7 Ramazan

wikishia saytından

7 Ramazanhicri-qəməri təqvimi ilə ilin 243-cü günüdür.

  • H.q 14: Qadisiyyədə müsəlman ordusu ilə Sasani ordusu arasında Qadisiyyə döyüşünün baş verməsi.
  • H.q 201: Abbasi xəlifəsi Məmunun İmam Rzanın (ə) vəliəhdi olması adına sikkə zərb etməsi.
  • H.q 511: Şiə fəqihi İbn Zöhrənin təvəllüdü.
  • H.q 1416: Hədisşünas, kitabşünas və şiə tarixində nəzər sahibi Seyyid Əbdül-Əziz Təbatəbainin vəfatı.


Ramazan ayının yeddinci gününün xüsusi əməlləri və duaları
Namaz
  • Dörd rükət namaz qılınmalıdır.(iki rükət-iki rükət) Hər rükətdə Həmd surəsindən sonra on üç dəfə Qədr surəsi oxunmalıdır.
Günün duası
اَللّهُمَّ أَعِنِّی فِیهِ عَلَی صِیامِهِ وَ قِیامِهِ

وَ جَنِّبْنِی فِیهِ مِنْ هَفَوَاتِهِ وَ آثَامِهِ وَ ارْزُقْنِی فِیهِ ذِکرَک بِدَوَامِهِ

بِتَوْفِیقِک یا هَادِی الْمُضِلِّینَ

Oxunuşu: Əllahummə əinni fihi əla siyamihi və qiyamih, və cənnibni fihi min həfəvatihi və asamih, vərzuqni fihi zikrəkə bidəvamih, bitəvfiqikə ya hadiyəl muzillin.

Tərcüməsi: İlahi, Öz köməyinlə mənə bu günün orucunu tutmaqda və yaxşı əməllər yerinə yetirməkdə kömək ol, məni bu günün əyri yollarından və günahlarından uzaqlaşdır, məni Səni daim yad etməkdə müvəffəq et, ey yolunu azmışları hidayət edən!

Seyid İbn Tavusun “İqbalul-Əmal” kitabında bu gün üçün daha çox dua nəql edilmişdir.[1]

İstinadlar