VikiŞiə
Əsas adı | Əhli-beyt (ə) məktəbinin virtual ensiklopediyası |
---|---|
Başqa adları | VikiŞiə |
Müəllif(lər) | Dini-hövzə və universitet təhqiqatçıları |
İnternet adresi | wikishia.net |
Fəaliyyət sahəsi | Şiə |
Yanaşma | Ensiklopediya xətti ilə |
Dil | 22 dil (Farsca • Ərəbcə • İngiliscə • Urdu • Türkcə • Fransızca • İspanca • İndoneziya • Almanca • Rusca • Hindcə • Fil-dişi sahili • Çincə • Banqladeş • Tacikcə • Pəştu • Azəricə • Miyanmar • Portuqalca • İtalyanca • Husa و Talyand) |
Məkan | Qum |
Sahib | Əhli-Beyt (ə) Ümumdünya Assambleyası |
Açılış tarixi | 12 iyun 2014 |
Hal-hazırda | Aktiv |
Şüarı | Əhli-beyt məktəbinin virtual ensiklopediyası |
VikiŞiə (farsca: ویکیشیعه), virtual ensiklopediya olaraq, missiyası şiə və Əhli-Beyt (ə) məktəbinin ardıcıllarından olan digər məzhəblərin dərk edilməsində rol oynayan anlayışları izah etməkdir. Bu məfhumlara əqidə, şəxsiyyətlər, elmlər (kəlam, fiqh, üsul və digərləri), kitablar, məkanlar, hadisələr, mərasim və ayinlər, Əhli-beytə (ə) etiqadı olan məzhəblər, şiəlik tarixi və Əhli-beytlə (ə) bağlı olan digər məsələlər şamildir. Bu missiyanı yerinə yetirmək üçün lazım olan sözlər və digər məfhumlar bu ensiklopediyada izah ediləcəkdir.
VikiŞiədə şəxsi təhlillər və rəylər, eləcə də sübut olunmamış yeni nəzəriyyələr təqdim olunmur. Elmi və tarixi mübahisələri mühakimə etmək oxucuların ixtiyarındadır və VikiŞiə bu işlərdə bitərəfdir. Dini fərqləri nəzərə alaraq, viki müəllifləri iki əsas İslam məzhəbinin (şiə və sünni) birinci əldən və qəbul edilmiş mənbələrindən istifadə etməyə əsaslanırlar.
VikiŞiə Dünya Əhli-beyt (ə) Assambleyasına bağlıdır. Bu ensiklopediya 22 dildə fəaliyyət göstərir.
Fəaliyyətə başlama səbəbləri
Ensiklopediyalarda İslam və şiəlik haqqında geniş məlumat var. Lakin bu ensiklopediyaların müəllifləri ya İslam təlimləri ilə tanış olmadıqlarından, ya da, İslama və ya şiəliyə etiqad bəsləmədiklərindən İslam anlayışları və şiəliklə bağlı olan məqalələrində yanlış məlumatlar nəzərə çarpır. İnternet saytlarında şiə əqidəsi ilə bağlı mövcud problemləri, həmçinin dünya şiələrinin və digər axtarışda olan şəxslərin həqiqi şiə və islami inancları haqqında olan məlumatları asan şəkildə tapmalarını nəzərə alaraq, Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının mədəni əlaqələr şöbəsi tərəfindən Əhli-Beyt (ə) məktəbini tanıtmaq və müdafiə etmək üçün VikiŞiə ensiklopediyası fəaliyyətə başlayıb.
Tarix
2013-cü il may ayının 22-də Vikişiə yazarlarının ilk koordinasiya toplantısı keçirildi və bir neçə toplantıdan sonra, iyunun 21-də ilk VikiŞiə məqaləsi dərc olundu. Qeyd edək ki, 2013-cü ilin iyul ayında sayt ictimaiyyətə təqdim edilib.
VikiŞiə rəsmi olaraq, 2014-cü il iyulun 23-də Tehranda "Sibtun-Nəbi" İmam Həsən (ə) adına keçirilən qurultay zamanı İran İslam Respublikasının o zamankı prezidenti Həsən Ruhani tərəfindən istifadəyə verilib.
Xüsusiyyətlər
VikiŞiənin bəzi xüsusiyyətləri aşağıdakılardır:
Məzmun diapazonu
VikiŞiənin məzmunu: Etiqadlar, şəxsiyyətlər, elmlər (kəlam, fiqh, üsul), kitablar, məkanlar, hadisələr, mərasimlər və ayinlər, Əhli-beytə (ə) etiqad bəsləyən məzhəblər, şiəlik tarixi və Əhli-beyt (ə) ilə bağlı olan hər bir məsələ. Bütün müsəlmanların inandığı və ya İslam tarixi ilə əlaqəli olan ümumi İslam anlayışları da VikiŞiədə qeyd olunur. Digər İslam məzhəbləri ilə bağlı məfhumlar hansısa şəkildə Əhli-Beyt (ə) məktəbinə aid olduğu halda və ya VikiŞiə məqalələrində çox istifadə edildiyi halda VikiŞiədə təqdim edilir.
Məzmun monitorinqi
VikiŞiə məzmununa nəzarət edilir. Buna görə də şiəliyi tanıtmaq üçün mötəbər mənbə hesab olunur. VikiŞiə hazırda məhdudiyyətlərlə fəaliyyət göstərən ensiklopediyadır. Amma gələcək üçün belə nəzərdə tutulur ki, bu sahədə maraqlı və bacarıqlı olan şiələr onun tamamlanmasında rol oynasınlar və Əhli-Beyt (ə) məktəbinin təlimlərini təbliğ etsinlər. Bu ensiklopediyaya giriş idarəçilərin razılığı ilə mümkündür. VikiŞiə istifadəçilərə məqalələrin yazılmasında iştirak və məqalələrin elmi dəyərini artırmağa imkan verir.
Planlaşdırma şurası
Bu, dil, elmi və VikiŞiə ekspertlərindən ibarət şuradır. Bu şura VikiŞiənin müxtəlif hissələrində siyasətin qurulması və planlaşdırılmasına cavabdehdir.
Neytrallıq siyasəti
Şiə dini və Əhli-beyt (ə) tərəfdarları daxilində gedən fikri mübahisələrdə neytrallıq siyasəti müşahidə olunur. Amma aydındır ki, VikiŞiə Əhli-beyt (ə) məktəbinin təbliğatçısıdır və məqalələr bu təlimləri izah etmək və müdafiə etmək məqsədi ilə yazılır. VikiŞiə məqalələri elmi araşdırma məqalələri deyil. Beləki, tədqiqatlar birinci əldən və çap olunmamış deyil və elmi problemləri həll etməyə çalışmır. VikiŞiənin əsası mövcud mənbələrə əsaslanaraq, məlumat verməkdir, ona görə də müəlliflər öz fikirlərini dərc etməməlidirlər. Elmi və tarixi fərqləri mühakimə etmək oxucunun ixtiyarına verilir. VikiŞiə bu hallarda neytraldır. Müəlliflər dini fərqləri nəzərə alaraq, mümkün qədər iki böyük İslam məzhəbinin (şiə və sünni) birinci əldən və qəbul edilmiş mənbələrindən istifadə etməyə əsas verirlər.
Vikilərin xüsusiyyətləri
- Məqalələri daimi redaktə etmək imkanı.
- Məqalə məlumatlarını yeniləmək və əlavə etmək imkanı.
- Məqalənin tarix səhifəsinin mövcudluğu. Tarix səhifəsində məqalədə baş verən hər bir dəyişikliyi görmək olar. Ziyarətçilər edilən dəyişikliklər və məzmunun müəllifləri haqqında məlumat əldə edə bilərlər.
- Son dəyişikliklər səhifəsi: Bu səhifə bütün viki səhifələrində edilən ən son dəyişiklikləri göstərir.
- Keçmiş məzmunu və dəyişiklikləri bərpa etmək imkanı.
- Məlumatların bir-biri ilə əlaqəsi: Beləliklə, məqalənin oxucusu həmin məfhumla bağlı səhifəni açıb oxuya bilər ki, mətndə işlədilən ifadələrin hər birini axtarmadan, eyni anda başa düşə bilsin. Bu xüsusiyyət, istinad edənə hər girişi oxuyarkən həmin girişdə istifadə olunan bütün anlayışlara asanlıqla daxil olmaq imkanı verir.
- Hər məqalənin digər viki dillərində eyni mövzu ilə əlaqəsi.
- Məqalənin sonunda kateqoriyalardan istifadə.
- Kateqoriya məqalənin başlığının həmin kateqoriyanın alt hissəsi olduğu ümumi başlıqdır.
- Kateqoriyalar vikinin mövzu indeksidir.
- Naviqasiya şablonları: Naviqasiya şablonları məqalənin altındakı üfüqi qutuda məqalə ilə bağlı anlayışları toplayan şablonlardır. Naviqasiyalar bəzən məqalələrin üstündə şaquli qutular kimi istifadə olunur. Bu cədvəllərə daxil edilən başlıqlar arasında əlaqə eninədir. Bu o deməkdir ki, bütün başlıqlar bir əhatəli başlıq altında yerləşdirilir.
- Məlumat qutusu (İnfobox): Məqalənin yuxarı hissəsində yerləşdirilən və məqalənin mühüm məlumatlarını yığcam formada toplamaq rolunu daşıyan qutular. Məlumat qutusuna istinad edərək, məqaləni oxumadan məqalənin mətnində olan əsas məlumatları bilmək olar.
- Müzakirə səhifəsi: Vikidə hər səhifə və məqalənin müzakirə səhifəsi var. Müzakirə səhifəsində istifadəçilər məqalə ilə bağlı fikirlərini məqalənin müəllifləri və redaktorları ilə bölüşə bilərlər. Müzakirə səhifəsi, əslində, ekspertlərin və məqalənin mövzusu ilə maraqlananların danışıq yeridir və yazılan məqalənin forma və məzmununu zənginləşdirməyə kömək edir.
Loqo
VikiŞiə özünəməxsus loqosunu 2023-cü ilin iyununda təqdim etdi. Bu loqoda fars və latın dillərində Vikişiənin ilk hərfini göstərən "و" və "w" hərfləri var. Loqoda günbəz və mehrab şiə və İslam simvolları kimi istifadə edilmişdir. Əvvəllər VikiŞiə cüzi dəyişikliklərlə Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının (VikiŞiənin sahibi olan təşkilat) loqosundan istifadə edirdi.
Vikişiənin başqa dillərdə fəaliyyətə başlamasının tarixi
Hal-hazırda Vikişiə 22 xarici dildə fəaliyyət göstərir.
Say | Xarici dil | Fəaliyyətə başlama tarixi | İlk məqalə | izah |
---|---|---|---|---|
1. | Farsca | 18 Iyun 2013 | Sərya | 2014-cü il iyulun 22-də Sibtun-Nəbi (s.ə.s.) konqresi zamanı nümayiş etdirilib. |
2. | Ərəbcə | 25 Noyabr 2013 | Təhzibul-əhkam (kitab) | 2014-cü il iyulun 22-də Sibtun-Nəbi (s.ə.s.) konqresi zamanı nümayiş etdirilib. |
3. | İngiliscə | 30 Noyabr 2013 | Hənnanə məscidi | 2014-cü il iyulun 22-də Sibtun-Nəbi (s.ə.s.) konqresi zamanı nümayiş etdirilib. |
4. | Urdu | 18 Mart 2014 | İmam Əli (ə) | 2014-cü il iyulun 22-də Sibtun-Nəbi (s.ə.s.) konqresi zamanı nümayiş etdirilib. |
5. | Türk dili | 10 Aprel 2014 | Həzrət Fatimə (ə) | 2014-cü il iyulun 22-də Sibtun-Nəbi (s.ə.s.) konqresi zamanı nümayiş etdirilib. |
6. | İspanca | 22 May 2014 | Həzrət Muhəmməd (s) | 2014-cü il iyulun 22-də Sibtun-Nəbi (s.ə.s.) konqresi zamanı nümayiş etdirilib. |
7. | İndoneziya | 25 Avqust 2014 | İmam Əli (ə) | |
8. | Fransızca | 26 Avqust 2014 | Mübahilə ayəsi | |
9. | Almanca | 20 Sentyabr 2016 | Dörd naib | |
10. | Rusca | 28 Fevral 2018 | Səqəleyn hədisi | |
11. | Çin | 15 İyul 2022 | Axirət | Ümumdünya Əhli-Beyt (ə) Assambleyası Baş Assambleyasının yeddinci iclasında açıqlanıb. |
12. | Suahili dili | 18 İyul 2022 | Qədir-xum bayramı | Ümumdünya Əhli-Beyt (ə) Assambleyası Baş Assambleyasının yeddinci iclasında açıqlanıb. |
13. | Hindcə | Nümunə | İkmal ayəsi | Ümumdünya Əhli-Beyt (ə) Assambleyası Baş Assambleyasının yeddinci iclasında açıqlanıb. |
14. | Banqladeş | 22 Avqust 2022 | Birinci müsəlman | Ümumdünya Əhli-Beyt (ə) Assambleyası Baş Assambleyasının yeddinci iclasında açıqlanıb. |
15. | Tacikcə | 22 Avqust 2022 | Birinci müsəlman | Ümumdünya Əhli-Beyt (ə) Assambleyası Baş Assambleyasının yeddinci iclasında açıqlanıb. |
16. | Pəştu | 16 Yanvar 2023 | Şiə imamları | İran İslam İnqilabının qələbəsinin 44-cü ildönümündə nümayiş etdirilib. |
17. | Azəricə | 17 Yanvar 2023 | Məvəddət ayəsi | İran İslam İnqilabının qələbəsinin 44-cü ildönümündə nümayiş etdirilib. |
18. | Myanmar | 26 Yanvar 2023 | Salavat ayəsi | İran İslam İnqilabının qələbəsinin 44-cü ildönümündə nümayiş etdirilib. |
19. | Portuqalca | 11 Fevral 2023 | Şiə imamları | İran İslam İnqilabının qələbəsinin 44-cü ildönümündə nümayiş etdirilib. |
20. | İtalyanca | 8 Fevral 2023 | wikishia | İran İslam İnqilabının qələbəsinin 44-cü ildönümündə nümayiş etdirilib. |
21. | Husa | 9 Fevral 2023 | Xatəmbəxşi | İran İslam İnqilabının qələbəsinin 44-cü ildönümündə nümayiş etdirilib. |
22. | Talyand | 12 Fevral 2023 | Əba Əbdillah | İran İslam İnqilabının qələbəsinin 44-cü ildönümündə nümayiş etdirilib. |