250 yaşlı insan nəzəriyyəsi

wikishia saytından
(Ayətullah Xameneinin 250 yaşlı insan nəzəriyyəsi səhifəsindən yönləndirilmişdir)

Bu məqalə 250 yaşlı insan nəzəriyyəsi barəsindədir. 250 yaşlı insan kitabı haqda məlumat üçün adı keçən məqaləyə daxil olun.

250 yaşlı insan nəzəriyyəsi (ərəbcə: نظرية إنسان بعمر 250 سنة) şiə imamlarının Əməvi və Abbasi hakimiyyəti dövründə siyasət və mübarizə metodlarının eyni olmasını əsas götürərək onları 250 yaşlı bir insan hesab edən nəzəriyyədir. Bu nəzəriyyə İslam İnqilabından qabaq İran İslam Respublikasının ali dini rəhbəri Ayətullah Xamenei tərəfindən irəli sürülüb. Onun fikrincə, şiə imamlarının siyasi həyatı zahiri fərqlərə baxmayaraq, ümumilikdə 250 il davam edən uzun və davamlı bir hərəkatdır. Onların hamısı müəyyən bir hədəfin reallaşması istiqamətində, yəni insanlığın inkişafı və yüksəlişi, İslam cəmiyyətinin formalaşması yönündə, lakin fərqli metodlarla dövrün düşmənlərinə qarşı mübarizə aparıblar.

Bu nəzəriyyəyə görə, məsumların 250 illik həyatı dörd dövrə bölünür: 1. 25 illik səbir və sükut dövrü; 2. İmamların qısa müddətli hakimiyyəti dövrü; 3. 20 illik gizli və mütəşəkkil fəaliyyət dövrü; 4. Və nəhayət İmam Səccadın (ə) imamətinin başlanması ilə İslam fikri əsaslarının dirçəldilməsi dövrü.

Nəzəriyyənin izahı

250 yaşlı insan nəzəriyyəsinə görə, Peyğəmbərdən (s) sonra məsumlar (ə) hicri-qəməri 11-ci ildən 260-cı ilə qədər zalımların zülmünə və azğınlığına qarşı daim cihadda və davamlı siyasi mübarizədə olmuş tək bir insan sayılırlar.[1] Bu nəzəriyyəyə görə, bütün Əhli-beyt (ə) bir insan kimi idi ki, 250 il müəyyən bir düşüncə və məqsədlə həmin hədəfin həyata keçirilməsi üçün mübarizə aparıb. Bu insan cəmiyyətin bütün insanlarını həqiqi İslam məktəbinə çatdırmaq üçün müxtəlif xüsusiyyətlərdən istifadə edib. Buraya məsumluq, Qurandan və Peyğəmbərin (s) kəlamlarından ilham almaq, ictimai vəziyyəti və İslam məktəbini dərindən bilmək kimi xüsusiyyətlər daxildir. Buna görə də, onlar bu məqsəddən yayınmamış, hətta əsas etibarilə onların – cəmiyyəti həqiqi İslama gətirmək istiqamətindən – yayınması mümkün olmamışdır.[2]

Ağır və şiddətli siyasi mübarizə bu 250 il[3] ərzində şiə imamlarının həyatının ən mühüm xüsusiyyəti kimi cihad məsələsində məsumların (ə) şəxsiyyətinin vəhdətini izah edir.[4] Bu nəzəriyyəyə görə, İmam Hüseyndən (ə) sonra bütün imamlar, əslində onun silahdaşları idilər və İmam Hüseynin (ə) vuruşduğu və şəhid olduğu düşmənlə vuruşublar. Lakin şəraitə uyğun olaraq cihadlarının forması dəyişib.[5]

Dəlillər

Əlirza Ərafinin fikrincə, bu nəzəriyyənin əsaslarını şiəliyə görə şiə imamlarının hamısının bir nur olmasında görmək olar. Necə ki, “Camiə” ziyarətində onların təbiətinin bir olduğu qeyd edilir. O, həmçinin İmam Sadiqdən (ə) bir rəvayət nəql edir ki, o, imamların elm və fəzilətlərini bir və hamısını vahid həqiqət kimi təqdim edir.[6]

Banisi və tarixi

250 yaşlı insan nəzəriyyəsi 1350-ci il İslam İnqilabından əvvəl İran İslam Respublikasının ali dini lideri Seyid Əli Xamenei tərəfindən irəli sürülüb.[7] Onun fikrincə, bu 250 illik dövrdə Əhli-beytin (ə) düşüncə və əməlində müxtəlif üsullarla davam edən vahid siyasi xətt mövcuddur.[8] Bütün bu müddət ərzində onun hərəkəti və həyatı bir istiqamətə malik olmuş və bir yerdən – Quran və sünnə – ilham almışdır.[9] Buna baxmayaraq, bəziləri belə hesab edirlər ki, ondan əvvəl İraqlı şiə mütəfəkkiri Seyyid Məhəmməd Baqir Sədr (h. q. 1313-1359) də şiə imamlarının (ə) həyatı haqqında eyni fikirdə idi. Amma bu fikrə görə, Seyid Əli Xameneinin irəli sürdüyü nəzəriyyə məzmun baxımından “daha siyasi” və “daha yaradıcı”dır.[10]

Əlirza Ərafi də eyni nəzəriyyəni “imamların şəxsiyyətinin vəhdəti” adı ilə irəli sürüb və hesab edir ki, bu əqidə şiə ictihadının faktorlarından və şiə fiqhinin əsaslarından biridir.[11]

250 illik dövrün xüsusiyyətləri

Şiə imamlarının hərəkatının konturları

İmamların şəxsiyyətinin vəhdəti nəzəriyyəsinə və Ərafiyə görə, imamların hüzurunun müxtəlif xətlərini və cəbhələrini dörd istiqamətdə təsvir etmək olar:

  • Ateizm xətti ilə intellektual, elmi və mədəni mübarizə;[12]
  • İki məqama - İslam birliyinin yadellilərə qarşı qorunmasına və şiəliyin etiqadi sərhədlərinin xalis İslam olaraq qorunmasına nəzərən digər İslam məzhəblərinin[13] teoloji və fiqhi düşüncələri ilə mübarizə;[14]
  • Şiəlik daxilində sapma və yad təmayüllərlə mübarizə;[15]

Dörd mərhələli bölgü

250 yaşlı insan nəzəriyyəsi İmamların (ə) siyasi həyatını zahiri fərqlərinə nəzərən dörd müxtəlif dövrə ayırıb.[17]

  1. Birinci dövr: 25 illik xilafət dövrünün başlanğıcı (ilk xəlifələr zamanında İmam Əlinin (ə) dövrü). Bu dövr səbir dövrü adlanır.[18]
  2. İkinci dövr: İmam Əlinin (ə) xilafət dövrünə (h. q. 35-40-cı illər) və İmam Həsənin (ə) qısa xilafət dövrünə təsadüf edən imamların (ə) hakimiyyətinin başlanğıc dövrü. Bu dövrün ən mühüm xüsusiyyəti haqqın sahibinə qayıtması və Allah Rəsulunun (s) hökuməti kimi inqilabi hökumətin qurulmasıdır.[19]
  3. Üçüncü dövr: İmamların (ə) hicri-qəməri 41-ci ildən 61-ci ilə qədər davam edən gizli və təşkilati fəaliyyət dövrü. Bu dövrün ən mühüm xüsusiyyəti mücahid əsgərlər vasitəsilə cəmiyyət arasında intellektual mühit yaratmaq və İmam Hüseynə (ə) kömək edə biləcək və məqsədə çatmaq üçün onun işini sahmanlayacaq insanlar yetişdirməkdir.[20]
  4. Dördüncü dövr: İmam Səccadın (ə) imaməti ilə eyni vaxtda başlamış və hicri 250-ci ilə qədər davam etmişdir. Bu dövrdə iki mühüm addım atıldı:[21]
  • İslamın dirçəlişi: Əməvilərin uzunmüddətli hakimiyyəti dövründə və ondan əvvəl İslam cəmiyyəti dəyişikliyə uğramış, xalis Məhəmməd (s) İslamının fikri əsasları unudulmuşdu. Bu səbəbdən imamlar (ə) İslamın fikri əsaslarını dirçəltməyə, bu illərdə cəmiyyətə yeridilən qeyri-islami düşüncələri sıradan çıxarmağa çalışmışlar.[22]
  • “Xalis İslamın ilkin fikir cərəyanını qorumaq”, “nizamlı siyasi cərəyan yaratmaq” və “islami düşüncə tərzinə bağlı olanlarla o nizamlı siyasi cərəyan arasında əlaqə yaratmaq” məqsədi ilə dini və gizli siyasi təşkilat yaradılması bu dövrün mühüm işlərindən hesab edilir. Çünki İmamın (ə) zərurət yarandıqda hərəkətə keçmək və hakim dairə ilə toqquşmaq niyyəti olsaydı, əvvəlcədən bu məqsədlə hazırlanmış bir qrup mücahid əsgərə ehtiyacı olacaqdı.[23]

Səkkiz mərhələli bölgü

Ərafi kitabının müqəddiməsində xilafət və imamət arasındakı qarşılaşmanı səkkiz mərhələdə izah edir:

  1. Həzrət Əlinin (ə) imamət dövrü;[24]
  2. Həzrət İmam Həsənin (ə) imamət dövrü;[25]
  3. Aşura qiyamı dövrü;[26]
  4. İmam Səccadın (ə) imamət dövrü;[27]
  5. İmam Baqir (ə)İmam Sadiqin (ə) imamət dövrü;[28]
  6. İmam Musa ibn Cəfərin (ə) imamət dövrü;[29]
  7. İmam Rzanın (ə) imamət dövrü;[30]
  8. Haqq cəbhənin qələbəsinə ümidin itməsi və siyasi sıxıntı dövrü. Bu dövr 9-cu imam həzrət Cavadın (ə) imamət dövründən başlayır və qeyb dövrü ilə başa çatır.[31]

250 yaşlı insan kitabı

Əsas məqalə: 250 yaşlı insan (kitab)

“250 yaşlı insan” kitabında Ayətullah Xameneinin 250 yaşlı insan nəzəriyyəsi ilə bağlı sözləri yer alıb. Bu kitab 2013-cü ildə Mərkəzi-Səhba nəşriyyatı tərəfindən 375 səhifə həcmində nəşr edilib.[32] Bu kitab 2013-cü ilin sonuna qədər 85 dəfədən çox təkrar nəşr edilib və ərəb, ingilis, urdu, İstanbul türkcəsi, kürd, azərbaycan, sindhi, hind, alman və tay dillərinə tərcümə edilib.[33]

İstinadlar

  1. Xamenei, Həmrəzmane Hüseyn, h.ş 1397, s.6
  2. Xamenei, Do imame Mocahid, h.ş 1396, s.61
  3. Siyahpuş, Siyasət, h.ş 1398, s.483
  4. Cəbraili, Rəvayəte rəhbəri, h.ş 1398, s.319
  5. Xamenei, Həmrəzmane Hüseyn, h.ş 1397, s.5, 99, 100, 236
  6. Ərafi, Xorşide Aşura, h.ş 1396, s.24-25
  7. Ğəffari, Əz nime Xordad, h.ş 1398, s.72; Xamenei, İnsane 250 sale, h.ş 1391, s.15
  8. Ğəffari, Əz nime Xordad, h.ş 1398, s.75
  9. Xamenei, Həmrəzmane Hüseyn, h.ş 1397, s.61
  10. Nəcəfi, Mullefehaye təməddonsaz dər məktəbe siyasiye İmam Rza (ə), h.ş 1396, s.29
  11. Ərafi, Xorşide Aşura, h.ş 1396, s.24-25
  12. Ərafi, Xorşide Aşura, h.ş 1396, s.31
  13. Ərafi, Xorşide Aşura, h.ş 1396, s.31
  14. Ərafi, Xorşide Aşura, h.ş 1396, s.31
  15. Ərafi, Xorşide Aşura, h.ş 1396, s.32
  16. Ərafi, Xorşide Aşura, h.ş 1396, s.33
  17. Xamenei, Həmrəzmane Hüseyn, h.ş 1397, s.61
  18. Xamenei, Həmrəzmane Hüseyn, h.ş 1397, s.118
  19. Xamenei, Həmrəzmane Hüseyn, h.ş 1397, s.124
  20. Xamenei, Həmrəzmane Hüseyn, h.ş 1397, s.124-148
  21. Xamenei, Həmrəzmane Hüseyn, h.ş 1397, s.124-150
  22. Xamenei, Həmrəzmane Hüseyn, h.ş 1397, s.150-151
  23. Xamenei, Həmrəzmane Hüseyn, h.ş 1397, s.154
  24. Ərafi, Xorşide Aşura, h.ş 1396, s.34
  25. Ərafi, Xorşide Aşura, h.ş 1396, s.35
  26. Ərafi, Xorşide Aşura, h.ş 1396, s.35-36
  27. Ərafi, Xorşide Aşura, h.ş 1396, s.36
  28. Ərafi, Xorşide Aşura, h.ş 1396, s.36-37
  29. Ərafi, Xorşide Aşura, h.ş 1396, s.38
  30. Ərafi, Xorşide Aşura, h.ş 1396, s.38
  31. Ərafi, Xorşide Aşura, h.ş 1396, s.39
  32. Xamenei, İnsane 250 sale, h.ş 1391, s.4, 5
  33. «انسان ۲۵۰ ساله تبیین استراتژی امامان در جریانِ مبارزه سیاسی», farsnews.ir saytı

Ədəbiyyat

  • Cəbraili, Yasir, Rəvayəte rəhbəri, h.ş 1398
  • Xamenei, Seyyid Əli, İnsane 250 sale, h.ş 1391
  • Xamenei, Seyyid Əli, Do imame mocahid, h.ş 1396
  • Xamenei, Seyyid Əli, Həmrəzmane Hüseyn, h.ş 1397
  • Siyahpur, Əmir, Siyasət, h.ş 1398
  • Ğəffari, Mustafa, Əz nime Xordad, h.ş 1398
  • Nəcəfi, Musa, Muləfehaye təməddonsaz dər məktəbe siyasiye İmam Rza (ə), Arma, h.ş 1396
  • Ərafi, Əli Rza, Xorşide Aşura, Qum, h.ş 1396
  • «انسان ۲۵۰ ساله تبیین استراتژی امامان در جریانِ مبارزه سیاسی», farsnews.ir saytı

Xarici keçid