Sadiqəyn
Görünüş
Sadiqəyn (ərəbcə: الصادقین) ləqəbi İmam Məhəmməd Baqir (ə) və İmam Cəfər Sadiqə (ə) aid edilir.[1] Eyni zamanda bu iki imama "Baqirəyn" də deyilmişdir.[2] Bu iki imamın digər imamlara nisbətən şiə mədəniyyətini yaymaqda daha çox azadlığa malik olması, "Sadiqəyn dövrü" adlanan xüsusi bir dövrün yaranmasına səbəb olmuşdur. Bu dövr, şiə hədis tarixinin ən təsirli dövrü hesab edilir.[3] Tədqiqatçılar tərəfindən qeyd edilən bu şəraitlərdən bəziləri aşağıdakılardır:
- Şiəliyin coğrafi ərazilərdə və insanlar arasında genişlənməsi[4]
- "Üsul" adı ilə tanınan ilk hədis yazılarının meydana çıxması[5]
- İmaməyn Sadiqəyn (ə) tərəfindən şiə rical elminin əsasının qoyulması[6]
- Əhli-Beyt (ə) məktəbinin inkişaf edərək müsəlmanlar üçün düşüncə, mənəviyyat və ictimai bir mənbəyə çevrilməsi[7]
- İmamlara dair ifrat və batil inanclara sahib olan "ğulat" adlı bir qrupun ortaya çıxması.[8]
İstinadlar
- ↑ Qəhpayi, Məcməur-rical, h.ş 1364, c.7, s.195
- ↑ Türeyhi, Cameul-məqal, h.q 1432, s.185
- ↑ علیهم/ «نگاهی به وضعیت حدیث در عصر صادقین (علیهما السلام)», thaqalain.ir saytı
- ↑ Əl-Mədəvvəh, Tarixul-fiqhil-imamiyy: minəl-bidayəti iləl-qərnis-saminil-hicri, h.q 1438, s.86
- ↑ Təbətəbai, Ulume hədise şie, h.ş 1388, c.1, s.59
- ↑ Bəxşe tarix pejuheşkədeye hovze və daneşqah, Tarixut-təşəyyö, h.q 1435, s.636
- ↑ Bərəkət Əş-Şami, Əl-İmamus-Səccad (ə) və Durətur-Riyadi fi məvacihil-inhirafis-səltə, s.405
- ↑ Təbətəbai, Ulume hədise şie, h.ş 1388, c.1, s.59
Ədəbiyyat
- Bəxşe tarix pejuheşkədeye hovze və daneşqah, Tarixut-təşəyyö, farsaca tərcümə: Abbas Əl-Əsədi, Tehran, Məcmə cəhaniye əhli-beyt, 1-ci çap, h.q 1435
- Bərəkət Əş-Şami, Seyid Həsən, Əl-İmamus-Səccad (ə) və Durətur-Riyadi fi məvacihil-inhirafis-səltə, Tehran, Məcmə cəhaniye əhli-beyt, 1-ci çap, h.q 1436
- Təbətəbai, Seyid Məhəmməd Kazim, Ulume hədise şie, Qum, Ulume hədis universiteti, 1-ci çap, h.ş 1388
- Türeyhi, Fəxruddin, Cameul-məqal, Beyrut, 1-ci çap, h.q 1432
- Qəhpayi, İnayətullah, Məcməur-rical, Təhqiq: əllamə Ziyauddin, Qum, İsmailiyyan, 2-ci çap, h.ş 1364
- Əl-Mədəvvəh, Mürtəza Cavad, Tarixul-fiqhil-imamiyy: minəl-bidayəti iləl-qərnis-saminil-hicri, Kərbəla, 1-ci çap, h.q 1438
- «نگاهی به وضعیت حدیث در عصر صادقین (علیهما السلام)», thaqalain.ir saytı