Vəsiyyət hədisi

wikishia saytından
(Vəsiyyət rəvayəti səhifəsindən yönləndirilmişdir)
Vəsiyyət hədisi
MövzuOn iki Mehdi
Nəql olunubİslam Peyğəmbəri (s)
Sənədin mötəbərliyiZəif
Şiə mənbələriƏl-Ğeybə (Şeyx Tusi)
Quran dəstəkləyibYoxdur
Rəvayət dəstəkləyibYoxdur

Vəsilik hədisi ilə səhv düşməsin

Vəsiyyət hədisi (ərəbcə: حديث الوصية) İmam Mehdidən (ə) sonra on iki imamdan bəhs edən rəvayətdir. Bu hədis Şeyx Tusinin yazdığı “Əl-Qeybə” kitabındadır. Ənsarul-Mehdi qrupunun lideri Əhməd əl-Həsən buna istinad edərək özünü İmam-Zamanın (ə.c) oğlu və on iki Mehdinin ilk Mehdisi adlandırıb.

Şiə alimləri Əhməd əl-Həsənin rəvayətinin bu kimi təfsirini qəbul etmir və onun məşhur və mötəbər şiə rəvayətləri ilə uyğun olmadığını qəbul edirlər. Bəzi tədqiqatçılar hədisin sənədi və məzmununu tədqiq edərək onu qəbul etməyin problemli olduğunu bəyan etmişlər. Digərləri isə, hədisin zəif olduğunu bildirmişlər. Həmçinin, bu rəvayət Peyğəmbərin (s) canişinlərinin sayının cəmi on iki olduğunu bildirən hədislərlə də ziddiyyət təşkil edir.

Vəsiyyət hədisi və məzmunu

Vəsiyyət hədisi Şeyx Tusinin “Ğeybə” kitabında Peyğəmbərdən (s) nəql edilmiş rəvayətdir.[1]

Peyğəmbər (s) Vəsiyyət hədisində İmam Əliyə (ə) xitab edərək, ondan sonra on iki imamın olmasından bəhs edir və on iki şiə imamlarının adlarını qeyd edir. Sonra on ikinci imamın vəfatından sonra onun yerinə gələcək on iki Mehdinin varlığından xəbər verir.[2] Hədisin bu məsələdən bəhs edən son hissəsi belədir:

“Onlardan (on iki imamdan) sonra on iki Mehdi gələcək. 12-ci imam vəfat edən zaman mənim xəlifəliyimi birinci yaxın qohumu olan oğluna verdi. Onun üç adı var: Biri mənim adım kimidir. Onun başqa adı atamın adı kimidir və Abdullah və Əhməddir. Üçüncü adı Mehdidir və möminlərin birincisidir.”[3]

Bu hədis Ənsarul-Mehdi qrupunun rəhbəri Əhməd əl-Həsənin on iki imamdan sonra on iki mehdiliyi sübuta yetirdiyi ən mühüm sənəddir.[4] Bu rəvayətə istinad edərək, o, özünün ilk Mehdi olduğunu və İmam Zamanın (ə) oğlu olduğunu iddia edib.[5]

Ancaq, şiə alimləri birincisi, bu rəvayətin sənədini qəti hesab etməmiş, ikincisi, onun bu təfsirini qəbul etməmişlər.[6]

Əhməd əl-Həsənin Vəsiyyət hədisinə istinadı

Əhməd əl-Həsən Vəsiyyət hədisinə istinad edərək iddia edir ki, İmam Zamandan (ə) sonra on iki Mehdi gələcək və o, onların birincisidir.[7] Bundan əlavə, rəvayətdəki “İbnəhu” (oğlu) ifadəsinə əsasən , özünü İmam-zamanın (ə.c) oğlu hesab edir.[8]

O, buna əsaslanaraq İmam-zamanın (ə.c) zühurundan əvvəl və on ikinci imamın dövründə və ondan sonra rol oynadığını iddia edir.[9]

Şiə alimlərinin nəzəri

Şiə alimləri vəsiyyət hədisini məşhur və düzgün rəvayətlərə zidd hesab etmişlər. Bunlardan Təbərsi (V əsr təfsirçisi), Ərdəbili (7-ci əsr mühəddisləri), Əllamə MəclisiHürr Amilini (XI əsr mühədisləri) qeyd etmək olar.[10]

Təbərsi və Ərdəbili də bu hədislərin İmam Mehdidən (ə) sonra başqa hökumətin olmayacağını söyləyən düzgün rəvayətlərə zidd olduğunu bildiriblər.[11]

Vəsiyyət hədisinə olan iradlar

Tədqiqatçıların bu hədisdə tapdıqları digər iradlardan bəziləri bunlardır:

  • Bu rəvayət xəbər vahiddir və zənnə sökənən xəbər vahiddir. Ona görə də, onunla hansısa əqidəni isbat etmək mümkün deyil.[12]
  • Bu rəvayətə görə, Peyğəmbərin (s) 24 canişini vardır və bu hədis peyğəmbərin (s) 12 canişini ilə uyğun gəlmir.[13] Yəni, İmam Zamanı (ə) son vəsi hesab edən rəvayətlərlə ziddiyyət təşkil edir. Həmçinin bu rəvayət rəcətdən xəbər verən bir neçə rəvayətlə də ziddiyyət təşkil edir.[14]
  • Bu hədisi zəif ravilər silsiləsi təşkil edir. Yəni, hədisin raviləri zəif və naməlumdur. Buna görə də, onun səhih hədislərlə ziddiyyət təşkil etmək səlahiyyəti yoxdur.[15]

İstinadlar

  1. Şeyx Tusi, Ğeybə, h.q 1411, s.150-151
  2. Şeyx Tusi, Ğeybə, h.q 1411, s.150-151
  3. Şeyx Tusi, Ğeybə, h.q 1411, s.150
  4. Müctəhid Sistani, Ləvh və qələm, Darut-təfsir, s.13
  5. Məhəmmədi Huşyar, Dərsnameye nəqd v bərresiye cərəyane Əhməd Əl-Həsən, h.ş 1396, s. 37-39
  6. Məclisi, Biharul-ənvar, h.q 1403, c.53, s.149-150; Hürr Amili, Əl-İyqazu minəl-həcəti, h.ş 1362, s.368
  7. Əhməd Əl-Həsən, Əl-Cəvabul-munir, c.1, s.38
  8. Məhəmmədi Huşyar, Dərsnameye nəqd v bərresiye cərəyane Əhməd Əl-Həsən, h.ş 1396, s. 37-39
  9. Məhəmmədi Huşyar, Dərsnameye nəqd v bərresiye cərəyane Əhməd Əl-Həsən, h.ş 1396, s. 37-39
  10. Təbərsi, İlamul-vəra, h.q 1417, c.2, s.295; İrbili, Kəşfül-ğummə, h.ş 1381, c.2, s.467; Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.53, s.150; Hürr Amili, Əl-İyqazu minəl-həcəti, h.ş 1362, s.368; Hürr Amili, Əl-Fəvaidut-tusiyə, h.q 1403, s.115
  11. Təbərsi, İlamul-vəra, h.q 1417, c.2, s.295; İrbili, Kəşfül-ğummə, h.ş 1381, c.2, s.467; Amili Nəbati, Əs-Siratul-mustəqim, c.2, s.186
  12. Ali Möhsin, Ər-Rəddul-Qasim, h.q 1434, s.36
  13. Ali Möhsin, Ər-Rəddul-Qasim, h.q 1434, s.36; Müctəhid Sistani, Ləvh və qələm, Darut-təfsir, s.129
  14. Şəhbaziyan, Məhəmməd, Rə Əfsane h.ş 1396, s.138; Məhəmmədi Huşyar, Dərsnameye nəqd v bərresiye cərəyane Əhməd Əl-Həsən, h.ş 1396, s.150
  15. Müctəhid Sistani, Ləvh və qələm, Darut-təfsir, s.59

Ədəbiyyat

  • Ali Möhsin, Əli, Ər-Rəddul-Qasim, Nəcəf, h.q 1434
  • Əhməd Əl-Həsən, Əl-Cəvabul-munir
  • İrbili, Əli ibn İsa, Kəşfül-ğummə, Təbriz, Bəni Haşim nəşri, h.ş 1381
  • Hürr Amili, Məhəmməd ibn Həsən, Əl-İyqazu minəl-həcəti, Tehran, Nəvid nəşriyyatı, h.ş 1362
  • Şəhbaziyan, Məhəmməd, Rə Əfsane, Qum, h.ş 1396
  • Təbərsi, Fəzl ibn Həsən, İlamul-vəra, Qum, h.q 1417
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Əl-Ğeybə, Təhqiq: Abdullah Tehrani və Əli Əhməd, Qum, h.q 1411
  • Amili Nəbati, Əli ibn Yunis, Əs-Siratul-mustəqim, Düzəliş: Mixail Ramazan, Nəcəf, 1-ci çap, h.q 1384
  • Əllamə Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, h.q 1403
  • Müctəhid Sistani, Əli, Ləvh və qələm, Darut-təfsir, Qum
  • Məhəmmədi Huşyar, Dərsnameye nəqd v bərresiye cərəyane Əhməd Əl-Həsən, Qum, h.ş 1396