Mütəvəkkil Abbasi
Mütəvəkkil Abbasi (ərəbcə: المتوكل العباسي) (207-247 h.q), onuncu Abbasi xəlifəsi olmuş, hicri təqvimi ilə 232-ci idə hakimiyyətə çatmış və xilafətinin bütün dövrü imam Hadinin (ə) imaməti ilə bir müddətə təsadüf etmişdir. O, Nasibi olmuş və əhli-beytə (ə) nalayiq sözlər deyən, lağ edən bir şəxs olmuşdur.
Hicri təqvimi ilə 236-cı ildə Mütəvəkkilin göstərişi ilə, imam Hüseynin (ə) qəbri dağıdılaraq onun yerində əkinçilik aparıldı. Bu iş camaatın etirazına səbəb oldu. İmam Hadi (ə) 233-cü il, Mütəvəkkilin gəstərişi əsasında, Samirra şəhərinə aparılır və ömrünün sonuna qədər orada qalır. Tarixçilərin yazdıqlarına görə, Mütəvəkkil zahirdə imam Hadiyə (ə) ehtiram etsə də, mütəmadi olaraq o həzrəti təhqir edər və əleyhinə sui-qəsdlər həyata keçirərdi.
Tədqiqatçıların fikrincə, Mütəvəkkilin zamanında, Şiələr ağır çətinliklərlə qarşı-qarşıya gəlmişlər. Onlardan böyük bir hissəs öldürülmüş və yaxud ömürlərini həbsxanalarda keçirmişlər; həmçinin Mütəvəkkil Abbasinin göstərişləri əsasında Ələvilər ağır iqtisadi sıxıntılara da məruz qalmışdılar.
Hicrətin 234-cü ilində, Mütəvəkkilin göstərişi ilə, Əhli-hədis kəlam məzhəbi hakimiyyətdə rəsmi din kimi qəbul edilmişdir və onların əqidə təfəkkürü, Allahı görmək və Quranın məxluq olmamasından ibarət idi. Mütəvəkkil, Məmun və Mötəsim Abbasidən fərqli olaraq, Mötəzilə təfəkkürü ilə mübarizə edərək, əhli-zimmə üçün ağır qanunlar qəbul etdi.
Mütəvəkkil, türklərin vasitəsi ilə hakimiyyətə çatmışdı, bəzi tədqiqatçıların fikirlərinə əsasən, onun hakimiyyətə gəlməsi sayəsində, türklərin İslam hakimiyyətinə nüfuzu əsri başlamışdır. O, ilk mərhələdə onlarla yaxşı rəftar etsə də sonralar onların qüdrətə çatdıqlarının şahidi olduğunda, təhlükədə olduğunu hissi edir, odur ki, onların qarşısında mövqe tutmaqa başlayır. Türklərlə Mütəvəkkil arasında olan düşmənçilik şiddət tapdıqca, bir-birinin ziddinə sui-qəsdlər həyata keçirirdilər, nəhayət Mütəvəkkil türklərin vasitəsilə, oğlu Muntəsir Abbasinin əli ilə öldürülür. Onun ölümündən sonra Abbasilər hakimiyyəti öz qüdrətini itirməyə başlaıyır.
Mütəvəkkilin saraylar və böyük binalar ucaltmaqa əlaqəsi var idi, odur ki, bu iş üçün çoxlu xərclər çəkirdi. Samirra came məscidi, o dövürdə tikilmiş binalardandır ki, bu günə kimi qalmışdır.
Qısa məlumat
Mütəvəkkil Abbasi adı ilə məşhur olan, Cəfər ibn Mötəsim Abbasinin oğlu, (hakmiyyət 218-227 h.q) və Harun ər-Rəşidin nəvəsi (170-193 h.q) Abbasilər xilafətinin onuncu xəlifəsi olmuşdur.[1] O, hicrətin 207-ci ilində dünyaya göz açmışdir.[2] Hicrətin 227-ci ilində Abbasi xəlifəsi, qardaşı Vasiqin vasitəsilə “Əmirul hacc” təyin edilir;[3] Vasiq hicrətin 232-ci ili dünyasını dəyişdikdən sonra, Cəfər ibn Mötəsim 26 yaşında, türk sərkərdələrin və Abbasi hakimiyyətinin vasitəsilə xilafətə seçilir və saray əyanlarından olan Əhməd ibn Əbi Duad adlı şəxs tərəfindən “əl-Mütəvəkkil ələllah” ləqəbi ilə şöhrət tapır.[4]
Deyilənlərə görə bu, İslam tarixində ilk dəfə idi ki, türklər xəlifənin təyin edilməsində dəxalət edir və bu işdə öz istədikləri şəxsi seçməkdə müvəffəq olurlar.[5] Bunun üçün də bəzi tədqiqatçılar, Mütəvəkkilin xilafətini, türklərin nüfuz əsri adlandırırlar;[6] bu dövr, Mütəvəkkilin xilafəti ilə başlayaraq hicri tarixi ilə 334-cü ilə qədər davam etmişdir.[7]
Mütəvəkkili qan içən, zülümkar, şərabxar və fəsad məclislərində şirkət edən bir xəlifə kimi qeyd edirlər.[8] İmam Əlinin (ə) öncədən verdikləri xəbərlərə əsasən, Abbasi xilafətinin onuncu xəlifəsi, yəni Mütəvəkkil, onların ən kafiridir.[9]
Əhli-beytlə (ə) düşmənçilik
Mütəvəkkil Abbasi, Peyğəmbər (s) əhli-beytinə xüsusilə də imam Əliyə (ə) qarşı həddən ardıq qəzəbli idi.[10] Əbul Fərəc İsfahaninin dediklərinə görə, Mütəvəkkil, əhli-beytə (ə) qarşı düşmənçilikdə, bütün Abbasi xəlifələrindən öndə idi; bir həddə ki, imam Hüseynin (ə) qəbrini viran etdirdi.[11] O, hər bir kəsi bilsəydi ki, Əli (ə) və Əli övladlarına aşiqdir, onu öldürüb əmvalını müsadirə edərdi.[12]
Səkkizinci əsr yazıçısı Zəhəbinin dediklərinə görə, Mütəvəkkil, Nasibi olmuşdur və onun Nasibi olması haqda heç bir ixtilaflı nəzəriyyə yoxdur.[13] O, Əli ibn Cəhm, Ömər ibn Fərəh və ibn Utrucə kimi nasibilərlə bir araya gələr[14] və imam Əli (ə) haqqında nalayiq sözlər deyərdilər.[15] Mütəvəkkil Abbasinin bir xidmətçisi var idi ki, özünü imam Əliyə oxşadaraq, o həzrəti lağ edərdi.[16]
Beşinci əsrə aid tarixçi, Xətib Bağdadinin dediklərinə əsasən, Nəsr ibn Əli adlı şəxs, imam Həsən və Hüseyn (ə) haqqında Mütəvəkkilin xidmətində hədis nəql edir, Mütəvəkkil o şəxsin şiə olduğunu düşünərərk, əmr edir ona min qamçı vurulsun.[17] Nəsr ibn Əliyə ardıcıl qamçıların vurulması icra olunur, o vaxta kimi ki, onun əhli-sünnə olduğuna şəhadət verilir və ondan sonra Mütəvəkkil ona qamçı vurulmasını dayandırır.[18]
İmam Hüseynin (ə) məzarının dağıdılması
Hicri təqvimilə 236-cı ildə Mütəvəkkil Abbası əmr edir Hüseyn ibn Əlinin (ə) qəbri dağıdılsın.[19] Bunun üçün də qəbrin ətrafında olan bütün tarixi əsərlər viran edilir; amma heç kim imamın qəbrini dağıtmağa hazır olmur, bu əsnada Yəhudilərdən olan bir dəstə bu işi öz öhdələrinə aldırlar.[20] Qəbirləri dağıtdıqdan sonra suyu oraya açırlar, o torpaqları şumlayaraq əkin əkirlər[21] və ziyarətə gələnləri nəzarətə alırdılar.[22] Deyilənlərə görə Mütəvəkkil, imam Hüseynin (ə) qəbrini iki dəfə dağıtmışdır: Bir dəfə hicrətin 233-cü ilində və bir dəfə də 236-cı ildə. Bu fasilədə qəbirin üstü təmir edilmişdi, lakin ikinci dəfə qəbirin dağıdılması daha çox olmuşdur.[23]
İmam Hüseynin (ə) məzarının dağıdılması, müsəlmanları qəzəbləndirir; o həddə ki, Bağdad əhalisi divarlara və məscidlərə Mütəvəkkilin əleyhinə şüarlar yazır və şairlər şer yazaraq ona etirazlarını bildirirlər.[24]
İmam Hadinin (ə) Samirra şəhərinə aparılması
Mütəvəkkil Abbasi hicrətin 233-cü ilində, imam Hadini (ə) Mədinədən Samirra şəhərinə getməyə məcbur edir.[25] Şiə mütəkəllimi və fəqihlərindən olan Şeyx Mufid, Mütəvəkkilin bu işi görməsini hicrətin 243-cü ilə aid olduğunu bildirir;[26] lakin İslam tarixi tədqiqatçısı Rəsul Cəfəriyan, bu tarixin düzgün olmadığını yazır.[27] Deyilənlərə əsasən, Mütəvəkkilin bu işi, Mədinə şəhərinin valisi Abdullah ibn Məhəmməd[28] və xəlifənin hərəmeynə təyin etdiyi imam camaat Bürəyhə ibn Abbasın imam Hadiyə (ə) qarşı dedikləri nalayiq sözlər üzündən olmuşdur[29] və həmçinin bəzi məlumatlara əsasən, insanların imam Hadiyə (ə) üz tuduğuna görə bu işə əl atmışdır.[30]
İmam Hadi (ə) Mütəvəkkilə yazdığı məktubda, ona qarşı edilən hörmətsizliyin və nalayiq sözlərin deyilməsinin yalan olduğunu bildirir;[31] lakin Mütəvəkkil cavabında, onun Samirraya doğru hərəkət etməsini xahiş edir.[32] Mütəvəkkilin yazdığı məktub “Kafi” və “əl-İrşad” kitablarında da qeyd edilmişdir.[33] Buna əsasən, Yəhya ibn Hərsəmə, Mütəvəkkil Abbasi tərəfindən imam Hadini (ə) Samirra şəhərinə gətirməyə məmur edilir.[34]
Yəhya ibn Hərsəmədən nəql edilir, Mədinə camaatı Mütəvəkilin bu əmrini eşitdikdə, fəryad edib ah-nalə etdilər, elə bir hal-əhval yarandı ki, Mədinə o günə kimi bu cür hadisəni təcrübə etməmişdi.[35]
Həzrət Hadi (ə) Samirra şəhərində, zahiri baxışda Mütəvəkkilin ehtiramı ilə qarşı-qarşıya idi, amma Mütəvəkkil onun əleyhinə sui-qəsdlər həyata keçirdi ki,[36] imamın əzəmətini insanların gözündən salsın.[37] Mütəvəkkil, mütəmadi olaraq imamı təhqir edirdi.[38] “Mühəcud-Dəvat” kitabında Seyyid ibn Tavusun nəql etdiyi rəvayətə əsasən, təhqir etdiyi cərəyanlardan birində, imam Hadi (ə) məzlumun zalıma qarşı olan duanı oxuyur və ondan üç gün sonra Mütəvəkkil dünyadan gedir.[39]
Şiələrin vəziyyəti
Mütəvəkkil açıq-aşkar Şiələrlə düşmənçilik edir və şiələri təhqir edən şəxslərə ənam və bəxşişlər edirdi.[40] O, şiələrə nifrət etdiyi üçün, şiələrlə münasibəti olan xəlifələri də təhqir edib nalayiq sözlər deyərdi.[41] Məmun Abasininin dövründə şiələrə qaytarılan Fədəki, Mütəvəkkilin zamanında onların əlindən alınmışdır.[42]
Mütəvəkkil bir çox şiələri həbs etmiş və çox sayda şiə öldürmüşdür.[43] Mütəvəkkilin göstərişinə əsasən, Zeyd ibn Əlinin nəvələrindən olan Yəhya ibn Əmri həbs edib işgəncə edildi.[44] Həmçinin, Dai adı ilə tanınan Həsən ibn Zeyd, Mütəvəkkilin zamanında Təbəristana sığınmışdır.[45] Mütəvəkkilin göstərişi ilə Əbi Talib sülaləsi Misir şəhərindən çıxarıldı.[46] Əbul Fərəc İsfahaninin verdiyi məlumata əsasən, Əbi Talib tayfası Mütəvəkkilin dövründə müxtəlif şəhərlərə üz tutaraq gizli həyat sürməyə başladır[47] ki, onlardan biri də Əhməd ibn İsa ibn Zeyddir və o dövürdə vəfat etmişdir.[48]
Şiələrin acınacaqlı şəraiti, Mütəvəkkil Abbasininin dövründə o qədər çətin olduğu bildirilir ki, ondan əvvəlki üç xəlifənin yəni Məmun, Mötəsim və Vasiq Abbasinin zamanında, müəyyən həddə şiələr üçün azadlıq dövrü kimi hesab olunur.[49] Mütəvəkkilin şiələrlə bu qədər şiddətli düşmənçiliyinə baxmayaraq, şiələr Mütəvəkkil hakimiyyətinə nüfuz etməyə nail olurlar. O cümlədən İbn Sikkit kimi şəxslərə işarə etmək olar,[50] o, Mütəvəkkilin uşaqlarının təlim-tərbiyəsi ilə məşğul olmuşdur.[51]
Tədbirlər
Yeddinci əsr coğrafiyaşünası, Yaqut Həməvinin verdiyi məlumatlara əsasən, Mütəvəkkilin hündür binalar və qəsrlər tikdirməyə əlaqəsi olmuşdur; heç bir xəlifə onun kimi belə qəsrlər tikdirməmişdir.[52] “Məasirul-Kübra fi tarixi Samirra” kitabında otuzdan yuxarı qəsrin adları zikr edilmişdir ki, Mütəvəkkil, Samirra şəhərində özü üçün (ətrafında olanlar üçün tikdirdiklərindən əlavə) tikdirmişdir.[53] Mütəvəkkil, bu bina və qəsrlərin tikilməsi üçün üç yüz milyona yaxın dirhəm xərc etmişdir.[54]
O, Samirra şəhəri üçün came məscidinin tikilməsini əmr edir.[55] Altıncı əsr tarixçisi İbn Cəvzinin dediklərinə əsasən, bu məscidin tikintisi hicrətin 234-cü ili başlamış və 237-ci ilində sona çatmışdır və 380 min dinar məscidin tikilməsi üçün xərc edilmişdir.[56] Bu məscid, “Came Mütəvəkkil” adı ilə də tanınır, qeyd etmək lazımdır bu məscidin minarələri ilbiz qabığına bənzdiyi üçün “Came Mələvviyə” adı ilə də məşhur olmuşdur.[57] Müasir dövrümüzdə bu məscidin qalıqlarını, şəhərin bir kilometrlik məsafəsindən görmək mümkündür.[58]
Əhli-hədisə üstünlük vermək
Mütəvəkkil Abbasi hicrətin 234-cü ilində əmr etdi Əhli-hədis məzhəbi rəvac verilərək[59] hakimiyyətdə rəsmi məzhəb kimi qəbul edilsin.[60] Mütəvəkkil, əvvəlki xəlifələrin əksinə olaraq,[61] Mötəzilə məzhəbi ilə qarşı-qarşıya durdu və göstəriş verdi mütəkəllimlər Allahın vücüdunun görünməsinin mümkünlüyü haqqda münazirələr etsinlər.[62] Mütəvəkkil, Quranın məxluq olması etiqadını qadağan etdi.[63] Vasiq Abbasinin, Quranın məxluq (sonradan yaranması) olmasına inancları olmadığı üçün həbs etdiyi insanları azad etdi[64] və Əhməd ibn Hənbəl də bu şəxslər sırasında idi.[65]
Əhli-zimməyə (qeyri müsəlmanlara) təziyiqlər
Mütəvəkkil Abbasi 235-ci ildə əhli-zimmə haqqında ağır qanunlar qərar qəbul etdi.[66] Müsəlmanların geyimlərindən istifadə etməmələri və əkinçi geyimlərindən istifadə etmələri, əmmamələrinə fərli parçaların əlavə edilməsi, qatır və atdan istifadə etmələrinin qadağan edilməsi, hakimiyyət və dövlət işlərində əhli-zimmənnin fəaliyyətinin qadağan edilməsi, onlardan maliyat alınmalı, kilsələrin dağıdılması və qəbirlərinin yer səthi ilə bərabər olması kimi qanunlar qəbul etmişdir.[67] “Tarixe təməddone İslami” kitabının müəllifi Corci Zeydan, Mütəvəkkilin əhli-zimməyə qarşı bu işin mənşyini Həms Məsihilərinin müsəlmanlarla birlikdə, Mütəvəkkil valililiyinə qarşı etdikləri üsyanın qarşılığı bilir.[68] Mütəvəkkilin, əhli-zimməyə qarşı sabiqəsi olmayan bu təzyiqlərə baxmayaraq, Hüneyn ibn İshaq kimi bəzi Məsihi alimlər, xilafətdə xidmət göstərirdilər.[69]
Türklərlə qarşı-qarşıya
Türklərin vasitəsilə hakimiyyətə çatan Mütəvəkkil, ilk mərhələdə bütün işləri onların razılığını əldə etmək üçün həyata keçirir və siyasi məsələlərdə bütün yolları onlar üçün açıq qoymuşdu; lakin bir müddətdən sonra bu işi kənar qoyub türklərin qüdrətdə olmasına məhdudiyyətlər qoydu.[70] Mütəvəkkil Abbasi üç oğlunu, Məhəmməd, Əbu-Əbdillah və İbrahimi öz vəliyyi-əhdi təyin edir; Məhəmməd “Muntəsər” ləqəbi ilə xəlifə Abbasinin vəliyyi-əhdi, Əbu-Əbdillah “Mötəz” ləqəbi ilə Muntəsirin vəliyyi-əhdi və İbrahim isə “Müəyyid” ləqəbi ilə Mötəzin vəliyyi-əhdi olaraq seçilir.[71] Afrika və qərb hakimiyyətini Muntəsirə, Xorasan və Rey hakimiyyətini Mötəzə və Şamla Fələstin hakimiyyəitini isə Müəyyidə tapşırılır.[72] “Tarixul-dövlətul-Abbasiyyə” kitabının müəllifi Məhəmməd Suheyl Təquş, Mütəvəkkilin bu işini türkləri hakimiyyətdən uzaqlaşdırma səbəbi kimi qeyd edir; çünki Abbasilər hakimiyyəti dövründə bir çox məmləkətlər onların ixtiyarında idi.[73]
Tuquşun fikrincə, türklər Mütəvəkkilin bu siyasətindən xəbərdar olduqlarında bir çox sui-qəsdlərə əl atdılar, bunun üçün də Mütəvəkkil onların hiylələrindən amanda qalmaq məqsədilə paytaxtın köçürülmə qərarına gəlir.[74] Mütəvəkkil hicrətin 244-cü ilində Dəməşq şəhərini öz hakimiyyəti üçün paytaxt təyin etmək üçün oraya getdi; lakin oranın ab-havasını yaşamaq üçün münasib görmür. Bunun üçün də iki ay sonra oranı tərk edib Samirra şəhərinə gəlir.[75] Təquşun dediklərinə görə, xəlifə Samirraya qayıtdıqdan sonra, türklərlə xəlifə arasında olan düşmənçilik gözlənilməz həddə çatmışdı və hər biri qarşı tərəfin məhv olmasını istəyirdi.[76]
Ölümü
Mütəvəkkil Abbasi on dörd il on ay xilafətdən sonra hicri tarixi ilə 247-ci ildə 40 yaşında oğlu Muntəsirin vasitəsilə öldürülür[77] və Mahuzə şəhərində tikdirdiyi öz qəsrində dəfn edilir.[78] Mütəvəkkil oğlu Muntəsiri öz xəlifəsi təyin etməsinə baxmayaraq, onunla o qədər də yaxşı münasibəti yox idi və çox hallarda onu məsxərə edər, ağır sözlər deyər və onu ölüm ilə hədələyərdi.[79] Dördüncü əsr tarixçisi, Təbərinin verdiyi başqa bir xəbərdə qeyd olunur, Mütəvəkkil bu qərara gəlmişdi Muntəsir və bir sıra türk hakimləri öldürsün.[80] Həmçinin səkkizinci əsr tarixçisi ibn Xəldun düşünür, Mütəvəkkilin Əli ibn Əbi Talibə etdiyi əhanət cərəyanında, Müntəsir onun qarşısında durub, onu bu işdən uzaq olmasını istəmişdi, bu üzdən Mütəvəkkil onu xilafətdən kanarlaşdıraraq onu ölümlə təhdid edir.[81] Muntəsir, atasının bu işindən çox qəzəblənmişdi, türk hakimlərlə bir araya gəlib, Mütəvəkkili eyş-nuş və məst halında öldürür.[82]
Bəzi xəbərlərdə, bu hadisə Mütəvəkkilin həzrət Zəhraya (s) qarşı etdiyi hörmətsizliyi cərəyanında baş verdiyi nəql olunmuşdur.[83] “əl-Şiə və əl-Hakimun” kitabının müəllifi Məhəmməd Cavad Muğniyə yazır, gunlərin birində Muntəsir eşidir atası Fatimeyi Zəhraya (s) qarşı nalayiq sözlər deyir, bu səbəbdən fəqihləlrdən birinin hüzuruna gedib bi işin hökmünü soruşur.[84] Fəqih, onun qanının halal olduğunu bildirir; lakin bildirir ki, atasını öldürən şəxsin ömrü qısa olar və onu atasını öldürməkdən uzaq olmasına tövsiyə edir.[85] Buna baxmayaraq Muntəsir, Mütəvəkkili öldürür və bu hadisədən yeddi ay sonra özü də öldürülür.[86]
Mütəvəkkilin ölümündən sonra türklərin hakimiyyətdə nüfuzu daha da artır[87] və Bəni Abbas xəlifələri öz nüfuzunu itirir; elə bir həddə çatır ki, Mütəvəkkildən sonra yüz il müddətində türklərin iqtidara gətirdikləri on bir xəlifə öldürülür və ya öz mövqelərindən kənarlaşdırılır.[88]
İstinadlar
- ↑ İbn Cəvzi, Əl-Muntəzəm, h.q 1412, c.11, s.178
- ↑ İbn Cəvzi, Əl-Muntəzəm, h.q 1412, c.11, s.178
- ↑ Təbəri, Tarixu Təbəri, h.q 1387, c.9, s.123
- ↑ İbn Əsir, Əl-Kamil, h.q 1385, c.7, s.33-34
- ↑ Xizrı, Tarixe xilafəte Abbasi, h.ş 1384, s.107
- ↑ Təquş, Tarixud-dulətil-Abbasiyyə, h.q 1430, s.154-156
- ↑ Müvəhhid Əbtəhi, Nəqşe şieyan dər saxtare hokuməte Əbbasiyan, h.ş 1392, s.27
- ↑ Cəfəriyan, Əz peydayeşe İslam ta İrane İslam, s.312
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, s.41, s.322; Hüseyni Tehrani, Emamşenasi, h.q 1430, c.12, s.170
- ↑ İbn Əsir, Əl-Kamil, h.q 1385, c.7, s.55-56
- ↑ Əbul-Fərəc İsfahani, Məqatiut-talibin, s.478
- ↑ Əbul-Fərəc İsfahani, Məqatiut-talibin, s.478
- ↑ Zəhəbi, Tarixul-İslam, h.q 1413, c.18, s.552
- ↑ İbn Əsir, Əl-Kamil, h.q 1385, c.7, s.56
- ↑ İbn Xəldun, Tarixu İbn Xəldun, h.q 1408, c.3, s.349
- ↑ İbn Əsir, Əl-Kamil, h.q 1385, c.7, s.55-56
- ↑ Xətib Bağdadi, Tarixu Bağdad, h.q 1417, c.13, s.289
- ↑ Xətib Bağdadi, Tarixu Bağdad, h.q 1417, c.13, s.289
- ↑ İbn Cəvzi, Əl-Muntəzəm, h.q 1412, c.11, s.237
- ↑ Əbul-Fərəc İsfahani, Məqatiut-talibin, s.479
- ↑ İbn Cəvzi, Əl-Muntəzəm, h.q 1412, c.11, s.237
- ↑ Əbul-Fərəc İsfahani, Məqatiut-talibin, s.479
- ↑ Müdərris, Şəhre Hüseyn (ə), h.ş 1380, s.206, 207
- ↑ Siyuti, Tarixul-xüləfa, h.q 1425, s.253
- ↑ Yaqubi, Tarixul-Yaqubi, Beyrut, c.2, s.484; Nobəxti, Firəquş-şiə, h.q 1404, s.92; Əşəri Qumi, Əl-Məqalat, h.ş 1360, s.100
- ↑ Şeyx Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.310
- ↑ Cəfəriyan, Rəsul, Həyate fikri və siyasiye əimme, h.ş 1381, s.503
- ↑ Şeyx Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.309
- ↑ Məsudi, İsbatul-vəsiyyət, h.q 1426, s.233
- ↑ İbn Cəvzi, Təzkirətul-xəvass, h.q 1426, c.2, s.493
- ↑ Şeyx Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.309
- ↑ Şeyx Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.309
- ↑ Şeyx Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.309; Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.501
- ↑ Məsudi, İsbatul-vəsiyyət, h.q 1426, s.233
- ↑ İbn Cəvzi, Təzkirətul-xəvass, h.q 1426, c.2, s.492
- ↑ Şeyx Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.311
- ↑ Təbərsi, İlamul-vəra, h.q 1417, c.2, s.126
- ↑ Cəfəriyan, Rəsul, Həyate fikri və siyasiye əimme, h.ş 1381, s.510
- ↑ Seyyid ibn Tavus, Mühəcud-Dəvat, h.q 1411, s.265-271
- ↑ Səccadi, Bəni-Abbas, s.674
- ↑ Səccadi, Bəni-Abbas, s.674
- ↑ Bəlazuri, Futuhul-buldan, m. 1988, s.42-43
- ↑ Əbul-Fərəc İsfahani, Məqatiut-talibin, s.478
- ↑ Əbul-Fərəc İsfahani, Məqatiut-talibin, s.506
- ↑ Əbul-Fərəc İsfahani, Məqatiut-talibin, s.490
- ↑ Kindi, Kitabul-vilayət, h.q 1424, s.149
- ↑ Əbul-Fərəc İsfahani, Məqatiut-talibin, s.490
- ↑ Əbul-Fərəc İsfahani, Məqatiut-talibin, s.492
- ↑ Porsənde, bərresi siyasəthaye məzhəbi Mutəvəkkil Abbasi, h.ş 1388, s.60
- ↑ Müvəhhid Əbtəhi, Nəqşe şieyan dər saxtare hokuməte Əbbasiyan, h.ş 1392, s.144
- ↑ Zəhəbi, Tarixul-İslam, h.q 1413, c.18, s.552
- ↑ Yaqut Həməvi, Mucəmul-buldan, m. 1995, s.367
- ↑ Məhəllati, Masirul-kübəra fi tarixi Samirra, h.ş 1384, s.67-111
- ↑ Yaqut Həməvi, Mucəmul-buldan, m. 1995, s.368
- ↑ İbn Cəvzi, Əl-Muntəzəm, h.q 1412, c.11, s.252
- ↑ İbn Cəvzi, Əl-Muntəzəm, h.q 1412, c.11, s.252
- ↑ Əkrəm Ərcəh, Came Kəbir, s.353
- ↑ Əkrəm Ərcəh, Came Kəbir, s.353
- ↑ İbn Cəvzi, Əl-Muntəzəm, h.q 1412, c.11, s.206
- ↑ Xizrı, Tarixe xilafəte Abbasi, h.ş 1384, s.109
- ↑ Səccadi, Bəni-Abbas, s.674
- ↑ İbn Cəvzi, Əl-Muntəzəm, h.q 1412, c.11, s.207
- ↑ İbn Kəsir, Əl-bidayə, h.q 1407, c.10, s.316
- ↑ İbn Cəvzi, Əl-Muntəzəm, h.q 1412, c.11, s.251
- ↑ İbn Xəllikan, Vəfiyatul-əyan, m. 1900, c.1, s.64
- ↑ İbn Kəsir, Əl-bidayə, h.q 1407, c.10, s.313-314
- ↑ İbn Kəsir, Əl-bidayə, h.q 1407, c.10, s.313-314
- ↑ Zeydan, Tarixud-təməddonil-İslami, c.4, s.412
- ↑ Qifti, Tarixul-hükəma, h.ş 1371, s.234-235
- ↑ Xizrı, Tarixe xilafəte Abbasi, h.ş 1384, s.107
- ↑ Yaqubi, Tarixul-Yaqubi, Beyrut, c.2, s.487
- ↑ Təbəri, Tarixu Təbəri, h.q 1387, c.9, s.126
- ↑ Təquş, Tarixud-dulətil-Abbasiyyə, h.q 1430, s.163
- ↑ Təquş, Tarixud-dulətil-Abbasiyyə, h.q 1430, s.163
- ↑ Təbəri, Tarixu Təbəri, h.q 1387, c.9, s.210
- ↑ Təquş, Tarixud-dulətil-Abbasiyyə, h.q 1430, s.163
- ↑ İbn Cəvzi, Əl-Muntəzəm, h.q 1412, c.11, s.356-357
- ↑ Yaqubi, Tarixul-Yaqubi, Beyrut, c.2, s.492
- ↑ İbn Cəvzi, Əl-Muntəzəm, h.q 1412, c.11, s.356
- ↑ Təbəri, Tarixu Təbəri, h.q 1387, c.9, s.225
- ↑ İbn Xəldun, Tarixu ibn Xəldun, h.q 1408, c.3, s.349
- ↑ Təbəri, Tarixu Təbəri, h.q 1387, c.9, s.225
- ↑ Muğniyə, Əş-Şiə vəl-hakimun, h.q 1421, s.171
- ↑ Muğniyə, Əş-Şiə vəl-hakimun, h.q 1421, s.171
- ↑ Muğniyə, Əş-Şiə vəl-hakimun, h.q 1421, s.171
- ↑ Muğniyə, Əş-Şiə vəl-hakimun, h.q 1421, s.171
- ↑ Xizrı, Tarixe xilafəte Abbasi, h.ş 1384, s.112
- ↑ Xizrı, Tarixe xilafəte Abbasi, h.ş 1384, s.112
Ədəbiyyat
- Seyyid ibn Tavus, Əli ibn Musa, Mühəcud-Dəvat, Qum, Daruz-zəxair, h.q 1411
- Əbul-Fərəc İsfahani, Əli ibn Hüseyn, Məqatilut-talibin, Beyrut, Darul-mərifə
- İbn Əsir, Əl-Kamil fit-tarix, Daru sadir, h.q 1385
- İbn Cəvzi, Əbdür-Rəhman ibn Əli, Əl-Muntəzəm, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1412
- İbn Xəldun, Əbdür-Rəhman ibn Məhəmməd, Tarixu ibn Xəldun, Beyrut, Darul-fikr, h.q 1408
- İbn Kəsir, İsmail ibn Ömər, Əl-bidayə, Beyrut, Darul-fikr, h.q 1407
- Əkrəm, Ərcəh, Came Kəbir, Tehran, Bunyade dairətul-məarife İslami, h.ş 1384
- Əşəri Qumi, Səd ibn Abdullah, Əl-Məqalat, Tehran, h.ş 1360
- Bəlazuri, Əhməd ibn Yəhya, Futuhul-buldan, Beyrut, m. 1988
- Porsənde, Məhəmməd Əzəm, bərresi siyasəthaye məzhəbi Mutəvəkkil Abbasi, h.ş 1388
- Cəfəriyan, Rəsul, Əz peydayeşe İslam ta İrane İslam, Qum
- Cəfəriyan, Rəsul, Həyate fikri və siyasiye əimme, Qum, Ənsariyan, h.ş 1381
- Hüseyni Tehrani, Məhəmməd Hüseyn, Emamşenasi, Məşhəd, Əllamə Təbatəbai nəşri, h.q 1430
- Xizrı, Seyyid Əhməd Rza, Tarixe xilafəte Abbasi, 5-ci çap, h.ş 1384
- Xətib Bağdadi, Əhməd ibn Əli, Tarixu Bağdad, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1417
- Zəhəbi, Məhəmməd ibn Əhməd, Tarixul-İslam, Beyrut, Darul-kutubil-ərəbi, h.q 1413
- Zeydan, Tarixud-təməddonil-İslami, Beyrut
- İbn Cəvzi, Təzkirətul-xəvass, Qum, Məcmə cəhaniye Əhli-beyt (ə), h.q 1426
- Səccadi, Sadiq, Bəni-Abbas, Tehran, h.ş 1383
- Siyuti, Əbdür-Rəhman ibn Əbibəkr, Tarixul-xüləfa, h.q 1425
- Şeyx Mufid, Məhəmməd ibn Məhəmməd, Əl-İrşad, Qum, Konqreye Şeyx Mufid, h.q 1413
- Təbərsi, Fəzl ibn Həsən, İlamul-vəra, Qum, Alu Beyt (ə) müəssisəsi, h.q 1417
- Təbəri, Məhəmməd ibn Cərir, Tarixu Təbəri, Beyrut, h.q 1387
- Təquş, Məhəmməd, Tarixud-dulətil-Abbasiyyə, Beyrut, h.q 1430
- Qifti, Əli ibn Yusif, Tarixul-hükəma, Tehran, Tehran universiteti, h.ş 1371
- Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
- Kindi, Məhəmməd ibn Yusif, Kitabul-vilayət, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1424
- Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403
- Məhəllati, Zəbiyhullah, Masirul-kübəra fi tarixi Samirra, Qum, Əl-Məktəbətul-Heydəriyyə, h.ş 1384
- Müdərris, Məhəmməd Baqir, Şəhre Hüseyn (ə), Qum, Darul-ilm, h.ş 1380
- Məsudi, Əli ibn Hüseyn, İsbatul-vəsiyyət, Qum, Ənsariyan, h.q 1426
- Muğniyə, Məhəmməd Cavad, Əş-Şiə vəl-hakimun, Beyrut, Darul-cəvad, h.q 1421
- Müvəhhid Əbtəhi, Rəziyyə Sadat, Nəqşe şieyan dər saxtare hokuməte Əbbasiyan, Qum, Şieşenasi nəşri, h.ş 1392
- Nobəxti, Həsən ibn Musa, Firəquş-şiə, Beyrut, h.q 1404
- Yaqut Həməvi, İbn Abdullah, Mucəmul-buldan, Beyrut, Daru sadir, m. 1995
- Yaqubi, Əhməd ibn Əbi Yaqub, Tarixul-Yaqubi, Beyrut, Daru sadir
Xarici keçidlər
- اوضاع شیعیان در دوره متوکل عباسی pdf farsca
- بررسی مناسبات متوکل خلیفه عباسی با علویان pdf farsca
- چگونگی مواجهه متوکل عباسی با نحلههای کلامی pdf farsca
- بررسی تطبیقی رفتار خلفای عباسی با امام هادی(ع) pdf farsca
- نقش متوکل عباسی در مخالفت با جریانهای کلامی خردگرای اسلامی pdf farsca