28 Ramazan

wikishia saytından

28 Ramazanhicri-qəməri təqvimi ilə ilin 264-cü günüdür.

  • H.q 1352: Şiə fəqihlərindən Seyyid Məhəmməd Şərif Təqəvinin vəfatı.
  • H.q 1435: Şiə fəqihi, müfəssiri və Qum dini-elmi hövzəsinin əxlaq ustadı olan Hüseyn Şəbzendedarın vəfatı.


Bu gün üçün Ramazan ayının bütün günlərinin ümumi əməlləri ilə yanaşı, bəzi xüsusi dua və əməlləri də nəql edilmişdir.

Ramazan ayının iyirmi səkkizinci gününün xüsusi əməlləri və duaları
İyirmi səkkizinci gecənin əməlləri
  • Bu duanı oxumaq:

Ya Xazinəl-ləyli fil-həva və xazinən-nuri fis-səma...

Günün namazı
  • Altı rükət namaz qılınmalıdır.(iki rəkət-iki rəkət) Hər rükətdə Həmd surəsindən sonra yüz dəfə Ayətül-kürsi, Tövhid surəsiKövsər surəsi oxunmalıdır. Namazın axırıncı salamından sonra yüz dəfə salavat deyilməlidir.
Günün duası
اَللّهُمَّ وَفِّرْ حَظِّی فِیهِ مِنَ النَّوَافِلِ

وَ أَکرِمْنِی فِیهِ بِإِحْضَارِ الْمَسَائِلِ وَ قَرِّبْ فِیهِ وَسِیلَتِی إِلَیک مِنْ بَینِ الْوَسَائِلِ

یا مَنْ لایشْغَلُهُ إِلْحَاحُ الْمُلِحِّینَ

Duanın oxunuşu: Əllahummə vəffir həzzi fihi minən nəvafil, və əkrimni fihi biihzaril məsail, və qərrib fihi vəsiləti iləykə min bəynil vəsail, ya mən la yəşğəluhu ilhahul mulihhin.

Duanın tərcüməsi: İlahi, bu gün məni müstəhəb əməlləri yerinə yetirməyə müvəffəq et və arzularımı yerinə yetirməklə məni əziz tut. Bu gün Sənə yaxın edən vasitələrin daha yaxın olanını mənə yaxınlaşdır. Ey istəyi olanların israrı və çox təmənna etmələri onu haqdan geri qoymayan Allah!

Seyid İbn Tavusun “İqbalul-Əmal” kitabında bu gün üçün daha çox dua nəql edilmişdir.[1]

Ramazan ayının axır on gününün duaları və əməlləri
Hər gecə oxunan dualar
  • Bu duanı oxumaq:

Əuzu bihəlali vəchikəl-kərim ən yənqəziyə ənni şəhru Rəməzanə əv yətluəl-fəcru min ləyləti həzihi və ləkə qibəli zənbun əv təbətun tuəddibuni əleyh.

  • Bu duanı oxumaq:

Allahummə innəkə qultə fi kitabikəl-munzəl şəhru Rəməzanəl-ləzi unzilə fihil-Quran hudən lin-nas...

Hər namazdan sonra oxunan dualar

Allahummə əddi ənna həqqə ma məza min şəhri Rəməzanə vəğfir ləna təqsirəna fihi və təsəlləmhu minna məqbula və la tuaxizna bi israfina əla ənfusina vəc-əlna minəl-mərhuminə və la təcəlna minəl-məhrumin.