wikishia:Featured articles/2023

wikishia saytından

Nadə Əli duası, İmam Əlinin (ə) vəsfində iki duadır ki, "nadə Əliyyən məzhərəl-əcaib" ifadəsi ilə başlayır. Bu duanın Ühüd döyüşü günü qeyb aləmindən Peyğəmbərin (s) qulağına çatdığı deyilir. Nadə Əli Səğir duası qısadır və orada deyilir ki, hər bir qəm-qüssə Peyğəmbərin (s) nübüvvətinin bərəkəti və İmam Əlinin (ə) vilayəti ilə aradan qalxacaq. Əllamə Məclisi "Biharul-Ənvar"da bu duanı nəql edib, lakin onun mənbəyini qeyd etməmişdir. Şiə fəqihlərindən olan Yədullah Duzduzani deyib ki, Nadə Əli Səğir duasının etibarlı sənədi yoxdur. Halbuki bu duanın şərhində kitablar yazılmışdır. Nadə Əli Kəbir duasında da Nadə Əli Səğir duasına bənzər mövzular var; Lakin onun həcmi Nadə Əli Səğir duasından bir neçə dəfə çoxdur....

Tam məqalə ...

Digər seçilmiş məqalələr: Ulul-ƏmrAyətül-KürsüEyni-nəcis