hesab edirdi ki, bu da günahsız insanın mütləq günah işlətməsinə mane olur, habelə belə bir şəxsin günah barəsində düşünməsinin də qarşısını alır.[14] Səhv və xətadan məsumluğu isə, qəflətə düçar olmayan bir elm hesab edirdi ki, bunun nəticəsində məsum insanın fikrində əşyaların həqiqi sürəti aşkara çıxar və bu da onun xəta və səhvlərdən amanda olmasına səbəb olar.[15]

"İsmət" sözü, “əsimə” söz kökündən olub, saxlamaq və qorumaq mənasını daşıyır.[16]

İsmətin mənşəyi

İsmətin mənşəyi, yəni günah və xətadan məsum olmağın səbəbi ilə bağlı müxtəlif fikirlər söylənmişdir. Məsələn, Allahın məsum şəxsə olan lütfü, məsum şəxsin günahların nəticələri haqqında xüsusi elmi, məsum şəxsin iradəsi və seçimi və s.

Əlbəttə, bəzi müasir tədqiqatçılar hesab edirlər ki, məsum olmaq tək bir amilin nəticəsi deyil, əksinə bəzi təbii amillər (irs, mühit və ailə), insan amilləri (elm və agahlıq, iradə, seçim, əql və nəfsani mələkə) və ilahi amil (lütf və Allahın xüsusi inayəti) kimi amillərin məcmusu ismətin mənşəyidir.[17]

İlahi lütf

Şeyx MufidSeyid Mürtəza isməti Allahın məsumlara olan lütfünün nəticəsi hesab edirlər.[18] Əllamə Hilli bu İlahi lütfün mənşəyi olaraq dörd səbəb bəyan etmişdir:

  1. Günahdan çəkindirən mələkəni formalaşdıran nəfsani və ya cismani xüsusiyyət.
  2. Günahların fəsadını və itaətin savabına olan elm
  3. Məsumun günahlara və itaətin həqiqətinə dair baxışlarını dərinləşdirən vəhyin və ya ilhamın verilməsi (vəhy və ya ilham vasitəsi ilə elmin təsdiqi)
  4. Tərki-övlanı (daha yaxşını yaxşıya görə tərk etmək) tərk etməkdə Allahın cəzasına diqqət yetirmək.[19]

Xüsusi elm

Bəzi alimlər məsumluğun mənşəyini elm və günahların aqibətinə və itaətin savabına olan xüsusi dərk hesab edirlər.[20] Əllamə Təbatəbainin fikrincə, məsumlar Allahın verdiyi elmlərə sahib olduqları üçün onlar güclü iradəyə malikdirlər. Onlar belə bir elmlə heç vaxt günaha tərəf getməzlər.[21] Bu elm adi elmlər kimi təlimlə ələ gəlməz, şəhvət və digər qüvvələr tərəfindən məğlub edilə bilməz.[22]

Elm və iradə

Məhəmməd Təqi Misbah Yəzdi məsumların ismətinin sirrini iki ünsürdə bəyan edir: həqiqətləri və kamillikləri bilmək və onlara nail olmaq üçün güclü iradəyə sahib olmaq! Çünki, cəhalətdə olan insan həqiqi kamilliyi dərk etməz və həqiqi kamilliyin yerinə xəyali kamillik qoyacaqdır. Habelə, bir insan lazımi iradəyə malik olmasa, istədiyi məqsədə çata bilməyəcək.[23] Onun fikrincə, məsum bir şəxs xüsusi elmə və güclü iradəyə malik olduğu üçün heç vaxt öz iradəsi ilə günaha meyl etməz və hər halında Allaha itaət edər.[24]

İsmət və ixtiyar

Livanlı şiə mərcəi-təqlidlərindən olan Seyyid Məhəmməd Hüseyn Fəzlullah ismətin cəbrə söykənən bir həqiqət olduğunu qəbul edir.[25] Bununla belə, Əli Rəbbani Gülpayqaninin fikrincə, müasir kəlam alimləri və filosoflar ismətin iradə azadlığına uyğun olduğunu, məsum şəxsin isə günah etməyə qadir olması barədə həmfikirdirlər.[26] Əqli cəhətdən isə, əgər məsum bir şəxs itaəti yerinə yetirməkdə və günahlardan çəkinməyə məcbur olarsa, bu zaman onun mədh ounması və savaba layiq olması mənasız olacaq, həmçinin onun bir şeyə əmr olunması və ya bir şeydən çəkindirilməsi, habelə mükafatlara və cəzalara layiq görülməsi əsassız olacaqdır.[27]

Müasir dövrün böyük filosoflarından və təfsirçilərindən olan Abdullah Cavadi Amulinin nəzərincə, cəbrə söykənən ismət, məsum şəxsin insanlar üzərində höccət olması ilə, habelə Allahın insanlara məsum şəxsə itaət etməsi xüsusunda verdiyi əmrlə ziddiyyət təşkil edir və əgər günah işləmək mahiyyət etibarilə qeyri-mümkün olsa, bu zaman itaət də fitrətən zəruri olacaqdır və belə olan halda itaətə də əmr olunmazdı və müjdəyə, xəbərdarlığa və vədlərə də ehtiyac olmazdı.[28]

Əllamə Təbatəbai ismətin ixtiyarla uyğun olması barəsində belə yazır: “İsmətin mənbəyi Allahın məsumlara verdiyi xüsusi elmdir”. Elmin özü ixtiyarın əsaslarından biridir. Deməli, məsum şəxs əməllərin pis və yaxşı yönlərinə elmləri olduqları üçün günah işlətmirlər. Zəhərin ölümcül olduğunu dəqiq bilən və onu heç vaxt yeməyən insan kimi.[29]

Filosof və şiə təfsirçisi Məhəmməd Təqi Məsbah Yəzdi ismətin təkcə elmi mələkə deyil, habelə elmi-əməli mələkə olduğunu qəbul edir. Yəni, ismət məsum şəxsin elmi ixtiyarının Allahın ona əta etdiyi elm ilə uyğunluğunun nəticəsidir.[30] O, öz nəzərini izah edərək belə deyir: hər kəs bu dünyaya özünəxas istedad və ilahi nemətlər sərmayəsi ilə gəlir. Bu istedad və nemətləri aktiv etmək isə insanın öz əlindədir. Məsum şəxsin ismətinin müqəddiməsi olan elm də Allahın məsum şəxsə verdiyi hədiyyədir. Ancaq, Allah bu hədiyyə insana nəyisə təhmil etmir. Yəni, Allahın bəxş etdiyi bu sərmayədən ifaydalanmaq və onu elmlə uyğunlaşdırmaq, məsum şəxsin öz səyindən asılıdır.[31]

Peyğəmbərlərin isməti

Əsas məqalə: Peyğəmbərlərin məsumluğu

Peyğəmbərlərin vəhy mövzusunda məsum olmaları bütün ilahi dinlərin müştərək prinsiplərindən biri hesab edilmişdir.[32] Baxmayaraq ki, ismətin nə olduğu və onun mərtəbələri barəsində dinlər, habelə İslam dininin məzhəbləri arasında fikir ayrılığı vardır.[33] Müsəlman kəlam alimləri ismət mövzusunda üç məsələ üzərində həmfikirdirlər.

  1. Peyğəmbərlərin nübüvvətdən əvvəl və sonra şirkküfrdən məsum olması
  2. Peyğəmbərlərin vəhyi qəbul etmək, qorumaq və çatdırmaqda məsum olması
  3. Peyğəmbərlərin peyğəmbərlikdən sonra qəsdən edilən günahlardan məsum olması

Lakin alimlər üç məsələdə ixtilaf ediblər:

  1. Peyğəmbərlərin nübüvvətdən sonra bilmədən günah etməkdən məsum olması
  2. Peyğəmbərlərin nübüvvətdən əvvəl qəsdən edilən günahlardan məsum olması
  3. Peyğəmbərlərin ictimai və şəxsi həyatlarında məsum olması.

İmamiyyə şiələri peyğəmbərlərin qeyd olunan bütün məsələlərdə məsum olduqlarına inanırlar. Yəni, peyğəmbərlər insanların nifrətinə və onlardan uzaqlaşmasına səbəb olan hər şeydən məsumdurlar.[34] İnsanların peyğəmbərlərin nübüvvətinə inanması və güvənməsi peyğəmbərlərin məsum olmasının zəruriliyinin əqli dəlillərindən biridir.[35] Bundən əlavə, bu məsələdə Quran ayələrinə[36] və bəzi hədislərə[37] istinad edilmişdir.[38] Peyğəmbərlərin ismətini qəbul emtəyən alimlər bütün peyğəmbərlərin məsum olması ilə uyğun olmayan ayələri və ya bəzi peyğəmbərlərin məsum olması ilə uyğun olmayan ayələri dəlil gətirmişlər.[39] Bu dəlillərə cavab olaraq qeyd etmək lazımdır ki, bu ayələr mütəşabih ayələrdəndir ki, onları təfsir etmək və doğru anlamaq üçün möhkəm ayələrə müraciət etmək lazımdır.[40] Bundan əlavə, peyğəmbərlərin məsum olmasına zidd olan bütün ayələr tərki-övla mənasında təfsir olunmuşdur.[41]

İmamların məsum olması

Əsas məqalə: İmamların məsumluğu

İmamların məsum olması imamiyyə məzhəbinə görə imamətin şərtlərindən olduğu üçün şiə məzhəbinin əsas əqidələrindən biri hesab olunur.[42] Əllamə Məclisinin fikrincə, imamiyyə məzhəbinə əsasən İmamlar (ə) böyük və kiçik günahlardan, istər qəsdən, istərsə də səhvən yerinə yetirilən günahlardan məsumdurlar.[43] Deyilənə əsasən, ismailiyyə məzhəbi də isməti imamətin şərti hesab edir.[44] Bütün bunların müqabilində isə, əhli-sünnə məzhəbi isməti imamətin şərti hesab etmir.[45] Çünki, onların fikrincə, raşidi xəlifələri imam idilər, ancaq məsum deyildilər.[46] Vəhhabilər də şiə imamlarının məsum olmasını qəbul etmir və bunu yalnız peyğəmbərlərə aid hesab edirlər.[47]

Ayətullah Cəfər Sübhaninin fikrincə, peyğəmbərin (s) məsum olması üçün irəli sürülən bütün əqli dəlillər, məsələn, risalət məqsədlərini yerinə yetirmək və insanların etimadını qazanmaq və s. kimi dəlillər imamın məsum olması məsələsində də irəli sürülür.[48] Şiə kəlam alimləri İmamların (ə) məsum olmasını sübut etmək üçün çoxsaylı ayə və rəvayətlərə istinad edirlər. O cümlədən, Həzrət İbrahimin (ə) imtahan olunması ayəsi,[49] Ulil-əmr ayəsi,[50] Təthir ayəsi[51]Sadiqin ayəsi,[52] Səqəleyn hədisi[53]Səfinə hədisi.[54]

Şiə məzhəbinə əsasən, Həzrət Fatimə (s.ə) də məsumluq məqamına malikdir.[55] Onun məsumluğunu sübut etmək üçün isə, Təthir ayəsiBəzətun-minni hədisinə istinad edirlər.[56]

Mələklərin məsum olması

Ey iman gətirənlər, özünüzü və ailənizi yanacağı insanlardan və daşlardan ibarət olan oddan qoruyun; onun (o odun) başında Allahın onlara verdiyi əmrdən boyun qaçırmayan, əmr olunanı yerinə yetirən, (danışıqda, əxlaqda və əzab verməkdə) sərt (daş qəlbli) və (cüssədə və iradədə) qüvvətli mələklər durmuşlar. (Təhrim surəsi, ayə 6)

Qurani-Kərim: Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəlmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir). Təhrim surəsi 6-cı ayə

Əllamə Məclisinin nəzərinə görə, şiələr bütün mələklərin böyük və kiçik günahlardan məsum hesab edirlər. Əksər sünnilər də bunu qəbul etmişlər.[57] Mələklərin məsum olması haqqında başqa fikirlər də irəli sürülüb. Belə ki, bəzi məzhəb ardıcılları mələklərin məsum olmadığını qəbul ediblər. Bəzi alimlər isə, mələklərin məsum olmasını qəbul edənlər və inkar edənlərin dəlillərini yetərsiz hesab etdikləri üçün bu məsələdə nəzər bildirməmişlər. Bir qrup da yalnız vəhy daşıyan mələkləri və müqərrəb mələkləri, bəziləri isə, səmavi mələkləri (yerdəki mələklərdən fərqli olaraq) məsum hesab edirlər.[58]

Mələklərin məsum olmasını qəbul edənlər Ənbiya surəsinin 27-ci ayəsinin[59]“Təhrim” surəsinin 6-cı ayəsinin[60] və bir çox hədislərin[61] bu məsələyə dəlalət etdiyini irəli sürmüşlər.[62] Deyilənlərə əsasən, müsəlmanlar arasında mələklərin məsum olmasına qarşı çıxan yeganə firqə Həşviyyə firqəsidir.[63]

Ayətullah Məkarim Şirazi “mələklərin məsum olmasına heç bir səbəb yoxdur” fikrinə cavab olaraq deyir ki, şəhvət və qəzəb kimi günaha sövq edən amillərin mələklərdə mövcud olmamasına və ya çox zəif olmasına baxmayaraq onlar ixfiyar sahibidirlər və qarşı çıxmaq qüdrətinə malikdirlər. Buna görə də günah etməyə qadir olduqları üçün məsum və pakdırlar. Bəzi mələklərin Allahın əmrinə tabe olmaqda ləng davranmaqlarına, habelə Allahın bəzi mələkləri məzəmmət etməsinə dəlalət edən rəvayətlər əslində tərki-övlaya təbir olunur.[64]

İrad və cavablar

İsməti inkar edənlər tərəfindən bəzi iradlar irəli sürülmüşdür. Onlardan bəziləri aşağıdakılardır:

* İsmətin insan təbiəti ilə uyğunsuzluğu

Müasir Misir yazıçısı Əhməd Əminin fikrincə, ismət insan təbiəti ilə uyğun gəlmir. Çünki, insanın müxtəlif duyğu və şəhvət qüvvələri var. Yəni, insanın həm yaxşı şeylərə, həm də pis şeylərə meyli vardır. Bu istək və meyllər ondan alınarsa, insanlığı ondan alınmış kimi olar. Buna görə də heç bir insan, hətta Peyğəmbərlər də günahdan amanda deyildir.[65]

Ayətullah Cavadi Amuli bu şübhəyə cavab olaraq insanın zatı olan cövhərə işarə edərək bəyan edir ki, insanın zatı elə yaradılmışdır ki, ismət zirvəsinə yüksəlmək qabiliyyətinə malikdir. Çünki insan nəfsi yuxarıya doğru yüksəldikcə səhvdən, unutqanlıqdan, qəflətdən və cəhalətdən qorunmaq qabiliyyətini əldə edir. Onun fikrincə, əgər insanın ruhu əql və kəşf vadisinə tam və doğru bir şəkildə daxil olarsa, yalnız və yalnız həqiqəti dərk edər və hər növ şübhə, səhv, unutqanlıq və qəflətdən amanda qalar. Odur ki, maddə, vəhm və xəyal aləmindən keçib həqiqətin mənbəyinə çatan belə bir şəxs məsum olar.[66]

* İsmətə etiqadın mənşəyi

Əgər məzhəb nöqteyi-nəzərindən baxsaq, ismətə etiqad ilkin İslam mənbələrində mövcud olmamışdır və bu, İslam təlimlərinə kitab əhlindən, qədim İrandan, sufilik və ya zərdüştilik təlimlərindən daxil olmuş bidətdir.[67]

Bu irada cavab olaraq bəyan olunur ki, peyğəmbərlərin məsum olmasına inam İslamın əvvəlində müsəlmanlar arasında geniş yayılmışdır və onun kökü Quranİslam Peyğəmbərinin (s) təlimlərindən qaynaqlanır.[68] Kitab əhli ismətə etiqadın yaradıcısı ola bilməz. Çünki Tövratda peyğəmbərlərə ən pis günahlar və çirkinliklər nisbət verilmişdir.[69] Habelə, sufilik hələ formalaşmadığı zamanlarda belə şiələr arasında ismət fikri hakim idi. Ona görə də sufilik ismətə etiqadın mənşəyi ola bilməz.[70] İsmətə etiqadın İslam və Zərdüştilik dinləri arasında müştərək etiqad olduğunu fərz etsək belə, bu məsələ bir dinin digərinin təsirinə məruz qalmasına sübut ola bilməz. Əksinə, ona görədir ki, bütün ilahi dinlərin mahiyyəti eynidir və prinsipcə bir-birinə uyğundur.[71]

Biblioqrafiya

İsmət barəsində çoxlu kitablar yazılmışdır; O cümlədən:

  • Ət-Tənbihul-Məlum. Əl-Burhan Əli Tənzihil-Məsum ənis-səhvi vəl-nisyan, Şeyx Hürr Amili
  • Seyid Əli Hüseyni Milani İki Firqənin (şiə və sünni) Nəzərində İsmət Anlayışı
  • Əhməd Hüseyn Şərifi və Həsən Yusufiyan: Məsumların (ə) isməti ilə bağlı araşdırma.
  • Şiə və sünni nöqteyi-nəzərindən ismət, Fatimə Mühəqqiq;
  • İsmət, Zərurət və təsirləri, Seyid Musa Haşimi Tankəbani;
  • İsmət anlayışı: Fiqhi və Üsul-fiqhi nəticələri. Bəhruz Minayi. Bu kitabda fiqhdə və üsul-fiqhdə ismətə etiqadın etiqadın təsirlərindən bəhs edilmişdir.[72]
  • Günah və xətadan məsum olmağın mənşəyi: Nəzəriyyələr və baxışlar, Əbdül Hüseyn Kafi.

Əlaqədar məqalələr

İstinadlar

  1. Hüseyni Milani, Cəvahirul-Kəlam fil-mərifətil-imaməti vəl-imami, h.ş 1389, c.2, s.38-39
  2. Tusi, Əl-İqtisad, h.q 1496, s.260-350; Əllamə Hilli, Kəşful-Murad, h.ş 1382, s.155, 184; Fəyyaz, Sərmayeye iman, h.ş 1372, s.90-114
  3. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.2, s.13-134 və c.5, s.78-80, c.11, s.162-164; Sübhani, Mənşure cavid, h.ş 1383, c.4, s.3-410; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.17, s.297-305
  4. Ziyaifər, Təsire didqahhaye kəlami bər usulu fiqh, s.323
  5. Hüseyni, عصمت از دیدگاه اهل کتاب (یهودیان و مسیحیان), intizar.ir saytı
  6. Müfid, Təshihul-etiqadatil-İmamiyyə, h.q 1414, s.128; Seyyid Mürtəza, Rəsailuş-şərifil-Mürtəza, h.q 1405, s.326; Əllamə Hilli, Babul-Hadi Əşər, h.ş 1365, s.9
  7. Qazi Əbdül-Cabbar, Şərhul-üsulil-xəmsə, h.q 1422, s.529; Taftazani, Şərhul-Məqasid, h.q 1409, c.4, s.312-313
  8. Fazil Miqdad, Əl-Ləvamiul-İlahiyyə, h.q 1422, s.242; Rəbbani Qolpayqani, İmamət dər bineşe İslami, h.ş 1387, s.215
  9. Seyyid Mürtəza, Rəsailuş-şərifil-Mürtəza, h.q 1415, c.3, s.326; Əllamə Hilli, Babul-Hadi Əşər, h.ş 1365, s.9; Fazil Miqdad, Əl-Ləvamiul-İlahiyyə, h.q 1422, s.243
  10. Əllamə Hilli, Babul-Hadi Əşər, h.ş 1365, s.9
  11. Corcani, Şərhul-məvaqif, h.q 1325, c.8, s.270; Taftazani, Şərhul-Məqasid, h.q 1409, c.4, s.312-313
  12. Corcani, Şərhul-məvaqif, h.q 1325, c.8, s.280
  13. Tusi, Təlxisul-muhəssəl, h.q 1405, s.369; Corcani, Şərhul-məvaqif, h.q 1325, c.8, s.281; Təbatəbai, Əl-Mizan, h.q 1417, c.11, s.162; Cavadi Amuli, Vəh və nübuvvət dər Quran, h.ş 1392, s.197; Misbah Yəzdi, Rah və rahnəmaşenasi, h.ş 1395, s.285-286
  14. Cəfər Sübhani, Mənşure cavid, h.ş 1383, c.4, s.12-14; Cəfər Sübhani, Əl-İlahiyyat, h.q 1412, c.3, s.158-159
  15. Cəfər Sübhani, Mənşure cavid, h.ş 1383, c.4, s.20
  16. İbn Fars, Mucəmu məqayisil-luğət, c.4, s.331; Rağib İsfahani, Mufrədatu əlfazil-Quran, s.569; Cohəri, Əs-Sihah, h.q 1407, c.5, s.1986; İbn Mənzur, Lisanul-ərəb, c.12, s.403-404
  17. Qədrdan Qəramulki, Kəlame fəlsəfi, h.ş 1383, s.388-390
  18. Müfid, Təshihul-etiqadatil-İmamiyyə, h.q 1414, s.189
  19. Əllamə Hilli, Kəşful-murad, h.ş 1382, s.186
  20. Fazil Miqdad, Əl-Ləvamiul-İlahiyyə, h.q 1422, s.224; Təbatəbai, Əl-Mizan, h.q 1417, c.5, s.79, c.11, s.162-163, c.17, s.291; Cəfər Sübhani, Əl-İlahiyyat, h.q 1412, c.4, s.159-161
  21. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.11, s.163
  22. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.5, s.79
  23. Misbah Yəzdi, Rah və rahnemaşenasi, h.ş 1395, s.302
  24. Misbah Yəzdi, Rah və rahnemaşenasi, h.ş 1395, s.303-304
  25. Fəzlullah, Təfsirun min vəhyil-Quran, Beyrut, h.q 1419, c.4, s.155-156
  26. Rəbbani Qolpayqani, İmamət dər bineşe İslami, h.ş 1387, s.217
  27. Əllamə Hilli, Kəşful-Murad, h.ş 1382, s.186; Fazil Miqdad, Əl-Ləvamiul-İlahiyyə, h.q 1422, s.243; Corcani, Şərhul-məvaqif, h.q 1325, c.8, s.281
  28. Cavadi Amuli, Siyreye Peyambəre Əkrəm (s) dər Quran, (c.9), h.ş 1385, s.24
  29. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.11, s.162-163
  30. Misbah Yəzdi, Dər pərtove Vilayət, h.ş 138, s.53-63
  31. Misbah Yəzdi, Dər pərtove Vilayət, h.ş 138, s.57-58
  32. Ənvari, Nure ismət bər simaye nübuvvət, h.ş 1397, s.52
  33. Sadiqi, İsmət, h.ş 1388, s.19
  34. Rəbbani Qolpayqani, Kəlame tətbiqi, h.ş 1385, s.94-98
  35. Əllamə Hilli, Kəşful-murad, h.ş 1382, s.155
  36. Nümunə üçün, Həşr surəsinin 7-ci ayəsi
  37. Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.202-203; Məclisi, Biharul-ənvar, h.q 1403, c.14, s.103; c.12, s.348; c.4, s.45; Səduq, Uyunu əxbarir-Rza, h.q 1378, c.1, s.192-204
  38. Kərimi, Nübuvvət, h.ş 1383, s.134; Əşrəfi və Rizayi, İsməte peyambəran dər quran və əhdeyn, s.87
  39. Sübhani, Mənşure cavid, h.ş 1383, c.5, s.51-52; Sübhani, İsmətul-ənbiya fil-Quranil-kərim, h.q 1420, s.69, 70, 91-229; Cavadi Amuli, Vəhy və nübuvvət dər Quran, h.ş 1392, s.246-286; Məkarim Şirazi, Peyame Quran, h.ş 1394, c.7, s.101-160
  40. Milani, İsmət əz mənzəre firiqeyn, h.ş 1394, s.102 və 103
  41. Milani, İsmət əz mənzəre firiqeyn, h.ş 1394, s.101 və 102
  42. Tusi, Əl-İqtisad, h.q 1496, s.305; Əllamə Hilli, Kəşful-Murad, h.ş 1382, s.184; Fəyyaz, Sərmayeye iman, h.ş 1372, s.114; Cəfər Sübhani, Əl-İlahiyyat, h.q 1412, c.4, s.116
  43. Məclisi, Biharul-ənvar, h.q 1403, c.25, s.209, 350, 351
  44. Əllamə Hilli, Kəşful-Murad, h.ş 1382, s.184; Corcani, Şərhul-məvaqif, h.q 1325, c.8, s.351
  45. Corcani, Şərhul-məvaqif, h.q 1325, c.8, s.351; Taftazani, Şərhul-Məqasid, h.q 1409, c.5, s.249
  46. Corcani, Şərhul-məvaqif, h.q 1325, c.8, s.351; Taftazani, Şərhul-Məqasid, h.q 1409, c.5, s.249
  47. İbn Teymiyyə, Minhacus-sunnətin-Nəbəviyyə, h.q 1406, c.2, s.429; c.3, s.381; İbn Əbdül-Vahhab, risalətun fir-rəddi ələr-Rafizə, Riyad, s.28; Qəffari, Usuu məzhəbiş-şiətil-İmamiyyə, h.q 1431, c.2, s.775
  48. Cəfər Sübhani, Mənşure cavid, h.ş 1383, c.4, s.251
  49. Fazil Miqdad, Əl-Ləvamiul-İlahiyyə, h.q 1422, s.332; Müzəffər, Dəlailus-sidq, h.q 1422, c.4, s.220
  50. Tusi, Ət-Tibyan, c.3, s.336; Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.3, s.100; Bəhrani, Mənarul-hüda, h.q 1405, s.113-114; Müzəffər, Dəlailus-sidq, h.q 1422, c.4, s.221
  51. Bəhrani, Mənarul-hüda, h.q 1405, s.646-647; Cəfər Sübhani, Əl-İlahiyyat, h.q 1412, c.4, s.125
  52. Əllamə Hilli, Kəşful-Murad, h.ş 1382, s.196; Rəbbani Qolpayqani, İmamət dər bineşe İslami, h.ş 1387, s.274-280
  53. Müfid, Əl-Məsailul-Carudiyə, h.q 1413, s.42; Bəhrani, Mənarul-hüda, h.q 1405, s.671
  54. Mir Hamid Hüseyn, Əbəqatul-ənvar, c.23, s.655-656
  55. Seyyid Mürtəza, Əş-Şafi fil-İmamə, h.q 1410, c.4, s.95
  56. Seyyid Mürtəza, Əş-Şafi fil-İmamə, h.q 1410, c.4, s.95
  57. Məclisi, Biharul-ənvar, h.q 1403, c.11, s.126
  58. Mühəqqiq, İsmət əz didqahe şiə və əhli təsənnön, h.ş 1391, s.130-132
  59. Fəyyaz, Quhəre murad, h.ş 1383, s.425; Fəxr Razi, Ət-Təfsirul-kəbir, h.q 1420, c.22, s.136
  60. Tusi, Ət-Tibyan, c.10, s.50; Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.10, s.477
  61. Fəyyaz, Quhəre murad, h.ş 1383, s.426
  62. Rastin və Kohənsal, "İsməte ferşteqan, şəvahide muvafiq və muxalif", s.117-121
  63. Məclisi, Biharul-ənvar, h.q 1403, c.11, s.124; Rastin və Kohənsal, "İsməte ferşteqan, şəvahide muvafiq və muxalif", s.121
  64. Məkarim Şirazi, Peyame İmam Əmirəl-möminin, h.ş 1386, c.1, s.167-168
  65. Əmin, Zuhəl-İslam, m.2003, c.3, s.229-230
  66. Cavadi Amuli, Vəhy və nübuvvət dər Quran, h.ş 1392, s.201-203
  67. Şərifi və Yusifiyan, Pejuheşi dər isməte Məsuman (ə), h.ş 1388, s.79-85
  68. Şərifi və Yusifiyan, Pejuheşi dər isməte Məsuman (ə), h.ş 1388, s.80-82
  69. Şərifi və Yusifiyan, Pejuheşi dər isməte Məsuman (ə), h.ş 1388, s.80-81
  70. Şərifi və Yusifiyan, Pejuheşi dər isməte Məsuman (ə), h.ş 1388, s.83
  71. Şərifi və Yusifiyan, Pejuheşi dər isməte Məsuman (ə), h.ş 1388, s.86
  72. اندیشه کلامی عصمت‌ (پیامدهای فقهی و اصول فقهی), feqh.isca.ac.ir saytı

Ədəbiyyat

  • İbn Teymiyyə, Əhməd ibn Əbdül-Həmid, Minhacus-sunnətin-Nəbəviyyə, 1-ci çap, h.q 1406\m.1986
  • İbn Əbdül-Vəhhab, Məhəmməd ibn Əbdül-Vəhhab ibn Süleyman, Risalətun fir-rəddi ələr-Rafizə, Təhqiq: Nasir ibn Səd, Riyad.
  • İbn Mənzur, Məhəmməd ibn Mukərrəm, Lisanul-ərəb, Daru Sadir, 3-cü çap
  • اشرفی، عباس و ام‌البنین رضایی، «عصمت پیامبران در قرآن و عهدین», rjqk.atu.ac.ir saytı, h.ş 1392
  • Əmin, Əhməd, Zuhəl-İslam, Qahirə, m.2003
  • Ənvari, Cəfər, Nure ismət bər simaye Nübuvvət, Pasox be şübehate Qurani, Qum, İmam Xomeyni müəssisəsi, 1-ci çap, h.ş 1397
  • Bəhrani, Şeyx Əli, Mənarul-hüda, Təhqiq: Əbdüz-Zəhra Xətib, Beyrut, h.q 1405
  • Taftazani, Səduddin, Qum, Şərif Rza, 1-ci çap, h.q 1409
  • Corcani, Mir Seyyid Şərif, Şərhul-məvaqif, Qum, 1-ci çap, h.q 1325
  • Cavadi Amuli, Abdullah, Siyreye Peyambəre Əkrəm (s) dər Quran, Qum, İsra nəşriyyatı, h.ş 1385
  • Cavadi Amuli, Abdullah, Vəhy və nübuvvət dər Quran, Qum, İsra nəşriyyatı
  • Hüseyni, عصمت از دیدگاه اهل‌کتاب (یهودیان و مسیحیان), intizar.ir saytı
  • راستین، امیر و علیرضا کهنسال، «عصمت فرشتگان؛ شواهد موافق و مخالف», ensani.ir saytı
  • Hüseyni Milani, Seyyid Əli, Cəvahirul-kəlam, Qum, h.ş 1389
  • Hüseyni Milani, Seyyid Əli, İsmət əz nəzəre firiqeyn, Qum, h.ş 1394
  • Rəbbani Qolpayqani, Əli, İmamət dər bineşe İslami, Qum, Bustane kitab, 2-ci çap, h.ş 1387
  • Rəbbani Qolpayqani, Əli, Kəlame tətbiqi, Qum, h.ş 1385
  • Sübhani, Cəfər, Əl-İlahiyyat, Qum, 1-ci çap, h.q 1412
  • Sübhani, Cəfər, İsmətul-ənbiya fil-Quranil-Kərim, Qum, İmam Sadiq (ə) müəssisəsi, h.q 1420
  • Sübhani, Cəfər, Mənşure cavid, Qum, İmam Sadiq (ə) müəssisəsi, h.ş 1383
  • Seyyid Mürtəza, Əli ibn Hüseyn, Əz-Zəxirətu fil-elmil-kəlam, Qum, İslami nəşr, h.q 1411
  • Seyyid Mürtəza, Əli ibn Hüseyn, Əş-Şafi fil-İmamə, Tehran, İmam Sadiq (ə) müəssisəsi, 2-ci çap, h.q 1410
  • Seyyid Mürtəza, Əli ibn Hüseyn, Rəsailuş-şərif, Qum, darul-kutub, h.q 1405
  • Şərifi, Əhməd Hüseyn və Həsən Yusifiyan, Pejuheşi dər isməte Məsuman (ə), Tehran, h.ş 1388
  • Sadiqi, Məhəmməd Əmin, İsmət, Qum, Enteşarate hozeye elmiyye, h.ş 1388
  • Səduq, Məhəmməd ibn Əli ibn Babaveyh, Uyunu əxbarir-Rza (ə), Tehran, 1-ci çap, h.q 1378
  • Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Qum, İslami nəşr, h.q 1417
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Tehran, Nasir Xosrov, 3-cü çap, h.ş 1372
  • Tusi, Nəsrud-din, Təlxisul-muhəssəl, Beyrut, 2-ci çap, h.q 1405
  • Tusi, Məhəmməd ibn Həsən, Əl-İqtisad, Beyrut, 2-ci çap, h.q 1406
  • Tusi, Məhəmməd ibn Həsən, Ət-Tibyan, Beyrut, 1-ci çap
  • Əllamə Hilli, Həsən ibn Yusif, Əl-Babul-hadi Əşər, Tehran, h.ş 1365
  • Əllamə Hilli, Həsən ibn Yusif, Kəşfül-murad, Qum, İmam Sadiq (ə) müəssisəsi, h.ş 1382
  • Fazil Miqdad, Miqdad ibn Abdullah, Əl-Ləvamul-İlahiyyə, Qum, Dəftəre təbliğate İslami, 2-ci çap, h.q 1422
  • Fəxr Razi, Məhəmməd ibn Ömər, Ət-Təfsirul-Kəbir, Beyrut, 3-cü çap, h.q 1420
  • Fəzlullah, Seyyid Məhəmməd Hüseyn, Təfsirun min vəhyil-Quran, Beyrut, h.q 1419
  • Fəyyaz, Əbdür-Rəzzaq, Sərmayeye iman dər usule etiqadat, Tehran, 3-cü çap, h.ş 1372
  • Fəyyaz, Əbdür-Rəzzaq, Qohəre murad, Tehran, 1-ci çap, h.ş 1383
  • Qədrdan Qaramülki, Məhəmməd Həsən, Kəlame fəlsəfi, Qum, h.ş 1383
  • Qəffari, Nasir Abdullah Əli, usulu məzhəbiş-şiətil-İmamiyyə, 4-cü çap, h.q 1431\m.2010
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, 2-ci çap, h.q 1403
  • Mühəqqiq, Fatimə, İsmət əz didqahe şiə və əhli-təsənnön, Qum, 1-ci çap, h.q 1391
  • Misbah Yəzdi, Məhəmməd Təqi, Dər pərtove vilayət, Məhəmməd Mehdi Nadiri, Qum, İmam Xomeyni Müəssisəsi
  • Misbah Yəzdi, Məhəmməd Təqi,Rah və rahnemaşenasi, Məhəmməd Mehdi Nadiri, Qum, İmam Xomeyni Müəssisəsi
  • Müfid, Məhəmməd ibn Noman, Təshihul-etiqadatil-İmamiyyə, Qum, 2-ci çap, h.q 1414
  • Məkarim Şirazi, Nasir, Peyame İmam Əmirəl-Möminin (ə), Tehran, Darul-kutubil-İslamiyyə, 1-ci çap, h.ş 1386
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1374
  • Müzəffər, Məhəmməd Hüseyn, Dəlailus-sidq, Qum, Alul-Beyt (ə) müəssisəsi, 1-ci çap, h.q 1422

Xarici keçid