İstiğfar

wikishia saytından

İstiğfar (ərəbcə: الاستغفار) Allahdan günahların bağışlanmasını istəməkdir. İstiğfar dil və əməli şəkildə edilir. Dil ilə istiğfar etmək "əstəğfirullah" deməkdir. Quranhədislərdə istiğfar etməyə (bağışlanmağa) çoxlu təşviq və göstərişlər görülür. Quranın 30 ayəsi peyğəmbərlərin istiğfar etməsi haqqındadır. İlahi əzabın qarşısının alınması, günahların bağışlanması və ruzinin artması istiğfar etməyin (bağışlanma diləməyin) təsirlərindəndir.

İstiğfar etmək (bağışlanma diləmək) ən yaxşı duaibadət sayılır və bunu etmək müstəhəbbdir. Bununla belə, bəzi hallarda, məsələn, ehram bağlayan şəxsə kəffarə kimi vacib olur. Quran təlimlərinə əsasən, Peyğəmbərin (s) müşriklər üçün istiğfar (bağışlanma) diləməsi caiz deyil.

İmam Əli (ə) istiğfar etməyin şərtləri kimi keçmiş günahlardan peşman olmağı, günaha qayıtmamağa qərar verməyi, insanların haqqını qaytarmağı və vacib əməlləri yerinə yetirməyi qeyd etmişdir.

Hər zaman və hər yerdə istiğfar etmək tövsiyə olunur. Ancaq sübh vaxtı bunu etməyə daha çox təkid edilir. İstiğfar bəzən şəxsi günah və nəfsə zülm etmək, bəzən başqalarının haqqına girmək və bəzən də ictimai günahlar üzündən edilir.

Tərifi

İstiğfar sözü dil və ya əməl ilə[1] Allahdan günahların bağışlanmasını istəmək mənasındadır.[2] Həmçinin ondan məqsəd günahın pis təsirlərindən və ilahi əzabdan[3] sğortalanmaq istəməkdir.

İstiğfar etmək ya “əstəğfirullah” demək kimi dil və söz ilə edilir, ya da insanın bağışlanmasına səbəb olan bir iş və əməli görmək ilə həyata keçirilir.[4] Təharət (paklıq), namaz, oruc, həcc, ticarət, ziharkəffarələr[5] kimi fəsillərdə dil ilə edilən bağışlanma haqqında bəhs edilmişdir.

Zəməxşəri və Fəxr Razi də daxil olmaqla bəzi sünni təfsirçiləri Quranın bəzi ayələrində, məsələn, "Hud" surəsinin 52-ci ayəsindəki (və ya qəvmis təğfiru rəbbəkum) istiğfar kəlməsini iman[6] və ya "Ənfal" surəsinin 33-cü ayəsindəki (və ma kanəllahu muəzzibuhum və hum yəstəğfirun) istiğfar kəlməsini İslam kimi şərh edirlər.[7] Hicri qəməri təqviminin 5-ci əsrində şiə təfsirçisi olan Təbərsi, "Ali-İmran" surəsinin 17-ci ayəsindəki (Əs-sabirin, vəs-sadiqin, vəl-qanitin, vəl-munfiqin, vəl-mustəğfirinə bil əshar) "həmin səbirlilər, etiqad, danışıq və əməldə düz olanlar, itaət edənlər, (mallarını) Allah yolunda xərcləyənlər və səhərlər bağışlanma diləyənlərdirlər" istiğfar kəlməsini bəzi hədislərə əsasən namaz qılmaq mənasında təfsir etmiş və onu əməl məqamında bağışlanma diləməyin nümunələrindən hesab etmişdir.[8]

Məqam və mövqeyi

İstiğfar məfhumu Quranda 68 dəfə qeyd olunub ki, onlardan 43-ü istiğfar sözündən alınan kəlmələrdir. On yeddisi “iğfir”, üçü “yəğfiru”, ikisi “təğfiru” və bir dəfə də “məğfirət” şəklində işlədilmişdir.[9]

İstiğfar etməyə təşviq və ya əmr etmək Qurani-Kərimin bir çox ayələrində, məsələn, "Bəqərə" surəsinin 199, "Nisa" surəsinin 110 və "Hud" surəsinin 61-ci ayələrində gəlib.[10] Həmçinin bəzi hallarda Quran istiğfar etməyən şəxsləri məzəmmət etmişdir.[11]

Quran təliminə əsasən mələklər möminlər[12] və yer əhli[13] üçün bağışlanma diləyirlrər. Habelə günahların bağışlanmasını istəmək təqvalıların sifəti kimi təqdim edilmişdir.[14]

Həmçinin günahkarların peyğəmbərlərdən onlar üçün Allah tərəfindən bağışlanma diləmələrini istəmələri Allahdan qeyrisindən bağışlanma diləməsini istəməyin şirk olması şübhəsini rədd edən mətləblərdəndir. Sünni tədqiqatçıları da Quran ayələrinə görə Peyğəmbərdən (s) bağışlanma diləməsini istəməyi şirk hesab etməyiblər.[15] "Yusif" surəsinin 97-ci ayəsinə əsasən, Yəqub peyğəmbərin (ə) övladları qardaşları Yusiflə (ə) bağlı olan hadisələrdən sonra atalarından Allahdan onlar üçün bağışlanma diləməyi xahiş etmişlər. O Həzrət də onlara bunu edəcəyini vəd etmişdi. "Nisa" surəsinin 64-cü ayəsində də buyurulur: "Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlsəydilər, sonra Allahdan bağışlanmaq istəsəydilər və Allahın Peyğəmbəri də (Allahdan) onlar üçün bağışlanmaq diləsəydi, şübhəsiz Allahın çox tövbə qəbul edən və mehriban olduğunu görərdilər".[16]

Bir rəvayətdə deyilir ki, çoxlu istiğfar etmək bəndələrin əməl dəftərini parlaq edər.[17] Başqa bir rəvayətdə Zürarə ibn Əyən İmam Sadiqdən (ə) nəql edir ki, hər kim günah işlətsə, səhərdən axşama qədər möhləti vardır ki, bağışlanma diləsin. Bu müddət ərzində tövbə etdiyi surətdə o günah onun üçün yazılmayacaq.[18]

Məsumların istiğfar etməsi

Qurani-Kərimin 30-a yaxın ayəsi peyğəmbərlərin bağışlanma diləməsi haqqındadır.[19] Bununla belə, Əllamə Təbatəbai peyğəmbərlərin məsum olmalarına işarə edərək, onların günah etmələrini təbliğat vəzifələrinə zidd hesab etmişdir. Həmçinin peyğəmbərlərin öz mübah əməllərini günah saydıqlarını və bunun üçün bağışlanma dilədiklərini irəli sürmüşdür.[20] Bu mətləb "həsənatul əbrar səyyiatul muqərrəbin" cümləsinin mövzusudur. Təkcə belə deyil ki, bəzilərinin mübah əməlləri başqaları üçün günah olsun. Mümkündür ki, (Əbrar) kimi bəzi insanların yaxşı əməlləri bəziləri (müqərrəb (Allaha yaxın) şəxslər) üçün günah sayılsın.[21]

Quran ayələrində, eləcə də məsumlardan (ə) nəql edilən sözlərdə bağışlanma diləməyin bəzi faydaları bildirilib: O cümlədən, ilahi əzabdan amanda qalmaq,[22] günahların bağışlanması,[23] ruzi və övladların artması[24] və həmçinin uzun ömür.[25]

Hökmləri

İstiğfar etmək müstəhəbdir. Amma bəzi səbəblərə görə vacib və ya haram ola bilər.

  • Müstəhəb olan istiğfar: İstiğfar ən yaxşı duaibadət sayılır və hər şəraitdə müstəhəb hesab edilir. O cümlədən,[26] namazın iki səcdəsi arasında,[27] təsbihati-ərbəəni dedikdən sonra,[28] qunutda, xüsusilə vitr namazının qunutunda,[29] sübh vaxtı,[30]Ramazan ayında.[31]
  • Vacib olan istiğfar: Bağışlanma diləmək bəzi hallarda vacib olur; o cümlədən ehram bağlamış şəxs kəffarə olaraq bir və ya iki dəfə dava etdikdən sonra istiğfar edir.[32]
  • Haram olan istiğfar: Qurana əsasən, möminlərin müşriklər üçün bağışlanma diləməsi caiz deyil.[33] İbrahim peyğəmbərin (ə) müşriklərdən olmasına baxmayaraq atası (yaxud ana tərəfdən babası və ya əmisi) üçün bağışlanma diləməsinin təfərrüatları ilə bağlı təfsirçilər arasında fikir ayrılığı vardır.[34] Lakin Quran ayələrinə əsasən, İbrahim (ə) atası Azərə söz verdiyinə xatir onun üçün bağışlanma dilədi, amma iman gətirmədiyini anladıqda ondan xoşu gəlmir və onun üçün bağışlanma diləmir. Quran bu məsələni "Tövbə" surəsinin 114-cü ayəsində qeyd etmişdir:
«وَمَا كَانَ اسْتِغْفَارُ إِبْرَاهِيمَ لِأَبِيهِ إِلَّا عَنْ مَوْعِدَةٍ وَعَدَهَا إِيَّاهُ فَلَمَّا تَبَيَّنَ لَهُ أَنَّهُ عَدُوٌّ لِلَّهِ تَبَرَّأَ مِنْهُ ۚ إِنَّ إِبْرَاهِيمَ لَأَوَّاهٌ حَلِيمٌ»
"İbrahimin atası (əmisi Azər) üçün bağışlanmaq istəməsi (istiğfar etməsi) yalnız ona verdiyi vədə (onun üçün istiğfar edəcəyini vəd etməsinə) görə idi. Buna görə də elə ki, (onun küfrdə israrlı olmasından, ya küfr halında ölməsindən) ona (İbrahimə) onun (əmisinin) Allahın düşməni olması aydın oldu ondan uzaqlaşdı (çünki əfv diləmək Allahla düşmən olan kəs üçün deyil Allahın düşmən olduğu kəs üçündür). Həqiqətən İbrahim haqdan qorxan, günahdan qəmgin olan, (Allah dərgahına) ürəkdən çox ah çəkən və həlim idi".

Ədəb və qaydaları

Məsum imamlardan (ə) nəql olunan rəvayətlərdə istiğfar etməyin ədəbləri qeyd olunur. O cümlədən, İmam Əli (ə) bağışlanma diləyən bir şəxsə xitab edərək həqiqi bağışlanma üçün altı xüsusiyyəti qeyd etmişdir ki, bunlardan ibarətdir: Keçmişə peşman olmaq, günaha qayıtmamaq üçün ciddi qərar vermək, insanların haqqını geri qaytarmaq, qəza olmuş vacibləri yerinə yetirmək, haramdan yetişmiş əti əritmək və bədənə itaət etməyin əzabını daddırmaq.[35]

Müəyyən bir zaman və məkanla məhdudlaşmasa da, Quranda sübh vaxtı bağışlanma diləməyə təkid edilmişdir. Həmçinin onu “Zariyat” surəsinin 15-dən 18-ə qədər olan ayələrində müttəqilərin xüsusiyyətlərindən biri kimi qeyd edilmişdir.[36]

İstiğfar etməyin növləri

İstiğfar günahın mahiyyətinə və mövzusuna görə üç növə bölünür:

  1. Şəxsi günahlardan və nəfsə zülm etməkdən istiğfar etmək (şəxsi günahlar)
  2. Günahdan və başqalarının hüquqlarını pozmağa görə bağışlanma istəmək (insanların bir-birinə qarşı etdikləri günahlar)
  3. İctimai günahlardan  bağışlanma diləmək (idarəçilərin, siyasətçilərin və cəmiyyətin rəhbərlərinin günahlarından istiğfar etməsi)[37]

İstinadlar

  1. Rağib, Müvrədatu əlfazil-Quran, h.q 1416, s.609
  2. İskəndərani, Kəşful-əsrar, m.2010, c.2, s.46
  3. Rağib, Müvrədatu əlfazil-Quran, h.q 1416, s.609; İbn Aşur, Ət-Təhrir vət-tənvir, h.q 1420, c.3, s.223
  4. Muəssiseye daəirətul-məarife fiqhe İslami, Fərhənge fiqh, h.ş 1382, c.1, s.439
  5. Muəssiseye daəirətul-məarife fiqhe İslami, Fərhənge fiqh, h.ş 1382, c.1, s.439
  6. Zəməxşəri, Əl-Kəşşaf, c.2, s.402
  7. Fəxr Razi, Ət-Təfsirul-kəbir, c.15, s.158
  8. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.2, s.714
  9. Mərkəze fərhəng və məarife Quran, Dairətul-məarif Qurane Kərim, h.ş 1385, c.3, s.134
  10. Əbdül-Baqi, Əl-Mucəmul-mufəhrəs, h.q 1412, s.500
  11. اَفَلایتوبونَ اِلَی اللهِ ویستَغفِرونَهُ (maidə surəsi, ayə 74)
  12. Ğafir surəsi, ayə 7
  13. Şura surəsi, ayə 5
  14. Ali-İmran surəsi, ayə 15-16; Məkarim Şirazi, Nümunə təfsiri, c.2, s.463
  15. «درس‌هایی در مورد وهابیت آیت‌الله سبحانی», eshia.ir saytı
  16. Nisa surəsi, ayə 64
  17. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.504
  18. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.437
  19. Mərkəze fərhəng və məarife Quran, Dairətul-məarif Qurane Kərim, h.ş 1385, c.3, s.142
  20. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.6, s.367
  21. İrbili, Kəşful-ğummə, h.q 1381, c.2, s.254
  22. Ənfal surəsi, ayə 33; Əli Musəvi, Nəhcül-bəlağənin şərhi, h.q 1418, c.5, s.267; Həmçinin baxın: Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1380, c.7, s.154-155
  23. Nuh surəsi, ayə 10
  24. Nuh surəsi, ayə 10-12
  25. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.10, s.543; Fəxr Razi, Ət-Təfsirul-kəbir, c.30, s.137
  26. Hürr Amili, Vəsailuş-şiə, h.q 1409, c.7, s.180
  27. Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1409, c.1, s.683
  28. Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1409, c.1, s.658
  29. Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1409, c.1, s.699
  30. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1367, c.7, s.33
  31. Hürr Amili, Vəsailuş-şiə, h.q 1409, c.10, s.304
  32. Mahmudi, Mənasike ümreye müfrəde, h.ş 1387, s.69
  33. Tövbə surəsi, ayə 113
  34. Təbərsi, Məcməul-bəyan, h.q 1415, c.5, s.132
  35. Əli Musəvi, Nəhcül-bəlağənin şərhi, h.q 1418, hikmət 417, s.508
  36. Ali-İmran surəsi, ayə 17; Zariyat surəsi, ayə 18
  37. https://farsi.khamenei.ir/speech-content?id=20585

Ədəbiyyat

  • İbn Aşur, Məhəmməd Tahir, Ət-Təhriru vət-tənvir, Beyrut, Ət-Tarix müəssisəsi, h.q 1420
  • İrbili, Əli ibn İsa, Kəşful-ğummə, Təhqiq və düzəliş: Seyyid Haşim Rəsuli Məhəllati, Təbriz, 1-ci çap, h.q 1381
  • İskəndərani, Məhəmməd ibn Əhməd, Kəşful-əsrar, Düzəliş: Əhməd Fərid, Beyrut, Darul-kutubil-elmiyyə, m.2010
  • Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə, Qum, h.q 1409
  • Rağib İsfahani, Hüseyn ibn Məhəmməd, Müvrədatu əlfazil-Quran, Darul-qələm, h.q 1416
  • Zəməxşəri, Mahmud ibn Ömər, Əl-Kəşşaf, Beyrut, Darul-kutubil-ərəbi
  • Əli Musəvi, Abbas, Nəhcül-bəlağənin şərhi, Beyrut, Darur-rəsulil-əkrəm, h.q 1418
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Tehran, Nasir Xosrov, h.ş. 1372
  • Əbdül-Baqi, Məhəmməd Fuad, Əl-Mucəmul-mufəhrəs, Qahirə, Darul-kutubil-Misriyyə, h.q 1396
  • Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan fi təfsiril-Quran, h.q 1390
  • Fəxr Razi, Məhəmməd ibn Ömər, Ət-Təfsirul-kəbir, Beyrut
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, 4-cü çap, h.q 1407,
  • Muəssiseye daəirətul-məarife fiqhe İslami, Fərhənge fiqh, Qum, h.ş 1382
  • Mahmudi, Məhəmməd Rza, Mənasike ümreye müfrəde, Tehran, Məşər, h.ş 1387
  • Mərkəze fərhəng və məarife Quran, Dairətul-məarif Qurane Kərim, Qum, Bustane kitab, h.ş 1385
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1380
  • Nəcəfi, Məhəmməd Həsən, ibn Baqir, Cəvahirul-kəlam, Beyrut, h.q 1362
  • Yəzdi, Seyyid Məhəmməd Kazim, Əl-Ürvətul-vüsqa, Beyrut, h.q 1409

Xarici keçid