Məzmuna keç

Səvban ibn Bucdud

wikishia saytından
Səvban ibn Bucdud
KünyəsiƏbu Əbdillah
Doğulduğu məkanSirat və ya Himyər
Yaşadığı yerMədinə - Şam - Rəmlə - Misir - Hims
Vəfat tarixi və məkanıHicrətin 44 və yaxud 54-cü ili, Hims
Başqa fəaliyyətləriPeyğəmbərdən (s) 128 rəvayət nəql etmişdir


Səvban ibn Bucdud, (ərəbcə: ثَوْبان بن بُجدُد) Peyğəmbər (s) tərəfindən alınıb azad edilən bir qul idi. Azad olduqdan sonra Peyğəmbərin (s) yanında qalmağa qərar verdi. O, səhabələrdən biri olub və Rəsulullahdan (s) 128 hədis rəvayət etmişdir. Bəziləri onun Sira bölgəsindən (Məkkə ilə Yəmən arasında), bəziləri isə Himyər diyarından olduğunu bildiriblər. Onun künyəsi Əbu Abdullah idi.

Onun tanıtımı

Səvban ibn Bucdud, Əbu Abdullah,[1] Əbu Əbdül-Kərim[2] və ya Əbu Əbdür-Rəhman[3] künyələri ilə tanınırdı. Bəziləri onun Sira bölgəsindən Məkkə ilə Yəmən arasındakı ərazidən,[4] bəziləri isə Himyər diyarından olduğunu bildiriblər.[5] Onun atasının adı Bucdud, həmçinin Cəhdər kimi qeyd edilmişdir.[6] Lakin Zərkəli onun atasının adını Yəcdud[7], Səmani isə Nəcdud kimi qeyd etmişdir.[8]

Səvban, Peyğəmbər (s) tərəfindən alınaraq azad edilən bir qul idi. Azad edildikdən sonra ona öz vətəninə qayıtmaq və ya Peyğəmbərin (s) yanında qalmaq seçimi verildi. O, Peyğəmbərin (s) yanında qalmağı seçdi və o Həzrətin vəfatına qədər daim onun kənarında qaldı.[9]

Peyğəmbərin (s) vəfatından sonra Səvban Şama getdi. Bir müddət Rəmlə və Misirdə yaşadı, daha sonra Hims şəhərinə yerləşdi. O, 44-cü hicri ilində və ya bəzi rəvayətlərə görə 54-cü hicri ilində, Müaviyənin dövründə həmin şəhərdə vəfat etdi.[10]

Səvbanın raviləri və rəvayət etdiyi hədisləri

Səvban Peyğəmbərdən (s) 128 hədis rəvayət etmişdir.[11] Ondan hədis nəql edənlər arasında aşağıdakı tabeinlər var: Şəddad ibn Əvs Ənsari, Cübeyr ibn Nüfeyr Həzrəmi, Əbu İdris Xəvlani, Əbu Səlam Əsvəd Həbəşi, Əbu Əsma Rəhbi[12], Buxari və Müslim[13] kimi böyük hədis alimləri də onun rəvayət etdiyi hədisləri kitablarına daxil etmişlər.[14] Əbu Nuəym İsfahani (vəfatı: 430 h.q.) onu bəsirət sahibi ariflərdən biri hesab etmişdir.[15]

İstinadlar

  1. İbn Əsir, Usdul-ğabə, h.q 1409, c.1, s.296
  2. İbn Əsakir, Tarixu mədinəti Dəməşq, h.q 1415, c.4, s.259
  3. İbn Əsakir, Tarixu mədinəti Dəməşq, h.q 1415, c.11, s.170
  4. İbn Əsir, Usdul-ğabə, h.q 1409, c.1, s.296
  5. İbn Əsir, Usdul-ğabə, h.q 1409, c.1, s.296
  6. İbn Əsir, Usdul-ğabə, h.q 1409, c.1, s.296; İbn Əsakir, Tarixu mədinəti Dəməşq, h.q 1415, c.11, s.166
  7. Zirikli, Əl-Əlam, m.1989, c.2, s.102
  8. Səmani, Əl-Ənsab, h.q 1382, c.3, s.151
  9. İbn Əsir, Usdul-ğabə, h.q 1409, c.1, s.296
  10. İbn Əsir, Usdul-ğabə, h.q 1409, c.1, s.296; İbn Əsakir, Tarixu mədinəti Dəməşq, h.q 1415, c.11, s.169; İbn Həcər Əsqəlani, Əl-İsabə, h.q 1415, c.1, s.528
  11. Zirikli, Əl-Əlam, m.1989, c.2, s.102
  12. İbn Əsakir, Tarixu mədinəti Dəməşq, h.q 1415, c.11, s.166; İbn Əsir, Usdul-ğabə, h.q 1409, c.1, s.297
  13. Məqrizi, İmtaul-əsma, h.q 1420, c.6, s.319
  14. Ibn Kəsir, Əs-Siyrətun-Nəbəviyyə, m.1964, c.4, s.621
  15. Hilyətul-əvliya, Qahirə, c.1, s.180-183

Ədəbiyyat

  • İbn Əsir, Əli ibn Məhəmməd, Usdul-ğabə, Beyrut, Darul-fikr, h.q 1409
  • İbn Həcər Əsqəlani, Əhməd ibn Əli, Əl-İsabə, Təhqiq: Adil Əhməd Əbdül-Məvcud, Beyrut, Darul-kutubil-elmiyyə, 1-ci çap, h.q 1415
  • İbn Əsakir, Əbul-Qasim Əli ibn Həsən, Tarixu mədinəti Dəməşq, Beyrut, Darul-fikr, h.q 1415
  • Səmani, Əbu Səid Əbdül-Kərim ibn Məhəmməd, Əl-Ənsab, 1-ci çap, h.q 1382,
  • İbn Kəsir, Əs-Siyrətun-Nəbəviyyə, Çap: Mustafa Əbdül-Vahid, Qahirə, m.1964
  • Əhməd ibn Abdullah Əbu Nəim, Hilyətul-əvliya, Qahirə, Daru ümmil-Qura, 1-ci çap
  • Zirikli, Xeyruddin, Əl-Əlam, Beyrut, Darul-elm, 8-ci çap, m.1989
  • Səmani, Məhəmməd ibn İsmail, Əl-Ənsab, Beyrut, h.q 1382
  • İbn Həcər Əsqəlani, Əl-İsabə, h.q 1415
  • Məqrizi, Təqyuddin, İmtaul-əsma, Beyrut, Darul-kutubil-elmiyyə, 1-ci çap, h.q 1420

Xarici keçid