Müqəddəs Sərdab

wikishia saytından
(İmam Zamanın qeybət sərdabı səhifəsindən yönləndirilmişdir)
Müqəddəs Sərdab
MəkanSamirra - Əskəriyyeyn hərəmi
Digər adlarıQeybət sərdabı və İmam Zaman (ə.f) sərdabı
Əlaqəli hadisələrƏskəriyyəyn ziyarətgahının dağıdılması
Vəziyyətiİşlək
Yenidən qurulmasıƏhməd Xan Dunbuli - H.q 1202


Müqəddəs Sərdab və ya qeybət sərdabı (ərəbcə: سرداب الغيبة) Samirrada Əskəriyyəyn hərəminin şimal-qərbində İmam Həsən Əskərinin (ə) evinin zirzəmisidir. Bu yerin şiələr arasında müqəddəsliyi ona görədir ki, o, İmam Hadi (ə), İmam Əskəri (ə) və İmam Zamanın (ə.f) yaşadığı yer idi.

Bəzi sünni yazıçıları şiələrə nisbət verirlər ki, onlar qeybət sərdabının İmam Mehdinin (ə.f) qeybət zamanı yaşadığı yer olduğuna və həm də o Həzrətin zühur yeri olacağına inanırlar. Lakin şiə mənbələrində belə bir şey yoxdur, həqiqətdə, şiələrin inancına əsasən, İmam Zaman (ə.f) Məkkədə zühur edəcək.

Sərdabın ilk tikilmə tarixi Abbasilərin xilafəti dövrünə aiddir və ondan sonra Əskəriyyəyn ziyarətgahı ilə birlikdə müxtəlif dövrlərdə yenidən tikilib və təmir olunub.

Mövqeyi və əhəmiyyəti

Sərdab, İmam Əskərinin (ə) Samirradakı evinin zirzəmisi olub.[1] Bu yerin müqəddəsliyi məsum imamlara məxsus olması ilə bağlıdır.[2] Çünki o, İmam Hadi (ə), İmam Əskəri (ə) və İmam Zamanın (ə.f) yaşadığı yer idi.[3] Sərdab, İmam Hadi (ə) və İmam Əskərinin (ə) hərəmi ilə təqribən 15 metr fasiləsi var[4]Əskəriyyəyn ziyarətgahının şimal-qərbində yerləşir.[5]

Şiə tarixçisi Şeyx Abbas Quminin (hicri 1359-cu ildə vəfat edib) dediyinə görə, bu yerin qeybət sərdabı adlandırılması son dövrə aiddir. Həmçinin İmam Zaman (ə.f) haqqında yazılan kitablarda bunun dəlili göstərilmir.[6]

İmam Zaman (ə.f) sərdabdan zühur edəcək?

Müqəddəs sərdabın üzərində tikilmiş Sahib (ə.c) məscidinin günbəzi

Bəzi sünni yazıçıları, o cümlədən, Yaqut Həməvi "Möcəmül-Buldan" və İbn Həcər Hitəmi "Əs-Səvaiqul-Muhriqə" kitabında, şiələrin İmam Zamanın (ə.f) sərdabda gizləndiyinə və oradan zühur edəcəyinə inandıqlarını iddia ediblər.[7] Onlar həmçinin bir qrup şiə haqqında da deyiblər ki, atlarla sərdabın kənarında dayanıb İmam Zamanın (ə.f) çıxmasını istəyirlər.[8]

Hicri 15-ci əsrdə yaşamış şiə yazıçısı Zəbihullah Məhəllatinin "Məasirul Kubərai fi tarixi Samirra" əsərində qeyd etdiyi kimi, yuxarıda qeyd olunan iddia düzgün deyil; çünki şiə alimləri Həzrət Mehdinin (ə.f) Məkkədə zühur edəcəyi mövzusunda həmfikirdirlər.[9] Həmçinin şiə mərcəyi-təqlidlərindən olan Lütfullah Safi Qolpayqaninin fikrincə, bu materiallar şiə ilə düşmənçilik, Əhli-beytdən uzaqlaşmaq və Bəni-ÜməyyəPeyğəmbər (s) ailəsinin düşmənlərinə meyl etməyə görə hazırlanmışdır.[10] Safi Qolpayqaninin dediyinə görə, şiələrdən heç biri İmamın (ə) Samirranın sərdabında məxfi olduğunu deməyib. Həqiqətdə, şiə kitabları və rəvayətləri belə bir sözü inkar edirlər.[11]

Şiə mərcəyi-təqlidlərindən olan Seyid Sədrəddin Sədr (hicri 1373-cü ildə vəfat edib) İbn Həcər Hitəminin belə sözlər deməsini onun İraq və onun şiələri ilə yaxından tanış olmaması ilə əlaqədar hesab edib; çünki onun dediyinə görə, İbn Həcər Hicazdan çıxmayıb və hətta Samirranı da görməmişdir.[12] Həmin kontekstdə Mühəddis Nuri,[13] Seyid Möhsün Əmin,[14] Seyid Mürtəza Əskəri,[15] Seyid Hadi Xosrovşahi[16] və İbrahim Əmini[17] də İmam Zamanın (ə.f) müqəddəs sərdabda gizlənməsini və o Həzrətin eyni yerdən zühur edəcəyini qəbul etməyiblər.

Qeybə çəkilmə quyusu

Müqəddəs sərdabın yenidən qurmadan sonrakı görünüşü

Sərdabda "Qeybə şəkilmə quyusu"[18] kimi tanınan bir quyu var ki, Şeyx Abbas Quminin dediyinə görə, bəzi zəvvarlar İmam Hadi (ə)İmam Əskərinin (ə) sərdabdakı dəstəmaz aldığı hovuzdan təbərrük olaraq torpaq götürürdülər və yavaş-yavaş bu yer Qeybə çəkilmə quyusu kimi tanınmağa başladı.[19]

Şeyx Abbas Qumi həmçinin Mühəddis Nuridən nəql edir ki, sərdabın qulluqçularından bəziləri maddi və dünyəvi mənfəət əldə etmək üçün bu yeri Sahibəz-Zaman (ə) quyusu kimi tanıtdırmışlar. Onlar pul almaq müqabilində oradan zəvvarlara təbərrük etmək üçün torpaq verirmişlər və Şeyxul-İraqin bunun qarşısını almaq üçün qeyd edilən quyunu doldurdu və onun üstünü bağladı, lakin sonradan xidmətçilər yenidən onun üstünü açdılar.[20]

Onun quruluşu və tarixi

Əskəriyyeyn hərəminin dağıdılmamışdan əvvəl müqəddəs sərdabın girişi

Sərdab uzun dəhlizlə birləşən altıbucaqlı otaq və iki kiçik və böyük düzbucaqlı otaqdan ibarətdir.[21] Böyük düzbucaqlı otaq kişilərin namaz qıldıqları yer, kiçik düzbucaqlı otaq isə qadınların qıldıqları yer kimi tanınırdı.[22] Sərdaba giriş və çıxış yolu altıbucaqlı otaqa aparan pilləkən formasındadır.[23] Həmçinin sərdabın üzərində bir məscid tikilib ki, "Sahib" adı ilə tanınır və kirəmitli günbəzi var.[24]

Mühəddis Nurinin (h.q 1320-ci ildə vəfat edib) dediyinə görə, Abbasi xəlifələrindən olan Nasir li dinillah sərdabı hicri 606-cı ildə tikdirmişdir. Onun kitabəsində On Dörd Məsumun adları yazılmışdır.[25] Lakin deyilənə görə, bundan əvvəl Nasirəddin Dövlə Ali Həmdan İmam Hadinin (ə) evinin ilk binasını hicri 333-cü ildə qoymuş, hicri 337-ci ildə isə Mədud-Dövlə Ali Buyə onu tamamlamışdır.[26]

Sərdab, Əskəriyyəyn (ə) hərəmi ilə birlikdə müxtəlif dövrlərdə təmir edilmiş və yenidən qurulmuşdur.[27] O cümlədən, hicri 1202-ci ildə Əhməd Xan Dənbəli Əskəriyyəyn (ə) hərəmində təmir işləri apararkən sərdab üçün həyət tikdirmiş və onun üçün yeni yol yaratmışdır.[28] Sərdabda hörmə, kirəmit və digər memarlıq sənətlərindən istifadə edilmişdir.[29]

22 fevral 2006-cı il və 13 iyun 2007-cı il tarixlərində təkfirçi terrorçuların bomba qoyduqları zamanı Əskəriyyəyn (ə) hərəminin dağıdılmasında sərdaba da ziyan dəyib.[30]

Əlaqəli məqalələr

İstinadlar

  1. İbn Xəldun, Tarixu ibn Xəldun, h.q 1408, c.4, s.39
  2. Nuri, Kəşful-əstar, s.14
  3. Nuri, Kəşful-əstar, s.14; Əmin, Əyanuş-şiə, h.q 1403, c.2, s.507
  4. «مقام امام زمان عجل الله تعالی فرجه الشریف در سرداب مقدس سامرا», hawzah.net saytı
  5. Hüseyni Cəlali, Məzaratu Əhli-beyt (ə) və tarixuha, h.q 1415, s.141
  6. Qumi, Hədiyyətuz-zairin, h.ş 1383, s.97
  7. Nümunə üçün baxın: Həməvi, Mucəmul-buldan, m.1995, c.3, s.173; İbn Həcər, Əs-Səvaiqul-muhriqə, h.q 1417, c.2, s.482; İbn Teymiyyə, Minhacus-sünnət, h.q 1406, c.1, s.44
  8. İbn Xəldun, Tarixu ibn Xəldun, h.q 1408, c.4, s.39; İbn Həcər, Əs-Səvaiqul-muhriqə, h.q 1417, c.2, s.483
  9. Məhəllati, Masirul-kübəra fi tarixi Samirra, h.ş 1384, c.1, s.23
  10. Safi Qolpayqani, Nəvide əmn və əman, h.ş 1390, s.116
  11. Safi Qolpayqani, Nəvide əmn və əman, h.ş 1390, s.117
  12. Sədr, Əl-Mehdi (ə), h.q 1398, s.164-165
  13. Nuri, Kəşful-əstar, s.14
  14. Əmin, Əyanuş-şiə, h.q 1403, c.2, s.507
  15. Muəssiseye fərhəngi intizare nur, Qoftemane məhdəviyyət, h.ş 1387, s.95
  16. Xosrovşahi, Muslihe cəhani əz didqahe şie və əhli-sünnət, h.ş 1386, müqəddimə, s.17
  17. Əmini, Dadgestəre cəhan, h.ş 1380, s.204
  18. Qobadi, Sərdabe müqəddəs, s.48
  19. Qumi, Hədiyyətuz-zairin, h.ş 1383, s.98
  20. Qumi, Hədiyyətuz-zairin, h.ş 1383, s.98
  21. Səbahi, "Babe ğeybət dər Samirra", s.85
  22. Səbahi, "Babe ğeybət dər Samirra", s.85
  23. Səbahi, "Babe ğeybət dər Samirra", s.85
  24. Cəfəri, «سرداب مقدس سامراء و آداب زیارت آن», hawzah.net saytı
  25. Nuri, Kəşful-əstar, s.75-76; Əmin, Əyanuş-şiə, h.q 1403, c.2, s.507
  26. Hüseyni Ərəbi, Tarixçeye Sərdabe müqəddəs, s.110
  27. Hüseyni Ərəbi, Tarixçeye Sərdabe müqəddəs, s.110
  28. Əmin, Əyanuş-şiə, h.q 1403, c.2, s.588
  29. Qobadi, Sərdabe müqəddəs, s.48
  30. «السرداب المقدس», askarian.iq saytı

Ədəbiyyat

  • İbn Teymiyyə, Əhməd ibn Əbdül-Həlim, Minhacus-sünnət, h.q 1406
  • İbn Həcər, Əhməd ibn Məhəmməd, Əs-Səvaiqul-muhriqə, Beyrut, Ər-risalə müəssisəsi, h.q 1417
  • İbn Xəldun, Əbdür-Rəhman ibn Məhəmməd, Tarixu ibn Xəldun, Beyrut, Darul-fikr, h.q 1408
  • Əmin, Seyyid Möhsin, Əyanuş-şiə, Beyrut, Darut-taaruf, h.q 1403
  • Əmini, İbrahim, Dadgestəre cəhan, Qum, Şəfəq, h.ş 1380
  • Hüseyni Cəlali, Məzaratu Əhli-beyt (ə) və tarixuha, h.q 1415
  • Həməvi, Yaqut ibn Abdullah, Mucəmul-buldan, Daru sadir, Beyrut, m.1995
  • Xosrovşahi, Seyyid Hadi, Muslihe cəhani əz didqahe şie və əhli-sünnət, Qum, Bustane kitab, h.ş 1386
  • Safi Qolpayqani, Lütfullah, Nəvide əmn və əman, Qum, h.ş 1390
  • Səbahi, Müslim, "Babe ğeybət dər Samirra", h.ş 1373
  • Sədr, Seyyid Sədruddin, Əl-Mehdi (ə), Küveyt, h.q 1398
  • Qobadi, Müstafa, Sərdabe müqəddəs, h.ş 1387
  • Qumi, Şeyx Abbas, Hədiyyətuz-zairin, Qum, Sibteyn müəssisəsi, h.ş 1383
  • Muəssiseye fərhəngi intizare nur, Qoftemane məhdəviyyət, Bustane kitab, Qum, h.ş 1387
  • Məhəllati, Zəbiyhullah, Masirul-kübəra fi tarixi Samirra, Qum, h.ş 1384
  • Nuri, Mirza Hüseyn, Kəşful-əstar, Tehran

Xarici keçidlər