Şəvzəb
Yaşadığı yer | Kufə |
---|---|
Tanınmış qohumları | Abbas ibn Əbi Şəbib Şakiri |
Şəhadətinin necəliyi | Yezid ibn Müaviyənin ordusu tərəfindən |
Dəfn olunduğu məkan | Kərbəla |
Şöhrət tapmasının səbəbi | İmam Hüseynin (ə) səhabəsi |
Önəmli işləri | Ravi - Müslimin məktubunu İmam Hüseynə (ə) çatdıran |
Şəvzəb Məvla Şakir, (ərəbcə: شَوذَب مولى شاكر) Kərbəla şəhidlərindən idi. O, Müslim ibn Əqilin məktubunu İmam Hüseynə (ə) çatdıran şəxs olmuşdur. Şəvzəb, Məkkədən İmam Hüseynin (ə) karvanına qoşularaq Kərbəlaya gəlmiş və Aşura günü Hənzələ ibn Əsəd Şəbamidən sonra şəhid olmuşdur. Onun adı İmam Hüseynin (ə) Rəcəbiyyə ziyarətində və şəhidlərə salam verilən “Ziyarətüş-şühəda”da qeyd olunmuşdur.
Şakir qəbiləsinin müttəfiqi
Tarixi və rical mənbələrində Şəvzəb haqqında Şakir qəbiləsinin məvlasi (müttəfiqi)" ifadəsi işlədilmişdir.[1] Mühəddis Nurinin dediyinə görə, Şakir Yəməndə yaşamış və Həmdan qəbiləsinə mənsub bir tayfa idi. Onların nəsli Şakir ibn Rəbiə ibn Malikə gedib çıxırdı. Şəvzəb, Şakir qəbiləsinin məvlası (müttəfiqi və ya sakinlərindən biri) olmuşdur, [Qeyd 1] lakin o, Abisin köləsi deyildi.[2]
Bununla belə, Məhəmməd Mehdi Şəmsəddin "Ənsarul-Hüseyn" adlı əsərində[3] onu Şakir ibn Abdullah Həmdani Şakirinin köləsi, Molla Hüseyn Vaizi Kaşifi[4] isə onu Abis ibn Əbi Şəbib Şakirinin köləsi kimi qeyd etmişdir. Mühəddis Qumi “Nəfsul-məhmum” kitabında Şəvzəbin məqamının Abisin məqamından üstün ola biləcəyini bildirir, çünki onun haqqında "Şəvzəb şiə məzhəbinin öncüllərindən olmuşdur" ifadəsi işlədilmişdir.[5] “Neynəva şəhidləri” kitabında Şəvzəbin Cəməl və Siffeyn döyüşlərində iştirak etdiyi qeyd olunur.[6] Məhəmməd ibn Tahir Səmavi onu şiənin böyük şəxsiyyətlərindən və hədis hafizlərindən biri kimi təqdim edir. Bildirilir ki, o, İmam Əlidən (ə) hədis nəql etmişdir.[7]
Kərbəla hadisəsində şəhid olması
Şəvzəb, Abis ibn Əbi Şəbib Şakiri ilə birlikdə Müslim ibn Əqilin məktubunu Kufədən Məkkəyə apararaq İmam Hüseynə (ə) çatdırmış və Məkkədən onunla birlikdə Kərbəlaya gəlmişdir.[8] O, Aşura günü Hənzələ ibn Əsəd Şəbamidən sonra şəhid olmuşdur.[9] Mənbələrdə onun Abis ilə danışığı nəql olunub ki, onun döyüş meydanına Abisdən əvvəl getməsinə və İmam Hüseyni (ə) müdafiə etməsinə işarə edir.[10]
Kərbəla şəhidlərinin adları çəkilən İmam Hüseynin (ə) Rəcəbiyyə ziyarətində “Əssəlamu alə Suvəydin məvla Şakir” ifadəsi ilə ona salam göndərilmişdir.[11] Həmçinin Kərbəla şəhidlərinə salam verilən “Ziyarətuş-şühəda” kitabında ondan “Şəvzəb məvla Şakir” kimi yad edilmişdir.[12]
İstinadlar
- ↑ Nümunə üçün baxın: Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.443; Şeyx Müfid, Əl-İrşad, h.q 1413, c.2, s.105; Tusi, Ricalut-Tusi, h.ş 1373, s.101; Reyşəhri, Şəhadətnameye İmam Hüseyn (ə), h.ş 1389, s.535
- ↑ Nuri, Lulu və Mərcan, h.ş 1388, s.222
- ↑ Şəmsuddin, Ənsarul-Hüseyn, h.q 1407, s.79
- ↑ Kaşifi, Rövzətuş-şühəda, s.306
- ↑ Qumi, Nəfəsul-məhmum, Əl-Məktəbətul-heydəriyyə, s.574
- ↑ Haci Abadi, h.ş 1397, s.97, 280
- ↑ Səmavi, Əbsarul-eyn, h.ş 1384, s.117
- ↑ Səmavi, Əbsarul-eyn, h.ş 1384, s.117
- ↑ Şeyx Müfid, Əl-İrşad, h.q 1413, c.2, s.105; İbn Əsir, Əl-Kamil, h.ş 1385, c.4, s.73
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.443-444
- ↑ İbn Tavus, İqbalul-əmal, h.ş 1374, c.3, s.346
- ↑ İbn Tavus, İqbalul-əmal, h.ş 1374, c.3, s.79
Ədəbiyyat
- İbn Əsir, Əl-Kamilu fit-tarix, Beyrut, Daru sadir, h.ş 1385
- İbn Tavus, Seyid Əli ibn Musa, İqbalul-əmal, Qum, Düzəliş: Cavad Qəyyumi İsfahani, h.ş 1374
- Səmavi, Məhəmməd ibn Tahir, Əbsarul-eyn fi ənsarul-Hüseyn, Təhqiq: Məhəmməd Cəfər Təbəsi, Qum, Zəmzəm Hidayət, h.ş 1384
- Şəmsuddin, Məhəmməd Mehdi, Ənsarul-Hüseyn, Əl-Besət müəssisəsi, h.q 1407
- Reyşəhri, Məhəmməd, Şəhadətnameye İmam Hüseyn (ə), h.ş 1389
- Şeyx Müfid, Məhəmməd ibn Məhəmməd, Əl-İrşad, Qum, h.q 1413
- Təbəri, Məhəmməd ibn Cərir, Tarixul-uməmi vəl-muluk, Beyrut, Darut-turas, h.q 1387
- Tusi, Məhəmməd ibn Həsən, Ricalut-Tusi, Düzəliş: Cavad Qəyyumi, Qum, İslami nəşr müəssisəsi, h.ş 1373
- Qumi, Abbas, Nəfəsul-məhmum, Əl-Məktəbətul-Heydəriyyə
- Nuri, Mirza Hüseyn, Lulu və Mərcan, Tehran, Afaq, h.ş 1388