Şəhrəbanu
Ləqəbi | Şah Zənan |
---|---|
Tanınmış qohumları | İmam Hüseyn (ə) (həyat yoldaşı) - İmam Səccad (ə) (oğlu) |
Şəhrəbanu (ərəbcə: شهربانويه) - dördüncü İmam Əli ibn Hüseynin (ə) anası. Tarixçilərin və mühəddislərin fikrincə, Şəhrəbanu sonuncu Sasani padşahı III Yəzdigirdin qızıdır. O, İslam dininin İrana gəlişindən sonra İmam Hüseynlə (ə) ailə qurmuşdur. Bu evlilikdən İmam Əli ibn Hüseyn Səccad (ə) dünyaya gəlmişdir. Əlbəttə, Şəhrəbanunun adı, kökü, ölüm tarixi, Mədinəyə gəlişi və eləcədə İmam Hüseynlə (ə) necə ailə qurması haqqında fərqli fikirlər səslənməkdədir.
Hicri-qəməri təqvimi ilə üçüncü əsrdə yazılmış “Dəlail əl-Əimmə” kitabında qeyd edilən rəvayətə əsasən, o, Ömər ibn Xəttabın xilafəti dövründəki fəthlər zamanı əsir götürülərək Mədinə şəhərinə gətirilmişdir. Mədinədə əsirlikdən azad ediləndən sonra İmam Hüseynlə (ə) ailə qurmuşdur.
Tarixi məlumatlara əsasən, Şəhrəbanu İmam Əli ibn Hüseyni (ə) dünyaya gətirərkən vəfat etmişdir. Bununla belə, bəzi mənbələrdə qeyd edilmişdir ki, o, Kərbəla hadisəsində iştirak etmiş, İmam Hüseyn (ə) qətlə yetiriləndən sonra Rey şəhərinə getmiş və orada bir dağda gözdən itmişdir. Buna görə də Rey şəhəri yaxınlığında yerləşən Bibi Şəhrəbanu türbəsi ona mənsubdur. Onun Kərbəladan Rey şəhərinə getmə əhvalatı Aşura təhrifləri sırasına daxil edilmişdir. Habelə, bəzi tədqiqatçılar Rey şəhərindəki ziyarətgahın ona mənsub olmasını inkar edirlər.
Əcdadı
Şəhrəbanu İmam Əli ibn Hüseynin (ə) anasıdır. Məhəmmədhadi Yusifi Ğərəvinin (d. 1948) bildirdiyinə görə, tarixçilər[1] İmam Əli ibn Hüseynin (ə) anasını Sasani padşahı III Yəzdigirdin qızı hesab edirlər, lakin onun adı haqqında eyni fikirdə deyillər.[2] Habelə, İbn Şəhr Aşuba (ö. 1192) görə, İmam Əli ibn Hüseynin (ə) anası Şəhrəbanuyə Yəzdigirdin qızıdır və onun adını Şah-e zənan, Sulafə, Xulə, Bərrə, Məryəm və Fatimə kimi qeyd etmişlər.[3] Bəzi mənbələrdə onun adı Səlamə,[4] Şəhrinaz,[5] Hərar və Ğəzalə[6] kimi də keçmişdir. Habelə atasının adının Subhan[7] və Nuşcan[8] olduğunu da bildirmişlər. Digər bir nəqlə əsasən isə, İmam Əli ibn Hüseynin (ə) anası kabullu kəniz olmuşdur.[9] Sünni alimi Carullah Zəməxşərinin (ö. 1143) bildirdiyinə görə, İmam Əli ibn Hüseynə (ə) “İbn əl-Xiyərətəyn” deyirdilər, çünki onun anası Yəzdigirdin nəslindən idi.[10]
Şəhərbanunun Mədinəyə gəlişi və İmam Hüseynlə (ə) ailə qurması
Şəhərbanunun Mədinəyə gəlişi və İmam Hüseynlə (ə) ailə qurması haqqında bir neçə fikir keçməkdədir:
- İmam Əlinin (ə) xilafəti vaxtı: “Əl-İrşad”,[11] “İlam əl-Vəra”,[12] “Ruvzə əl-Vaizin”,[13] “Tac əl-Məvalid”[14] və “Kəşf əl-Ğummə”[15] kitablarında qeyd edilən məlumatlara əsasən, İmam Əlinin (ə) Məşriqdəki məmuru Yəzdigirdin iki qızını ona yollayır. İmam Əli (ə) Şəhrəbanunu İmam Hüseynə (ə) və digər qızı isə Məhəmməd ibn Əbibəkrə hədiyyə edir.
- Ömər ibn Xəttabın[16] xəlifəliyi vaxtı: Hicri-qəməri təqvimi ilə üçüncü əsrdə qələmə alınmış “Dəlail əl-Əimmə” kiotabında nəql edilən rəvayətə görə, Şəhrəbanu kəniz idi. Ömər ibn Xəttab Yəzdigirdin qızını satmaq istəyirdi. Lakin İmam Əli (ə) Məhəmməd peyğəmbərdən (s) nəql edilən “Hər qövmün tanınmış simalarına ehtiram göstərin, hətta sizə qarşı olsalar belə” məzmunlu hədisə istinad edərək, bu işin qarşısını alır. Sonra, öz səhmini ona bağışlayaraq onu azad edir. Ona müvafiq olaraq Bəni-Haşim və digər müsəlmanlar da belə edirlər. Bu zaman ona, “ailə qurmaq üçün bir nəfəri seçməlisən”,- deyilir. O, İmam Hüseyni (ə) seçir və onunla ailə qurur.[17] “Əl-Kafi”-də nəql edilən rəvayətə əsasən, Ömər ibn Xəttab onu özü üçün seçmək istəyirdi, lakin İmam Əli (ə) buna mane olur.[18] Lakin görkəmli İslam ideoloqu Mürtəza Mütəhhərri (ö. 1979) “Əl-Kafi” kitabında keçən bu rəvayəti mötəbər saymır. Çünki, rical alimlərinə görə, o rəvayəti nəql edən iki ravi etimadlı şəxslər sayılmırlar.[19]
- Osman ibn Əffanın xilafəti vaxtı: “Uyun Əxbar əl-Riza” kitabında nəql edilən rəvayətə əsasən, bu hadisə Osman ibn Əffanın xilafəti dövründə baş vermişdir və şəxsən xəlifə Şəhrəbanunu İmam Hüseynə bağışlamışdır.[20] Məhəmmədhadi Yusifi Ğərəvi (d. 1948) də “Əl-Musuə əl-Tarix əl-İslami” kitabında bu nəqli dəstəkləmişdir.[21]
Tərəddüdlər
Görkəmli İslam alimi Mürtəza Mutəhhərinin “Xədəmat-e mutəqabel-e İslam və İran” kitabında yazdığına əsasən, Şəhrəbanunun İmam Hüseynlə (ə) ailə qurması məlumatı tarixi faktlar baxımdan şübhə doğurur. Buna görə də bəzi tədqiqatçılar bu əhvalata tərddüdlə yanaşmış və onu uydurma hesab etmişlər.[22] Müasir İslam tarixçisi Seyyid Cəfər Şəhidi (ö. 2007) “Əli ibn Hüseynin (ə) həyatı” kitabında, hicri-qəməri təqvimi ilə ikinci əsrdə Bəni-Haşimin Şəhərbanunu tanımaması faktını bu şübhəni yaradan amil kimi göstərir. O, bu iddianı sübut etmək üçün tarixi faktlara istinad etmişdir. Onun bildirdiyinə görə, Abbasi xəlifəsi Mənsur Dəvaniqi (hökümət dövrü: hicri-qəməri təqvimi ilə 136-158-ci illər) əl-Nəfs əl-Zəkiyyə kimi tanınan Məhəmməd İbn Abdullahın öz xanədanının fəzilətlərini bəyan edən məktubuna cavab yazanda Əli ibn Hüseynin (ə) anasının “Ümmü Vələd” (kəniz) olduğunu xatırladır.[23] Seyyid Cəfər Şəhidi bildirir ki, o, Ümmü Vələd sözünü əl-Nəfs əl-Zəkiyyəni təhqir etmək məqsədi ilə işlədir. Deməli, əgər Şəhrəbanunun əhvalatı gerçək olsaydı, Mənsur bu ifadəni işlətmzədi. Yox, əgər yalan yazsaydı, əl-Nəfs əl-Zəkiyyə “Əli ibn Hüseynin (ə) anası kəniz deyildi”,- deyə ona cavab verərdi.[24]
Vəfatı
Bəzi tarixçilərin fikrincə, İmam Əli ibn Hüseynin (ə) anası o, dünyaya gələn zaman vəfat etmişdir.[25] Buna görə də Vəşikə adlı şəxs ona dayəlik etmiş və İmam (ə) da ona ana deyə xitab etmişdir.[26] Tarixçi Əli ibn Hüseyn Məsudiyə (ö. 946) görə, İmam Səccad (ə) böyüyəndə Vəşikəni öz qulluqçusu ilə evləndirir. Buna görə də Əməvilər İmamı məzəmmət edib deyirdilər ki, Əli ibn Hüseyn (ə) anasını qulluqçusu ilə evləndirdi.[27] Bunla belə, hicri-qəməri təqvimi ilə üçüncü əsrdə yazılmış “Ət-Təbəqat əl-Kubra” kitabında qeyd edilir ki, Şəhrəbanu İmam Hüseyndən (ə) sonra onun qulluqçusu Zübeyd ilə ailə qurur və ondan Abdullah adlı bir oğul dünyaya gətirir.[28] Eləcədə qeyd edilir ki, Şəhrəbanu Kərbəla hadisəsindən sonra Kərbəladan İrana gəlir və Rey şəhəri yaxınlığında bir dağda gözdən itir.[29] Bu hadisə ilə əlaqədar mərsiyələr də deyilməkdədir.[30] Şiə mühəddisi Mühəddis Nuri (ö. 1902) Şəhrəbanunun Rey şəhərinə gəlməsini Aşura təhrifləri sırasına daxil etmişdir.[31] Habelə, şiə kitabşünası Ağa Bozorg Tehraniyə (ö. 1969) görə, bu, “Mənşur-e mübarək” (Təbəristan padşahlarının əcdadlarının İmam Əliyə (ə) çatdığını iddia edən qeyri-mötəbər kitab) kitabında yazılmış uydurma əhvalatdır.[32]
Rey şəhəri yaxınlığında yerləşən Bibi Şəhrəbanu türbəsi ona mənsubdur.[33] Lakin, bəzi tədqiqatçılar Rey şəhərindəki ziyarətgahın ona mənsub olmasını inkar edirlər.[34]
Artür de Qobino nəzəriyyəsi
Görkəmli İslam alimi Mürtəza Mütəhhərrinin bildirdiyinə görə, fransalı şərqşünas Artür de Qobino (ö. 1882) “Fəlsəfə və Orta Asiya dinləri” kitabında yazır ki, iranlıların Sasani padşahlarının ilahi yönü haqqında qədim etiqadları şiələrin imamlıq və imamların məsum olması haqqında əqidələrinin kökünü təşkil edir. Buna görə də o, İmam Hüseynin (ə) Şəhrəbanu ilə ailə qurmasını həmin İran mədəniyyətinə məxsus etiqadın şiəliyə sirayət etməsinin əsas amili hesab edir. Britaniyalı şərqşünas Eduard Qranvil Braun da Artür de Qobinonun nəzəriyyəsini təsdiq etmişdir.[35] Əlbəttə, M. Mütəhhərri bu iddiaya yeddi cavab verərək onu əsassız hesab etmişdir.[36] Məsələn, o, deyir ki, əgər bu iddia düz olsaydı, onda ilk şiələr iranlılar olmalıydılar. Eləcədə, müsəlman olan iranlılar şiə məzhəbini seçməli idilər. Lakin nə ilk şiələr iranlılar olmuşdur (Salman Farsidən başqa) və nə də müsəlmanlığı qəbul edən iranlılar şiə məzhəbini seçmişdilər. Əksinə Səfəvilər dövrünə qədər əksər iranlı alimlər sünni məzhəbinə mənsub olublar.[37]
İstinadlar
- ↑ Yəqubi, Tarixul-Yəqubi, Daru sadir, c.2, s.247; Qumi, Tarixu Qum, h.ş 1361, s.196; Bağdadi, Tarixu Əhlil-Beyt (ə), h.q 1410, s.121
- ↑ Yusifi Ğərəvi, Həvlus-səyyidəti Şəhribanu, s.7
- ↑ İbn Şəhrabud, Əl-Mənaqib, h.q 1379, c.4, s.176
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.467; İbn Kəsir, Əl-bidayə vən-nəhayə, h.q 1407, c.9, s.104; Qumi, Tarixu Qum, h.ş 1361, s.197
- ↑ Məcməut-təvarix vəl-qisəs, Tehran, s.456
- ↑ Yəqubi, Tarixul-Yəqubi, Daru sadir, c.2, s.247
- ↑ Məcməut-təvarix vəl-qisəs, Tehran, s.456
- ↑ İrbili, Kəşful-ğummə, h.q 1381, c.2, s.105
- ↑ Yəqubi, Tarixul-Yəqubi, Daru sadir, c.2, s.303
- ↑ Zəməxşəri, Rəbiul-əbrar, c.1, s.334
- ↑ Şeyx Müfid, Əl-İrşad, h.q 1413, c.1, s.137
- ↑ Təbərsi, İlamul-vəra, h.ü 1390, c.1, s.480
- ↑ Fəttal Nişaburi, Rövzətul-vaizin, h.ş 1375, c.1, s.201
- ↑ Təbərsi, Tacul-məvalid, h.q 1422, s.89
- ↑ İrbili, Kəşful-ğummə, h.q 1381, c.2, s.83
- ↑ Məsudi, İsbatul-vəsiyyət, h.q 1426, s.170; Yəqubi, Tarixul-Yəqubi, Daru sadir, c.2, s.303
- ↑ Təbəri, Dəlailul-imamə, h.q 1413, s.194-196
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.467
- ↑ Mütəhhəri, Xedemate mutaqabile İslam və İran, Sədra nəşri, s.117
- ↑ Səduq, Uyunu Əxbarir-Rza, h.q 1378, c.2, s.128, hədis 6
- ↑ Yusifi Ğərəvi, Əl-Məvsulətut-tarixul-İslami, h.q 1417, c.6, s.357 və 652, s.7
- ↑ Mütəhhəri, Xedemate mutaqabile İslam və İran, Sədra nəşri, s.116-117
- ↑ Bəlazuri, Ənsabul-əşraf, h.q 1397, c.3, s.101
- ↑ Şəhidi, Zendeqaniye Əli ibn Hüseyn (ə), h.ş 1365, s.24
- ↑ Məsudi, İsbatul-vəsiyyət, h.q 1426, s.170
- ↑ İbn Davud Hilli, Ər-Rical, h.ş 1342, s.372
- ↑ Məsudi, İsbatul-vəsiyyət, h.q 1426, s.170
- ↑ İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1410, c.5 s.163
- ↑ Şəhidi, Zendeqaniye Əli ibn Hüseyn (ə), h.ş 1365, s.27
- ↑ Mətne təziyename, s.75
- ↑ Mühəddis Nuri, Lulu və Mərcan, h.ş 1388, s.253
- ↑ Ağa Bozorg Tehrani, Əz-Zəriə, h.q 1408, c.23, s.46
- ↑ Kəriman, Tehran dər qozəşte və hal, s.25
- ↑ Kəriman, Tehran dər qozəşte və hal, s.27
- ↑ Mütəhhəri, Xedemate mutaqabile İslam və İran, Sədra nəşri, s.109-119
- ↑ Mütəhhəri, Xedemate mutaqabile İslam və İran, Sədra nəşri, s.109-119
- ↑ Mütəhhəri, Xedemate mutaqabile İslam və İran, Sədra nəşri, s.118
Ədəbiyyat
- Ağa Bozorg Tehrani, Məhəmməd Həəsn, Əz-Zəriə ila təsanifiş-şiə, Qum, İsmailiyyan, Tehran, h.q 1407
- İbn Davud Hilli, Həsən ibn Əli, Ər-Rical, Təhqiq: Məhəmməd Sadiq Bəhrul-ulum, Tehran, h.ş 1342
- İbn Səd, Məhəmməd ibn Səd, Ət-Təbəqatul-kübra, Təhqiq: Məhəmməd Əbdül-Qadir Əta, Beyrut, h.q 1410 \ m. 1990
- İbn Şəhraşub, Məhəmməd ibn Əli, Mənaqibu Ali Əbi Talib, Qum, h.q 1379
- İbn Kəsir, İsmail ibn Ömər, Əl-Bidayə vən-nəhayə, Beyrut, Darul-fikr, h.q 1407 \ m. 1986
- İrbili, Əli ibn İsa, Kəşful-ğummə, Təbriz, Bəni Haşim, h.q 1381
- Bağdadi, Məhəmməd ibn Məhəmməd, Tarixu Əhlil-Beyt (ə), Qum, Alul-Beyt, h.q 1410
- Bəlazuri, Əhməd ibn Yəhya, Ənsabul-əşraf, Təhqiq: Məhəmməd Baqir Mahmudi, Beyrut, h.q 1397 \ m. 1977
- Zəməxşəri, Mahmud ibn Ömər, Rəbiul-əbrar
- Şəriəti, Əli, Təşəyyöe Ələvi və Təşəyoe Səfəvi, Tehran, h.ş 1377
- Şəhidi, Seyyid Cəfər, Zendeqaniye Əli ibn Hüseyn (ə), h.ş 1365
- Səduq, Məhəmməd ibn Əli, Uyunu əxbarir-Rza, Düzəliş: Mehdi Lacivərdi, Tehran, Cahan nəşri, h.q 1378
- Təbərsi, Fəzl ibn Həsən, İlamul-vəra, Tehran, 3-cü çap, h.q 1390
- Təbərsi, Fəzl ibn Həsən, Tacul-məvalid, Beyrut, h.q 1422
- Təbəri Amili, Məhəmməd ibn Cərir, Dəlailul-İmamə, Besət, Qum, h.q 1413
- Fəttal Nişaburi, Məhəməd ibn Əhməd, Rövzətul-vaizin, Qum, h.ş 1375
- Qumi, Həsən ibn Məhəmməd ibn Həsən, Tarizu Qum, Təhqiq: Seyyid Cəlaluddin Tehran, Tehran, Tus nəşri, h.ş 1361
- Kəriman, Hüseyn, Tehran dər qozəşte və hal, İran milli universitetinin nəşriyyatı
- Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1407
- «متن تعزیهنامه شهربانو, noormags.ir saytı
- Məsudi, Əli ibn Hüseyn, isbatul-vəsiyyət, Qum, Ənsariyan, 3-cü çap, h.q 1426
- Mütəhhəri, Mürtəza, Xedemate mutaqabile İslam və İran, Tehran, Sədra nəşri, 8-ci çap
- Müfid, Məhəmməd ibn Məhəmməd, Əl-İrşad, Qum, Konqreye Şeyx Müfid, h.q 1413
- Nuri, Mirza HÜseyn, Lulu və mərcan, Tehran, h.ş 1388
- Yaqubi, Əhməd ibn Əbi Yaqub, Tarixul-Yəqubi, Beyrut, Daru sadir
- Yusifi Ğərəvi, Məhəmməd Hadi, Həvlus-səyyidəti Şəhribanu, h.q 1412
- Yusifi Ğərəvi, Məhəmməd Hadi, Əl-Məvsulətut-tarixul-İslami, Qum, h.q 1417