9 Zilhiccə — hicri-qəməri təqvimi ilə ilin 334-cü günüdür.
- Şiələr arasında ən fəzilətli günlərdən olan Ərəfə günü
- Həzrət Adəmin (ə) tövbəsinin qəbulu (bir rəvayətə əsasən)
- İmam Əlinin (ə) fəzilətlərindən olan "Səddul-əbvab" hadisəsinin baş verməsi
- H.q 60: İbn Ziyadın əmri ilə Kufədə Hani ibn Ürvənin və Müslim ibn Əqilin şəhadətə çatdırılması
- H.q 538: Ədib və müfəssir Carullah Zəməxşərinin vəfatı
- H.q 548: Məcməul-bəyan təfsirinin müəllifi, fəqih, riyaziyyatçı, mütəkəllim, mühəddis və müfəssir Fəzl ibn Həsən Təbərsinin vəfatı
- H.q 689: Fəqih və mühəddis Yəhya ibn Səid Hillinin vəfatı
- H.q 1246: Fəqih Seyyid Məhəmməd Baqir Qəzvininin vəfatı
- H.q 1276: İraqda şiə mərcə-təqlidi Mehdi Xalisinin təvəllüdü
- H.q 1365: Şiə mərcə-təqlidi Seyyid Əbül-Həsən İsfahaninin vəfatı
- H.q 1427: İraq hakimi Səddam Hüseynin edam olunması
Doqquzuncu gününün əməlləri (Ərəfə günü)
- Oruc tutmaq (Bir şərtlə ki, oruc tutmaq gününün əməllərini yerinə yetirməkdə insanı zəif hala salmasın.)
- Qüsl etmək
- İmam Hüseyni (ə) ziyarət etmək
- “Ərəfə” günü “günorta” və “əsr” namazlarını açıq səma altında qılmaq və “əsr” namazından sonra iki rükət namaz qılmaq, belə ki, birinci rükətdə “Həmd” surəsindən sonra “İxlas” surəsini, ikinci rükətdə isə “Həmd” surəsindən sonra “Kafirun” surəsini oxumaq.
- Ərəfə duasını oxumaq
- İmam Sadiqdən (ə) nəql olunan salavatı demək: (Əllahummə ya əcvədə mən ə`ta, və ya xəyrə mən suil, və ya ərhəmə mənisturhim, Əllahummə səlli əla Muhəmmədin və alihi fil əvvəlin, və səlli əla Muhəmmədin və alihi fil axirin, və səlli əla Muhəmmədin və alihi fil mələil ə`la, və səlli əla Muhəmmədin və alihi fil mursəlin, Əllahummə ə`ti Muhəmmədən və aləhul vəsilətə vəl fəzilətə vəş-şərəf, vər rif`ətə vəd-dərəcətəl kəbirəh, Əllahummə inni aməntu bi Muhəmmədin səlləllahu ələyhi və alih, və ləm ərəhu fəla təhrimni fil (fi yəvmil) qiyaməti ru`yətəh, vərzuqni suhbətəh, və təvəffəni əla millətih, vəsqini min həvzihi məşrəbən rəviyən saiğən həniyyən la əzməu bə`dəhu əbəda, innəkə əla kulli şəy`in qədir, Əllahummə inni aməntə bi Muhəmmədin səlləllahu ələyhi və alih, və ləm ərəhu fəərrifni fil cinani vəchəh, Əllahummə bəlliğ Muhəmmədən səlləllahu ələyhi və alihi minni təhiyətən kəsirətən və səlama.)
- Ümmi Davud duasını oxumaq
- Came-Kəbirə duasını oxumaq
Onuncu gecənin əməlləri
- Oyaq qalmaq (əhya saxlamaq)
- "Ya Daiməl-fəzli ələl-bəriyyə" duasını oxumaq