Məzmuna keç

Rəcəbiyyə ziyarəti

wikishia saytından
Rəcəbiyyə ziyarəti
Mövzuİmamların ziyarəti
Məsumdan nəql olunub \ Məsumdan nəql olunmayıbMəsumdan nəql olunub
Nəql olunubİmam Zaman (ə.f)
Şiə mənbələriMisbahul-mütəhəccid * İqbalul-əmal
ZamanRəcəb ayı
Məkanİmamların hərəmi


Rəcəbiyyə ziyarəti, (ərəbcə: الزيارة الرجبية) məşhur ziyarətnamələrdəndir və rəcəb ayında imamların hərəmlərində oxunması müstəhəbdir. Şeyx Tusiyə görə, bu ziyarətnamə İmam Məhdinin (ə.f) tərəfindən buyurulmuşdur.

Ziyarətin mənbə və sənədi

Rəcəbiyyə ziyarətnaməsi Şeyx Tusinin (h.q. 460-cı ildə vəfat etmişdir) Misbahul-Mütəhəccid əsərində nəql edilmişdir[1] və həmçinin Məhəmməd ibn Cəfər Məşhədinin (h.q. 610-cu ildə vəfat etmişdir) "Əl-Məzar" əsərində də yer almışdır.[2] Bu ziyarətnamə Seyyid İbn Tavusun "İqbalul-Əmal",[3] Əllamə Məclisinin "Biharul-Ənvar"[4] və Möhsün Quminin "Məfatihül-Cinan"[5] əsərlərində də nəql olunmuşdur.

Bu ziyarətnamənin sənədi İmam Məhdinin (ə.f) dörd naibindən biri olan Hüseyn ibn Ruh Növbəxtiyə çatır. Şeyx Tusinin bildirdiyinə görə, onu İbn Əyyaş, Xeyr ibn Abdullahdan, o da Hüseyn ibn Ruhdan nəql etmişdir.[6] İbn Məşhədi də ziyarətnamənin sənədində bu üç şəxsi qeyd etmişdir.[7] Şeyx Tusinin nəqlinə əsasən, Hüseyn ibn Ruh bu ziyarətnamənin rəcəb ayında hər bir mübarək məkanı ziyarət edərkən oxunmasını tövsiyə etmişdir.[8] İbn Məşhədinin bildirdiyinə görə isə, bu ziyarətnamənin Məbəs gecəsində İmam Əlini (ə) və ya rəcəb ayında digər imamları ziyarət edərkən oxunması müstəhəbdir.[9]

Ziyarətə yazılan şərhlər

Rəcəbiyyə ziyarətinə yazılmış şərhlər bunlardır:

  1. "Rəcəb ziyarətinin şərhi" əsəri, Qazi ibn Kaşifuddin Məhəmməd Ərdəkani Yəzdi (h.q. 1075-ci ildə vəfat edib) tərəfindən yazılmışdır.
  2. Əllamə Məclisi "Biharul-Ənvar" əsərində onun bəzi ifadələrini şərh etmişdir.
  3. "Rəcəbiyyə ziyarətinin şərhi" əsəri, Mirzə Məhəmməd ibn Məhəmməd Rza Sənabadi (hicri 11 və 12-ci əsrlər) tərəfindən yazılmışdır.
  4. "Rəcəb duasının şərhi" əsəri, Həmid ibn Məhəmməd Hüseyn Musəvi tərəfindən yazılmışdır.
  5. "Tərcüməyi Ədimül-Ədəb fi Duayi Şəhri Rəcəb", Əbdüləli (hicri 1271-ci ildə hələ sağ idi) tərəfindən yazılmışdır.
  6. "Rəcəbiyyə ziyarətinin şərhi" əsəri, Məhəmməd ibn Müqim Barfuruşi (hicri 1281-ci ildə vəfat edib) tərəfindən yazılmışdır.
  7. "Rəcəbiyyə" əsəri, Məhəmməd Mehdi Qəzvini (hicri 1129-cu ildə vəfat edib) tərəfindən yazılmışdır.
  8. "Rəcəbiyyə duasının şərhi" əsəri, Məhəmməd Kərim Xan ibn İbrahim Kirmani Şeyxi (hicri 1288-ci ildə vəfat edib) tərəfindən yazılmışdır.
  9. "Ər-Risalətür-Rəcəbiyyə" əsəri, Məhəmməd ibn Hüseyn Tənkəbani (hicri 1302-ci ildə vəfat edib) tərəfindən yazılmışdır.
  10. "Rəcəbiyyə duasının şərhi" əsəri, Məhəmməd Baqir ibn Məhəmməd Cəfər Həmədani (hicri 1333-cü ildə vəfat edib) tərəfindən yazılmışdır.
  11. "Rəcəbiyyə ziyarəti" əsəri, bu əsərin müəllifi məlum deyil.
  12. "Ər-Rəcəb duasının şərhi" əsəri, bu əsərin müəllifi məlum deyil.[10]
  13. "Əl-Müntəxəb fi şərhi Duai Ər-Rəcəb" əsəri, Hacı Mövla Baqir ibn Mövla İsmayıl Vaiz (hicri 1313-cü ildə vəfat edib) tərəfindən yazılmışdır. Tehrani, "Əz-Zəriə", h.q. 1408-ci il, c. 22, s. 420.

Ziyarətin mətni və tərcüməsi

İstinadlar

  1. Tusi, Misbahul-mütəhəccid, h.q 1411, s.821
  2. İbn Məşhədi, Əl-Məzarul-kəbir, h.q 1419, s.203
  3. İbn Tavus, İqbalul-əmal, h.q 1416, c.3, s.183
  4. Məclisi, Biharul-ənvar, h.q 1403, c.99, s.195
  5. Qumi, Məfatihul-cinan, s.137
  6. Tusi, Misbahul-mütəhəccid, h.q 1411, s.821
  7. İbn Məşhədi, Əl-Məzarul-kəbir, h.q 1419, s.203
  8. Tusi, Misbahul-mütəhəccid, h.q 1411, s.821
  9. İbn Məşhədi, Əl-Məzarul-kəbir, h.q 1419, s.203
  10. Əhməd Culfayi, Rəcəbiyyə ziyarətinin şərhi

Ədəbiyyat

  • İbn Tavus, Əli ibn Musa, İqbalul-əmal, Məktəbul-ilamil-islami, h.q 1416
  • İbn Məşhədi, Məhəmməd ibn Cəfər, Əl-Məzarul-kəbir, Təhqiq: Cavad Qəyyumi İsfahani, Qum, Qəyyum, h.q 1419
  • Əhməd Culfayi, Həmid, Rəcəbiyyə ziyarətinin şərhi, h.ş 1389
  • Tusi, Məhəmməd ibn Həsən, Misbahul-mütəhəccid, Beyrut, Fiqhuş-şiə müəssisəsi, h.q 1411
  • Qumi, Şeyx Abbas, Məfatihul-cinan, Üsvə, Qum
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, Əl-Vəfa müəssisəsi, h.q 1403

Xarici keçid