Nadə Əli duası

wikishia saytından
Nadə Əli duası
Mövzuİmam Əlinin (ə) fəzilət və vəsflərinin bəyanı
Məsumdan nəql olunub \ Məsumdan nəql olunmayıbMəsumdan nəql olunmayıb
Şiə mənbələriMisbahu Kəfəmi * Zadul-məad


Nadə Əli duası (ərəbcə: دعاء ناد عليا مظهر العجائب), İmam Əlinin (ə) vəsfində iki duadır ki, "nadə Əliyyən məzhərəl-əcaib" ifadəsi ilə başlayır. Bu duanın Ühüd döyüşü günü qeyb aləmindən Peyğəmbərin (s) qulağına çatdığı deyilir.

Nadə Əli Səğir duası qısadır və orada deyilir ki, hər bir qəm-qüssə Peyğəmbərin (s) nübüvvətinin bərəkəti və İmam Əlinin (ə) vilayəti ilə aradan qalxacaq. Əllamə Məclisi "Biharul-Ənvar"da bu duanı nəql edib, lakin onun mənbəyini qeyd etməmişdir. Şiə fəqihlərindən olan Yədullah Duzduzani deyib ki, Nadə Əli Səğir duasının etibarlı sənədi yoxdur. Halbuki bu duanın şərhində kitablar yazılmışdır.

Nadə Əli Kəbir duasında da Nadə Əli Səğir duasına bənzər mövzular var; Lakin onun həcmi Nadə Əli Səğir duasından bir neçə dəfə çoxdur.

Nadə Əli Səğir duası

Hicri 10-cu əsrdə Şafii alimi Mibədi Yəzdinin İmam Əliyə (ə) aid edilən "Şerə divanının şərhi" kitabında yazılanlara əsasən, Peyğəmbər (s) "Ühüd" döyüşü zamanı qeyb aləmindən belə eşitmişdir: "Nadi Əliyyən məzhərəl-əcaibi təcidhu əvnən ləkə fin-nəvaibi kullu həmmin və ğəmmin səyəncəli bivilayətikə ya Əli"[1] Bu cümlələr Cavad Mühəddisinin yaszdığı "Fərhəng Qədir" kitabında əlavələrlə nəql edilmişdir: "Nadi Əliyyən məzhərəl-əcaibi təcidhu əvnən ləkə fin-nəvaibi kullu həmmin və ğəmmin səyəncəli binübüvvətikə ya Muhəmməd bivilayətikə ya Əli". Onun tərcüməsi belədir: Əlini səslə! O Əli ki, onun simasında ecazkar və mükəmməl xüsusiyyətlər heyrətamiz şəkildə təzahür etmişdir! Əlini səslə! Səslə ki, bütün çətinliklərdə və çıxılmaz vəziyyətlərdə sənə yardımçı olsun! Hər qəm-qüssə, nübüvvətin sayəsində ey Məhəmməd! Həmçinin vilayətin sayəsində ey Əli! Aradan qalxar.[2]

Əllamə Məclisi "Biharul-Ənvar"da və Mirzə Məhəmməd Təqi Sepehr "Nasixut-Təvarix"də Mibədi Yəzdinin rəvayətinə işarə ediblər.[3] "Biharul-Ənvar"da bu duanın mənbəyi qeyd etməmişdir.[4] Hicri 15-ci əsrin fəqihlərindən olan Yədullah Duzduzani savab ümidi ilə bu zikri oxumağı gözəl hesab etsə də, onun mötəbər bir dəlilinin olmadığını demişdir.[5]

Hicri 9-cu əsrdə yaşamış şiə alimi Təqiyyuddin İbrahim Kəfəmi "Misbah" kitabında qeyd etmişdir ki, qeyd olunan parçanı Şəhid Əvvəlin əlyazmasında görüb və əlavə edib ki, itmiş bir şeyi və qaçan qulu tapmaq üçün oxunub təkrarlanırmış.[6] Mühəddis Nuri də "Müstədrəkul-Vəsail" kitabında eyni şeyi Misbahdan nəql etmişdir.[7] Əllamə Seyid Məhəmməd Hüseyn Hüseyni Tehrani mərhum Seyid Haşim Həddaddan nəql etmişdir ki, hər bir şəxs hər gün 110 dəfə bu cümləni "Nadi Əliyyən məzhərəl-əcaibi təcidhu əvnən ləkə fin-nəvaibi kullu həmmin və ğəmmin səyəncəli biəzəmətikə ya Allah, binübüvvətikə ya Muhəmməd, bivilayətikə ya Əli, ya Əli, ya Əli" desə, həmçinin bu göstərişi üç gün ardıcıl yerinə yetirsə, hər hacəti olsa, Allah ona əta edər.[8]

"Nadə Əli Səğir" zikri son cümlədəki dəyişikliklə Hindistanın cənubunda Bicapur mərkəzi məscidinin kitabələrində yazılıb.[9] Qeyd olunan fərqli hissə belədir: "Binübüvvətikə ya Muhəmməd, bivilayətikə ya Əli".[10] Bu zikr Hindistanda Əhmədnaqar qalasında şir şəklində də görülmüşdür.[11]

Farsca şeirlər

Bir neçə farsdilli şair öz şeirlərində "Nad Əli Səğir" duasından bəhs etmişlər; O cümlədən Nəyyir Təbrizi ləqəbi ilə tanınan Mirzə Məhəmməd Təqi Höccətül-İslam belə şer demişdir:[12] Tərcüməsi:

Ya Rəbb, Əlinin ehtiramına "Səyəncəli"ni (çətinlikləri aradan qaldıranı) çatdır, çarəsizəm, Şah Vəlini çatdır.
Ömrümün axırı əcəlim çatanda Mələkul-Məvtdan (ölüm mələyindən) əvvəl Əlini çatdır.

Adı məlum olmayan başqa bir şair belə yazmışdır:[13]Tərcüməsi:

Bizim məzhəbimizdə haqq söz "nadə Əli"dir, Haqq dərgahında  qəbul olunan itaət isə Əlini yad etməkdir.
Allahın varlıq aləminin yaradılışından məqsədi Əli və Əlinin övladlarıdır.

Nadə Əli Kəbir duası

Əllamə Məclisi "Zadul-məad" kitabında "Nadə Əli Kəbir" duasının mətnini nəql etmişdir:[14]

Ərəbcə mətn Tərcüməsi və oxunuşu
بِسمِ اللهِ الرَّحمن الرَّحیم
 

نَادِ عَلِيّاً مَظْهَرَ الْعَجَائِبِ تَجِدْهُ عَوْناً لَكَ فِي النَّوَائِبِ لِي إِلَى اللهِ حَاجَتِي وَ عَلَيْهِ مُعَوَّلِي كُلَّمَا رَمْيَتُهُ وَ رَمَيْتَ مُقْتَضَی كُلِّ هَمٍّ وَ غَمٍّ سَيَنْجَلِي بِعَظَمَتِكَ يَا اللهُ وَ بِنُبُوَّتِكَ يَا مُحَمَّدُ صَلَّى اللهُ عَلَيْهِ وَ آلِهِ وَ سَلَّمَ وَ بِوَلَايَتِكَ يَا عَلِيُّ يَا عَلِيُّ يَا عَلِيُّ أَدْرِكْنِي بِحَقِّ لُطْفِكَ الْخَفِيِّ، اللهُ أَكْبَرُ اللهُ أَكْبَرُ اللهُ أَكْبَرُ أَنَا مِنْ شَرِّ أَعْدَائِكَ بَرِي‌ءٌ بَرِي‌ءٌ بَرِي‌ءٌ اللهُ صَمَدِي بِحَقِّ إِيَّاكَ نَعْبُدُ وَ إِيَّاكَ نَسْتَعِينُ يَا أَبَا الْغَيْثِ أَغِثْنِي يَا عَلِيُّ أَدْرِكْنِي يَا قَاهِرَ الْعَدُوِّ وَ يَا وَالِيَ الْوَلِيِّ يَا مَظْهَرَ الْعَجَائِبِ يَا مُرْتَضَى عَلِيُّ يَا قَهَّارُ تَقَهَّرْتَ بِالْقَهْرِ وَ الْقَهْرُ فِي قَهْرِ قَهْرِكَ يَا قَهَّارُ يَا ذَا الْبَطْشِ الشَّدِيدِ أَنْتَ الْقَاهِرُ الْجَبَّارُ الْمُهْلِكُ الْمُنْتَقِمُ الْقَوِيُّ وَ الَّذِي لَا يُطَاقُ انْتِقَامُهُ وَ أُفَوِّضُ أَمْرِي إِلَى اللهِ إِنَّ اللهَ بَصِيرٌ بِالْعِبَادِ وَ إِلَهُكُمْ إِلَهٌ وَاحِدٌ لَا إِلَهَ إِلَّا هُوَ الرَّحْمَنُ الرَّحِيمُ حَسْبِيَ اللهُ وَ نِعْمَ الْوَكِيلُ نِعْمَ الْمَوْلَى وَ نِعْمَ النَّصِيرُ يَا غِيَاثَ الْمُسْتَغِيثِينَ أَغِثْنِي يَا رَاحِمَ الْمَسَاكِينِ ارْحَمْنِي أَدْرِكْنِي يَا عَلِيُّ وَ أَدْرِكْنِي يَا عَلِيُّ أَدْرِكْنِي يَا عَلِيُّ أَدْرِكْنِي بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ

Bağışlayan və Mehriban Allahın adı ilə

Əlini səslə! O Əli ki, onun simasında ecazkar və mükəmməl xüsusiyyətlər heyrətamiz şəkildə təzahür etmişdir! Əlini səslə! Səslə ki, bütün çətinliklərdə və çıxılmaz vəziyyətlərdə sənə yardımçı olsun! Bu aciz və dəyərsiz bəndə daim Allaha möhtacdır. Mən hər bir işimdə o Həzrəti Rəbbimlə öz aramda vasitəçi seçib ona arxalanıram. Mən nə vaxt onun üstünə atsam və hər bir dərd və qəm-qüssənin nəticəsini atsam, bu, Sənin əzəmətinlə aradan qalxar, ey Allahım, sənin peyğəmbərliyin, ey Muhəmməd, Allahın ona və ailəsinə salavatı və salamı olsun! Həmçinin sənin vilayətinlə ey Əli! Ey Əli! Ey Əli! Gizli mərhəmətinin həqiqəti ilə məni dərk et. Allah böyükdür, Allah böyükdür, Allah böyükdür. Mən sənin düşmənlərinə qarşı düşmən kəsilirəm! Düşmən kəsilirəm!  Düşmən kəsilirəm! Mənim bütün ehtiyaclarımı təmin edən hər bir şeydən ehtiyacsız olan Allahdır. «İyyəkə nəbudu və iyyəkə nəstəin» xatirinə! Ey imdada yetənlərin ağası! Mənə yardım et, fəryadıma çat! Ey Əli məni dərk et! ey düşmənə qalib gələn, Ey ecazkar xüsusiyyətlərə malik olan! Ey Murtəza Əli! Sən qalib, qüdrətli, məhv edən, intiqam alan, qüvvətli və intiqam alansan. İntiqamı dözülməz olan Sənsən. Mən bütün işlərimi Allaha həvalə edirəm. Həqiqətən, Uca Tanrı öz bəndələrini görür, eşidir və onların halından xəbərdardır. O özü Quranda belə buyurur: «Sizin Rəbbiniz vahid olan Allahdır və Ondan başqa Tanrı yoxdur. O mehriban və mərhəmətlidirAllah mənə kifayətdir, ən yaxşı vəkildir, O, ən yaxşı himayədar və ən yaxşı köməkçidir, ey kömək istəyənlərin köməkçisi, mənə kömək et. Ey aləmlərin yoxsul və biçarələrinə rəhm edən! Mənə rəhm et! Məni dərk et ya Əli! Məni dərk et ya Əli! Ey Əli! Məni dərk et! Ey Əli! Məni dərk et! Sonsuz rəhmətin xatirinə, ey rəhm edənlərin ən rəhimlisi! Oxunuş qaydası: Bismillahir rəhmanir rəhim. Nadi Əliyyən məzhərəl əcaib təcidhu əvnən ləkə fin nəvaib li iləllahi hacəti və əleyhi muəvvəli kulləmə rəməytuhu və rəməytə muqtəza kulli həmmin və ğəmmin səyəncəli bi əzəmətikə ya Allahu və binübüvvətikə ya Muhəmmədu səlləllahu ələyhi və alihi və səlləmə və bivilayətikə ya Əliyyu, ya Əliyyu, ya Əli ədrikni bihəqqi lutfikəl xəfiyyi, Allahu Əkbəru Allahu Əkbəru Allahu Əkbəru ənə min şərri ədaikə bəriun, bəriun, bəriun Allahu samədi bihəqqi iyyəkə nəbudu və iyyəkkə nəstəin, ya əbəlğeysi əğisni, ya Əliyyu ədrikni, ya Qahirəl əduvvi və ya valiyəl vəliyyi, ya məzhərəl əcaib, ya murtəza Əliyyu ya qəhharu təqəhhərtə bilqəhri vəl qəhru fi qəhri qəhrikə ya qəhharu ya zəl bətşişşədidi əntəl qahirul cəbbarul muhlikul muntəqimu əlqəviyyu vəlləzi la yutaqu intiqamuhu və ufəvvizu əmri iləllahi innəllahə bəsirun bil ibad, və ilahikum ilahun vahid, la ilahə illa huvər rəhmanur rəhim, həsbiyəllahu və niməl vəkil niməl məvla və nimənnəsir ya ğıyasəl mustəğisin əğisni, ya rahiməl məsakin irhəmni, ədrikni ya Əli və ədrikni ya Əli ədrikni ya Əli ədrikni birəhmətikə ya ərhəmər rahimin.

Əlaqədar kitablar

"Nadə Əli" duası barədə kitablar və əsərlər yazılıb. Onun xüsusiyyətləri və faydaları yazılmışdır. O cümlədən fars dilində yazılmış "Nadə Əliyyin məzhərəl-Əcaib" şərhi adlı kitab var ki, Qum şəhərində Ayətullah Mərəşi Nəcəfinin kitabxanasında saxlanılır.[15]

Həmçinin Əli Sədrai Xoi, şiə hədis elmləri və əlyazma hədis nüsxələrinin mündəricatı kitabında "Nadə Əliyyin məzhərəl-Əcaib" şərhi kitablarından bəzilərinə işarə etmişdir.[16]

İstinadlar

  1. Meybədi Yəzdi, Şərhe divane mənsub be Əmirəl-Möminin Əli ibn Əbi Talib, s.434
  2. Mühəddisi, Fərhənge Ğədir, h.ş 1386, s.563
  3. Əllamə Məclisi, Biharul-Ənvar h.q 1403, c.20, s.73; Sepehr, Nasixut-təvarix h.ş 1385, c.2, s.902
  4. Əllamə Məclisi, Biharul-Ənvar h.q 1403, c.20, s.73
  5. Yədullah Duzduzani, İstiftaate Ayətullah Duzduzani, h.ş 1379, s.22
  6. Kəfəmi, Misbah, s.183
  7. Nuri, Mustədrəkul-vəsail, h.q 1408, c.15, s.483
  8. Hüseyni Tehrani, Seyyid Məhəmməd Hüseyn, Mətləul-ənvar, c.2, s.155
  9. Türeyhi, Tarixuş-şiəti fil-hind, h.q 1427, c.2, s.117
  10. Türeyhi, Tarixuş-şiəti fil-hind, h.q 1427, c.2, s.117
  11. Türeyhi, Tarixuş-şiəti fil-hind, h.q 1427, c.2, s.81
  12. Mühəddisi, Fərhənge ğədir, h.ş 1386, s.564
  13. Mühəddisi, Fərhənge ğədir, h.ş 1386, s.564
  14. Əllamə Məclisi, "Zadul-məad", c.1, s.429-430
  15. Rifai, Mucəmu ma kutibə ənir-Rəsul və əhlil-beyt, c.6, s.66
  16. Sədrai Xoi, Fehrestqane nüsxehaye xəttiye hədis və ulume hədise şie, h.ş 1382, c.10, s.437, 459, 537

Ədəbiyyat

  • Duzduzani Təbrizi, Yədullah, İstiftaate Ayətullah Duzduzani, Tehran, Taban, h.ş 1379
  • Rifai, Əbdül-Cabbar, Mucəmu ma kutibə ənir-Rəsul və əhlil-beyt, h.ş 1371
  • Sepehr, Məhəmməd Təqi, Nasixut-təvarix; Zendeqaniye peyambər, Tehran, Əsatir nəşri, h.ş 1385
  • Sədrai Xoi, Əli, Fehrestqane nüsxehaye xəttiye hədis və ulume hədise şie, h.ş 1382
  • Türeyhi, Məhəmməd Səid, Tarixuş-şiəti fil-hind, Hollandiya, h.q 1427 \ m. 2005
  • Kəfəmi, İbrahim ibn Əli, Misbah, Darur-Rza, Qum, h.q 1405
  • Əllamə Məclisi, Məhəmməd Baqir, Biharul-Ənvar, Beyrut, h.q 1403
  • Əllamə Məclisi, Məhəmməd Baqir, Zadul-məad, Beyrut
  • Mühəddisi, Cavad, Fərhənge ğədir, Qum, Məruf nəşri, h.ş 1386
  • Meybədi Yəzdi, Mirhüseyn ibn Muiddin, Şərhe divane mənsub be Əmirəl-Möminin Əli ibn Əbi Talib
  • Nuri, Mirza Hüseyn, Mustədrəkul-vəsail, Beyrut, h.q 1408