14 Rəcəb
14 Rəcəb — hicri-qəməri təqvimi ilə ilin 191-ci günüdür.
- H.q 279: Abbasi xəlifələrindən Mötəmid Abbasinin ölümü.
15-ci gecənin əməlləri
- 13-cü gecə ilə eyni keyfiyyətdə üç ədəd iki rükət namaz qılmaq.
- Qüsl almaq.
- Oyaq qalmaq (Əhya)
- İmam Hüseynin (ə) ziyarəti
- 15 ədəd iki rükət namaz qılmaq, hər rükətdə bir dəfə Həmd və on dəfə Tövhid surəsini oxumaq.
- Altı dənə iki rükət namaz qılınmalıdır. Hər rükətdə bu surələrdən hər hansı birini dörd dəfə oxumaq lazımdır.(Həmd, İxlas, Fələq, Nas, Ayətul-kürsi) Namazın salamından sonra deyilir: «سبحان الله و الحمد لله و لا إله إلا الله و الله أكبر» - Sübhənallahu vəl-həmdulillahu və la ilahə illəllahu vəllahu Əkbər. Və həmçinin deyilir: «اَللهُ اَللهُ رَبّى لا اُشْرِكُ بِهِ شَیْئا» -Allahu Allahu Rəbbi la uşriku bihi şəyən. Ardınca yeddi dəfə deyilir. «ما شاء الله لا قوة إلا بالله العلی العظيم» - Ma Şaəllahu la quvvətə illa billahil-əliyyil-əzim.[1]
İstinadlar
- ↑ İbn Bərrac, Əl-Muhəzzəb, H.q 1406, c.1, s.68
Ədəbiyyat
- İbn Bərrac, Əbdül-Əziz, Əl-Muhəzzəb, Qum, İslami nəşr müəssisəsi, h.q 1406