İmam Sadiqin (ə) ləqəb və künyələrinin siyahısı

wikishia saytından
(İmam Sadiqin (ə) ləqəbləri səhifəsindən yönləndirilmişdir)

İmam Sadiqin (ə) ləqəb və künyələrinin siyahısı məqaləsi altıncı şiə imamının ləqəb və künyələrinin toplusudur. Həmin imamın adı “Cəfər” idi.[1] İmam Sadiqdən (ə) bir rəvayətdə deyilir ki, atam öz elmi və agahlığı üzündən mənim adımı Cəfər qoydu, çünki Cəfər cənnətdə bir çayın adıdır.[2] İmam Cəfər ibn Məhəmmədin (ə) ən məşhur ləqəbi “Sadiq[3] və ən tanınmış ləqəbi isə “Əbu Əbdillah”dır.[4] “Şeyxul-Əimə” də İmam Sadiq (ə) üçün qeyd olunan ləqəblərindən biridir,[5] çünki İmamın yaşı digər şiə imamları ilə müqayisədə çox idi.[6]

Künyələri

İmam Sadiq (ə) üçün dörd künyə zikr olunmuşdur:

Əbu İsmail[7] Əbu İshaq[8] Əbu Əbdillah[9] Əbu Musa[10]

Ləqəbləri

Şiəsünni mənbələrində İmam Sadiq (ə) üçün zikr olunan ləqəblər bunlardır:


Say Ləqəb Məna
1. İbnul-Bəkriyyə - [11]اِبْنِ اَلْبَكْرِيَّةِ Bəkriyyənin oğlu, Əbubəkrə mənsub (Çünki (Fatimə “Ümmü Fərvəh”) İmam Sadiqin (ə) anası Qasim ibn Məhəmməd ibn Əbi Bəkrin qızıdır.)
2. Baqi - [12]باقی Qalıcı
3. Tam - [13]تام Tamam, kamil
4. Zəki - [14]زَکیّ Nəfsi eyblərdən pak
5. Seyyid - [15]سید Ağa, sərvər
6. Sabir - [16]صابر Səbirli
7. Sadiq - [17]صادق Düz danışan
8. Salih - [18]صالح Təqvalı və saleh
9. Tahir - [19]طاهر Pak və səliqəli
10. Zahir - [20]ظاهر Aşkar
11. Atir - [21]عاطر Gözəl qoxusu olan
12. Əmuduş-şərəf - [22]عَمودُ الشَّرَف Şərafət təməli
13. Fazil - [23]فاضل Bilikli və savadlı
14. Fatir - [24]فاطر Elmin yaradıcısı və banisi
15. Qaim - [25]قائم Möhkəm
16. Qahir - [26]قاهر Qalib
17. Kafil - [27]کافل Yetimlərin himayədarı və qəyyumu
18. Kamil - [28]کامل Tamam, kamil
19. Munci - [29]منجی Nicat verən
20. Vasil - [30]واصل Yaxın

Əlaqəli məqalələr

İstinadlar

  1. Qumi, Muntəhul-amal, h.ş 1379, c.2, s.189
  2. Məclisi, Biharul-ənvar, h.ş 1363, c.47, s.26
  3. Əmin, Əyanuş-şiə, h.q 1403, c.1, s.659
  4. Müzəffər, Əl-İmamus-Sadiq, h.q 1421, c.2, s.105
  5. Mütəhhəri, Seyri dər siyreye əimmeye əthar, h.ş 1383, s.36
  6. Əhmədi, Mənaqib Mərasiye əhli-beyt (ə), h.ş 1384, s.192
  7. Müzəffər, Əl-İmamus-Sadiq, h.q 1421, c.2, s.105
  8. Kəşşi, Ricalu Kəşşi, h.ş 1348, s.370
  9. İbn Tulun, Əl-Əimmətul-isna əşər, s.85
  10. Məclisi, Biharul-ənvar, h.ş 1363, c.47, s.9
  11. Şami, Əd-Durrun-nəzim, h.q 1427, s.632; Ravəndi, Əl-Xəraic vəl-cəraih, h.q 1409, c.2, s.642
  12. Utarudi, Musnədul-İmamis-Sadiq, h.ş 1384, c.1, s.10
  13. Xəsibi, Əl-Hidayətul-kübra, h.q 1411, s.247
  14. Xunci, Vəsilətul-xadim, h.ş 1375, s.203
  15. Xunci, Vəsilətul-xadim, h.ş 1375, s.203
  16. İrbili, Kəşful-ğummə, h.q 1421, c.2, s.691
  17. Müzəffər, Əl-İmamus-Sadiq, h.q 1421, c.2, s.105
  18. Xunci, Vəsilətul-xadim, h.ş 1375, s.203
  19. Sibt ibn Cəvzi, Təzkirətul-xəvass, h.q 1418, s.307
  20. Şami, Əd-Durrun-nəzim, h.q 1427, s.621
  21. Təbəri, Dəlailul-imamə, h.q 1413, s.247
  22. Müzəffər, Əl-İmamus-Sadiq, h.q 1421, c.1, s.75
  23. İbn Şəhraşub, Əl-Mənaqib, h.q 1379, c.4, s.281
  24. Məclisi, Biharul-ənvar, h.ş 1363, s.47, s.11
  25. İbn Şəhraşub, Əl-Mənaqib, h.q 1379, c.4, s.281
  26. Utarudi, Musnədul-İmamis-Sadiq (ə), h.ş 1384, c.1, s.10
  27. İbn Şəhraşub, Əl-Mənaqib, h.q 1379, c.4, s.281
  28. Məclisi, Biharul-ənvar, h.ş 1363, s.47, s.11
  29. Müzəffər, Əl-İmamus-Sadiq, h.q 1421, c.2, s.105
  30. İskafi, Muntəxəbul-ənvar, h.ş 1380, s.72

Ədəbiyyat

  • İbn Şəhraşub, Məhəmməd ibn Əli, Mənaqibu Ali Əbi Talib, Qum, Əllamə, h.q 1379
  • İbn Tulun, Şəmsuddin Məhəmməd, Əl-Əimmətul-isna Əşər, Təhqiq: Səlahuddin Əl-Muncid
  • İrbili, Əli ibn İsa, Kəşful-ğummə, Qum, h.q 1421
  • Əmin Amili, Seyyid Möhsin, Əyanuş-şiə, Beyrut, Darut-taruf, h.q 1403
  • Sibt ibn Cəvzi, Təzkirətul-xəvass, Qum, h.q 1418
  • Təbəri, Məhəmməd ibn Cərir, Dəlailul-imamə, Qum, Besət, h.q 1413
  • Utarudi, Əzizullah, Musnədul-İmamil-Müctəba, Tehran, h.ş 1373
  • Əhmədi, Əhməd, Mənaqib və mərasiye Əhli-beyt (ə), Məşhəd, Astane qodse Rəzəvi, h.ş 1384
  • İskafi, Məhəmməd ibn Həmmam, Muntəxəbul-ənvar, Qum, h.ş 1380
  • Xəsibi, Hüseyn ibn Həmədan, Əl-Hidayətul-kübra, Beyrut, h.q 1411
  • Ravəndi, Qutbuddin, Əl-Xəraicu vəl-cəraih, Qum, İmam Mehdi (ə.f) müəssisəsi, 1-ci çap, h.q 1409
  • Şami, Yusif ibn Haim, Əd-Durrun-nəzim, Qum, Came mudərrisin, h.q 1427
  • Qumi, Şeyx Abbas, Muntəhul-amal, Qum, h.ş 1379
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Tehran, İslamiyyə, h.ş 1363
  • Mütəhhəri, Mürtəza, Seyri dər siyreye əimmeye əthar (ə), Tehran, Sədra, h.ş 1383
  • Müzəffər, Məhəmməd Hüseyn, Əl-İmamus-Sadiq (ə), Qum, Came mudərrisin, h.q 1421