250 yaşlı insan (kitab)

wikishia saytından
250 yaşlı insan
MüəllifAyətullah Xamenei
MövzuŞiə imamlarının siyasi həyatı
ÜslubTarix təhlili
DilFarsca
Düzəlişi iləİyman cihadi müəssisəsi (Səhba)
Cild sayı3 cild
Başqa dillərə tərcüməƏrəb, Türk, Azəri və s.
NəşriyyatSəhba mərkəzi
Nəşr edildiyi yerİran, Tehran
Nəşr tarixi2-ci cild, h.ş 1390; 3-cü cild h.ş 1398
Kitabın farsca adı250 yaşlı insan (ikinci cild)


Bu məqalə 250 yaşlı insan kitabı haqda yazılıb. 250 yaşlı insan nəzəriyyəsi ilə tanışlıq üçün bu məqaləyə daxil olun: 250 yaşlı insan nəzəriyyəsi

250 yaşlı insan (ərəbcə: إنسان بعمر 250 سنة) ünvanında olan kitab, İran islam respublikasının rəhbəri Ayətullah Xameneinin, Şiə imamlarının siyası həyatı haqqında etdiyi söhbətlərindən bir hissəsini əhatə edir. Bu kitabda əsas məqsəd, 250 yaşlı insanın nəzəriyyəsi əsasında, baxmayaraq ki, imamlar zahiri baxımdan fərqli insanlar olmuşlar amma ümumu olaraq hərəkatları bir olmuşdur. Peyğəmbərin (s) vəfatından sonra başlayaraq, hicrətin 260-cı ilinə qədər, yəni 250 il bu ideya davam etmişdir və bunlar hamısı (məsum imamlar) bu illər boyu İslam hakimiyyəti qurmaq ideyasında olmuşlar.

Kitabın məzmunu, İran rəhbərinin Şəmsi tarixi ilə 1359-cu illərdən 1389-cu illərə kimi etdiyi çıxışlardan və söhbətlərdən toplanmışdır. İntişarından bir müddət sonra, kitabın içindəkilər yeni üslübda və Ayətullah Xameinin digər çıxışlarından əlavələr olaraq, “hələqeye əvvəl” birinci dövrə və üçüncü dövrə adı ilə yenidən çapdan çıxmışdır.

“250 yaşlı insan” kitabı, Fars dilində təlif olunmuş və onun mətni 85 dəfədən çox yenilənərək çapa verilmişdir və bu kitab bir çox dillərə tərcümə edilmişdir.

Mövqe və əhəmiyyəti

“250 yaşlı insan” kitabı, İran islam Respublikasının rəhbəri və Şiələrin mərcəi təqlidi, Ayətullah Xamneinin, 250 yaşlı insan barəsində, İslam inqilabından öncə və İran camaatının Pəhləvi hökumətinin əleyhinə qalxdıxı dövürlərdə etdiyi söhbətlərindən götürülmüşdür.[1] Bu kitab dəfələrlə Fars dilində yenilənmiş və on dildən çox müxtəlif dillərə tərcümə edilmişdir.[2] Həmçinin İranda bu kitab əsasında təlim kursları[3] və müsabiqələr[4] təşkil olunmuşdur.

Yəmənin “Gələcək ədalət iqtidarı” təşkilatının rəhbəri, Seyyid Həsən Əli Əl İmadın dediklərinə görə, bu kitab, Yəmən Şiələrinin cihad və mübarizəyə olan təfəkkürünü tamamilə dəyişdirmişdir.[5]

Kitabın adı

“250 yaşlı insan,” Şiə imamlarının 250 illik imamət müddətinə, yəni peyğəmbərin (s) vəfatından (hicrətin 11-ci ili) hicrətin 260-cı il, Qeybəti suğranın başladığı dövrə qədər olan müddətə işarədir. Ayətullah Xamenei, onu 250 il ömür sürmüş bir insana oxşatmışdır.[6]

Mövzu və yanaşma

“250 yaşlı insan” kitabının müqəddiməsinə nəzər salsaq, kitabda bir neçə ümümi fikir və yanaşmanın şahidi olarıq:

  • Şiə imamları, yalnız elmi, etiqadi və kəlami mübarizələr aparmamışdır; bəlkə onların həyat yolları, siyasi yönümlü olmuşdur.[7]
  • Məsum imamlar, vahid şəxsiyyət, hədəf və məqsədə sahib olmuşlar.Onlar, Allahın rəsulu (s) vəfat etdiyi andan hicrətin 260-cı ilinə qədər, İslam Hakimiyyəti yaratmaq ideyasında olmuşlar.[8]
  • İmamlar, silahla mübarizə fikrində deyildilər; əlbətdə silahla mübarizə edənləri də tamamilə inkar etmirdilər.[9]

Tərtib və fəsillər

“250 yaşlı insan” kitabı, bir işarə, bir müqəddimə və 17 fəsildən təşkil olmuşdur.

Nəşr və tərcümə

“250 yaşlı insan” 2011-ci ildə, 375 səhifədə, Mərkəze səhba nəşriyyatı tərəfindən çap olunmuş[10] və 2020-ci ilin sonuna kimi, 85 dəfə yenidən çapdan çıxmışdır.[11]

Bu kitab, müxtəlif dillərə o cümlədən, Ərəb, İngilis, Ordu, Azərbaycan, Kürd, Türk, Hind, Sendi, Alman, Tailand,[12] Husa və Fransa dillərinə tərcümə edilmişdir.[13]

Onun Ərəb dilində tərcüməsi, “اهل البیت انسان بعمر ۲۵۰ عام” (Əhlul-bəyt insanun bi umri 250 amin) Əhməd Sami Vəhəbi tərəfindən tərcümə edilmiş və hicri tarixi ilə 1436-cı il, 398 səhifədə, Darul vila nəşriyyatı tərəfindən Beyrutda şapdan çıxmışdır.[14]

Təkmilləşdirilmiş dövrələr

250 yaşlı insan kitabı, 3-cü hissə

2019-cu ildə, “250 yaşlı insan” kitabı, oxucunu nəzərə alaraq təkmilləşdirilmiş və yenidən çapa verilmişdir.[15] Bu dövrədə (çap buraxılışında), Ayətullah Xameneinin 2017-ci ilə qədər etdiyi 600 digər söhbətlərindən istifadə edilərək, başqa iki əsəri təlif olunmuşdur.[16]

  • Birinci buraxılış: İlk çap əsasında, (2011-ci ildə şap edilmiş mətnlə) cavanlar üçün hazırlandı. Bu çap növbəsində misallar şəkillərə əsasən gətirilmişdir.[17]
  • Üçüncü buraxılış: Birinci və ikinci dövrələri təkmilləşdirmək məqsədilə, 900 səhifədə tədqiqatçılar və əhli beyt (ə) həyatını dəqiq mütaliə etmək istəyən insanları nəzərə alaraq, təlif edilmişdir.[18] Bu çap buraxılışı, 260 çıxışdan ibarətdir ki, onda tarixi hadisələr dəqiq olaraq təhlil və zərif nöqtələrə işarə olunmuşdur.[19] Bu dövrədə fəsillərin ünvanları ibarətdirlər:
  • Qısamüddətli həlledici səylər dövrü; imam Həsənin (ə) sülh müqaviləsindən, imam Hüseynin (ə) şəhadətinə kimi olan dövür
  • Uzunmüddətli həlledici səylər dövrü; imam Hüseynin (ə) şəhadətindən, imam Həsən Əskərinin (ə) şəhadətinə kimi olan müddət.[20]

Əlaqəli məqalələr

İstinadlar

  1. Ğəffari, Əz nime Xordad, h.ş 1398, s.74; Xamenei, İnsane 250 sale, h.ş 1391, s.15
  2. «انسان ۲۵۰ ساله تبیین استراتژی امامان در جریانِ مبارزه سیاسی», farsnews.ir saytı
  3. «دوره تربیت مدرس کتاب «انسان ۲۵۰ ساله» آغاز می‌شود», hawzahnews.com saytı
  4. «مسابقه کتابخوانی انسان ۲۵۰ ساله برگزار می‌شود», farhang.gov.ir saytı
  5. توزیع کتاب آیت‌الله خامنه‌ای در یمن، نگاه‌ها را تغییر داد, tasnimnews.com saytı
  6. İnsane 250 sale, h.ş 1390, s.16
  7. İnsane 250 sale, h.ş 1390, s.16-17
  8. İnsane 250 sale, h.ş 1390, s.17-18
  9. İnsane 250 sale, h.ş 1390, s.17
  10. İnsane 250 sale, h.ş 1390, s.4-5
  11. «انسان ۲۵۰ ساله تبیین استراتژی امامان در جریانِ مبارزه سیاسی», farsnews.ir saytı
  12. «انسان ۲۵۰ ساله تبیین استراتژی امامان در جریانِ مبارزه سیاسی», farsnews.ir saytı
  13. ترجمه «انسان ۲۵۰ ساله» به اردو و آذری, Təsnim saytı
  14. Vəhəbi, Əhlul-bəyt insanun bi umri 250 amin, Beyrut
  15. «انسان ۲۵۰ ساله» چگونه خلق شد؟, tasnimnews.com saytı
  16. «انسان ۲۵۰ ساله» چگونه خلق شد؟, tasnimnews.com saytı
  17. Xamenei, İnsane 250 sale, h.ş 1390, s.10
  18. Xamenei, İnsane 250 sale, h.ş 1390, s.11
  19. «انسان ۲۵۰ ساله» چگونه خلق شد؟, tasnimnews.com saytı
  20. Xamenei, İnsane 250 sale, h.ş 1398, 3-cü hissə

Ədəbiyyat

Xarici keçid