Taslim:Şüreyh Qazinin fətvası
Şüreyh Qazinin fətvası – Kufə qazisi Şüreyh ibn Haris Kindiyə (vəfatı 78 h.q.) aid edilən bir hökm olub, onun məzmunu Aşura hadisəsi zamanı İmam Hüseynin (ə) öldürülməsini caiz göstərir. Bu fətva qədim mənbələrdə yer almamışdır və bir sıra alimlər və tədqiqatçılar onu əsassız və uydurma hesab edirlər.
Əhəmiyyəti və mövqeyi
Seyid Məhəmməd Əli Qazi Təbatəbai “Seyyidüş-şühədanın birinci ərbəini barədə təhqiq” kitabında qeyd edir ki, bir çox mərsiyəxanlar Şüreyh Qaziyə aid edilən cümlələri Kərbəla hadisəsinin zəminini hazırlayan amillərdən biri kimi nəql etmiş və təkrar ediblər.[1] Şüreyh ibn Haris Kindi, “Şüreyh Qazi” adı ilə tanınır və o, ikinci xəlifə Ömər ibn Xəttabın dövründən hicri qəməri təqvimi ilə 78-ci ilə qədər Kufədə qazilik etmişdir.[2]
Şüreyhə aid edilən mətn
“Əl-Əlfəyn” kitabının tərcüməsinə əlavə olunmuş təliqələrdə fətvanın mətni belə nəql olunmuşdur ki, Şüreyh Qaziyə aid edilən mətn belədir: “Hüseyn ibn Əli, müsəlmanlar arasında ixtilaf saldı, Əmirəlmöminin (Yezid) ilə müxalifət etdi və dindən çıxdı. Bu məsələ mənim üçün sabit oldu. Buna görə də İslam Peyğəmbərinin (s) şəriətini qorumaq üçün onun dəf edilməsi və öldürülməsi barədə hökm verdim”.[3]
Fətvanın nəql olunduğu mənbələr
Aşura üzrə Şiə tədqiqatçısı Məhəmməd Səhhəti Sərdərudi bildirir ki, Şüreyhin fətvası az fərqlərlə hicri qəməri təqvimi ilə 14-cü əsrdə Həsən Əşrəf əl-Vaizinin yazdığı “Cavahirul-kəlam fi səvanihil-əyyam” və 15-ci əsrdə yazılmış “Əl-Əlfəyn” əsərinin tərcüməsi kimi kitablarda qeyd olunmuşdur.[4] Qazi Təbatəbai də onu hicri qəməri təqvimi ilə 14-cü əsrdə yazılmış “Səməratul-ənvar” və “Məzamirul-övliya” kitablarında gətirmişdir.[5] “Tarixi-cami Seyyidüş-şühəda” kitabına görə, bu fətva hicri qəməri təqvimi ilə 14-cü əsrdə yazılmış Həbibullah Şərif Kaşaninin “Təzkirətüş-şühəda” əsəri kimi kitablarda da nəql olunmuşdur.[6] Bu hekayə həmçinin 14-cü əsrdə yaşamış Əbdün-Nəbi İraqi Nəcəfi (vəfatı 1344 h. ş.) tərəfindən də nəql edilmişdir.[7]
Fətvanı inkar edənlər
Məhəmməd Səhhəti Sərdərudi bildirir ki, Əllamə Hillinin yazdığı “Əl-Əlfəyn” kitabının mətnində belə bir fətva yoxdur və tərcüməçinin təliqələrində gətirilən bu sözlər heç bir qədim mənbədə qeyd olunmamışdır.[8] O, həmçinin 31 qədim mənbənin adını çəkir ki, onların heç birində Şüreyh Qazinin fətvasına işarə edilməmişdir.[9] Qazi Təbatəbai də “Ərbəin barədə tədqiqat” kitabında bu fətvanın mənbələrini tamamilə dəyərsiz hesab edir.[10] “Sarəlah” kitabının müəllifi də fətvanı şayiə adlandırmışdır. Onun sözlərinə görə, “Məqatil” kitablarında Şüreyhin adı yalnız iki dəfə çəkilmişdir ki, hər ikisi Hani ibn Ürvənin tutulması ilə bağlıdır.[11] Şəmsi təqvimi ilə 1398-ci ildə yazılmış “Məşhurate bi-etibar” (mötəbər olmayan məşhurlar) kitabında isə Şüreyhin Muxtar Səqəfi tərəfindən qazilik məqamına təyin olunması bu fətvanın uydurma olmasına dəlil kimi göstərilmişdir. Müəllifə görə, əgər belə bir fətva mövcud olsaydı, Muxtarın Kərbəla hadisəsini həyata keçirənlərdən intiqam alma üsulu ilə uyğun gəlmir.[12]
Dehxuda lüğətində də “Şüreyh” maddəsinin altında bu hekayənin etibarlı mənbələrdə yer almadığı qeyd olunmuşdur.[13] “Tarixi-cami Seyyidüş-şühəda” kitabının müəllifləri də Şüreyh Qazinin fətvasını etibarlı sənəddən məhrum hesab etmiş və bu iddianın yalnız hicri qəməri təqvimi ilə 14-cü əsrin mənbələrində yayıldığını yazmışlar.[14]
İstinadlar
- ↑ Qazi Təbatəbai, Təhqiq dər əvvəle ərbəine seyyidüş-şühəda, h.ş 1368, s.61
- ↑ Xodayi, Şüreyh Qazi zəndeginame və əməlkərd, s.99-124
- ↑ Vicdani, Tərcümeye Əl-Əlfeyn, h.q 1409, s.1004
- ↑ Məhəmməd Səhhəti Sərdərudi, Təhşifşenasiye Aşura və tarixe İmam Hüseyn, h.ş 1394, s.202
- ↑ Qazi Təbatəbai, Təhqiq dər əvvəle ərbəine seyyidüş-şühəda, h.ş 1368, s.62-63 (pavərəq)
- ↑ Bir qrup tarixşünas araşdırmaçı, Tarixi-qiyam və məqtəle came Seyyidüş-şühəda, h.ş 1392, c.1, s.530 (pavərəq)
- ↑ Bir qrup tarixşünas araşdırmaçı, Tarixi-qiyam və məqtəle came Seyyidüş-şühəda, h.ş 1392, c.1, s.530 (pavərəq)
- ↑ Məhəmməd Səhhəti Sərdərudi, Təhşifşenasiye Aşura və tarixe İmam Hüseyn, h.ş 1394, s.201
- ↑ Məhəmməd Səhhəti Sərdərudi, Təhşifşenasiye Aşura və tarixe İmam Hüseyn, h.ş 1394, s.201
- ↑ Qazi Təbatəbai, Təhqiq dər əvvəle ərbəine seyyidüş-şühəda, h.ş 1368, s.64
- ↑ Əndəlib, Sarullah, h.ş 1376, s.126
- ↑ Süleymani, Məşhurate bi etibar, h.ş 1398, s.225
- ↑ Dehxoda, Lüğətnamə, h.ş 1373, c.26, s.349
- ↑ Bir qrup tarixşünas araşdırmaçı, Tarixi-qiyam və məqtəle came Seyyidüş-şühəda, h.ş 1392, c.1, s.530 (pavərəq)