23 Ramazan
23 Ramazan — hicri-qəməri təqvimi ilə ilin 259-cu günüdür.
- 1 Besət: Ehtimal olunan Qədr gecələrindən biri və Quranın nazil olması.
- H.q 233: Mütəvəkkil Abbasinin əmri ilə İmam Hadinin (ə) Samirraya daxil olması.[1]
- H.q 247: Abbasilərin xilafəti dövründə Zeydiyyə alimlərindən olan Əhməd ibn İsa ibn Zeydin vəfatı.
- H.q 491: Beytül-Müqəddəsin səlibçilər tərəfindən tutulması.
- H.q 1392: Əllamə Təbatəbai tərəfindən Əl-Mizan təfsirinin yazılıb bitməsi.
Bu gün üçün Ramazan ayının bütün günlərinin ümumi əməlləri ilə yanaşı, bəzi xüsusi dua və əməlləri də nəql edilmişdir.
| Ramazan ayının iyirmi üçüncü gününün xüsusi əməlləri və duaları | |
| İyirmi üçüncü gecənin əməlləri |
Ya Rəbbə leylətil-qədr və cailəha xeyrən... |
| Günün namazı |
|
| Günün duası |
وَ طَهِّرْنِی فِیهِ مِنَ الْعُیوبِ وَ امْتَحِنْ قَلْبِی فِیهِ بِتَقْوَی الْقُلُوبِ یا مُقِیلَ عَثَرَاتِ الْمُذْنِبِینَDuanın oxunuşu: Əllahumməğsilni fihi minəz zunub, və təhhirni fihi minəl uyub, vəmtəhin qəlbi fihi bitəq-vəl qulub, ya muqilə əsəratil muznibin. Duanın tərcüməsi: İlahi, bu gün mənim günahlarımı yu, çirkin və eyibli işlərdən təmizlə, qəlbimə qəlblərə aid olan təqva ilə qurtuluş ver! Ey günahkarların tövbəsini qəbul edən! |
Seyid İbn Tavusun “İqbalul-Əmal” kitabında bu gün üçün daha çox dua nəql edilmişdir.[2]
| Qədr gecələrinin əməlləri | |
| Müştərək əməllər |
|
| 19-cu gecənin əməlləri |
|
| 21-ci gecənin əməlləri |
|
| 23-cü gecənin əməlləri |
|
| Ramazan ayının axır on gününün duaları və əməlləri | |
| Hər gecə oxunan dualar |
Əuzu bihəlali vəchikəl-kərim ən yənqəziyə ənni şəhru Rəməzanə əv yətluəl-fəcru min ləyləti həzihi və ləkə qibəli zənbun əv təbətun tuəddibuni əleyh.
Allahummə innəkə qultə fi kitabikəl-munzəl şəhru Rəməzanəl-ləzi unzilə fihil-Quran hudən lin-nas... |
| Hər namazdan sonra oxunan dualar |
Allahummə əddi ənna həqqə ma məza min şəhri Rəməzanə vəğfir ləna təqsirəna fihi və təsəlləmhu minna məqbula və la tuaxizna bi israfina əla ənfusina vəc-əlna minəl-mərhuminə və la təcəlna minəl-məhrumin. |
İstinadlar
- ↑ Əşəri Qumi, Əl-Məqalat vəl-firəq, h.ş 1360, s.100
- ↑ http://lib.eshia.ir/71423/1/374