Bəyda məntəqəsi

wikishia saytından
(Beyda məntəqəsi səhifəsindən yönləndirilmişdir)
Bu məqalə Bəyda adlı bir məkan haqqındadır. Sufyaninin ordusunun bu yerdə batması hadisəsini öyrənmək üçün Bəyda hadisəsi adlı məqaləyə daxil olun.

Beyda (ərəbcə: البيداء) və ya Zatul-Ceyş Məkkə ilə Mədinə arasında Süfyanın ordusunun qiyamətdə məhv ediləcəyi yerdir. Rəvayətlərə əsasən, Süfyanın ordusu İmam Mehdi (ə.c) ilə döyüşmək üçün Məkkəyə gedəcək və Bəyda adlanan bu yerdə möcüzəvi şəkildə yerə batacaqdır.

Şiə fəqihləri bu yerdə namaz qılmağı məkruh bilirlər. Həmçinin fəqihlərə görə, Mədinədən Məkkəyə gedən hacılar üçün təlbihi (ləbbeyk demək) gecikdirmək daha yaxşıdır.

Məkanı və məsələnin önəmi

Hədislərdə Bəyda Məkkə ilə Mədinə arasında olan yerə deyilir.[1] İbn İdris Hilliyə görə, oradan Zul-Huleyfəyə (mədinəlilərin ehram bağladığı yer) qədər olan məsafə təxminən üç fərsəxdir.[2] Bu söz lüğətdə heç bir şeyin (su və bitkilərin) olmadığı səhraya deyilir.[3]

Bu termin hədis kitablarında yer alan zühurun əlamətləri babında[4] və fiqh kitablarının namaz[5] və həcc bablarında bəyan olunmuşdur.[6]

Xəsful Beyda: Zühurun əlaməti

Əsas məqalə: Bəyda hadisəsi

Rəvayətlərə görə, Xəsful-Beyda zühurun əlamətlərindəndir.[7] Xəsful-Beyda dedikdə, İmam Mehdi (ə.c) ilə döyüşmək üçün Məkkəyə yollanan Süfyanın ordusunun Beyda məntəqəsində yerə batması nəzərdə tutulur.[8] Buna görə də, bəzi rəvayətlərdə Beyda məntəqəsinə Zatul-Ceyş (ordu sahibi) də deyilir.[9]

İmam Baqirdən (ə) nəql olunan bir rəvayətdə bəyan olunur ki, axirəz-zamanda Süfyanın qoşunu Beydaya daxil olduqda, göydən bir carçı belə səslənəcək: “Ey səhra! o insanları məhv et”. Daha sonra Süfyanın ordusunu yer udacaq və üç nəfərdən başqa hamısı həlak olacaqdır.[10]

Fiqhi hökmləri

Fiqh kitablarında Beyda məntəqəsi ilə bağlı bəzi hökmlər qeyd edilmişdir:

  • Namaz qılmağın məkruh olması: Fiqhi mənbələrdə qeyd olunan rəvayətlərə əsasən bu səhrada namaz qılmaq məkruhdur.[11] Fəqihlər bu hökmün səbəbini buradakı Xəsf (Süfyani ordusunun yerə batması) ilə əlaqələndirirlər.[12]
  • Təlbih (ləbbeyk demək) deməyi gecikdirmək: Bəzi fəqihlərin fətvasına əsasən, Mədinədən həccə gedən hacıların üçün təlbihi (ləbbeyk demək: ləbbəeyk Allahummə ləbbeyk, ləbbeykə la şərikə ləkə ləbeyk. İnnəl həmdə və nimətə ləkə vəl mulk, la şərikə ləkə ləbbeyk) Bəyda məntəqəsinə qədər deməmək daha yaxşıdır.[13] Bəziləri isə, bu hökmün sadəcə həccə minik belində gedənlərə aid olduğunu bildirmişlər.[14] Sahib-Cəvahirin fikrinə əsasən, minikdə olan hacıların Bəydaya çatdıqda səsini qaldıraraq Təlbih deməsi müstəhəbdir.[15]

İstinadlar

  1. İbn Əsir, Ən-Nəhayə, h.q 1399, c.1, s.171; Yaqut Həməvi, Mucəmul-buldan, m. 1995, c.1, s.523
  2. İbn İdris, Əs-Sərair, h.q 1410, c.1, s.265
  3. İbn Əsir, Ən-Nəhayə, h.q 1399, c.1, s.171
  4. Numani, Əl-Ğeybə, h.q 1379, s.257, hədis 15
  5. İbn İdris, Əs-Sərair, h.q 1410, c.1, s.265; Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.8, s.349
  6. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.18, s.278
  7. Kuleyni, Əl-Kafi, h.q 1407, c.8, s.310; Şeyx Səduq, Əl-Xisal, h.ş 1362, c.1, s.303, hədis 82; Numani, Əl-Qeybə, h.q 1397, s.257, hədis 15; Sənani, Əl-Musənnəf, h.q 403, c.11, s.371, hədis 20769
  8. Səlimiyan, Fərhəngnameye Məhdəviyyət, h.ş 1388, s.211
  9. Kuleyni, Əl-Kafi, h.q 1407, c.3, s.90
  10. Numani, Əl-Qeybə, h.q 1397, s.280, hədis 67
  11. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.8, s.349
  12. İbn İdris, Əs-Sərair, h.q 1410, c.1, s.265
  13. Həkim, Müstəmsəkul-ürvətil-vüsqa, c.11, s.411, məsələ 20
  14. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.18, s.278
  15. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.18, s.278

Ədəbiyyat

  • İbn Əsir, Mubarək ibn Məhəmməd, Ən-Nəhayə, Beyrut, h.q 1399 \ m. 1979
  • İbn İdris hilli, Məhəmməd ibn Mənsur, Əs-Sərair, Qum, 2-ci çap, h.q 1410
  • Həkim, Seyyid Möhsin, Müstəmsəkul-ürvətil-vüsqa
  • Səlimiyan, Xodamurad, Fərhəngnameye Məhdəviyyət, Qum, 2-ci çap, h.ş 1388
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, əl-Xisal, Düzəliş: Əli Əkbər Ğəffari, Came mudərrisin, h.ş 1362
  • Sənani, Əbdür-Rəzzaq, Əl-Musənnəf, Beyrut, 2-ci çap, h.q 1403
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Düzəliş: Əli Əkbər Ğəffari, Tehran, 4-cü çap, h.q 1407
  • Nəcəfi, Məhəmməd Möhsin, Cəvahirul-kəlam, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1362
  • Numani, Məhəmməd ibn İbrahim, Kitabul-ğeybə, Düzəliş: Əli Əkbər Ğəffari, Tehran, Səduq nəşri, h.q 1397
  • Yaqut Həməvi, Yaqut ibn Abdullah, Mucəmul-buldan, Beyrut, Daru Sadir, m. 1995

Xarici keçid