4 Ramazan
4 Ramazan — hicri-qəməri təqvimi ilə ilin 240-cı günüdür.
- H.q 53: Übeydullah ibn Ziyadın atası və Müaviyənin işçisi Ziyad ibn Əbihin ölümü
- H.q 666: Antakyanın müsəlmanlar tərəfindən səlibçilərdən geri alınması
- H.q 1325: Fəqih və Mirzaye Şirazinin şagirdi Mirza Həsənəli Tehraninin vəfatı
- H.q 1413: Qumda yaşamış şiə mərcə-təqlidi Mirza Haşim Amulinin vəfatı
- H.q 1428: Şiə tarixşünası Əllamə Seyyid Mürtəza Əskərinin vəfatı
- H.q 1302: Sudanda məhdəviyyət iddiaçılarından olan Mehdi Sudaninin ölümü
Bu gün üçün Ramazan ayının bütün günlərinin ümumi əməlləri ilə yanaşı, bəzi xüsusi dua və əməllər də nəql edilmişdir:
Ramazan ayının dördüncü gününün xüsusi əməlləri və duaları | |
Namaz |
|
Günün duası |
وَ أَذِقْنِی فِیهِ حَلاوَةَ ذِکرِک وَ أَوْزِعْنِی فِیهِ لِأَدَاءِ شُکرِک بِکرَمِک وَ احْفَظْنِی فِیهِ بِحِفْظِک وَ سِتْرِک یا أَبْصَرَ النَّاظِرِینَOxunuşu: Əllahummə qəvvini fihi əla iqaməti əmrik, və əziqni fihi həlavətə zikrik, və əvzi`ni fihi liədai şukrikə bikərəmik, vəhfəzni fihi bihifzikə və sitrik, ya əbsərən-nazirin. Tərcüməsi: İlahi, Sənin əmrini bərpa etmək üçün mənə qüvvət ver. Səni zikr və yad etməyin şirinliyini mənə dadızdır. Öz kərəminlə məni şükür etməyə hazır et. Məni Öz hifzinlə və pis işlərdən qoruyan örtüyünlə qoru. Ey görənlərin ən bəsirətlisi! |
Seyid İbn Tavusun “İqbalul-Əmal” kitabında bu gün üçün daha çox dua nəql edilmişdir.[1]
İstinadlar
- ↑ https://lib.eshia.ir/71423/1/255, Seyyid İbn Tavus, İqbalul-əmal, c.1, s.255