Hittə qapısı

wikishia saytından
"Hittə qapısı" adı ilə məşhur olan Beytül-müqəddəsin qapılarından biri

Hittə qapısı (ərəbcə: باب حطة), Bəni-israilin “Tiyə” məntəqəsində sərgərdanlıq hekayəsindən sonra keçməli olduqları qapıdır. Onlar müqəddəs torpağa daxil olanda Allahın əmri ilə günahlarını bağışlatmaq üçün “Hittə” kəlməsini deyərək bu qapıdan keçməli idilər. Əksər təfsirçilər “Hittə qapısı”nı Fələstində Beytül-müqəddəsin qapılarından biri hesab edirlər. Şiə və sünni rəvayətlərində Əhli-beyt (ə) bu qapıya bənzədilir ki, onlara əsasən, Peyğəmbərin (s) Əhli-beytinə (ə) pənah aparan şəxs nicat tapacaqdır.

Bəni-israilə verilən göstəriş

Quran ayələrinə əsasən, Bəni-israil müqəddəs torpağın şəhərlərindən birinə daxil olmaq niyyətində olan zaman Allahın əmri ilə müəyyən bir qapıdan daxil olub “Hittə” kəlməsini söyləməli idilər.[1]

Hədislərdə bu qapının adı “Hittə qapısı” olaraq keçir.[2] Əksər təfsirçilər[3] hətta “qəryə”ni “Əriha” şəhəri adlandıran təfsirçilər[4] “Əl Bab”ın Beytül-müqəddəsin qapılarından birinə işarə etdiyini bildiriblər.[5] “Hittə” kəlməsi məqamın aşağı düşməsi, məsuliyyət və ya günah yükünü insanın çiyinlərindən götürmək mənasındadır.[6] Təbərsi “Məcməul-Bəyan” təfsirində “Hittə” qapısı ilə bağlı deyir: “Allah Bəni-israilə əmr etdi ki, Beytül-müqəddəsə daxil olarkən özlərini təvazökar göstərmək üçün “Hittə qapısı”ndan daxil olsinlar. Ora daxil olarkən əyilmək məcburiyyətində qalsınlar və “Hittə” desinlər. Lakin onlar həm başqa qapıdan daxil oldular və həm də bu kəlməni təhrif etdilər. Həmçinin Allahın göstərişi ilə müxalifət etmək adı ilə və istehza üzündən Siryani dilində dedilər: «هاطا سماقاتا» “Hata Səmaqata" ... «حطا سماقاتا» “Həta Səmaqata”  qırmızı rəngli buğda mənasınadır ki, onda arpa var”.[7]

Əhli-beytin Hittə qapısına bənzədilməsi

Şiə mənbələrində Əhli-beyti (ə) “Hittə qapısı”na bənzədilmişdir. O cümlədən, Peyğəmbərdən (s) bir rəvayətdə belə buyurulur:

“Kim mənim dinimi qəbul edib, mənim yolumla gedib və mənim sünnəmə tabe olsa, Əhli-beytimin (ə) imamlarının bütün ümmət üzərində üstünlüyünə inanmalıdır. Onların bu ümmət arasındakı misalı Bəni-israilın arasındakı “Hittə qapısı” kimidir”.[8]

Sünni mənbələrində də Əbu Səid Xodrinin Peyğəmbərdən (s) nəql etdiyi bir rəvayət var:

“Sizin aranızda mənim Əhli-beytimin (ə) məsəli Bəni-israilin arasındakı “Hittə qapısı” məsəli kimidir ki, hər kəs o qapıdan daxil olarsa, bağışlanar”.[9]

Onlar bu bənzətmə haqqında belə deyiblər: “Hittə qapısı” Bəni-israil üçün iman və əqidə ölçüsü olduğu kimi, Əhli-beyt (ə) də Peyğəmbər (s) ümmətinin iman ölçüsüdür.[10] Bu hədisə əsasən, Əhli-Beyt (ə) o qapı kimidir ki, Bəni-israildən hər kəs ona pənah apardısa, günahları bağışlandı. Ona görə də hər kim Peyğəmbərin (s) Əhli-beytinə (ə) pənah apararsa, nicat tapacaq.[11] Həmçinin 10-cu əsrdə sünni alimlərindən olan İbn Həcr Hitəmi “Hittə qapısı” hədisini nəql edərək belə hesab edir ki, Allah Bəni-israilin “Hittə qapısı”ndan daxil olmalarını onların bağışlanma səbəbi qərar verdiyi kimi, İslam ümmətində də Əhli-beytə (ə) məhəbbət bəsləməyi ümmətin bağışlanma səbəbi qərar verib.[12]

Əlaqəli məqalələr

İstinadlar

  1. Bəqərə surəsi, ayə 58
  2. Səduq, Əl-Əmali, h.ş 1376, s.74, hədis 6
  3. Təbəri, Cameul-bəyan, Darul-mərifə, c.1, s.426; Təbərsi, Məcməul-bəyan, h.ş 1383, c.1, s.247; İbn Adil, Əl-Lubabu fi ulumil-kitab, h.q 1419, c.2, s.95
  4. Təbəri, Cameul-bəyan, Darul-mərifə, c.1, s.426; İbn Adil, Əl-Lubabu fi ulumil-kitab, h.q 1419, c.2, s.93
  5. Təbəri, Cameul-bəyan, Darul-mərifə, c.1, s.427; İbn Adil, Əl-Lubabu fi ulumil-kitab, h.q 1419, c.2, s.95
  6. Fiyruzabadi, Əl-Qamusul-muhit, Darul-kutubil-elmiyyə, s.894-895; Zübeydi, Tacul-ərus, c.10, s.216-217
  7. Təbərsi, Məcməul-bəyan, h.ş 1383, c.1, s.248
  8. Səduq, Əl-Əmali, h.ş 1376, s.74, hədis 6
  9. Heytəmi, Əs-Səvaiqul-muhriqə, h.q 1387, c.5, s.179; Siyuti, Cameul-əhadis, h.q 1414, c.8, hədis 8956; Heytəmi, Məcməuz-zəvaid, h.q 1414, c.9, s.168; Təbərani, Əl-Mucəmus-səğir, h.q 1405, c.2, s.82
  10. Hüseyni Milani, Cəvahirul-kəlam fi mərifətil-İmaməti vəl-imam, h.ş 1382, c.2, s.167
  11. Xansari, Şərhe Ağa Cəmal Xansari bər Ğurərul-hikəm, h.ş 1366, c.6, s.186
  12. Heytəmi, Əs-Səvaiqul-muhriqə, h.q 1387, c.2, s.447

Ədəbiyyat

  • İbn Həcər Heytəmi, Əhməd, Əs-Səvaiqul-muhriqə, Təhqiq: Əbdür-Rəhman ibn Abdullah, Livan, Ər-Risalə müəssisəsi, 1-ci çap, h.q 1387
  • İbn Adil, Ömər ibn Əli, Əl-Lubabu fi ulumil-kitab, Beyrut, Darul-kutubil-elmiyyə, 1-ci çap, h.q 1419
  • Hüseyni Milani, Seyyid Əli, Cəvahirul-kəlam fi mərifətil-İmaməti vəl-imam, Qum, Mərkəzul-həqaiqil-İslamiyyə, h.ş 1382
  • Xansari, Məhəmməd ibn Hüseyn, Şərhe Ağa Cəmal Xansari bər Ğurərul-hikəm, Düzəliş: Mir Cəlaləddin Hüseyni, Tehran, Tehran universiteti, 4-cü çap, h.ş 1366
  • Zübeydi, Məhəmməd ibn Məhəmməd, Tacul-ərus, Təhqiq: Əli Şiri, Beyrut, Darul-fikr, h.q 1414
  • Siyuti, Əbdür-Rəhman ibn Əbi Bəkr, Cameul-əhadis, h.q 1414
  • Səduq, Məhəmməd ibn Əli, Əl-Əmali, Təhqiq: Məhəmməd Baqir Komrei, Tehran, Ketabçi, h.ş 1376
  • Təbərani, Süleyman ibn Əhməd, Əl-Mucəmus-səğir, Təhqiq: Məhəmməd Şəkur, Beyrut-Oman, Daru Əmmar, 1-ci çap, h.q 1405
  • Təbəri, Məhəmməd ibn Cərir, Cameul-bəyan, Beyrut, Darul-mərifə
  • Fiyruzabadi, Məciddin, Əl-Qamusul-muhit, Beyrut, Darul-kutubil-elmiyyə
  • Heytəmi, Əli ibn Əbubəkr, Məcməuz-zəvaid. Təhqiq: Hüseyn Səlim Əsəd, Dəməşq, Darul-məmun, h.q 1414

Xarici keçid