Seyyidus-sacidin
- Bu məqalə Seyyidus-sacidin ləqəbi haqqındadır. Şiələrin dördüncü imamı haqqında məlumat üçün İmam Səccad (əleyhissalam) məqaləsinə baxın.
Seyyidus-saciddin (ərəbcə: سيد الساجدين) şiələrin dördüncü imamı İmam Zeynul-Abdinin ləqəblərindəndir ki, mənası səcdə edənlərin ağası deməkdir.[1] Şeyx Səduq “İləluş-şərai” kitabında imamın çoxlu səcdə etməsini buna dəlil gətirib və İmam Baqirdən (ə) belə bir hədis nəql edib ki: Atam (Əli ibn Hüseyn) nə zaman bir neməti xatırlasa şükür səcdəsi edərdi, səcdəsi olan bir ayə oxuduqda səcdə edərdi, Allah ondan bir təhlükə və ya hiyləgər planı dəf etsəydi, səcdəyə qapılardı, nə vaxt namazı bitsəydi səcdə edərdi, iki nəfərin arasını islah etməyə müvəffəq olduğunda başını səcdəyə qoyardı və səcdənin izi onun səcdə üzvlərində görsənirdi. Elə bu səbəbdən də o, Səccad adlandırıldı.[2] Şiə mühəddisi Seyid Nemətullah Cəzairi (vəfat: h.q 1112-ci il) qeyd edir ki, Seyyidus-sacidin ləqəbinin imama verilməsinin səbəbini həmin rəvayətdir.[3] Şiə mühəqqiqlərindən olan Baqir Şərif Qərəşi də deyir ki, İslam tarixində təkcə İmam Səccad Seyyidus-sacidin adlandırılıb.[4]
İmam Səccadı (ə) çoxlu səcdə etmək nəticəsində alnında[5] və digər səcdə üzvlərində izlər qaldığına görə Züs-səfinat adlandırırdılar. [6] Üçüncü qəməri əsr tarixçisi Əhməd ibin Əbi Yəqubun dediyinə görə Əli bin Hüseyn (ə) hər gün 1000 rükət namaz qılardı.[7]
Əlaqəli məqalə
İstinadlar
- ↑ İbn Əbis-Sələc, Tarixu Əhlil-Beyt (ə), h.q 1410, s.131
- ↑ Səduq, İləluş-şərai, h.q 1385, c.1, s.133
- ↑ Cəzayiri, Riyazul-əbrar, h.q 1427, c.2, s.13
- ↑ Qərəşi, Həyatul-İmam Zeynul-abidin, h.q 1409, c.1, s.187
- ↑ Yəqubi, Tarixul-Yəqubi, Daru Sadir, c.2, s.303
- ↑ Səduq, İləluş-şərai, h.q 1385, c.1, s.233
- ↑ Yəqubi, Tarixul-Yəqubi, Daru Sadir, c.2, s.303
Ədəbiyyat
- İbn Əbis-Sələc, Tarixu-əhlil-beyt, Qum, Alul-beyt (ə), h.q 1410
- Cəzairi, Seyyid Nematullah, Riyazul-əbrar, h.q 1427
- Səduq, Məhəmməd ibn Əli, İləluş-şərayi, Nəcəf, h.q 1385
- Yəqubi, Əhməd ibn Əbi Yaqub, Tarixul-Yəqubi, Beyrut, Daru Sadir
- Qərəşi, Baqir Şərif, Həyatul-imam Zeynul-abidin, Beyrut, h.q 1409