Məzmuna keç

Sələbə ibn Məymun

wikishia saytından

Sələbə ibn Məymun (ərəbcə: ثعلبة بن ميمون) fiqh və hədis sahəsində məşğul olmuş şiə alimlərindən və İmam Cəfər Sadiq (ə) ilə İmam Musa Kazımın (ə) səhabələrindən biridir.

Sələbə ibn Məymunun künyəsi Əbu İshaq idi və ona Əbu İshaq Fəqih, Əbu İshaq Nəhvi (ərəb dili qrammatikası üzrə alim) və Əsədi Kufi də deyilirdi.[1] Onun doğum və vəfat tarixi barədə məlumat yoxdur. O, Bəni Əsəd və Bəni Sələmə qəbilələrinin məvalisindən (azad edilmiş qullarından) olmuş, zahidlik, ibadət, gözəl əxlaq və fəsahət (səlis nitq) ilə məşhurlaşmışdır. Kufə məscidindəki ibadəti və Harun ər-Rəşidin (hicri 170–193-cü illərdə hakimiyyətdə olub) ona diqqət yetirməsi barədə bir rəvayət nəql edilmişdir.[2] O, həmçinin qari (Quran oxuyan), nəhvi və lüğət alimlərindən biri kimi tanınır.[3]

O, İmam Cəfər Sadiq (ə), İmam Musa Kazım (ə)Zürarə ibn Əyən, Haris ibn Muğeyrə, Həmmad ibn Osman, Məhəmməd ibn Müslim kimi şəxslərdən hədis nəql etmişdir. Həmçinin Əhməd ibn Məhəmməd ibn Əbi Nəsr Bəzənti, Abdullah ibn Məhəmməd Həccal, Abdullah ibn Bükeyr, Əbu Səid Mukari və bir çox başqaları ondan hədis rəvayət etmişlər.[4] Bildirilir ki, Sələbənin hədislərə dair bir kitabı olub və bu kitabdan çox sayda rəvayətçi hədis nəql etmişdir.[5]

Nəcaşinin "Rical" kitabında onun haqqında "siqə" (etibarlı) ifadəsinin işlədilməməsi bəzi şəxslərdə onun etibarlılığına dair şübhə yaratmışdır. Lakin bu şübhə əsassızdır[6] və digər alimlər Sələbəni etibarlı ravi (siqə) hesab etmişlər.[7]

İstinadlar

  1. Kəşşi, Ricalul-Kəşşi, h.q 1409, s.375; Nəcaşi, Ricalun-Nəcaşi, h.q 1407, s.117; Şeyx Tusi, Ricalut-Tusi, h.q 1415, s.174
  2. Nəcaşi, Ricalun-Nəcaşi, h.q 1407, s.118; Qumi, Tuhfətul-əhbab fi nəvadiri asaril-əshab, h.ş 1370, s.64; Xoyi, Mucəmu ricalil-hədis, h.q 1413, c.3, s.409
  3. Nəcaşi, Ricalun-Nəcaşi, h.q 1407, s.118; Hilli, Kitabur-rical, m.1972, s.60; Əllamə Hilli, Ricalul-Əllamə Əl-Hilli, h.q 1402, s.30
  4. Şeyx Tusi, Ricalut-Tusi, h.q 1415, s.333; Əllamə Hilli, Ricalul-Əllamə Əl-Hilli, h.q 1402, s.30; Tustəri, Qamusur-rical, h.q 1410, c.2, s.491; Xoyi, Mucəmu ricalil-hədis, h.q 1413, c.3, s.410-411
  5. Nəcaşi, Ricalun-Nəcaşi, h.q 1407, s.118; Şeyx Tusi, Ricalut-Tusi, h.q 1415, s.333; Xoyi, Mucəmu ricalil-hədis, h.q 1413, c.3, s.409
  6. Mamqani, Tənqihul-məqal, h.q 1352, c.1, 2-ci hissə, s.196; Əmin, Əyanuş-şiə, m.1983, c.4, s.25
  7. Kəşşi, Ricalul-Kəşşi, h.q 1409, s.412

Ədəbiyyat

  • Əmin, Möhsin, Əyanuş-şiə, Təhqiq: Həsən Əmin, Beyrut, Darut-taaruf lil-mətbuat, m.1983
  • Tustəri, Məhəmməd Təqi, Qamusur-rical, Qum, Dəftəre enteşarate islami, h.q 1410
  • Hilli, Həsən ibn Əli, Kitabur-rical, Təhqiq: Məhəmməd Sadiq, Nəcəf, m.1972
  • Xoyi, Əbul-Qasim, Mucəmu ricalil-hədis, Qum, h.q 1413
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Ricalut-Tusi, Təhqiq: Cavad Qəyyumi İsfahani, Qum, İslami nəşr müəssisəsi, h.q 1415
  • Əllamə Hilli, Həsən ibn Yusif, Ricalul-Əllamə Əl-Hilli, Təhqiq: Məhəmməd Sadiq Bəhrul-ulum, Nəcəf, h.q 1402
  • Qumi, Abbas, Tuhfətul-əhbab fi nəvadiri asaril-əshab, Təhqiq: Cəfər Hüseyni, Darul-kutubil-İslamiyyə, h.ş 1370
  • Kəşşi, Məhəmməd ibn Ömər, Ricalul-Kəşşi, Məşhəd, h.q 1409
  • Mamqani, Abdullah, Tənqihul-məqal fi elmir-rical, Nəcəf, h.q 1352
  • Nəcaşi, Əhməd ibn Əli, Ricalun-Nəcaşi, Təhqqi: Musa Şübeyri Zəncani, Qum, İslami nəşr müəssisəsi, h.q 1407

Xarici keçid