Əyyub (peyğəmbər)

wikishia saytından
(Əyyub peyğəmbər səhifəsindən yönləndirilmişdir)
Əyyub
Quranda adıƏyyub
Müqəddəs kitabda adıJob
Tanınmış qohumlarıHəzrət İbrahim (ə)
DinTəkallahlılıq
Yaş200
Quranda təkrarlanan adıDörd dəfə
Mühüm hadisələrƏyyubun səbri


Əyyub (ə) (ərəbcə: أيوب (ع)) Allahın peyğəmbərlərindən biridir ki, malını və övladlarını itirərək, xəstəlikdən əziyyət çəkərək Allah tərəfindən imtahan edilmişdir. İlahi imtahanlar qarşısında səbirli olub, Allaha ibadət və şükür etməkdən əl çəkməyib. Bu səbəbdən Quranda onun adı çox yaxşı çəkilir.

Quranda Əyyubun (ə) xəstəliyinin təfərrüatları qeyd olunmayıb, lakin Əhdi-Ətiqdə və bəzi İslam hədislərində bu haqda rəvayətlər var ki, Əyyubun (ə) xəstəliyi insanların ondan uzaqlaşmasına səbəb olub. Əlbəttə ki, müsəlmanların fikrincə, insanların peyğəmbərlərdən uzaqlaşmasına və bəyənməməsinə səbəb olan heç bir şey onlarda olmayıb. Əhdi-Ətiqdə və bəzi İslam rəvayətlərində Əyyubun (ə) ilahi imtahan qarşısında səbirsizliyi və nankorluğu haqqında hekayətlər var. Amma Quran onu səbirli bir insan kimi tanıtmışdır.

Bəziləri “vəzkur Əbdəna Əyyubə iz nada rəbbəhu ənni məssəniyəş şəytanu bi nusbin və əzabin” ayəsinə istinad edərək şeytanın Əyyuba (ə) təsirindən danışmış və onun məsum olmasına şübhə etmişlər. Amma digər tərəfdən, bu ayəyə əsasən, deyilib ki, şeytanın təsiri Əyyubun (ə) bədəninə və cisminə olub. Onun ruhuna olmayıb ki,  məsum olmasına xələl gətirsin.

Həmçinin Quran ayələrinə görə şeytan Allah bəndələrinin ruhuna və nəfsinə hakim deyil və Əyyub (ə) Quranda Allahın bəndəsi kimi təqdim edilir.

Təfsirçilərin fikrincə, Əyyub (ə) həyat yoldaşının etdiyi səhvə görə ona yüz şallaq vuracağına and içdi. Amma sonra bundan imtina etdi. Bu işdən imtina etdikdən sonra içdiyi anda görə Allah ona vəhy etdi ki, həyat yoldaşını bir dəstə nazik çubuqla vursun və andını pozmasın. Əyyubun (ə) and içməsinin səbəbi ilə bağlı təfsirçilər arasında fikir ayrılığı var.

Əyyubun (ə) dəfn olunduğu yer haqqında ətraflı məlumat yoxdur. Bununla belə, müxtəlif ölkələrdəki türbələr ona aid edilir. Onların arasında İraqın Hillə şəhərindən on kilometr cənubda yerləşən Əl-Ranciyyə bölgəsində bir türbə də var.

Nəsil və ailəsi

Əyyub (ə) Allahın peyğəmbərlərindəndir[1]İbrahim peyğəmbərin (ə) nəslindəndir.[2] Onun ata tərəfdən nəsli dörd[3] və ya beş[4] vasitə ilə Həzrət İbrahimə (ə) çatır. O həmçinin anası tərəfdən Lut peyğəmbərin (ə) nəslindəndir.[5] Onun həyat yoldaşı ilə bağlı ixtilaf var. Əllamə Məclisiyə görə məşhur adamlar onu Yusifin (ə) nəslindən hesab edirdilər. Yəni Yusifin (ə) oğlu Mişanın qızı.[6] Əlbəttə ki, bəzi rəvayətlərdə Yusifin (ə) qızı,[7] bəzilərində isə Yaqubun (ə) qızı[8] kimi təqdim edilmişdir. Bəziləri Zül-Kifli Əyyubun (ə) oğlu və peyğəmbərlərdən biri hesab etmişlər.[9]

İlahi imtahan

Quran ayələrinə əsasən, Əyyub (ə) övladlarını itirməklə və xəstəliklə Allah tərəfindən imtahana çəkilmiş, Allahın imtahanları qarşısında səbr etmişdir.[10] Bundan sonra övladları və sağlamlığı ona qaytarıldı.[11] Həmçinin rəvayətlərə görə, onun çoxlu malı var idi ki, onların hamısını ilahi imtahanda itirmişdir.[12] Quran ondan "əbdəna" (bəndəmiz), "niməl-əbd (yaxşı bəndə), sabir və əvvab (Allaha tərəf qayıdış edən)[13] adları ilə yad edilmişdir.[14]

Sıra Ayənin mətni Surə Ayə Barəsində
1.
وَوَهَبْنَا لَهُ إِسْحَاقَ وَیَعْقُوبَ کُلًّا هَدَیْنَا وَنُوحًا هَدَیْنَا مِنْ قَبْلُ وَمِنْ ذُرِّیَّتِهِ دَاوُودَ وَسُلَیْمَانَ وَأَیُّوبَ وَیُوسُفَ وَمُوسَىٰ وَهَارُونَ وَکَذَٰلِکَ نَجْزِی الْمُحْسِنِینَ
Ənam 84 Həzrət Nuhun və ya Həzrət İbrahimin (ə) nəslindən
2.
إِنَّا أَوْحَیْنَا إِلَیْکَ کَمَا أَوْحَیْنَا إِلَىٰ نُوحٍ وَالنَّبِیِّینَ مِنْ بَعْدِهِ وَأَوْحَیْنَا إِلَىٰ إِبْرَاهِیمَ وَإِسْمَاعِیلَ وَإِسْحَاقَ وَیَعْقُوبَ وَالْأَسْبَاطِ وَعِیسَىٰ وَأَیُّوبَ وَیُونُسَ وَهَارُونَ وَسُلَیْمَانَ وَآتَیْنَا دَاوُودَ زَبُورًا
Nisa 163 Nübuvvət
3.
وَأَیُّوبَ إِذْ نَادَىٰ رَبَّهُ أَنِّی مَسَّنِیَ الضُّرُّ وَأَنْتَ أَرْحَمُ الرَّاحِمِینَ ﴿۸۳﴾ فَاسْتَجَبْنَا لَهُ فَکَشَفْنَا مَا بِهِ مِنْ ضُرٍّ وَآتَیْنَاهُ أَهْلَهُ وَمِثْلَهُمْ مَعَهُمْ رَحْمَةً مِنْ عِنْدِنَا وَذِکْرَىٰ لِلْعَابِدِینَ
Ənbiya 84-85 Duasının qəbul olmasını istəməsi və uşaqlarının sağ-salamat qaytarılması.
4.
واذْکُرْ عَبْدَنَا أَیُّوبَ إِذْ نَادَىٰ رَبَّهُ أَنِّی مَسَّنِیَ الشَّیْطَانُ بِنُصْبٍ وَعَذَابٍ ﴿٤١﴾ ارْکُضْ بِرِجْلِکَ ۖ هَٰذَا مُغْتَسَلٌ بَارِدٌ وَشَرَابٌ ﴿٤٢﴾ وَوَهَبْنَا لَهُ أَهْلَهُ وَمِثْلَهُمْ مَعَهُمْ رَحْمَةً مِنَّا وَذِکْرَىٰ لِأُولِی الْأَلْبَابِ ﴿٤٣﴾ وَخُذْ بِیَدِکَ ضِغْثًا فَاضْرِبْ بِهِ وَلَا تَحْنَثْ ۗ إِنَّا وَجَدْنَاهُ صَابِرًا ۚ نِعْمَ الْعَبْدُ ۖ إِنَّهُ أَوَّابٌ
Sad surəsi 41-44 Xəstəlikdən qurtulması, ev əhlini qaytarması, and içmək macərası, Əyyubun səbrinə işarə və "Əvvab" olması

İmtahan hekayəsi

İmam Sadiqdən (ə) nəql olunan rəvayətə əsasən, Allah Əyyuba (ə) nemət verdi və o, həmişə buna şükr edirdi. O zamana qədər ki, bir gün Şeytan Əyyubun (ə) şükür etməsini görüb ona paxıllıq edib dedi: İlahi, əgər dünyanı Əyyubun (ə) əlindən alsan, bir daha Sənə təşəkkür etməyəcək. Buna görə də Allah onu Əyyubun (ə) malına və övladlarına hakim etdi. Çox çəkmədi ki, Əyyubun (ə) mal və uşaqları aradan getdi. Lakin Əyyubun (ə) şükür etməsi artdı. Sonra əkinləri və qoyunları məhv oldu, yenə şükr etməsi artdı. Sonra İblis Əyyubun (ə) bədəninə üfürdü və onun bədənində çoxlu yaralar yarandı və onların üzərinə qurdlar düşdü. Necə ki, üfunət qoxusuna görə onu kənddən çıxartdılar. Amma Əyyub (ə) yenə də Allaha şükür edirdi. Sonra Şeytan Əyyubun (ə) bəzi səhabələri ilə birlikdə onun yanına gedib dedi: "Biz elə bilirik ki, sənin başına gələn müsibət, etdiyin günaha görədir?" Əyyub (ə) and içdi ki, o, yetim və ya zəifin onunla birlikdə  yemək yemədiyi halda heç bir yemək yeməyib. Həmçinin Allaha itaət olan iki yolla qarşılaşdıqda Allaha itaətin daha çətin olduğu yolu seçib... . Sonra Allah bir mələk göndərdi ki, ayağı ilə yerə vurdu və su axdı. O, Əyyubu (ə) orada yudu və onun yaraları sağaldı.[15]

Əyyub peyğəmbərə nisbət verilən dua:

«اللَّهُمَّ إِنِّی أَعُوذُ بِکَ الْیَوْمَ فَأَعِذْنِی وَ أَسْتَجِیرُ بِکَ الْیَوْمَ مِنْ جَهْدِ الْبَلَاءِ فَأَجِرْنِی وَ أَسْتَغِیثُ بِکَ الْیَوْمَ فَأَغِثْنِی وَ أَسْتَصْرِخُک الْیَوْمَ عَلَى عَدُوِّکَ وَ عَدُوِّی فَاصْرُخْنِی وَ أَسْتَنْصِرُکَ الْیَوْمَ فَانْصُرْنِی وَ أَسْتَعِینُ بِکَ الْیَوْمَ عَلَى أَمْرِی فَأَعِنِّی وَ أَتَوَکَّلُ عَلَیْکَ فَاکْفِنِی وَ أَعْتَصِمُ‏ بِکَ فَاعْصِمْنِی وَ آمَنُ بِکَ فَآمِنِّی وَ أَسْأَلُکَ فَأَعْطِنِی وَ أَسْتَرْزِقُکَ فَارْزُقْنِی وَ أَسْتَغْفِرُکَ فَاغْفِرْ لِی وَ أَدْعُوکَ فَاذْکُرْنِی وَ أَسْتَرْحِمُکَ فَارْحَمْنِی.»[16]

Əllamə Təbatəbai bu rəvayəti Əhli-beytdən (ə) nəql olunan bəzi başqa rəvayətlərlə uyğunsuz hesab edir;[17] İmam Muhəmməd Baqirdən (ə) rəvayət olunur ki, Əyyubun (ə) bədənində infeksiya, qurd yox idi və üzü çirkin deyildi. Əksinə, insanların Əyyubdan (ə) uzaqlaşmalarının səbəbi onun pulunun olmaması və zahiri zəifliyi idi. Çünki camaat onun Allah yanında məqamından xəbərsiz idi və onun tezliklə şəfa tapacağını bilmirdilər.[18] Həmçinin qeyd olunan rəvayət Əyyubun (ə) və digər peyğəmbərlərin məsum olmaları barədə olan rəvayətlərə ziddir.[19] Çünki məsum olmağın dərəcələrindən biri budur ki, peyğəmbərlərdə insanları onlardan uzaqlaşdıran heç bir şey olmamalarıdır. Ona görə ki, peyğəmbərlərdən uzaqlaşmaq peyğəmbərliyin (Allahın Peyğəmbərinin risalətini insanlara çatdırmaq) məqsədinə ziddir.[20]

Müqəddəs kitabın verdiyi xəbərlər

Əyyubun (ə) kitabı Əhdi-Ətiqin 39 kitabından biridir. Bu kitabda Allahın Əyyuba (ə) verdiyi nemətlər,[21] onun sınaq hekayəsi, şeytanın onun canı və malına hakim olması[22] və həmçinin bir neçə gəncin Əyyubu (ə) səhv etməyə inandırmaq cəhdləri[23] qeyd olunur. Deyilmişdir ki, Əyyub (ə) haqqında Əhdi-Ətiqdə qeyd olunanlar, onu səbirli olaraq tanıdan Quranın əksinə olaraq, Əyyubun (ə) müsibətlər qarşısındakı səbirsizliyindən və nankorluğundan xəbər verir.[24] Həmçinin müqəddəs kitabda onun and içmə hekayətindən bəhs edilmir.[25]

Əyyubun (ə) çətinliyə düşməsinin fəlsəfəsi

Əyyubun (ə) xəstəliyi və övladlarını itirməsi Allahın bir imtahanı idi. Sünni təfsirçilərindən Qurtubiyə görə, Əyyubun (ə) vəziyyəti imtahandan əvvəl də, imtahan zamanı da, imtahandan sonra da eyni idi və o, bütün hallarda Allaha şükür edirdi.[26] Həmçinin Əllamə Təbatəbainin nəql etdiyi rəvayətlərə əsasən, Əyyubun (ə) çətin vəziyyətə düşməsi ona görə idi ki, insanlar onun haqqında rübubiyyət iddiası etməsinlər və Allahın ona verdiyi nemətlərə baxmaqla ona Allah deməsinlər. Həmçinin onun halından ibrət götürüb zəif, fəqir və xəstələrə onun zəifliyi, yoxsulluğu və xəstəliyi üzündən xor baxmasınlar. Çünki mümkündür ki, Allah zəifi güclü, kasıbı zəngin, xəstələri sağaltsın. Bir də bilsinlər ki, Allah, peyğəmbəri olsa belə, istədiyini xəstə edir və istədiyinə şəfa verir.[27]

Əyyubun (ə) and içməsi

Əyyub (ə) xəstələndiyi müddətdə sağaldıqdan sonra həyat yoldaşına yüz şallaq vuracağı barədə and içdi.[28] Bununla belə, sağaldıqdan sonra onun sədaqəti və xidmətlərinə görə onu bağışlamağa qərar verdi, lakin onun andı buna mane oldu.[29] Beləliklə, ona vəhy gəldi ki, bir dəstə nazik çubuq götürüb həyat yoldaşını vursun və andını pozmasın.[30]

Əyyubun (ə) and içməsinin səbəbi ilə bağlı təfsirçilər arasında ixtilaf vardır: Birinci əsrin təfsirçisi İbn Abbasdan rəvayət edilmişdir ki, şeytan Əyyubun (ə) həyat yoldaşına görünərək ona dedi: Mən sənin ərini sağaldaram, bir şərtlə ki, sağaldıqdan sonra de ki, onun sağalmasının yeganə səbəbi mən (şeytan) olmuşam. Əyyubun (ə) xəstəliyindən bezən həyat yoldaşı şeytanın təklifini qəbul etdi. Buna görə də Əyyub (ə) ona şallaq vurmağa and içdi.[31] Bəziləri də deyib ki, Əyyub (ə) həyat yoldaşını bir iş üçün göndərdi və o, gecikdi. Xəstəlikdən əziyyət çəkən Əyyub (ə) buna görə narahat oldu və belə bir and içdi.[32] Bəziləri isə belə bir and içməyin səbəbi haqqında deyiblər ki, Əyyubla (ə) həyatı yoldaşı arasında problem oldu[33] və o, Əyyubu (ə) öz sözləri ilə incitdi.[34]

Bir rəvayətə görə, Əyyubun (ə) and içməsi əhvalatı sağaldıqdan sonra baş verib. Əyyub (ə) xəstə olanda və kənddən kənarda olanda həyat yoldaşı çörək hazırlamağa kəndə getmiş və çörəyin müqabilində saçını satmışdı. Həyat yoldaşı Əyyubun (ə) yanına qayıdanda xəstəliyindən sağalmışdı və onun saçının qırxıldığını gördü. Bu səbəbdən ona yüz şallaq vuracağına and içdi. Lakin o, bunun səbəbini bildikdən sonra öz verdiyi qərardan peşman oldu.[35]

Əlbəttə ki, bu rəvayətin mötəbər olmasında peyğəmbərlərin məsum olmasına dair şiə əqidəsi ilə uyğun gəlməməsi,[36] digər rəvayətlərlə ziddiyyət təşkil etməsi,[37] Əyyubun (ə) məsələni bilmədən qəzavət etməsi (zövcəsinə şübhə ilə yanaşması və ondan soruşmazdan əvvəl onun cəzasını təyin etməsi) və həmçinin onun rəvayətçilərindən birinin naməlum olmasına[38] görə şəkk edilmişdir.

Bəzi əhli-sünnə təfsirçiləri Əyyubun (ə) and içməsi hekayəsindən belə nəticə çıxarmışlar ki, kişi öz həyat yoldaşını ədəbləndirmək üçün döyə bilər.[39]

Məsumluq

Bəziləri “vəzkur əbdəna Əyyubə iz nada rəbbəhu ənni məssəniyəş şəytanu bi nusbin və əzabin” ayəsinə istinad edərək[40] şeytanın Əyyuba (ə) təsir etməsinə işarə etmiş və onun məsum olmasına şübhə etmişlər. Onların dəlili budur ki, qeyd olunan ayəyə əsasən, Əyyub (ə) şeytanın toxunmasından əziyyət və əzaba düçar oldu, şeytanın təsiri isə məsumluqla uzlaşmır.[41] Cavabda deyilir ki, şeytan Əyyubun (ə) ruhuna hökmranlıq etməyib ki, onun məsum olmasına xələl gətirsin. Daha doğrusu, onun bədəninə, malına və övladlarına təsir etmişdir.[42] Çünki إِنَّ عِبَادِی لَیْسَ لَکَ عَلَیْهِمْ سُلْطَانٌ "həqiqətən, sən (şeytan) mənim bəndələrimə hakim deyilsən"[43]  ayəsinə  görə şeytanın Allahın bəndələrinə hakimliyi yoxdur və "Sad" surəsinin 41-ci ayəsinə əsasən, Əyyub (ə) Allahın bəndəsi idi.[44]

Peyğəmbərlərin məsumluğu haqqında yazılmış "Tənzihul-ənbiya" kitabında da Əyyubun (ə) məsumluğundan bəhs edilir.[45]

Dəfn olunduğu yer

Həzrət Əyyuba (ə) nisbət verilən Buxarakı məzarı

Əyyub (ə) ölü dənizin cənub-qərbində və Əqəbə körfəzinin şimalında yerləşən Əvs bölgəsində və ya Şam və Azriat arasında yerləşən Bəsəniyyə bölgəsində yaşayırdı.[46] Türkiyənin Urfa şəhərində də bir mağara var ki, Əyyubun (ə) xəstəliyi zamanı orada olduğu deyilir.[47]

Deyilənə görə, Əyyub (ə) 200 il yaşadı.[48] Əhdi-Ətiqə görə onun 140 ili xəstəlikdən sağaldıqdan sonra idi.[49]

Həmçinin adət-ənənələrə əsasən yeddi[50] və ya on səkkiz il[51] əziyyət çəkmiş və sağaldığı bulağın yanında dəfn edilmişdir.[52] Onun dəfn olunduğu yer haqqında dəqiq məlumat yoxdur. Lakin İraq, Livan, Fələstin və Oman kimi müxtəlif ölkələrdəki türbələr ona aid edilir.[53] Bunların arasında İraqın Hillədən on kilometr cənubda yerləşən Əl-Ranciyyə bölgəsində bir türbə də var ki, Əyyubun (ə) yaşadığı yerə yaxın olduğu üçün onun dəfn yeri olması ilə daha çox məşhurdur.[54]

Səlalə limanından yeddi kilometr aralıda, Omanın İttin dağının zirvəsində, İranın Bocnord şəhərinin yaxınlığındakı Gərmab kəndində və Özbəkistanda Buxarada da ona aid edilən türbələr var.[55] Əlbəttə ki, Buxarada ona aid edilən türbənin Teymuri və Teymur Ləng dövrünün bidətlərindən biri olduğu ehtimal edilir.[56]

Sənət əsərlərində

Əyyubun hekayəsi bədii əsərlərdə öz əksini tapıb. Şəmsi təqvimi ilə 1372-ci (miladi 1993) ildə istehsal olunmuş və İran televiziyasında yayımlanan Fərəcullah Sələhşurun rejissoru olduğu "Əyyub Peyğəmbər (ə)" filmi Əyyubun (ə) həyatı və xəstəliyindən bəhs edir.[57]

İstinadlar

  1. Nisa surəsi, ayə 163
  2. Ənam surəsi, ayə 84
  3. İbn Həbib, Əl-Muhəbbər, s.5
  4. Məclisi, Həyatul-qulub, h.ş 1384, c.1, s.555; Sələbi, Əl-kəşfu vəl-bəyan, h.q 1422, c.6, s.287
  5. Məclisi, Həyatul-qulub, h.ş 1384, c.1, s.555; Sələbi, Əl-kəşfu vəl-bəyan, h.q 1422, c.6, s.287
  6. Məclisi, Həyatul-qulub, h.ş 1384, c.1, s.555; Təbatəbai, Əl-Mizan, c.17, s.214
  7. Qumi,Təfsirul-Qumi, h.q 1404, c.2, s.239-242
  8. Məclisi, Həyatul-qulub, h.ş 1384, c.1, s.555
  9. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.1, s.325
  10. Sad surəsi, ayə 44
  11. Ənbiya surəsi, ayə 84
  12. Qumi, Təfsirul-Qumi, h.q 1404, c.2, s.239-242
  13. Cəzairi, Qisəsul-ənbiya, h.q 1404, s.198
  14. Sad surəsi, ayə 41-44; Təbatəbai, Əl-Mizan, c.17, s.210-211
  15. Qumi,Təfsirul-Qumi, h.q 1404, c.2, s.239-242; Məclisi, Həyatul-qulub, h.ş 1384, c.1, s.559-565
  16. Kəfəmi, Əl-Misbah, h.q 1405, s.296-297
  17. Təbatəbai, Əl-Mizan, c.17, s.214-217
  18. Səduq, Əl-Xisal, h.ş 1362, c.2, s.399-400
  19. Təbatəbai, Əl-Mizan, c.17, s.214-217
  20. Əbul-Futuh Razi, Rəvzul-cinan, h.q 1408, c.13, s.213; Sübhani, Mənşure əqaide İmamiyyə, s.114
  21. Müqəddəs kitab, Əyyub, 1:1-6
  22. Müqəddəs kitab, Əyyub, 2-1
  23. Müqəddəs kitab, Əyyub, 27-3
  24. Kəlbasi, Nəqd və bərresiye araye müfəssiran dər təfsire ayeye 44 sureye Sad və taziyanezədəne Əyyub be həmsəreş, s.120
  25. Kəlbasi, Nəqd və bərresiye araye müfəssiran dər təfsire ayeye 44 sureye Sad və taziyanezədəne Əyyub be həmsəreş, s.120
  26. Qurtubi, Əl-Came li-əhkamil-Quran, h.ş 1364, c.16, s.216
  27. Təbatəbai, Əl-Mizan, c.17, s.214-217
  28. Təbatəbai, Əl-Mizan, c.17, s.210
  29. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.19, s. 299
  30. Sad surəsi, ayə 44; Təbatəbai, Əl-Mizan, c.17, s.210
  31. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.19, s.299; Cəzairi, Qisəsul-ənbiya, h.q 1404, s.198
  32. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.19, s.299
  33. Muğniyə, Təfsirul-kaşif, h.q 1424, c.6, s.382
  34. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.8, s.746
  35. Qumi,Təfsirul-Qumi, h.q 1404, c.2, s.239-242; Məclisi, Həyatul-qulub, h.ş 1384, c.1, s.555-556
  36. Əbul-Futuh Razi, Rəvzul-cinan, h.q 1408, c.13, s.213; Sübhani, Mənşure əqaide İmamiyyə, s.114
  37. Təbatəbai, Əl-Mizan, c.17, s.214-217
  38. Kəlbasi, Nəqd və bərresiye araye müfəssiran dər təfsire ayeye 44 sureye Sad və taziyanezədəne Əyyub be həmsəreş, s.117
  39. Cəssas, Əhkamul-Quran, h.q 1405, c.5, s.260
  40. Sad surəsi, ayə 41
  41. Nəsri, Məbaniye risaləte ənbiya dər Quran, h.ş 1388, s.260-261
  42. Təbatəbai, Əl-Mizan, c.17, s.214-209
  43. İsra surəsi, ayə 65
  44. Nəsri, Məbaniye risaləte ənbiya dər Quran, h.ş 1388, s.260-261
  45. Seyyid Mürtəza. Tənzihul-ənbiya, h.q 1250, s.59-64
  46. Şəvqi, Ətləse Quran, h.ş 1388, s.109
  47. Biazar Şirazi, Bastanşenasi və coğrafiyaye tarixi qisəse Quran, h.ş 1386, s.350
  48. İbn Həbib, Əl-Muhəbbər, s.5
  49. Müqəddəs kitab, Əyyub, 1:42
  50. Cəzairi, Qisəsul-ənbiya, h.q 1404, s.198-200
  51. Cəzairi, Qisəsul-ənbiya, h.q 1404, s.207; Bəhrani, Əl-Burhan, h.q 1416, c.4, s.672
  52. Bəhrani, Əl-Burhan, h.q 1416, c.4, s.675
  53. مرقد نبی الله ایوب (علیه‌اسلام)
  54. Raminnejad, Məzare peyəmbəran, h.ş 1387, s.59-63
  55. Raminnejad, Məzare peyəmbəran, h.ş 1387, s.59-63
  56. Raminnejad, Məzare peyəmbəran, h.ş 1387, s.59-63
  57. http://www.sourehcinema.com/Title/FullOutline.aspx?FilmId=138109211661&IsTowLine=False خلاصه داستان فیلم ایوب پیامبر], sourehcinema.com saytı

Ədəbiyyat

  • Qurani-Kərim
  • Müqəddəs kitab
  • İbn Həbib Bağdadi, Məhəmməd ibn Həbib, Əl-Muhəbbər, Beyrut, Daru afaqil-cədidə
  • Əbul-Futuh Razi, Hüseyn ibn Əli, Rəvzul-cinan, Təhqiq: Məhəmməd Cəfər və Məhəmməd Mehdi Nasih, Məşhəd, h.q 1408
  • Bəhrani, Seyyid Haşim, Əl-Burhan, Tehran, Bunyade besət, h.q 1416
  • Biazar Şirazi, Əbdül-Kərim, Bastanşenasi və coğrafiyaye tarixi qisəse Quran, Tehran, h.ş 1386
  • Sələbi, Əhməd ibn İbrahim, Əl-kəşfu vəl-bəyan, Beyrut, h.q 1422
  • Cəzairi, Nemətullah ibn Abdullah, Qisəsul-ənbiya, Qum, h.q 1404
  • Cəssas, Əhməd ibn Əli, Əhkamul-Quran, Təhqiq: Məhəmməd Sadiq, Beyrut, h.q 1405
  • Raminnejad, Ramin, Məzare peyəmbəran, Məşhəd, h.ş 1387
  • Sübhani, Cəfər, Mənşure əqaide İmamiyyə, Qum, İmam Sadiq (ə) müəssisəsi
  • Seyyid Mürtəza, Tənzihul-ənbiya, Qum, Əş-şərifur-Rza, h.q 1250
  • Şəvqi, Əbu Xəlil, Ətləse Quran, Tərcümə: Kermani, Məşhəd, Astane qodse Rəzəvi, h.ş 1388
  • Səduq, Məhəmməd ibn Əli, Əl-Xisal, Düzəliş: Əli Əkbər Ğəffari, Qum, Came müdərrisin, h.ş 1362
  • Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Qum, Dəftəre enteşarate İslami, h.q 1417
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Tehran, Nasir Xosrov, h.ş 1372
  • Təbəri, Məhəmməd ibn Cərir, Tarixul-uməmi vəl-muluk, Təhqiq: Məhəmməd Əbülfəzl İbrahim, Darit-turas, h.q 1387
  • Qurtubi, Məhəmməd ibn Əhməd, Əl-Came li-əhkamil-Quran, Tehran, h.ş 1364
  • Qumi, Əli ibn İbrahim, Təfsirul-Qumi, Düzəliş: Təyyib Musəvi Cəzairi, Qum, Darul-kitab, h.q 1404
  • Kəfəmi, İbrahim ibn Əli, Əl-Misbah, Qum, Darur-Rza, h.q 1405
  • Kəlbasi, Zəhra və başqaları, Nəqd və bərresiye araye müfəssiran dər təfsire ayeye 44 sureye Sad və taziyanezədəne Əyyub be həmsəreş, «نقد و بررسی آرای مفسران در تفسیر آیه ۴۴ سوره ص و تازیانه زدن ایوب به همسرش
  • Məclisi, Məhəmməd Baqir, Həyatul-qulub, Təhqiq: Əli İmamiyan, Qum, Surur, h.ş 1384
  • Muğniyə, Məhəmməd Cavad, Təfsirul-kaşif, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1424
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1374
  • Nəsri, Abdullah, Məbaniye risaləte ənbiya dər Quran, Tehran, Suruş, h.ş 1388
  • خلاصه داستان فیلم ایوب پیامبر, sourehcinema.com saytı

Xarici keçid