Məzmuna keç

İmam Əlinin (ə) ləqəb və künyələrinin siyahısı

wikishia saytından
İmamul-muttəqin ibarəsi. Tərcümə: Müttəqilərin imamı. İmam Əli (ə)-ın hərəminin qapılarının birində yazılan ləqəb[1]

İmam Əlinin (ə) ləqəb və künyələrinin siyahısı (ərəbcə: قائمة ألقاب وكنى الإمام علي (ع)) məqaləsi bir çox şiə və sünni mənbələrində rast gəlinən İmam Əlinin (ə) ləqəb və künyələrinin toplusudur. Əli Əsğər Şukuhi "Əsma və əlqabe Əmirəl-möminin" kitabındə, 300-dən çox[2] Əllamə Hadi ibn İbrahimin "Əl-Burucu fi əsmai Əmiril-möminin" kitabında 290-a qədər[3] və Sabitinin "Əlqab və sifate movlaye muttəqiyan" kitabında isə 590-dan çox ad, ləqəb və sifət[4] İmam Əli (ə) üçün zikr etmişlər. Qazi Nurullah Şuştəri “İhqaqul-həqq və İzhaqul-batil” əsərində İmam Əli (ə) üçün Peyğəmbərdən (s) eşidilən 247 ləqəbini qeyd etmişdir.[5]

Əsədullah, Əmirəl-möminin, Zovcətul-Bətül, Saqiye Kəvsər, Sahibul-Liva, Heydəre Karrar, Yəsubuddin və Əbu Turab İmam Əlinin (ə) məşhur ləqəblərindəndir.

İmam Əlinin (ə) ləqəb və künyələri haqqında əvvəlki və sonrakı mənbələrdə qeyd olunanlara əsasən, onların əlifba sırası ilə siyahısı belədir:

Künyələri

Əbul-əimmə Əbu Turab Əbul-Həsən Əbul-Hüseyn Əbul-Həsəneyn
Əbur-Reyhanəteyn Əbus-sibtəyn Əbu Şubbər Əbuş-Şühəda Əbul-İtrə
Əbul-Qasim Əbul-Qəsəm Əbu Muhəmməd Əbul-Muminin Əbun-Nurəyn

Ləqəbləri

Şiə və sünni alimləri öz kitablarında İmam Əli (ə) üçün çoxlu ləqəblər zikr etmişlər.[6][7][8][9][10][11][12][13][14][15][16][17][18][19][20][21][22][23][24]

Say Ləqəb Məna
1. Əbul-yətama vəl-məsakin - ابوالیَتامی والمساکین Yetimlər və miskinlər atası
2. Əsədullah - اسدالله Allahın şiri
3. Əsədullah Əl-Ğalibul-kərrar - اسدالله الغالب الکرار Allahın şiri (şücaət cəhətindən)
4. Əxur-Rəsul - اَخُ الرّسول Peyğəmbərin (s) qardaşı
5. Əzan - اَذان Allahın və Peyğəmbərin müşriklərə qarşı nifrətini elan etmək
6. Uzunullahul-vaiyə - اُذُن الله الواعیه Allahın eçidən qulağı
7. Əzhəduz-zahidin - ازْهَدُ الزّاهِدین Zahidlərin ən zahidi
8. İsmulllahur-rəzi - اسـمُ اللهِ الرَضیّ‌ Allahın bəyənilmiş adı
9. Əslul-qədim - اصَلُ القَدیُم Qədimi gövhər
10. Əmirul-bərərə - امیرالبَرَرة Yaxşıların əmiri
11. Əmirul-cuyuş - امیر الجُیُوش Orduların komandiri (başçısı)
12. Əmirul-muminin - امیرالمؤمنین Müsəlmanların rəhbəri, əmiri
13. Əmirun-Nəhl - امیرالنَّحْلِ Şiələrin və möminlərin rəhbəri (Nəhl bal arısı deməkdir və şiələr arıya bənzədilmişdir.)
14. İmam - امام Rəhbər
15. İmamul-əbrar - امامُ الاَبرار Yaxşıların imamı
16. İmamul-ətqiya - امام الاتقیاء Pakların, təqvalıların imamı
17. İmamul-əvliya - امام الاتقیاء Allah dostlarının rəhbəri, imamı
18. İmamul-ummət - امام الاُمّة Peyğəmbər ümmətinin rəhbəri
19. İmamul-bəriyyə - امام البَریّه Allahın məxluqlarının rəhbəri
20. İmamul-həqq - امام الحق Haqq olan imam
21. İmamu Xəlqillah - امام خلق الله Allahın məxluqlarının rəhbəri
22. İmamus-salehin - امام الصّالِحین Salehlərin imamı, rəhbəri
23. İmamul-qəvm - امام القَوم Camaatın rəhbəri
24. İmamul-müttəqin - امام المتّقین Təqvalıların imamı
25. İmamul-muxlisin - امام المـُخلِصین İxlaslıların imamı
26. İmamul-mərhumin - امام المرحومین Xeyirxahların imamı
27. İmamul-muslimin - امام المسلمین Müsəlmanların imamı, rəhbəri
28. İmamul-muminin - امام المؤمنین Möminlərin imamı
29. İmamu zəvil-əlbab - امام ذَوِی الألباب Ağıl sahiblərinin imamı
30. İmamun-nasih - امام النّاصِحُ Xeyirxahların imamı
31. Əminur-Rəsul - اَمینُ الرّسول Allah rəsulunun (s) sirdaşı
32. Ənzəu bətəyn - اَنزع البَطین O kəs ki, şirkdən ayrılıb elmlə dolmuşdur
33. Ənisul-muminin - اَنیسُ المُؤمنین Möminlərin dostu
34. Əvrəul-mubin - اَورَعُ الْمُبین
35. Əvvəlul-abidin - اَوَّلُ العابِدینَ‌ İbadət edənlərin birincisi
36. Əvvəlul-qəvmi İsləmə - اَوَّلُ القَومِ اسلاما İslamı qəbul edən ilk şəxs
37. Əvvəlu - məzlum - اَوَّلُ مـَظْلُوم Allah yolunda məzlum olan ilk insan
38. Əvvəlu mən amənə billah - اَوَّلُ مـَن آمـَنَ بـِالله‌ِ Allaha ilk iman gətirən şəxs
39. Əvvəlu mən ğusibə həqquh - اَوَّلُ مَن غُصِبَ حَقُّهُ Haqqı qəsb edilən ilk şəxs
40. Ələmur-rəzin - اَعْلَمُ الرّزین Bilikdə və elmdə kamala çatan şəxs
41. Amiru bil-məruf - آمر بالمعروف Yaxşılığa əmr edən
42. Əbul-Liva - ابو اللِّواء Bayraq sahibi
43. Əşrəful-məkin - اَشرفُ المَکین Nəsil baxımından ən nəcib
44. Əşcəul-mətin - اَشْجَعُ المَتین Ən cəsur mətanət və qüvvət sahibi
45. Əsləul-əmin- اَصلَعُ الاَمین Şirkdən uzaq və ümmətin etibar etdiyi şəxs
46. Babullah - بابُ الله‌ِ Allahın rəhmət qapısı
47. Babul-hittə - باب الحطّة Allahın bağışlayan qapısı
48. Babu hikməti rəbbil-aləmin - بابُ حِکْمَة ربّ العالمین Aləmlərin rəbbi olan Allahın hikmət qapısı
49. Babul-məqam - بابُ المقام İstəklər qapısı
50. Babu mədinətil-elm - باب مدینةُ الْعِلم Elm şəhərinin qapısı
51. Babu daril-hikmət - باب دار الحکمة Hikmət və elm şəhərinin qapısı
52. Bəhrul-elmil-məscur - بَحْرُ العِلْمِ المَسجُور Qaynayan və coşan elm dəryası
53. Bəhrul-ulum - بَحْرُ العُلُومِ Bilik, elm dəryası
54. Bədrul-muzi - بَدْرُ‌ المُضیء Parlaq ay
55. Burhanul-munir - بُرهانُ الْمـُنیر Nur verən, saçan dəlil
56. Biyzətul-bələd - بیضة البَلَد O kəs ki, öz şəhərində yeganə, böyükdür, tayı-bərabəri yoxdur və başqaları onun ətrafında fırlanır
57. Tali kitabullah - تالی کتاب الله Allah kitabının davamı
58. Həblullahil-mətin - حَبْل‌ُالله المَتین Allahın möhkəm ipi
59. Höccətullah - حُجَّةُالله Allahın höccəti
60. Höccətul-əbrar - حُجَّةُ‌ الأبرار Yaxşıların höccəti
61. Höccətul-xisam - حُجَّةُ الخِصام Düşmənlərə qarşı həlledici höccət
62. Hafizun li hududillah - حافظ لحدودالله İlahi hüdudları qoruyan
63. Həydərə - حَیدرة Aslan deməkdir, cəsarət və igidliyə işarədir
64. Həliful-mihrab - حَلیفُ الِمحراب Nümunə
65. Xatəmul-vəsiyyin - خاتم الوَصیّین Axırıncı vəsi, vəli
66. Xazinu ilmillah - خازِنُ عِلْمِ الله‌ Allahın elm xəzinədarı
67. Xassətullah - خاصَّةُ الله‌ Allahın seçilmişi
68. Xalisətur-Rəsul - خالِصَةُ الرَّسول Peyğəmbərin xülasəsi
69. Xəlifətullah - خلیفةالله Allahın yer üzündəki xəlifəsi
70. Xəlifətu Rəsulillah - خلیفة رسول‌الله Allah rəsulunun canişini
71. Xəyrul-bəriyyə - خیر البریة Allahın ən gözəl xəlq etdiyi
72. Xəyrul-əvsiya - خیر الأوصیاء Ən yaxşı başçı, vəsi
73. Xasifun-nəl - خَاصِفُ النَّعْل Ayaqqabı yamaqçısı (təvazökarlığa işarə)
74. Xəlilullah - خَلیل‌َالله Allahın dostu
75. Dabbətul-ərz - دابّةُالأرض Kafiri mömindən ayıran
76. Dəvhətul-haşimiyyə - دَوحَةُ الهاشمیّة Haşimilər ailəsinin çiçəklənən və güclü ağacı
77. Dəyyanud-din - دَیّانُ الدّین‌ Qiyamət gününün hakimi
78. Zulqərnəyni həzihil-ummət - ذو القَرْنَین هذه الاُمّه Peyğəmbər (s) ümmətinin Zülqərneyni
79. Zun-Nurəyn - ذو النّورین İki nurun sahibi (Zeynəb və Ümmü Kulsum)
80. Zikr - ذِکر O kəs ki, zikri ibadətdir
81. Rayətul-hüda - رایةُ الْهُدی Hidayət bayrağı
82. Ruknul-əvliya - ‌ رُکْنُ الأولیاء Allah dostlarının rüknü
83. Rəfiq - رَفیق Dost
84. Zəvcul-Bətul - زوج البتول Həzrət Fatimənin (ə) həyat yoldaşı
85. Zeynus-siddiqin - زَینُ الصِّدّیقینَ Düz danışanların zinəti
86. Zeynul-muvəhhidinən-nücəba - زَیْنُ المُوَحِّدینَ النُّجَباء Nəcib Allahpərəstlərin zinəti
87. Saqiye Kövsər - ساقی کوثر Kövsər hovuzundan başqalarına su verən, onları sirab edən mənasını verir.
88. Sirrin və ehtiyacın dinləyicisi
89. Sidrətul-müntəha - سِدْرَةُ‌ المُنْتَهی Quran və merac hədisində adı keçən səmada yer və ya ağac.
90. Siracul-munir - سراجُ المُنیر Yanan çırağ (maarifləndirmə və hidayət simvolu)
91. Sirrullah - سِرُّ الله Allahın sirri
92. Seyfullah - سیف‌الله Allahın qılıncı
93. Seyfu Rəsulillah - سَیْفُ رَسول‌الله Allah rəsulunun (s) qılıncı
94. Səfinətun-nicat - سَفینةُ النَّجَاة Nicat gəmisi
95. Seyyidul-ərəb - سید العرب Ərəb qövmünün başçısı, böyüyü
96. Seyyidul-bərərə - سید البَرَرَة Yaxşı insanların böyüyü
97. Seyyidul-muslimin - سید المسلمین Müsəlmanların böyüyü
98. Seyyidul-övsiya - سید الأوصیاء Peyğəmbərlərin böyüyü
99. Seyyidul-vəsiyyin - سید الوصیین Vəsilərin böyüyü və ağası
100. Seyyidün-Nücəba - سید النجباء Nəcib insanların böyüyü, ağası
101. Səid - سعید Səadətmənd
102. Şahidun li Rəsulillah - شاهدٌ لِرَسول‌ِالله Allah Rəsulu (s) üçün dəlil, şahid
103. Şəbiyhu Harun - شبیه هارون Haruna oxşar, Harun kimi; Harun Musanın (ə) qardaşı olduğu kimi, İmam Əli (ə) də Həzrət Peyğəmbərin (s) qardaşıdır.
104. Şəcərətut-təqva - شَجَرَةُ التَّقوی Təqva ağacı
105. Şihabus-saqib - شِهابُ الثاقب
106. Siddiqu Əkbər - صدیق اکبر Siddiq o kəsdir ki, əməlində və sözündə düz olub, həqiqəti təsdiq edir.
107. Siddiqu Əzəm - صدّیق اَعظم Çox düz danışan.
108. Siratul-mustəqim - صراطُ المستقیم Düz yol
109. Sahibul-liva - صاحب اللواء Bayraqdar
110. Sahibul-əsa - صاحبُ العصاء Camaatın mövlası
111. Sahibul-qəzaya - صاحب القَضایا Hökmlərin (qəzavətlərin) sahibi
112. Salehul-muminin - صالح المؤمنین Ən yaxşı möminlər (Təhrim surəsinin 4-cü ayəsində bəzi şiə[25][26] və sünni[27] təfsirçilərinə görə Salehul-Muminin, İmam Əli (ə) nəzərdə tutulur.)
113. Səfvətullah - صَفْوَة اللّه Allahın vəfalı dostu
114. Təriqul-mustəqim - طَریقُ المُستقیم Düz yol
115. Ələmut-tuqa - عَلَمُ التُّقی Təqva bayraqı
116. Ələmul-hadi - عَلَم الهادی Hidayət bayraqı
117. Əmudud-din - عَمُودُ الدِّین Dinin sütunu
118. Urvətullahil-vüsqa - عُروَةُ الله الوُثقی
119. İsmətul-əvliya - عِصمَةُ الأولیاء
120. Əybətu ilmillah - عـَیبَةُ عـِلْمِ الله‌ Allahın elminin sirri
121. Ğurrətul-muhacirin - غُرّةُ المهاجرین
122. Faruq - فاروق Maarifləndirici və haqqı batildən ayıran
123. Fazilul-fəza - فاصل الفَضَاء
124. Fasilul-qəza - فاصل القَضَاء Hökmlər üzrə yekun hökmü verən.
125. Farisul-ərəb - فارِسُ العَرَب Ərəb döyüşçüsü
126. Quranu NAtiq - قرآن ناطق Quran deyən (Natiqi Quran)
127. Qaid - قائد Rəhbər
128. Qaidul-ğurril-Muhəccəlin - قائدُ الغُرِّ المُحَجَّلین
129. Qaidul-ummətil-cənnət - قائدُ الاُمّة الی الجنة
130. Qaidul-muttəqin - قائدُ المُتّقین Nümunə
131. Qaidul-bərərə - قائدُ البَرَرَة Yaxşıların (salehlərin) rəhbəri
132. Qasimul-kəfrə - قاصِمُ الکَفرَةِ Kafirləri sındıran
133. Qəsimul-cənnəti vən-nar - قَسیمُ الجَنَّة و النَّار Cənnət və cəhənnəmi bölən
134. Qəsdus-səbil - قَصْدُ السَّبِیل Düzgün və düz yola hidayət edən
135. Qatilul-fəcər - قاتِلُ الفَجَرَة Cinayətkarları aradan aparan
136. Qatilun-nasaikinə vəl mariqinə vəl-qasitin - قاتِلُ النّاکِثین و المارِقین و القاسِطین Zülmkarı, xüruc edənləri (xəvaric) və əhdi sındıranları aradan aparan.
137. Qazi dini Rəsulillah (s) - قَاضِی دَیْنِ رسول‌الله Allah Peyğəmbərinin (s) borcunun ödəyicisi
138. Qərmul-hədid - قَرْمُ الْحَدِیدُ Böyük kişi
139. Kaşiful-kərub - کاشِفُ الْکرُوب Aradan aparan, təmizləyən
140. Kərraru ğəyrəl-fərrar - کرّار غیر الفرّار
141. Kənəful-füqəra - کَنَفُ الفُقَراء Fəqirlərin hamisi (qoruyanı)
142. Lisanus-sidq - لِسانُ الصّدق Düz danışan dil
143. Mürtəza - مرتضی Bəyənilmiş (Allah onu bəyəndi və ondan razı qaldı)
144. Muxtar - مُختار Seçilmiş (çünki Uca Allah onu ən yaxşı insan seçmişdir)
145. Mənhəcul-vazih - مَنهَجُ الواضِح Aşkar yol
146. Məhəccətul-bəyza - محَجَّة البیضاء İşıqlı, aydın yol
147. Məhəccətul-kübra - محَجَّة الکبرَی Böyük yol
148. Məhəccətul-Vazihə - محَجَّة الواضِحَةُ Tapılmış yol
149. Məzhərul-Əcaib - مَظْهَرُ‌ العَجائب
150. Munfiq - مُنْفِق İnfaq edən
151. Muştəra nəfsəh - مُشْتَریٰ نَفْسَه O kəs ki, canını (Allahın rizası üçün) satar. (Leylətul-məbit ayəsinə işarə)
152. Mədinul-hikmət - مَعْدِنُ الحِکْمَة Hikmət və elm mədəni
153. Mövla - مولی Mövla, sərvər
154. Muncizul-vəd - مُنْجِز الْوَعْدِ Vədinə əməl edən kimsə
155. Maridul-cann - مَارِدُ الْجَانِّ
156. Mövla kulli muminin vəl-muminə - مولی کلّ مؤمن و مؤمنة Bütün mömin və möminələrin mövlası
157. Müfərricul-kərb - مُفَرّجُ الکَرب Qəm-qüssəni aradan aparan
158. Mihnətul-kübra - مِحْنَةُ الْکبْرَی Böyük imtahan
159. Muhlikul-cən - مُهْلِک الْجَان Cinləri həlak edən
160. Muftil-qurun - مُفْتِی الْقُرُون Bütün əsrlərdə fətva verən
161. Mukirrul-kərrat - مُکِرُّ الْکرَّات Ard-arda hücum edən
162. Mudiylud-dəvlat - مُدِیلُ الدَّوْلَات Dövlətləri yerbəyer edən
163. Mubiduş-şirk - مُبیدُ الشرک Şirki nabud edən
164. Mövləl-muminin - مَولَی الْمؤمنین Möminlərin mövlası
165. Mizanul-əmal - میزانُ الأعْـمال Əməllərin tərəzisi
166. Nəbəul-əzim - نَبَأُ العَظیم Böyük xəbər
167. Nəqdus-səbil - نَقْدُ السّبیل Nümunə
168. Nümət - نعمة İlahi nemət
169. Nahi ənil-munkər - ناهی عَنِ المُنکَر Pisliklərdən çəkindirən
170. Nasirun li dinillah - ناصرُ لِدین‌ِالله Nümunə
171. Nəfsur-Rəsul - نَفْسُ الرّسول Peyğəmbərin (s) canı
172. Vəsi - وَصی Vəli, Rəhbər
173. Vəfi - وَفیّ Vədinə əməl edən kimsə
174. Vəchullah - وجه‌الله Allahın təcəllisi və Allahın aynası
175. Vəzir - وزیر Peyğəmbərin (s) canişini
176. Vəliyyullah - ولی‌الله Allahın vəlisi
177. Hadi - هادی Hidayət edən
178. Yəsubuddin - یَعسوب‌ُ الدّین Möminlərin başçısı

Əlaqəli məqalələr

İstinadlar

  1. ↑ الضریح المقدس, imamali.net saytı
  2. ↑ Şukuhi, "Əsma və əlqabe Əmirəl-möminin", h.ş 1385
  3. ↑ Əllamə Hadi ibn İbrahim, "Əl-Burucu fi əsmai Əmiril-möminin", h.ş 1387
  4. ↑ Sabiti, "Əlqab və sifate movlaye muttəqiyan", h.ş 1377
  5. ↑ Şuştəri, “İhqaqul-həqq və İzhaqul-batil”, c.4, s.4-10
  6. ↑ Rəşad, Daneşnameye İmam Əli (ə), h.ş 1377, c.10, s.331-375
  7. ↑ İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.3, s.33 və 328
  8. ↑ Xəsibi, Əl-Hidayətul-kübra, h.q 1411, s.93
  9. ↑ İbn Tavus, Əl-Yəqin, h.q 1413, s.291
  10. ↑ İskafi, Muntəxəbul-ənvar, h.ş 1380, s.52-53
  11. ↑ Şazan ibn Cəbrayıl, Ər-Rəvzə, h.q 1423, s.232-233
  12. ↑ Təbərsi, İlamul-vəra, h.q 1417, c.1, s.307
  13. ↑ Həməvi, Ənisul-muminin, h.ş 1363, s.83
  14. ↑ Sibt ibn Cəvzi, Təzkirətul-xəvass, h.q 1426, s.16-50
  15. ↑ Xunci, Vəsilətul-xadim, h.ş 1375, s.114
  16. ↑ Əl-Asimi, Əl-Əsəlul-musəffa, c.2, s.371
  17. ↑ İbn Tavus, Ət-Təhsin, h.q 1413, s.542
  18. ↑ Amili, Ət-Tətimmə, h.q 1412, s.47-48
  19. ↑ İbn Şazan, Kitabul-fəzail, s.172
  20. ↑ Buxari, Səhih Buxari, h.q 1422, hədis 5924, 1258
  21. ↑ Qunduzi, Yənabiul-məvəddə, h.q 1384, c.1, s.241
  22. ↑ Təbəri, Fəzailu Əli ibn Əbi Talib, h.ş 1379, s.75
  23. ↑ Şüştəri, İhqaqul-həqq, h.q 1409, c.4, s.4-10
  24. ↑ Şəhrabi Fərahani, Əli (ə) dər ayineye nameha və əlqab, h.ş 1386
  25. ↑ Qumi, Təfsiru Qumi, h.q 1423, c.2, s.393
  26. ↑ Ərusi, Təfsiru Nuris-səqəleyn, c.5, s.370, hədis 10, 11, 14
  27. ↑ Siyuti, Əd-Durrul-mənsur, h.q 1404, c.8, s.224

Ədəbiyyat

  • İbn Şəhraşub, Məhəmməd ibn əli, Mənaqibu Ali Əbi Talib, Qum, Əllamə, h.q 1379
  • İskafi, Məhəmməd ibn Həmmam, Muntəxəbul-ənvar, Qum, h.ş 1380
  • Buxari, Məhəmməd ibn İsmail, Səhih-Buxari, h.q 1422
  • Sabiti, Əlqab və sifate mövlaye müttəqiyan Əli ibn Əbi Talib (ə), Tehran, Sübhan nəşri, h.ş 1377
  • Hüseyni Amili, Tacuddin, Ət-Tətimmə, Qum, Besət, h.q 1412
  • Həməvi, Məhəmməd ibn İshaq, Ənsisul-muminin, Təhqiq: Mir Haşim Mühəddis, Tehran, Bunyade besət, h.ş 1363
  • Xəsibi, Hüseyn ibn Həmədan, /l-Hidayətul-kübra, Beyrut, h.q 1411
  • Xunci İsfahani, Fəzlullah, Vəsilətul-xadim, Qum, Ənsariyan nəşri, h.ş 1375
  • Rəşad, Əli Əkbər, Daneşnameye İmam Əli (ə), Tehran, h.ş 1380
  • Sibt ibn Cəvzi, Təzkirətul-xəvass, Qum, Məcmə cəhanie Əhli-beyt (ə), h.q 1426
  • Seyyid ibn Tavus, Əl-Yəqin, Qum, h.q 1413
  • Şukuhi, Əli Əsğər, Əsma və əlqabe Əmirəl-möminin 9ə), Məşhəd, h.ş 1385
  • Şüştəri, Qazi Nurullah, İhqaqul-həqq, Qum, 1-ci çap, h.q 1409
  • Şəhrabi, Zəhra, Əli (ə) dər ayineye namha, künyeha, əlqab, h.ş 1386
  • الضریح المقدس, imamali.net saytı
  • Təbərsi, Fəzl ibn Həsən, İlamul-vəra, Qum, h.q 1417
  • Təbəri, Məhəmməd ibn Cərir, Fəzailu Əli ibn Əbi Talib, Qum, h.ş 1379
  • Asimi, Əhməd ibn Məhəmməd, Əl-Əsəlul-musəffa, Qum h.q 1418
  • Əllamə Hadi ibn İbrahim, Əl-Burucu fi əsmai əmiril-muminin, Qum, h.ş 1378
  • Əli ibn Tavus, Rəziddin, Ət-Təhsin, Qum, h.q 1413
  • Qumi, Şazan ibn Cəbrayıl, Ər-Rəvzətu fi fəzaili Əmiril-muminin, Qum, Məktəbətul-əmin, h.q 1422
  • Qunduzi, Süleyman ibn İbrahim, Yənabiul-məvəddə, Nəcəf, Heydəriyyə nəşri, h.q 1384