Hacər

wikishia saytından
(İsmayılın anası Hacər səhifəsindən yönləndirilmişdir)
Hacər
DiniHənif dini
Məşhur qohumlarHəzrət İbrahim (ə) (həyat yoldaşı) - Həzrət İsmayıl (ə) (oğlu)
Yaşayış yeriMəkkə
Dəfn edildiyi yerHicri İsmayıl
FəaliyyətləriMərvə və Səfa arasında səy


Hacər (ərəbcə: هاجر) İbrahimin (ə) həyat yoldaşı və İsmayılın (ə) anasıdır. Hacər, Misir padşahının cariyəsi idi ki, İbrahimin (ə) həyat yoldaşı Saraya hədiyyə verilmişdi və Sara onu İbrahimə (ə) satdı. Bir müddət sonra da o, İsmaili (ə) dünyaya gətirdi.

İsmailin (ə) doğulmasından sonra Hacərin uşaq dünyaya gətirməsindən və Saranın övlad dünyaya gətirə bilməmədiyi üçün narahat  olmasından sonra İbrahim (ə), Allahın əmri ilə Hacəri və uşağını Suriyadan o dövrdə quru bir səhra olan və yaşayış olmayan Məkkəyə köçürdü. Tövrata görə, İslam mənbələrinin əksinə olaraq Hacərin hicrəti İshaqın doğulmasından sonra və İbrahimin (ə) onlarla getmədiyi halda baş vermişdir. Hacərin məzarı Hicri İsmayılda yerləşir.

Ailə

Bir rəvayətə görə, Hacər Misir padşahının qızı idi və o, Əynuş-Şəms əhalisindən bir qrupun Misir padşahına qarşı üsyan etməsindən sonra kəniz olaraq götürülüb və Misirin yeni padşahına satılmışdır.[1] Həzrət Peyğəmbər (s) bir tarixi rəvayətdə öz səhabələrindən Misir xalqı ilə yumşaq davranmağı istəmişdir; çünki Hacər də onlardan idi.[2]

Hacər, Misir padşahının Saraya hədiyyəsi

İbn Əsirin rəvayətinə görə, Həzrət İbrahim (ə) təxminən 70 yaşında ikən Allah tərəfindən Babildən hicrət etmək əmri almışdır.[3] Buna görə də o, həyat yoldaşı Sara, qardaşı oğlu Həzrət Lut (ə) və bir neçə digər ardıcılları ilə birlikdə Misirə getdi. Misir padşahı Sara haqqında pis niyyətli idi və İbrahim (ə) təqiyyəyə görə özünü Saranın qardaşı kimi təqdim etdi. İbn Əsir deyir ki, padşah hər dəfə Saraya qarşı pis niyyətli olanda əli quruyurdu. Bu hadisə üç dəfə təkrarlandı. Padşah Saradan əlinin əvvəlki vəziyyətinə qayıtması üçün dua etməsini istədi. Saranın duasından sonra padşah onu azad etdi və qibti kəniz qızı Hacəri ona hədiyyə etdi.[4] Əllamə Təbatəbainin dediyinə görə, İbrahimin (ə) Saranı öz bacısı kimi təqdim etməsi peyğəmbərlik məqamına uyğun gəlmir və bu, mövcud Tövratın ziddiyyətli məsələlərindəndir ki, sünni tarixi və hədis mənbələrində yer alıb.[5] Həmçinin Əllamə Təbatəbainin "Əl-Kafi"dən nəql etdiyi rəvayətə görə, İbrahim (ə) bu hadisədə Saranı öz həyat yoldaşı kimi təqdim etmiş və hər dəfə padşahın əli quruyanda İbrahimin (ə) duasına görə əvvəlki vəziyyətinə qayıdır.[6]

Şamdan Məkkəyə köçün hekayəsi

Hacər, Həzrət İbrahimə (ə) xitabən belə buyurur: Bizi heç bir kəsin olmadığı susuz, yeməksiz bir yerə qoyub gedirsən?

İbrahim (ə) ona dedi: Bunu mənə əmr edən Allah sizə kifayət edər.[7]

İbrahimin (ə) Saradan övladı olmurdu, ona görə də Sara, Həcəri ona satdı ki, İbrahimin (ə) ondan övladı olsun.[8] Bir müddət sonra Hacər İsmayılı (ə) dünyaya gətirəndə[9] bu, Saranın narahat olmasına səbəb oldu; çünki onun öz övladı yox idi.[10] İsmailin (ə) doğulmasından və Hacərin uşaq dünyaya gətirməsinə görə Saranın narahat olmasından sonra Allah İbrahimə (ə) əmr etdi ki, İsmayıl (ə) və anasını Suriyadan Məkkə torpağına köçürsün.[11] İbrahim (ə) o ikisini o dövrdə quru və insan yaşamayan bir səhra olan Məkkəyə köçürdü. Həmçinin sonradan Allahın evinin yenidən tikildiyi yerdə indiki Zəmzəm quyusunun yanına yerləşdirdi.[12] Quranda Hacərin adı çəkilmir, lakin "İbrahim" surəsində onun Şamdan Məkkəyə köçməsi əhvalatına işarə olunur.[13]

İmam Sadiqin (ə) nəql etdiyi rəvayətə görə, İbrahim (ə) Hacər və İsmaili (ə) Məkkə torpağında qoyub geri qayıdandan sonra İsmayıl (ə) susadı və Hacər su tapmaq üçün Səfa və Mərvə dağı arasında yeddi dəfə gedib-gəldi. Amma su tapmadı. Hacər İsmayılın (ə) yanına gələndə onun susuzluqdan ayağını yerə sürtdüyünü və ayağının altından su qaynamağa başladığını gördü ki, bu da Zəmzəm quyusu kimi tanınır. Bu hadisə Səfa ilə Mərvə arasında səy etməyin vacib olmasına səbəb oldu ki, həcc əməllərindən hesab edilmişdir.[14]

İslam mənbələrinə görə, Hacərin hicrəti İshaqın dünyaya gəlməsindən əvvəl və Saranın Hacərin uşaq dünyaya gətirməsindən narahat olması səbəbindən olmuşdur.[15] Bir halda ki, Tövratda gələn xəbərə görə, Hacər İshaqın doğulmasından sonra köçmüşdür.[16] Tövratda Allahın İbrahimə (ə) Hacəri və İsmaili Şamdan Məkkəyə köçürməsinin səbəbi Saranın İsmailin İshaqı incitdiyini görməsi ilə izah edilir. O, İbrahimə (ə) dedi ki, bu kənizin (Hacər)  oğlu mənim oğlum İshaq olduğu halda, sənin varisin ola bilməz. Onu və uşağını evdən çıxart.[17] Həmçinin Tövratın verdiyi xəbərə görə və İslam rəvayətlərinə zidd olaraq,[18] İbrahim (ə) bu hicrətdə Hacər və İsmail (ə) ilə birlikdə getməmişdir.[19]

Vəfatı

Hacərin dəfn olduğu yer və Hicri İsmayılın şəkli

Bir rəvayətə görə, Hacər 90 yaşında[20] vəfat etmişdir. İmam Sadiqin (ə) hədisinə əsasən, İsmayıl Hacəri Hicri İsmayılda dəfn etmişdir. Habelə onun qəbrini hündür etmiş və onun üzərinə divar hörmüşdür ki, camaat onun üzrəindən keçməsin.[21]

Bəzi rəvayətlərə görə, müsəlmanların Kəbəni təvaf edərkən Hicri İsmayılın ətrafında təvaf etmələri və Hacərin qəbrinə ayaq basmamaq üçün ora girməmələri onun qəbrinə olan ehtiramından irəli gəlir.[22]

Əlaqəli məqalələr

Xarici keçid

İstinadlar

  1. Bələmi, Tarixnameye Təbəri, h.ş 1373, c.2, s.503
  2. İbn Əsir, Əl-Kamil, h.q 1385, c.1, s.101
  3. İbn Əsir, Əl-Kamil, h.q 1385, c.1, s.100
  4. İbn Əsir, Əl-Kamil, h.q 1385, c.1, s.101
  5. Əllamə Təbatəbai, Əl-Mizan, h.q 1417, c.7, s.226-229
  6. Əllamə Təbatəbai, Əl-Mizan, h.q 1417, c.7, s.231-232
  7. Qumi, Təfsirul-Qumi, h.q 1404, c.1, s.60
  8. Əllamə Təbatəbai, Əl-Mizan, h.q 1417, c.7, s.231
  9. İbn Əsir, Əl-Kamil, h.q 1385, c.1, s.101
  10. Əllamə Təbatəbai, Əl-Mizan, h.q 1417, c.1, s.288
  11. Əllamə Təbatəbai, Əl-Mizan, h.q 1417, c.1, s.288
  12. Əllamə Təbatəbai, Əl-Mizan, h.q 1417, c.1, s.288
  13. İbrahim surəsi, ayə 37
  14. Şeyx Səduq, İləluş-şəraye, h.ş 1385, c.2, s.432
  15. Əllamə Təbatəbai, Əl-Mizan, h.q 1417, c.1, s.288
  16. Müqəddəs kitab, Təkvin, 21: 9-12
  17. Müqəddəs kitab, Təkvin, 21: 9-12
  18. Şeyx Səduq, İləluş-şəraye, h.ş 1385, c.2, s.432; Qumi, Təfsirul-Qumi, h.q 1404, c.1, s.60
  19. Müqəddəs kitab, Təkvin, 21: 9-12
  20. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1410, c.1, s.44
  21. Şeyx Səduq, İləluş-şəraye, h.ş 1385, c.1, s.37
  22. Şeyx Səduq, Mən la Yəhzurul-fəqih, h.q 1413, c.2, s.193

Ədəbiyyat

  • Qurani-kərim
  • Tövrat
  • İbn Əsir, Əl-Kamil fit-tarix, Beyrut, Daru sadir, h.q 1385
  • İbn Səd, Ət-Təbəqatul-kübra, Təhqiq: Məhəmməd Əbdül-Qadir Əta, Beyrut, Darul-kutubil-elmiyyə, 1-ci çap, h.q 1410
  • Bələmi, Tarixnameye Təbəri, Təhqiq: Məhəmməd Ruşən, Tehran, h.ş 1373
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, İləluş-şəraye, Qum, h.ş 1385
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Mən la Yəhzurul-fəqih, Qum, h.q 1413
  • Əllamə Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Qum, 5-ci çap, h.q 1417
  • Qumi, Əli ibn İbrahim, Təfsirul-Qumi, Qum, h.q 1404