Vəsilik hədisi
Mövzu | İmam Əlinin (ə) canişinliyi və xəlifəliyi |
---|---|
Nəql olunub | Həzrət Muhəmməd (s) |
Əsas ravi | Büreydə ibn Hüseyb |
Ravilər | Salman Farsi - Əbu Əyyub Ənsari - Ənəs ibn Malik |
Şiə mənbələri | Mən La Yəhzuruhul-fəqih - Dəlailul-imamət - Mənaqibu ibn Şəhraşub |
Sünni mənbələri | Fəzailus-səhabə ibn Hənbəl - Mənaqibu ibn Məğazəli |
Vəsiyyət hədisi ilə səhv düşməsin
Vəsilik hədisi (ərəbcə: حديث الوصاية) Peyğəmbərdən (s) nəql olunan bir hədisdir ki, onda İmam Əli (ə) Peyğəmbərin (s) vəsisi və canişini olaraq adlandırılmışdır. Bu hədisin məzmunu şiə və sünni hədis toplularında müxtəlif ifadələrlə gəlmişdir.
"Li kulli nəbiyyin vəsiyyun və varisun və innə Əliyyən vəsiyyi və varisi" "Hər bir peyğəmbərin vəsisi və varisi vardır, şübhəsiz, Əli mənim vəsim və varisimdir" hədisi rəvayət olunan ən məşhur hədisdir ki, Büreydə ibn Hüseyb vasitəsi ilə Peyğəmbərdən (s) nəql olunmuşdur.
Hədisin mətni
«لِكُلِّ نَبِيٍّ وَصِيٌّ وَ وَارِثٌ وَ إِنَّ عَلِيّاً وَصِيِّي وَ وَارِثِي»
Hər bir peyğəmbərin vəsisi və varisi vardır, şübhəsiz, Əli mənim vəsim və varisimdir.[1]
Rəvayət mənbələrində vəsilik hədisi
Vəsilik hədisi İbn Hənbəlin "Fəzailus-Səhabə",[2] "Mənaqibu ibn Məğazili",[3] Təbəraninin "Əl-Mücəmul-Kəbir",[4] "Tarixu Mədinəti Dəməşq",[5] "Mənaqibu Xarəzmi",[6] "Əl-Kamilu Cürcani",[7] "Təzkirətul-Xəvas",[8] Kifayətul-Əsər,[9] "Mən la yəhzurhul-Fəqih",[10] Dəlailul-İmamə",[11] "Mənaqibu İbn Şəhr Aşub"[12] və "Biharul-Ənvar"[13] kimi şiə və sünni rəvayət mənbələrində nəql olunub. Büreydə ibn Hüseyb Peyğəmbərdən (s)
"li kulli nəbiyyin vəsiyyun və varisun və innə Əliyyən vəsiyyi və varisi" ifadəsini nəql etmişdir.[14] Peyğəmbər (s) o Həzrətdən vəsisi və canişini haqqında soruşan Salman Farsiyə cavab olaraq buyurdu: "Mənim vəsim və varisim, borcumu ödəyən və vədlərimi qəti şəkildə həyata keçirən Əli ibn Əbi Talibdir".[15]
Həmçinin Əli ibn Əli Hilalinin rəvayət etdiyi hədisə əsaslanaraq, Peyğəmbər Fatiməyə (s) xitab edərək buyurdu: “Vəlilərin və onların yaxınlarının yaxşılığının vəlisi Allaha məxsusdur və O, sizinlədir; Mənim vəlim Allah yanında ən yaxşı vəli və onların ən sevimlisidir, o da sənin ərindir.»[16]
Hədisin məzmunu
Vəsilik hədisinin məzmunu İmam Əlinin (ə) canişinliyi və xəlifəliyi məsələsidir. Şiə alimləri bunu Əli ibn Əbi Talibin (ə) imamətinin dəlillərindən biri hesab edirlər. Onlar vəsiliyi canişinlik mənasında bilib və inanırlar ki, Peyğəmbər (s) bu hədisə əsasən Həzrət Əlini (ə) öz canişini olaraq təqdim etmişdir.[17] Lakin bəzi əhli-sünnə alimləri bu hədisdə vəsiliyin xilafət mənasında olmadığını, daha doğrusu, Peyğəmbərin (s) öz ailəsini Əliyə (ə) əmanət etdiyini bildiriblər.[18] Onların cavabında deyiblər ki, Peyğəmbər (s) mütləq şəkildə İmam Əlini (ə) öz vəlisi təyin etdi və vəsiliyi öz ailəsinin işləri ilə məhdudlaşdırması iddiasına dair heç bir dəlil yoxdur.[19] Həmdi ibn Əbdül-Məcid Sələfi "Əl-Möcəmul-Kəbir"in tədqiqat nüsxəsində demişdir ki, əgər hədisin sənədi səhih olsaydı, xilafət və canişinlik məsələsinə dəlalət edərdi.[20]
Hədisin sənədi
Vəsilik hədisi həm şiə, həm də sünni mənbələrində Allah Rəsulundan (s) nəql edilmişdir. Bu hədis şiə mənbələrində İmam Əli (ə) vasitəsi ilə[21] İmam Rza (ə) Şəbaniyyə xütbəsində atalarından (ə) rəvayət edərək,[22] Abdullah ibn Abbas,[23] Zeyd ibn Ərqəm,[24] İmam Sadiq (ə),[25] İmam Kazim (ə),[26] İmam Rza (ə),[27] və İmam Cavaddan (ə)[28] nəql edilmişdir. Həmçinin sünni mənbələrində Salman Farsidən nəql edilmişdir.[29] Habelə dörd vasitə ilə[30] Ümmü Əymən,[31] Büreydə,[32] Ənəs ibn Malik,[33] Əbu Rafi,[34] Əbu Əyyub Ənsari,[35] Abdullah ibn Abbas,[36] Qalib Əl-Cəhni,[37] Əli Əl-Hilali,[38] Əbu Səid Xodri,[39] və bir sıra başqa səhabələrdən müxtəlif ifadələrlə gəlmişdir.
Səbt ibn Cuzi ("Təzkirətul-Xəvas" kitabının müəllifi) Salmanın rəvayətini iki sənədlə nəql etmişdir. O, İbn Hənbəlin "Fəzailus-Səhabə" kitabında qeyd olunan sənədi düzgün hesab edir.[40]
İbn Cuzi,[41] Cəlaləddin Suyuti[42] və Heysəmi[43] kimi bəzi sünni alimləri Məhəmməd ibn Həmid Razi və ya Əli ibn Mücahidin hədisin sənədində olduğuna görə onun mötəbər sayılmasına şübhə ilə yanaşmış və onu qəbul etməmişlər. Bir halda ki, Seyid Əli Milaninin dediyinə görə, Məhəmməd ibn Həmid sünnilərin altı səhih kitablarının rəvayətçilərindən biri olub və bəzi Rical alimləri, o cümlədən, Yəhya ibn Muin onu siqə (etibarlı) hesab ediblər.[44] Həmçinin deyilib ki, sünnilərin altı səhih kitablarından biri olan "Sünəni-Tirmizi"nin müəllifi Tirmizi və Əhməd ibn Hənbəl də Əli ibn Mücahiddən rəvayət nəql ediblər.[45]
Əlaqəli məqalələr
İstinadlar
- ↑ İbn Məğazəli, Mənaqibu Əli ibn Əbi Talib, h.q 1426, s.167; İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, h.q 1415, c.42, s.392; Xarəzmi, Əl-Mənaqib, h.q 1414, s.85, Corcani, Əl-Kamil, h.q 1409, c4, s.14; İbn Şəhraşub, Mənaqib, h.q 1379, c.2, s.66; Məclisi, Biharul-ənvar, h.q 1403, c.38, s.154-339
- ↑ Baxın: Cəvzi, Təzkirətul-xəvass, h.q 1418, s.48
- ↑ İbn Məğazəli, Mənaqibu Əli ibn Əbi Talib, h.q 1426, s.167
- ↑ Təbərani, əl-Mucəmul-kəbir, h.q 1405, c.6, s.221
- ↑ İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, h.q 1415, c.42, s.392
- ↑ Xarəzmi, Əl-Mənaqib, h.q 1414, s.85
- ↑ Corcani, Əl-Kamil, h.q 1409, c.4, s.14
- ↑ Cəvzi, Təzkirətul-xəvass, h.q 1418, s.48
- ↑ Xəzzaz Razi, Kifayətul-əsər, h.q 1401, s.80
- ↑ Səduq, Mən la Yəhzuruhul-fəqih, h.q 1413, c.4, s.180
- ↑ Təbəri Amuli, Dəlailul-imamə, h.q 1413, s.90
- ↑ İbn Şəhraşub, Mənaqib, h.q 1379, c.2, s.188, c.3, s.66
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.38, s.154-339
- ↑ İbn Məğazəli, Mənaqibu Əli ibn Əbi Talib, h.q 1426, s.167; İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, h.q 1415, c.42, s.392; Xarəzmi, Əl-Mənaqib, h.q 1414, s.85; Corcani, Əl-Kamil, h.q 1409, c.4, s.14; İbn Şəhraşub, Mənaqib, h.q 1379, c.2, s.188; c.3, s.66; Məclisi, Biharul-ənvar, h.q 1403, c.38, s.154-339
- ↑ Təbərani, əl-Mucəmul-kəbir, h.q 1405, c.6, s.221; Məclisi, Biharul-ənvar, h.q 1403, c.38, s.12
- ↑ Heysəmi, Məcməuz-zəvaid, h.q 1408, c.9, s.165; Təbərani, əl-Mucəmul-əvsət, h.q 1405, c.6, s.327; İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, h.q 1415, c.42, s.130; Təbərani, əl-Mucəmul-kəbir, h.q 1405, c.3, s.58
- ↑ Nümunə üçün baxın: Əstirabadi, Əl-Bərahinul-qatiə, h.ş 1382, c.3, s.244
- ↑ Təbərani, əl-Mucəmul-kəbir, h.q 1405, c.6, s.221
- ↑ پایگاه شمیم شیعه، نص حدیث وصایت و بررسی سند آن، بازبینی: ۱۳ تیر ۱۳۹۶., shamimshia.com saytı
- ↑ Təbərani, əl-Mucəmul-kəbir, h.q 1405, c.6, s.221
- ↑ Tusi, Əl-Əmali, h.q 1414, s.200
- ↑ Səduq, Uyunu əxbarir-rza (ə), h.q 1404, c.1, s.267
- ↑ Səduq, Əl-Əmali, h.q 1417, s.450
- ↑ Səduq, Əl-Xisal, h.q 1403, c.2, s.415
- ↑ Səduq, İləluş-şəraye, h.q 1385, c.2, s.314; Səffar, Bəsairud-dərəcat, h.q 1404, s.187
- ↑ Kuleyni, Əl-Kafi, h.ş 1363, c.1, s.282
- ↑ Kuleyni, Əl-Kafi, h.ş 1363, c.1, s.437
- ↑ Kuleyni, Əl-Kafi, h.ş 1363, c.1, s.525-526
- ↑ Təbərani, əl-Mucəmul-kəbir, h.q 1405, c.6, s.221
- ↑ Zəhəbi, Mizanul-itidal fi nəqdir-rical, m.1995, c.6, s.445
- ↑ İbn Mərdivəyh, Mənaqibu Əli ibn Əbi Talib (ə) və ma nəzzələ minəl-Qurani fi Əliyyin (ə), h.q 1424, s.101
- ↑ İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, h.q 1415, c.42, s.392, Xarəzmi, Əl-Mənaqib, h.q 1414, s.85; Corcani, Əl-Kamil, h.q 1409, c.4, s.14
- ↑ İbn Mərdivəyh, Mənaqibu Əli ibn Əbi Talib (ə) və ma nəzzələ minəl-Qurani fi Əliyyin (ə), h.q 1424, s.59
- ↑ İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, h.q 1415, c.42, s.50
- ↑ İbn Məğazəli, Mənaqibu Əli ibn Əbi Talib, h.q 1426, s.106
- ↑ Xətib Bağdadi, Tarixu Bağdad, c.11, s.112
- ↑ Xarəzmi, Əl-Mənaqib, h.q 1414, s.304
- ↑ Təbərani, əl-Mucəmul-əvsət, h.q 1405, c.6, s.327
- ↑ İbn Səbbağ Maliki, Əl-Fusulul-muhimmə fi mərifətil-əimmə, h.q 1422, c.2, s.1114
- ↑ Cəvzi, Təzkirətul-xəvass, h.q 1418, s.48
- ↑ İbn Cəvzi, Əl-Məvzuat, h.q 1386, c.1, s.376
- ↑ Suyuti, Əl-Lalil-məsnuə fi əhadisil-məvzuə, Darul-mərifət, c.1, s.358
- ↑ Heysəmi, Məcməuz-zəvaid, h.q 1408, c.9, s.165
- ↑ Milani, Təşyidul-muraciat, h.q 1427, c.3, s.430-431
- ↑ http://shamimshia.com
Ədəbiyyat
- İbn Cəvzi, Əbdür-Rəhman ibn Əli, Təzkirətul-xəvass, Təhqiq: Əbdür-Rəhman Məhəmməd Osman, Mədinə, h.q 1418
- İbn Şəhraşub, Məhəmməd ibn Əli, Mənaqib, Qum, Əllamə, h.q 1379
- İbn Səbbağ Maliki, Əli ibn Məhəmməd, Əl-Fusulul-muhimmə fi mərifətil-əimmə, Qum, Darul-hədis, 1-ci çap, h.q 1422
- İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, Təhqiq: Əli Şiri, Beyrut, Darul-fikr, h.q 1415
- İbn Mərdivəyh, Əhməd ibn Musa, Mənaqibu Əli ibn Əbi Talib (ə) və ma nəzzələ minəl-Qurani fi Əliyyin (ə), Qum, Darul-hədis, 2-ci çap, h.q 1424
- İbn Məğazəli, Mənaqibu Əli ibn Əbi Talib, Sibtun-Nəbi (s) nəşriyyatı, h.q 1426
- Əstirabadi, Məhəmməd Cəfər, Əl-Bərahinul-qatiə, Qum, h.ş 1382
- Corcani, Abdullah ibn Ədi, Əl-Kamil, Beyrut, Darul-fikr, h.q 1409
- Xəzzaz Razi, Əli ibn Məhəmməd, Kifayətul-əsər, Qum, Bidar nəşriyyatı, h.q 1401
- Xətib Bağdadi, Əhməd ibn Əli, Tarixu Bağdad, Beyrut, Darul-kitabil-elmiyyə
- Xarəzmi, Əl-Mənaqib, Təhqiq: Malik Mahmudi, İslami nəşr müəssisəsi, h.q 1414
- Zəhəbi, Məhəmməd ibn Məhəmməd, Mizanul-itidal fi nəqdir-rical, Beyrut, Darul-kitabil-elmiyyə, 1-ci çap, m.1995
- Səduq, Məhəmməd ibn Əli, Əl-Əmali, Qum, Əl-Besət müəssisəsi, 1-ci çap, h.q 1417
- Səduq, Məhəmməd ibn Əli, Əl-Xisal, Qum, 1-ci çap, h.q 1403
- Səduq, Məhəmməd ibn Əli, İləluş-şəraye, Qum, 1-ci çap, h.q 1385
- Səduq, Məhəmməd ibn Əli, Uyunu əxbarir-rza (ə), Beyrut, 1-ci çap, h.q 1404
- Səduq, Məhəmməd ibn Əli, Mən la Yəhzuruhul-fəqih, Qum, h.q 1413
- Səffar, Məhəmməd ibn Həsən, Bəsairud-dərəcat, h.q 1404
- Təbərani, Süleyman ibn Əhməd, əl-Mucəmul-əvsət, h.q 1405
- Təbərani, Süleyman ibn Əhməd, əl-Mucəmul-kəbir, h.q 1405
- Təbəri Amuli, Məhəmməd ibn Cərir ibn Rüstəm, Dəlailul-imamə, Qum, Besət nəşri, 1-ci çap, h.q 1413
- Tusi, Məhəmməd ibn Həsən, Əl-Əmali, Qum, 1-ci çap, h.q 1414
- Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, Darul-kutubil-İslamiyyə, 5-ci çap, h.ş 1363,
- Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403
- Milani, Seyyid Əli, Təşyidul-muraciat, Qum, h.q 1427
- Heysəmi, Məcməuz-zəvaid, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1408