Əba Əbdillah (Künyə)

wikishia saytından

Əba Əbdillah (Ərabcə: أبو عبد الله) adı İmam Hüseynin (ə)İmam Sadiqin (ə) künyəsidir. Ərəblərdə künyə insanlara ehtiram göstərmək üçün işlənən addır. Hədislərdə şiə imamları haqqında danışılarkən çox vaxt onların künyələrindən istifadə edilmişdir. Hədis kitablarında “Əba Əbdillah” künyəsi əsl ad çəkilmədən işləndikdə İmam Sadiq (ə) nəzərdə tutulur.

Ərəb mədəniyyətində künyə

Ərəb mədəniyyətində künyə əsl addan əlavə başqa bir addır və insanlara ehtiram göstərmək üçün işlənir.[1] Künyələr adətən ata mənasını bildirən “Əbu”, “Əba” sözü ilə və ya ana mənasıını bildirən “umm” sözü ilə başlayır; məsələn: Əbu Talib, Əba Əbdillah, Ummu Kulsum.[2]

İmamların müştərək künyələri

Hədislərin çoxunda şiə imamlarına künyə ilə işarə edilib.[3] İmamların bir çox künyələri onların arasında müştərəkdir.[4] Məsələn, Əbu Cəfər künyəsi İmam Baqir (ə) ilə İmam Cavad (ə) arasında müştərəkdir. Eləcə də beş imamın: İmam Əli (ə), İmam Səccad (ə), İmam Kazım (ə), İmam Rza (ə)İmam Hadinin (ə) künyəsi Əbul-Həsəndir.[5]

Əba Əbdillah künyəsi

Əba Əbdillah künyəsi İmam Hüseyn (ə) ilə İmam Sadiq (ə) arasında müştərəkdir.[6] “Təzəllümüz-Zəhra” kitabında qeyd edilir ki, İmam Hüseyni (ə) Peyğəmbər (s) Əba Əbdillah adlandırmışdır.[7] İmam Sadiq (ə) isə ikinci övladı Abdullah Əftəhə görə “Əba Əbdillah” künyəsini daşıyırmış.[8]

Hədis kitablarında İmam Hüseyndən (ə) o qədər də hədis nəql edilməyib.[9] Bunun əksinə olaraq, şiə hədislərinin əksəriyyəti İmam Sadiqdən nəql olunub.[10] Buna görə də hədis mənbələrində “Əba Əbdillah” künyəsi təklikdə işləndikdə İmam Sadiq (ə) nəzərdə tutulur.[11]

İstinadlar

  1. Fərgənge Umeyd, "Künyə" sözü
  2. Fərhənge dəhxoda, "Künyə" sözü
  3. Modir Şaneçi, Elmul-hədis, h.ş 1381, s.192
  4. Modir Şaneçi, Elmul-hədis, h.ş 1381, s.192
  5. Modir Şaneçi, Elmul-hədis, h.ş 1381, s.192
  6. Modir Şaneçi, Elmul-hədis, h.ş 1381, s.192
  7. Məvsuətu Kəlmatil-İmam Hüseyn (ə), h.q 1415, s.39
  8. Pakətçi, Cəfər Sadiq (ə), İmam, s.181
  9. Modir Şaneçi, Elmul-hədis, h.ş 1381, s.192
  10. Şəhidi, Zendeqani İmam Sadiq (ə), h.ş 1384, s.61
  11. Seyfi Mazandarani, Miqyasur-ruvat, h.q 1422, s.275, Təfrişi, Nəqdur-rical, h.q 1418, c.5, s.317

Ədəbiyyat

  • Pakətçi, Əhməd, "Cəfər Sadiq (ə), İmam," Tehran, Mərkəze Dairətul-məarife bozorqe İslami, h.ş 1389
  • Təfrişi, Mustafa, Nəqdur-rical, Qum, Muəssisətu Alil-Bəyt, h.q 1418
  • Seyfi Mazandarani, Əli Əkbər, Miqyasur-ruvat fi kulliyati elmir-rical, Muəssisətun-nəşril-İslami, Qum, h.q 1422
  • Şəhidi, Seyyid Cəfər, Zendeqani İmam Sadiq Cəfər ibn Muhəmməd (ə), Tehran, Dəftəre nəşre fərhənge İslami, h.ş 1384
  • Fərhənge Farsi Umeyd
  • Lüğətname Dəhxoda
  • Modir Şaneçi, Kazim, Elmul-hədis, Qum, Dəftəre enteşarate İslami, 16-cı çap, h.ş 1381
  • Muəhhəd Təhqiqate Baqirul-ulum, Musuətu Kəlmatil-İmam Hüseyn (ə), Qum, Daneş, 2-ci çap, h.q 1415