wikishia:Featured Article
Ayətül-Kürsü (ərəbcə: آية الكرسي) (Bəqərə surəsi, 255) Allahın cəlal və camal sifətlərinin toplusudur ki, həm təklik, həyat, qəyyumiyyət, elm və qüdrət kimi Allahın zati sifətləri, həm də varlıq aləminə malik olmaq və şəfaət kimi fel sifətlərini ehtiva edir. Bu ayə “vəsiə kürsiyyuhus-səmvati vəl-ərzi" cümləsinə görə "Ayətül-Kürsü" adı ilə məşhur olub. Bəziləri "Bəqərə" surəsinin 256 və 257-ci ayələrini də onun tərkib hissəsi hesab ediblər. Amma bəziləri, rəvayət və dəlillərə əsasən, Ayətül-Kürsünün "Bəqərə" surəsinin yalnız 255-ci ayəsi olduğunu hesab ediblər.
Rəvayət mənbələrində bu ayə üçün bir çox xüsusiyyət və fəzilətlər qeyd edilmişdir, o cümlədən bəzi rəvayətlərdə bu ayə Quranın ən üstün ayəsi hesab olunur. Bu ayəni hər zaman və bütün hallarda, xüsusən namazdan sonra, dəstəmaz aldıqdan sonra, yatmazdan əvvəl, evdən çıxarkən, təhlükə və çətinliklə üzləşəndə və s. oxumaq tövsiyə olunur. Qəbrin ilk gecəsini namazı kimi bəzi müstəhəb namazlarda da bu ayəni oxumaq qeyd olunub.