Sina dağı

wikishia saytından
(Tur Sina (Sina dağı) səhifəsindən yönləndirilmişdir)

Sina dağı (ərəbcə: طور سيناء), Quran və Tövratda adı keçən Misirin Sina səhrasındakı dağ və ya silsilə dağlardır. Sinada Allahın Həzrət Musa (ə) ilə danışması, qırx günlük miqat (Allahla vədələşdiyi yer), Bəni-İsraildən yetmiş nəfərlə (qırx gecə) miqat, Musanın (ə) vəfatı kimi müxtəlif hadisələr baş vermişdir. İslam Peyğəmbəri (s) Sina dağının müqəddəsliyinin səbəbini Allahın orada Həzrət Musa (ə) ilə söhbəti kimi şeylər hesab etmişdir.

Coğrafi yeri

Tur Sina (Sina dağı) Sina səhrasının cənubunda yerləşir, Sina səhrası isə Misirin şimal-şərqindədir və Fələstin, İordaniya və Səudiyyə Ərəbistanı ilə həmsərhəddir. Həmin ərazidə çoxlu dağlar var ki, onların arasında Sina dağı da var.[1] İbn Mənzur Tur Sinanı Suriyadakı bir dağın adı hesab edirdi.[2]

Bəzi insanlar ehtimal veriblər ki, Tur Sinadan məqsəd bir sıra dağlar toplusudur və Tur Sinada baş verən müxtəlif hadisələr müəyyən bir dağda deyil, bu dağlarda baş vermişdir.[3] Onlar həmçinin deyiblər ki, Quranda iki "Sina" və "Sinin" termininin işlədilməsi həmin nöqtəyə işarə edir və Sinin dağı Sina dağının bir hissəsidir.[4]

Sina səhrasının cənubunda, Müqəddəs Yekaterina monastırının yaxınlığında yerləşən Sina dağı adlı bir dağ var.[5]

Adlandırılması

Quran bir dəfə "Tur Sina" ifadəsini işlətmiş və orada bitən və yağ verən bir ağaca işarə etmişdir.[6] O, həmçinin Tur Sinin"ə[7] and içmişdir ki, bəzi təfsirçilər onun həmin "Tur Sina" olduğunu bildirmişlər.[8] Digər ayələrdə də "Əl-Tur" ifadəsi işlənib ki, təfsirçilər onun mənasını "Tur Sina" ilə eyni hesab etmişlər.[9]

Şeyx Səduq İbn Abbasdan bir hədis rəvayət edir ki, bu hədisə əsasən Sinada ağac olduğuna görə Tur adlandırılır.[10]

Onun müqəddəsliyi

Tur Sina Allahın Həzrət Musa (ə) ilə danışdığı yerdir: "Taha" surəsinin 12-ci ayəsinə əsasən, orada Allah Musaya (ə) ayaqqabılarını çıxarmasını əmr etdi, çünki

إِنَّک بِالْوادِ الْمُقَدَّسِ طُوی

"sən müqəddəs Tuva çölündəsən".[11] Bəzi araşdırmaçı alimlər bu ayədən "Tur Sina"nın müqəddəs olduğunu istifadə ediblər.[12] Həmçinin Allah “Tur” surəsində bu dağa and içmişdir.[13]

İslam Peyğəmbərindən (s) "Tur Sina"nın müqəddəs olmasının səbəbi ilə bağlı suala cavab olaraq belə nəql edilmişdir: "Çünki o vadidə ruhlar müqəddəs edilirlər və mələklər orada sıraya düzülür və Allah orada Musa (ə) ilə danışırdı".[14]

Tur dağında baş verən hadislər

Ayələrərəvayətlərə görə, Musa (ə) və Bəni-İsrail başına gələn bəzi hadisələr "Tur Sina"da baş verib:

  • Misirə gediş və vəhyin ilk dəfə nazil olması; Həzrət Musa (ə) Mədinədə Həzrət Şüeyb (ə) ilə müqavilə müddəti bitdikdən sonra  həyat yoldaşı, uşağı və mal-dövləti ilə Misirə yola düşdü. O, yolunu azdı[15] və dağda od görüb ora getdi.[16] Burada ona vəhy nazil oldu və bu, Həzrət Musanın (ə) peyğəmbərliyinin başlanğıcı idi.[17] Quran bu hadisənin baş verdiyi yeri "Əl-Tur"[18] və "Tuva"[19] ifadələri ilə qeyd edilmişdir. Bəzi təfsirçilər "Əl-Tur"dan məqsədin "Tur Sina" olduğunu bildiriblər ki, "Tuva" bu dağın aşağısındakı bir vadi idi.[20] 8-ci əsrin şairi Seyf Fərqani belə qoşub:
Kəlimin (Həzrət Musanın) qulağına "inni ənəllah"  (mən Allaham) xitabı gəldi, baxmayaraq ki, o, "Tur Sina"ya atəşin arxasınca getmişdir.[21]
  • Qırx günlük miqat: Bəni-İsrail Misiri tərk etdikdən sonra Həzrət Musa (ə) dağın başına çıxdı, qırx gün orada qaldı və orada ona Tövrat lövhələri nazil oldu.[22] Bəzi təfsirçilər bu 40 günlük miqatın "Tur Sina"da baş verdiyini bildiriblər.[23] Tövratda belə gəlib:

"Səhər hazır ol. Səhər Sina dağına çıx və mənim yanımda orada, həmin dağın başında dayan".[24]

  • Bəni-İsraildən yetmiş nəfərlə birlikdə miqata getmək: Həzrət Musa (ə) Bəni-İsraildən yetmiş nəfərlə, o cümlədən öz vəsisi Yuşə (ə)[25] ilə miqata getdi.[26] Həmçinin bir sıra məsələlərə görə Allah dağı (və ya onun bir hissəsini) onların başlarının üstündə qərar verdi. Onlar təslim oldular və ilahi əzab onlara nazil olmadı.[27] İmam Sadiqin (ə) rəvayətində bu hadisənin baş verdiyi yerin "Tur Sina" olduğu qeyd edilmişdir.[28]

Əlaqəli məqalələr

Hittə qapısı

İstinadlar

  1. Müstəfəvi, Ət-Təhqiqu fi kəlmatil-Quranil-Kərim, h.ş 1360, c.5, s.293
  2. İbn Mənzur, Lisanul-ərəb, h.q 1414, c.4, s.508
  3. Müstəfəvi, Ət-Təhqiqu fi kəlmatil-Quranil-Kərim, h.ş 1360, c.5, s.293
  4. Müstəfəvi, Ət-Təhqiqu fi kəlmatil-Quranil-Kərim, h.ş 1360, c.5, s.295
  5. Bir qrup yazıçı, Mucəzu dairətil-məarifil-İslamiyyə, h.q 1418, c.22, s.699
  6. Muminun surəsi, ayə 20
  7. Tin surəsi, ayə 2
  8. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.27, s.140
  9. Təyyib, Ətyəbul-bəyan fi təfsiril-Quran, c.12, s.292
  10. Şeyx Səduq, İləluş-şəraye, h.ş 1385, c.1, s.68
  11. Taha surəsi, ayə 12
  12. Qərəşi, Qamuse Quran, h.ş 1371, c.5, s.256
  13. Tur surəsi, ayə 1
  14. Şeyx Səduq, İləluş-şəraye, h.ş 1385, c.1, s.472
  15. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.13, s.167
  16. Taha surəsi, ayə 10-11
  17. Taha surəsi, ayə 12-13
  18. Qəsəs surəsi, ayə 29
  19. Taha surəsi, ayə 12
  20. Muğniyə, Təfsirul-kaşif, h.q 1424, c.7, s.509
  21. Seyf Fəğani, Divane əşar, nömrə 15 سایت گنجور
  22. Əraf surəsi, ayə 142-145
  23. Molla Həviş, Bəyanul-məani, h.q 1382, c.1, s.416
  24. Xruc, bab 34, ayə 2
  25. Xruc, baba 23, ayə 13
  26. Əraf surəsi, ayə 155
  27. Bəqərə surəsi, ayə 93
  28. Qumi, Təfsirul-Qumi, h.q 1404, c.1, s.246
  29. Bəhrani, Əl-Burhan fi təfsiril-Quran, h.q 1416, c.4, s.289

Ədəbiyyat

  • İbn Mənzur, Məhəmməd ibn Mukərrəm, Lisanul-ərəb, Darul-fikr, Daru Sadir, 3-cü çap, h.q 1414
  • Bəhrani, Seyyid Haşim, Əl-Burhan fi təfsiril-Quran, Tehran, 1-ci çap, h.q 1416
  • Şeyx Səduq, İləluş-şəraye, Qum, 1-ci çap, h.ş 1385
  • Təyyib, Seyyid Əbdül-Hüseyn, Ətyəbul-bəyan fi təfsiril-Quran, İslam nəşriyyatı, 2-ci çap, h.ş 1378
  • Qərəşi, Seyyid Əli Əkbər, Qamuse Quran, Tehran, Darul-kutubil-İslamiyyə, 6-cı çap, h.ş 1371
  • Qumi, Əli ibn İbrahim, Təfsirul-Qumi, Təhqiq: Musəvi Cəzairi, Qum, Darul-kitab, 3-cü çap, h.q 1404
  • Bir qrup yazıçı, Mucəzu dairətil-məarifil-İslamiyyə, 1-ci çap, h.q 1418
  • Müstəfəvi, Həsən, Ət-Təhqiqu fi kəlmatil-Quranil-Kərim, Tehran, h.ş 1360
  • Muğniyə, Məhəmməd Cavad, Təfsirul-kaşif, Tehran, Darul-kutubil-İslamiyyə, 1-ci çap, h.q 1424
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, 1-ci çap, h.ş 1374
  • Molla Həviş Ali Ğəffari, Əbdül-Qadir, Bəyanul-məani, Dəməşq, 1-ci çap, h.q 1382