Əhzab surəsinin 23-cü ayəsi
Yerləşdiyi surə | Əhzab surəsi |
---|---|
Ayənin nömrəsi | 23 |
Cüz | 21 |
Mövzu | Müharibələrdə Peyğəmbərlə (s) birlikdə olmaq haqqında möminlərin Allahla əhd-peymanı |
Barəsində | İmam Əli (ə), Həmzə ibn Əbdül-Müttəlib və Cəfər ibn Əbu Talib |
Sair | Ühüd və Bədr döyüşlərinin şəhidləri |
Əhzab surəsinin 23-cü ayəsi (ərəbcə: الآية 23 من سورة الأحزاب) Allahla əhd-peymanına sadiq olan möminlərdən bəzilərinin şəhid olduğu, bəzilərinin isə şəhidlik intizarında olduğu haqqındadır. Əllamə Təbatəbainin dediyinə görə, o əhdin mənası budur ki, onlar düşmənlə üz-üzə gəldikdə qaçıb düşmənə arxa çevirməsinlər və Peyğəmbərin (s) yanında möhkəm dayansınlar.
Bu ayə üçün müxtəlif nazil olma səbəbləri qeyd olunub. “Mənhəcus-Sadiqin” təfsirinin müəllifinin dediyinə görə, əksər təfsirçilər və hədis alimləri bu ayənin İmam Əli (ə), Həmzə ibn Əbdül-Müttəlib, Cəfər ibn Əbu Talib və Ubeydə ibn Harisin şərəfinə nazil olduğuna inanırlar. Bu barədə İmam Əlidən (ə) rəvayət də nəql edilmişdir. Əhli-sünnənin təfsir mənbələrində bu ayənin nazil olma səbəbinin səhabə Ənəs ibn Nəzr haqqında olduğu bildirilmişdir.
Şiə təfsirlərində “mən qəza nəhbəh” ifadəsindən məqsəd Həmzə və Cəfər ibn Əbu Talib kimi şəhid olanlardır. İntizarda olanlardan məqsəd isə Həzrət Əlinin (ə) olduğu bildirilir. Sünni mənbələrində Bədr və Ühüd döyüşlərinin şəhidləri Həmzə, Təlhə ibn Ubeydullah “mən qəza nəhbəh” ifadəsinin nümunələri hesab ediliblər.
Ayətullah Nasir Məkarim Şirazinin fikrinə əsasən, ayənin altında qeyd olunan təfsirlər və nümunələr arasında heç bir ziddiyyət yoxdur; çünki ayə geniş məna daşıyır və bütün şəhidləri və bütün şəhadət gözləyənləri əhatə edir.
Bu ayə şəhidlər haqqında çox işlənmişdir; məsələn, İmam Hüseyn (ə) Müslim ibn Övsəcə və Müslim ibn Əqilin şəhid olmalarından sonra bu ayəni oxudu. Həmçinin şəhidlər barəsində verilən başsağlığı mesajlarında da istifadə olunur.
Ayənin mətni və tərcüməsi
“Əhzab” surəsinin 23-cü ayəsində Peyğəmbərə (s) itaət etməkdə və onu özünə örnək almaqda digərlərindən daha çox öncül olmuş və Allahla bağladıqları əhdə (son nəfəsə qədər) sadiq qalan bir qrup xüsusi mömindən bəhs edilir. Onlardan bəziləri əhdlərinə vəfa edib şəhid oldular, bəziləri isə intizardadırlar və öz əhd-peymanlarında heç bir dəyişiklik etmədilər. Habelə işlərində heç bir sapma və tərəddüdə düşmədilər.[1]
«مِنَ الْمُؤْمِنِينَ رِجَالٌ صَدَقُوا مَا عَاهَدُوا اللَّهَ عَلَيْهِ ۖ فَمِنْهُمْ مَنْ قَضَىٰ نَحْبَهُ وَمِنْهُمْ مَنْ يَنْتَظِرُ ۖ وَمَا بَدَّلُوا تَبْدِيلًا»
“Möminlər içərisində elələri də vardır ki, Allahla (döyüşdə ölənə qədər sabitqədəm olmaq barədə) bağlamış olduqları əhdi doğrultdular. Onlardan bəzisi öz nəzrlərinə əməl etdilər (şəhid oldular), bəzisi isə (şəhid olmağı) gözləməkdədirlər. Onlar (öz əhdlərində) heç bir dəyişiklik etmədilər”.[2]
(Əhzab, 23)
Ayənin nazil olma səbəbi
“Əhzab” surəsinin 23-cü ayəsi üçün müxtəlif nazil olma səbəbləri nəql edilmişdir. Molla Fəthullah Kaşaninin (hicri 988-ci ildə vəfat edib) “Mənhəcus-Sadiqin” təfsirində yazdığına görə, təfsir və hədis alimlərinin əksəriyyəti bu ayənin İmam Əli (ə), Həmzə ibn Əbdül-Müttəlib, Cəfər ibn Əbu Talib və Ubeydə ibn Harisin şərəfinə nazil olduğuna inanırlar.[3] O, başqa yerdə nəql etmişdir ki, ayənin nazil olma səbəbi Həmzə ibn Əbdül- Müttəlib, Musəb ibn Umeyr və Ənəs bin Cübeyr kimi bir qrup səhabə haqqındadır ki, döyüş meydanında Peyğəmbərlə (s) birlikdə olmağa və şəhid olana qədər aram olmayacaqları barədə nəzr. Allah 23-cü ayədə bu mömin qrupu vəsf etmişdir ki, onlar öz əhd-peymanlarında sadiq idilər.[4] İmam Əlidən (ə) nəql olunan rəvayətə əsasən, bu ayə özü, Həmzə, Cəfər və Ubeydə ibn Haris haqqında nazil olmuşdur.[5]
Təbərinin “Təfsir”ində nəql olunub ki, bu ayə “Bədr” döyüşündə şəhid olmayan bir dəstə haqqında nazil olmuşdur. Buna görə də Allahla əhd-peyman bağladılar ki, Peyğəmbərlə (s) birlikdə müşriklərlə vuruşacaqlar. Onların bir qismi şəhid oldu, bir qismi isə şəhid olmadı və şəhadəti gözlədi.[6]
Sünni mənbələrində Ənəs ibn Malikdən nəql olunur ki, bu ayə onun əmisi Ənəs ibn Nəzr haqqında nazil olmuşdur. “Bədr” döyüşündə iştirak etməyən Ənəs dedi ki, mən Peyğəmbərin (s) müşriklərlə birinci döyüşündə iştirak etməmişəm, əgər başqa bir müharibə baş versə, Peyğəmbərlə (s) bərabər onlara qarşı döyüşəcəyəm. O, “Ühüd” döyüşündə iştirak etdi və şəhid olana qədər vuruşdu.[7]
Ayənin təfsiri
Əllamə Təbatəbaiyə görə, “Sədəqu ma ahədullahə ələyhi” ibarətindən məqsəd budur ki, möminlər Peyğəmbərlə (s) bağladıqları əhd-peymana sadiq qaldıqlarını sübut etdilər. O əhd ondan ibarət idi ki, onlar düşmənlə üz-üzə gələndə qaçıb düşməndən üz döndərməyəcəklər.[8] “Fə minhum mən qəza nəhbəh” ibarətinin də mənası belədir ki, bəzi möminlər öz əcəlləri müharibədə çatdı və öldülər və ya Allah yolunda şəhid edildilər. Bəziləri isə öz əcəllərinin çatmasını gözləyirlər və öz əhdlərindən dönmədilər.[9]
“Nəhb” kəlməsi nəzir və əhd, ölüm və təhlükə kimi mənalara gəlir.[10] Təbərsi,[11] Molla Fətullah Kaşani,[12] Rağib İsfahani[13] və Əllamə Təbatəbai[14] Rağibin “Əl-Mufardat” kitabında nəqlinə əsasən, “nəhb” sözünün əsas mənasını nəzir verməh hesab etmiş və “qəza nəhbəh” ibnarətinin mənasını isə nəzrə vəfalı olmaq (yerinə yetirmək) biliblər; Amma onlar hesab edirlər ki, “Əhzab” surəsinin 23-cü ayəsindəki “nəhb” sözünün mənası ölmək və ya Allah yolunda öldürülməkdir.
Ayənin nümunələri
Bu ayənin kimin haqqında olması barədə təfsirçilər arasında ixtilaf vardır. Qumminin təfsirində İmam Baqirdən (ə)[15] və Şeyx Tusinin “Ət-Tibyan” əsərində[16] nəql olunur ki, şəhid olan şəxslərdən məqsəd Həmzə və Cəfər ibn Əbu Talibdir. İntizar çəkənlər deyildikdə isə Həzrət Əli (ə) nəzərdə tutulur. Bu məsələni sünni alimlərindən olan Hakim Həskani (hicri 490-cı ildə vəfat edib) “Şəvahidut-Tənzil” kitabında İbn Abbasdan nəql etmişdir.[17] İmam Əlidən (ə) bir rəvayətdə nəql olunur ki, bu ayə bizim haqqımızda nazil olmuşdur; Allaha and olsun ki, gözləyirəm və məndə heç bir dəyişiklik olmayıb.[18]
İmam Sadiq (ə) bir rəvayətdə nəql edib ki, Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) xitab edərək buyurur: “Hər kim səni sevib və ölsə, “fə qəd qəza nəhbəh” öz əhdinə vəfat etmiş olar. Həmçinin hər kim səni sevsə və hələ ölməmiş olsa, “fə huvə yəntəzir” o, gözləyir.[19]
Bəzi təfsirçilər “mən qəza nəhbəh” hissəsinin Bədr və Ühüd döyüşlərinin şəhidləri haqqında nazil olduğunu düşünmüşlər.[20]
Hicri-qəməri təqviminin ikinci əsrinin təfsirlərindən olan “Məqatil ibn Süleyman” təfsirində əhdə vəfa etməkdən məqsəd Məkkədə Əqəbə gecəsi (Əqəbə beyəti ki, Yəsrib camaatının hicrətdən əvvəl Allah Rəsuluna (s) beyət etməsinə işarə edir) olduğu bildirilir. Şəhid olanlardan məqsəd də “Ühüd” döyüşündə şəhid olan Həmzə və onun səhabələridir.[21]
Həmçinin İbn Abbasdan nəql olunur ki, “mən qəza nəhbəh” ibarətindən Həmzə və digər “Ühüd” şəhidləri, Ənəs ibn Nəzr və onun səhabələri nəzərdə tutulur.[22] Bəzi təfsir mənbələrində Təlhə İbn Ubeydullah da “mən qəza nəhbəh” ibarətinin nümunələrindən biri hesab olunmuşdur.[23]
Ayətullah Məkarim Şirazinin sözlərinə görə, ayənin altında qeyd olunan təfsir və nümunələr arasında heç bir ziddiyyət yoxdur; çünki ayə “Əhzab” döyüşündən əvvəl şəhid olmuş bütün İslam şəhidlərini, eyni zamanda hər bir zaman və məkanda şəhid olanları əhatə edən geniş məna daşıyır. İntizar çəkənlər ibarəti də qələbə və şəhidlik intizarında olan bütün şəxsləri əhatə edir. Əlbəttə ki, bu iki dəstənin başında Həmzə və Əli (ə) kimi insanlar dayanırdılar.[24]
Ayədən istifadə yerləri
Bu ayə bir çox hallarda şəhidlər haqqında işlənmişdir. Nəql olunur ki, İmam Hüseyn (ə) Kərbəla hadisəsi zamanı və Müslim bin Övsəcə kimi Kərbəla şəhidlərinin cənazələrinin yanında bu ayəni oxumuşdur.[25] Həmçinin deyilib ki, o Həzrət, Müslim ibn Əqilin şəhadət xəbərini eşidəndə bu ayəni oxudu.[26] İmam Xomeyni (r.ə) mehrab şəhidlərindən olan Ətaullah Əşrəfi İsfahaninin şəhadəti münasibəti ilə başsağlığı mesajında onu “ricalun sədəqu ma ahədullahə ələyhi” ayəsinin bariz nümunələrindən biri kimi təqdim etdi.[27] Bu ayə şəhidlərin xatirə mərasimlərində və şəhidlərlə bağlı başsağlığı mesajlarında,[28] o cümlədən mərcəyi-təqlidlərin və alimlərin Sərdar Süleymaninin şəhadəti ilə bağlı başsağlığı mesajlarında[29] çox işlənmişdir.
Bu ayə İmam Hüseynin (ə) hərəmində “Şəhidlər qapısı”nın[30] və “Rəsul-Hüseyn (ə) qapısı”nın[31] üstündə yazılmışdır.
Foto Qalereya
-
َAli-Rəhbər Ayətullah Xameneinin Sərdar Süleymaninin ailəsi ilə görüşdə asılan tabloda Əhzab surəsinin 23-cü ayəsi yazılıb.
-
Misir şiə liderlərindən Həsən Şəhatihinin məzar daşı üzərində Əhzab surəsinin 23-cü ayəsi həkk edilib.
İstinadlar
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.17, s.245
- ↑ Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili; Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli
- ↑ Kaşani, Mənhəcus-Sadiqin, h.ş 1336, c.7, s.272
- ↑ Kaşani, Mənhəcus-Sadiqin, h.ş 1336, c.7, s.271
- ↑ Ərusi Hüveyzi, Təfsiru Nuris-səqəleyn, h.q 1415, s.258
- ↑ Təbəri, Cameul-bəyan, h.q 1412, c.21, s.93
- ↑ Buxari, Səhih-Buxari, h.q 1422, c.4, s.19; Təbəri, Cameul-bəyan, h.q 1412, c.21, s.93; Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.8, s.549; Vahidi, Əsbabu nuzuilil-Quran, h.q 1411, s.366
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1390, c.16, s.290
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1390, c.16, s.290
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.8, s.548; Nümunə təfsiri, h.ş 1371, c.17, s.245
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.8, s.549
- ↑ Kaşani, Mənhəcus-Sadiqin, h.ş 1336, c.7, s.271
- ↑ Rağib İsfahani, Müfrədatu əlfazil-Quran, h.q 1412, s.793-794
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1390, c.16, s.290
- ↑ Qummi, Təfsirul-Qummi, h.ş 1363, c.1, s.307 və c.2, s.188, 189
- ↑ Tusi, Ət-Tibyan, c.8, s.329
- ↑ Hakim Həskani, Şəvahidut-Tənzil, h.q 1411, c.2, s.6
- ↑ Hakim Həskani, Şəvahidut-Tənzil, h.q 1411, c.2, s.5; Ərusi Hüveyzi, Təfsiru Nuris-səqəleyn, h.q 1415, s.259
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.8, s.306
- ↑ Təbərani, Ət-Təfsirul-kəbir, m.2008, c.5, s.180; Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.8, s.549
- ↑ Məqatil ibn Süleyman, Təfsiru Məqatil ibn Süleyman, h.q 1423, c.3, s.484
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.8, s.549
- ↑ Təbəri, Cameul-bəyan, h.q 1412, c.21, s.94; Təbərani, Ət-Təfsirul-kəbir, m.2008, c.5, s.181; Vahidi, Əsbabu nuzuilil-Quran, h.q 1411, s.367
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.17, s.246 və 247
- ↑ Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.13; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.17, s.246 və 247
- ↑ Mütəhhəri, Məcmue asar, h.ş 1390, c.17, s.329; Müqəddəs, Rahnemaye əmakine ziyarəti və seyahəti dər İraq, h.ş 1388, s.160
- ↑ Xomeyni, Səhifeye İmam, h.ş 1389, c.17, s.50
- ↑ بیانات در دیدار دستاندرکاران کنگره شهدای استان ایلام»، دفتر حفظ و نشر آثار آیتالله العظمی خامنهای؛ «پیام به مناسبت هفته دفاع مقدس و روز تجلیل از شهیدان و ایثارگران»، دفتر حفظ و نشر آثار آیتالله العظمی خامنهای؛ «پیام آیتالله العظمی نوری همدانی به سومین یادواره شهدای قرآنی»، پایگاه اطلاعرسانی دفتر آیتالله العظمی نوری همدانی؛ «تجلیل از مادران، همسران و دختران شهدای روحانی قم, isna.ir saytı
- ↑ پیامهای تسلیت مراجع تقلید، علما و شخصیتهای حوزوی به شهادت سردار سلیمانی, mizanonline.ir saytı
- ↑ Rahnemaye əmakine ziyarəti və seyahəti dər İraq, h.ş 1388, s.209
- ↑ Rahnemaye əmakine ziyarəti və seyahəti dər İraq, h.ş 1388, s.209
Ədəbiyyat
- «بیانات در دیدار دستاندرکاران کنگره شهدای استان ایلام» farsi.khamenei.ir saytı
- «پیام آیتالله العظمی نوری همدانی به سومین یادواره شهدای قرآنی» noorihamedani.ir saytı
- «پیام به مناسبت هفته دفاع مقدس و روز تجلیل از شهیدان و ایثارگران» farsi.khamenei.ir saytı
- «پیامهای تسلیت مراجع تقلید، علما و شخصیتهای حوزوی به شهادت سردار سلیمانی» mizanonline.ir
- «تجلیل از مادران، همسران و دختران شهدای روحانی قم»isna.ir saytı
- Buxari, Məhəmməd ibn İsmayıl, Səhih-Buxari, Beyrut, 1-ci çap, h.q 1422
- Hakim Həskani, Übeydullah ibn Abdullah, Şəvahidut-Tənzil, Təhqiq: Məhəmməd Baqir Mahmudi, Tehran, 1-ci çap, h.q 1411
- Xomeyni, Seyyid Ruhullah, Səhifeye İmam, Tehran, 5-ci çap, h.ş 1389
- Rağib İsfahani, Hüseyn ibn Əli, Müfrədatu əlfazil-Quran, Beyrut-Dəməşq, 1-ci çap, h.q 1412
- Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Beyrut, 2-ci çap, h.q 1390
- Təbərani, Süleyman ibn Əhməd, Ət-Təfsirul-kəbir, İordaniya, Darul-kitab, 1-ci çap, m.2008
- Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan fi təfsiril-Quran, Düzəliş: Rəsul Məhəllati və başqaları, Tehran, Nasir Xosrov, 3-cü çap, h.ş 1372
- Təbəri, Məhəmməd ibn Cərir, Cameul-bəyan fi təfsiril-Quran, Beyrut, Darul-mərifə, 1-ci çap, h.q 1412
- Tusi, Məhəmməd ibn Həsən, Ət-Tibyan fi təfsiril-Quran, Düzəliş: Əhməd Həbib Amili, Beyrut
- Ərusi Hüveyzi, Əbdü Əli ibn Cümə, Təfsiru Nuris-səqəleyn, Təhqiq: Seyyid Haşim Rəsuli Məhəllati, Qum, İsmailiyyan, 4-cü çap, h.q 1415
- Qummi, Əli ibn İbrahim, Təfsirul-Qummi, Təhqiq: Təyyib Musəvi Cəzairi, Qum, Darul-kitab, 3-cü çap, h.ş 1363
- Kaşani, Molla Fəthullah, Mənhəcus-Sadiqin, Tehran, h.ş 1336
- Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
- Mütəhhəri, Mürtəza, Məcmue asar, Sədra nəşri, h.ş 1390
- Mufid, Məhəmməd ibn Məhəmməd ibn Numan, Əl-İrşad, Qum, Şeyx Mufid, 1-ci çap, h.q 1413
- Məqatil ibn Süleyman, Təfsiru Məqatil ibn Süleyman, Təhqiq: Mahmud Abdullah, Beyrut, 1-ci çap, h.q 1423
- Müqəddəs, Ehsan, Rahnemaye əmakine ziyarəti və seyahəti dər İraq, Tehran, Məşər nəşri, 3-cü çap, h.ş 1388
- Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, 10-cu çap, h.ş 1371
- Vahidi, Əli ibn Əhməd, Əsbabu nuzuilil-Quran, Beyrut, Darul-kutubil-Elmiyyə, 1-ci çap, h.q 1411