Məzmuna keç

Səhifeyi Səccadiyyənin on ikinci duası

wikishia saytından
Səhifeyi Səccadiyyənin on ikinci duası
دُعَائِهِ عَلَيْهِ السَّلَامُ فِي الاِعْتِرَافِ وَ طَلَبِ التَّوْبَةِ
MövzuGünahı etiraf edib Allahdan tövbə istəmək, Allahın sevimli bəndələrinin xüsusiyyətləri, duanın qəbul olmasına mane olanlar
Məsumdan nəql olunub \ Məsumdan nəql olunmayıbMəsumdan nəql olunub
Nəql olunubİmam Səccad (ə)
RaviMütəvəkkil ibn Harun
Şiə mənbələriSəhifeyi Səccadiyyə


Səhifeyi Səccadiyyənin on ikinci duası, (ərəbcə: الدعاء الثاني عشر من الصحيفة السجادية) İmam Səccaddan (ə) nəql olunan məşhur dualardan biridir və günaha etiraf edib Allahdan tövbə istəməyə həsr olunmuşdur. İmam Səccad (ə) bu duada həmçinin dua etməyə müvəffəq olmamağa səbəb olan amilləri, Allahın sevimli bəndələrinin xüsusiyyətlərini, tövbə yolunun açıq olmasını və tövbə edən insanın hallarını bəyan etmişdir.

On ikinci dua, Hüseyn Ənsarianın "Diyari aşiqan" və Həsən Məmduhi Kirmanşahinin "Şühud və mərifət" adlı farsca yazılmış əsərləri, habelə Seyid Əli Xan Mədəninin ərəb dilində yazılmış "Riyazus-salikin" kitabı kimi "Səhifeyi Səccadiyyə"yə yazılan şərhlərdə şərh olunmuşdur.

Duanın təlimləri

Səhifeyi Səccadiyyənin on ikinci duasının əsas mövzuları günaha etiraf etmək, Allaha tərəf qayıtmaq istəyi, dua etməyə müvəffəq olmamağa səbəb olan amillər, tövbə edən bəndələrin xüsusiyyətləri və Allahın ən yaxşı bəndələrinin sifətləridir.[1] Bu dua, İmam Səccad (ə) tərəfindən 16 hissədə[2] ifadə olunmuşdur və aşağıdakı təlimləri ehtiva edir:

  • Dua etməyə müvəffəq olmamağa səbəb olan amillər: İlahi əmrləri yerinə yetirməkdə süstlük və vacibatlara qarşı qəflət, Allahın qadağan etdiyi şeylərə tələsmək və nemətlərə şükr etməkdə səhlənkarlıq (nemətə nankorluq) etmək.
  • Allahın lütfü bəndələrinin Ona qarşı gözəl zənn bəsləməsinə və Ondan istəməsinə səbəb olur.
  • Allahın bütün ehsan və nemətləri Onun lütfü əsasında verilir.
  • Məxluqatın Allaha ehtiyacı.
  • Günahlardan xilas olmaq üçün Allahdan tofiq istəmək.
  • Günah və üsyanın nəticələrindən narahat olmaq.
  • Günahkarlar üçün tövbə yolunun açıq olması.
  • Tövbə fürsətini qiymətləndirmək.
  • Tövbə qapısının açıq olması ilə Allahın rəhmətindən ümidsizliyə düşməyin qadağan olunması.
  • Tövbə edən bəndənin halları: Təvazökarlıqdan dolayı əyilmək, ayaqların titrəməsi, gözlərdən yaş axması və s.
  • Allahın bağışlamasına ümid etmək (bəndələrin tövbə etməsi ilə Allahın rəhmətinin qəzəbindən öndə olması).
  • Allahın rəhmətini və məğfirətini qazanmaq üçün səy göstərmək.
  • Allahın hüzurunda öz səhlənkarlığını etiraf etmək.
  • Ən yaxşı və sevimli bəndələrin xüsusiyyətləri: Təkəbbürü tərk etmək, günahda israr etməmək və istiğfar etməyi özlərinə vacib bilmək.
  • Allaha təvəkkül etmək və təkəbbürdən, günahlarda isrardan bağışlanma diləmək.
  • Günahların pis nəticələrindən Allaha pənah aparmaq və Onun dərgahına ümid bəsləmək.
  • Allaha təvəkkül etmək, Ona pənah aparmaq və Onun qarşısında acizliyini bildirmək.
  • İlahi itaətləri yerinə yetirmək üçün Allahdan kömək istəmək.
  • Yalnız bağışlamağa layiq olan Allahdan qorxmaq.
  • Müvəffəqiyyətin yeganə yolunun Allaha pənah aparmaq olması.
  • Dua və istəklərin qəbul olunmasına dair Allahın zəmanəti.
  • Allahın nemətlərindən hətta günahkar bəndələrin də faydalanması.
  • Bəndələrin günah işlətməklə özlərinə zülm etməsi.
  • Allahın bəndələrin az əməlindən razı qalması və Onun mükafatının bol olması.[3]

Duaya yazılan şərhlər

On ikinci dua, Hüseyn Ənsarianın[4] "Diyari Aşiqan", Məhəmməd Həsən Məmduhi Kirmanşahinin[5] "Şühud və mərifət", Seyid Əhməd Fihrinin[6] Səhifeyi Səccadiyyənin şərhi və tərcüməsi kimi fars dilində yazılmış kitablarda şərh edilmişdir.

Bu dua, həmçinin Seyid Əli Xan Mədəninin[7] "Riyazus-Salikin", Məhəmməd Cavad Muğniyənin[8] "Fi Zilali Əs-Səhifətis-Səccadiyyə", Məhəmməd ibn Məhəmməd Darabinin[9] "Riyazul-Arifin" və Seyid Məhəmməd Hüseyn Fəzlullahın[10] "Afaqur-Ruh" adlı ərəb dilində yazılmış əsərlərində izah edilmişdir.

Sözügedən duanın kəlmələri də lüğəvi şərhlə bağlı əsər olan Feyz Kaşaninin "Təliqat əla Əs-Səhifətis-Səccadiyyə" kitabında şərh olunmuşdur.[11]

Duanın mətni və tərcüməsi

İstinadlar

  1. Məmduhi, Şühud və şenaxt, h.ş 1388, c.1, s.505
  2. ترجمه و شرح دعای دوازدهم صحیفه سجادیه, erfan.ir saytı
  3. Ənsariyan, Diyare aşiqan, h.ş 1372, c.5, s.129-157; Məmduhi, Şühud və şenaxt, h.ş 1388, c.1, s.505-557
  4. Ənsariyan, Diyare aşiqan, h.ş 1372, c.5, s.125-157
  5. Məmduhi, Şühud və şenaxt, h.ş 1388, c.1, s.505-557
  6. Fehri, Şərh və təfsire Səhifeyi-Səcadiyye, h.ş 1388, c.2, s.15-62
  7. Mədəni Şirazi, Riyazus-salikin, h.q 1435, c.2, s.465-523
  8. Muğniyə, Fi zilalis-səhife, h.q 1428, s.171-181
  9. Darabi, Riyazul-arifin, h.ş 1379, s.145-158
  10. Fəzlullah, Afaqur-ruh, h.q 1420, c.1, s.299-316
  11. Feyz Kaşani, Təliqatun ələs-səhifətis-səccadiyyə, h.q 1407, s.35-38

Ədəbiyyat

  • Ənsariyan, Hüseyn, Diyare aşiqan, Tehran, Peyame azadi, h.ş 1372
  • Darabi, Məhəmməd ibn Məhəmməd, Riyazul-arifin, Tehran, Üsvə nəşri, h.ş 1379
  • Fəzlullah, Seyyid Məhəmməd Hüseyn, Afaqur-ruh, Beyrut, Darul-malik, h.q 1420
  • Fehri, Seyyid Əhməd, Şərh və təfsire Səhifeyi-Səcadiyye, Tehran, Üsvə, h.ş 1388
  • Feyz Kaşani, Məhəmməd ibn Mürtəza, Təliqatun ələs-səhifətis-səccadiyyə, Tehran, h.q 1407
  • Mədəni Şirazi, Seyyid Əli Xan, Riyazus-salikin, Qum, İslami nəşr müəssisəsi, h.q 1435
  • Muğniyə, Məhəmməd Cavad, Fi zilalis-səhife, Qum, Darul-kitabil-islami, h.q 1428
  • Məmduhi Kermanşahi, Həsən, Şühud və şenaxt, Qum, Bustane kitab, h.ş 1388

Xarici keçid