Axərüz-zaman

wikishia saytından

Axərüz-zaman, (ərəbcə: آخر الزمان) bütün ilahi dinlərdə qeyd olunan, dünyanın son dövrü mənasını verən, dini termindir. Məşhur inanclarda axərüz-zaman qəribə hadisələrlə xarakterizə olunur. Bu dövrün ən mühüm xüsusiyyəti insanların dindarlığının azalması və ondan sonra bir xilaskarın zühur etməsidir. Axərüz-zaman xilaskarının zühurunun dəqiq tarixi məlum deyil və bu yalnız qiyamətə birləşəcək olan son dövr kimi tərif edilə bilər.

Etimoloji

Axərüz-zaman termini Qurani-Kərimdə işlənməmişdir, lakin Quranda bəşər cəmiyyətlərinin gələcəyi ilə bağlı ayələr görmək olar ki, bu ayələr insan həyatının gələcəyində tövhidədalətin hakimiyyətinə, xilafətə, yer üzündə salehlərin varisliyinə, haqqın batil üzərində qələbə çalmasına dəlalət edir. [1] Axərüz-zaman, İslami rəvayətlərində iki mənada işlənir:

  1. İslam Peyğəmbərinin (s) nübüvvətinin başlanmasından ta qiyamətin baş verməsinə qədər olan dövr;[2]
  2. On ikinci İmamın (ə.f) zühur dövrü.[3]

Bəzi rəvayətlərə əsasən, İslam Peyğəmbəri (s) axərüz-zaman peyğəmbəri hesab edilmişdir.[4] Həmçinin bir çox İslami rəvayətlərdə[5] “Axərüz-zaman” termini, xilaskarın (vədə verilmiş Mehdinin (ə.f)) zühur edəcəyi vaxt mənasında başa düşülür.[6] İslam və şiə rəvayətlərində axərüz-zaman xüsusiyyətləri olaraq ağır sınaqlar, axərüz-zaman fitnələri,[7] xilaskarın zühuru, haqq ilə batilin qarşıdurması,[8]həmçinin haqqın batil üzərində qələbəsi və dünyanın qızıl dövrü[9] kimi xüsusiyyətlər bəyan olunmuşdur.

Zaman təyini

İslami rəvayətlərdə bu dövrün nəinki dəqiq tarixi qeyd olunmur, hətta onun üçün dəqiq tarix təyin etmək də təkzib olunur.[10] Rəvayətlərə əsasən, xilaskarın zühur vaxtını Allahdan başqa heç kim bilmir və bu, qeyb elminin nümunələrindən hesab olunur. İmam Rza (ə) Peyğəmbərdən (s) nəql edir ki, vədə verilmişin qiyam zamanı, qiyamət kimidir. Onu Allahdan başqa heç kəs bilmir və qəfil baş verəcək.[11]

Nişanə və əlamətlər

İslami rəvayətlərdə axərüz-zaman üçün nişanə və əlamətlər qeyd edilmişdir ki, "Axərüz-zaman əlamətləri" adı ilə tanınır. Buna görə vədə verilmişin zühuru qiyamət gününə bənzədilir. Çünki qiyamət gününün əlamətləri olduğu kimi (İşratus-saəh), vədə verilmişin zühurunun da özündən öncə baş verəcək əlamətləri var.[12] Bəzi kitablarda bu əlamətlər zühur əsrinin mühüm hadisələri olduğu üçün "zühur əlamətləri" kimi tanınır.[13] Bu əlamətlərin bəziləri bunlardır:

Qiyamət əlamətləri ilə fərqi

Qurani-Kərim[34] və İslami rəvayətlərdə "İşratus-saəh" adlı bir termin vardır. "İşratus-saəh" bir qrup hadisələrdir ki, onların reallaşması, qiyamətin baş verməsinin əlamətidir.[35] Buna görə də hədis icmalarının sahibləri "İşratus-saəh" başlığı ilə bir fəsil açmışlar.[36]

Lakin bəzi sünni mənbələrində və bəzi şiə hədis icmalarında Mehdinin (ə.f) zühur əlamətləri ilə qiyamətin yaxınlaşması əlamətləri qarışdırılır. Bir halda ki, "axərüz-zaman" bu dünyanın son hissəsidir, amma "İşratus-saəh" qiyamətin baş verməsinin əlamətləridir.[37]

Xilaskarın zühurundan sonra

Bu əlamətlərin görünməsindən sonra növbə axərüz-zamanın ən mühüm hadisələrindən biri sayılan, xilaskarın zühuruna çatır.[38]İmam Mehdinin (ə.f) zühurundan sonra baş verəcək olan ən mühüm hadisələrdən aşağıdakıları qeyd etmək olar:

  • Zülm və fəsadla mübarizə və onun kökünün kəsilməsi;[39]
  • Bəşəriyyəti günah, zülm, fitnə və fəsad sıxıntılarından xilas etmək, onun bu dövrdə reallaşacaq hədəflərindən biridir. Necə ki, Həzrət Əli (ə) buyurmuşdur: “Mehdinin (ə.f) hökuməti dövründə zina məclisləri, şərab içmə və riba aradan qaldırılacaqdır”; [40]
  • Həqiqi İslamın bərpası, bütün dünyada Allaha ibadət və təkallahlılığın bərqərar olması;[41]
  • Dinin yayılması və ümumiləşdirilməsi;[42]
  • Dini dəyər və fəzilətlərə, o cümlədən dinin hökm və əmrlərinə dəqiqliklə əməl etməyə çalışmaq;[43]
  • Ədalətin və bərabərliyin bərqərarı. Elə bir şəkildə ki, xalq arasında mal-mülk bərabər bölünsün;[44]
  • Təhlükəsizliyin bərqərarı. Elə bir şəkildə ki, cəmiyyət üzvlərinin canı, malı və ləyaqəti başqalarının təcavüzündən amanda olsun[45] və xilaskar vasitəsi ilə yollar əmin-amanlıq tapsın;[46]
  • Ümumi camaat üçün rahatlıq və rifahın yaradılması.[47] Elə bir şəkildə ki, bütün yeməklər insanlar üçün əlçatan olsun və insanlar mal-mülkdən asanlıqla istifadə edə bilsinlər;[48]
  • Bütün dünyada abadlığın inkişafı;[49]
  • Camaat arasında sevgi, dostluq və səmimiyyətin yaradılması. Elə bir şəkildə ki, insan ehtiyac duyduğu şeyi heç bir məhdudiyyət olmadan din qardaşının əmanətindən götürə bilsin;[50]
  • Ağılların kamilləşməsi və insanın ilahi təlimlərdən bəhrələnməyə hazırlanması;[51]
  • Elmin bütün cəhətlərdən inkişafı və genişlənməsi, həmçinin cəmiyyətdəki fərdlərin ən kamil elmi nailiyyətlərdən faydalanması;[52]
  • Allahın kitabı və Rəsulullahın (s) sünnəsinə əməl edilməsi.[53]

İsa Məsihin (ə) qayıdışı

İslami rəvayətlərə görə, zühur əsrinin ən mühüm hadisələrindən biri də Həzrət İsanın (ə) göydən enməsidir.[54] Bu rəvayətlərdən belə çıxır ki, o, axərüz-zamanın qlobal inqilabında iştirak edəcək və ədaləti bərqərar etmək üçün səmadan enəcək, lakin İmam Mehdinin (ə.f) bayrağı altında olacaq, müstəqil hərəkət etməyəcək. Həzrət İsa (ə) Fələstin torpağına enəcək, Mehdiyə (ə.f) salam verəcək, onun arxasında namaz qılacaq və Dəccalın öldürülməsinə kömək edəcək.[55]

Rəcət

Xilaskarın zühurundan və onun fəaliyyətindən sonra, dünyanın qızıl dövründə ən mühüm hadisələrdən biri Rəcətdir. Rəcət bəzi insanların yenidən dirilməsi deməkdir ki, bu da bir qrup saleh şəxslərə və bir qrup pis əməl sahiblərinə şamil olur.[56]

Başqa dinlərdə

Axərüz-zaman məsələsi başqa dinlərdə də müxtəlif surətlərdə irəli sürülmüşdür.

Xristianlıqda

* Xristianlıqda axərüz-zamanın etimologiyası:

Xristiyanlar arasında Həzrət İsanın (ə) qayıdışının baş verəcəyi bir dövrdən bəhs edilir. Məsihin qayıdışı Müqəddəs kitabda üç yüz dəfədən çox yad edilmiş və bir neçə tam fəsil bu mövzuya həsr edilmişdir.[57]

Bəziləri hətta iddia edirdilər ki, Məsihin qayıdışının düzgün başa düşülməsi, Müqəddəs kitabın açarıdır.[58] Onların inancına görə, Məsih axərüz-zamanda yenidən gələcək və qurtuluş planını tamamlayacaq.[59] Onlar inanırlar ki, Məsih qayıdanda dünya səadət üzü görəcək, o xilaskarın zühurundan sonra dünya kamil sülh və əmin-amanlıq içində yaşayacaq,[60] dünyada müharibə və qan tökülməsi dayanacaq, millət millətə qılınc çəkməyəcək.[61] Bu dövrdə haqqın batil üzərində qələbəsi Xristian mədəniyyətində və İncildə aydın bir məsələdir[62] və onların nəzərində bütün dünyanın xilaskarı Məsihdir.[63]

* Axərüz-zaman əlamətləri və xilaskarın zühuru:

Müqəddəs kitabda Məsihin gəlişi sayılan xilaskarın zühuru üçün aşağıdakı əlamətlər qeyd edilmişdir:

  1. İnsanlar günahkar olanda və dünya zülmlə dolanda, Məsih zühur edəcək.[64]
  2. Dünya xalqları və ölkələri bir-biri ilə müharibəyə qalxacaq, müxtəlif yerlərdə qıtlıq və zəlzələlər olacaq.[65]
  3. O müsibətlərdən sonra günəş qaralacaq və ayın nuru olmayacaq.[66]
  4. Müqəddəs kitaba əsasən, Dəccalın (Məsihin əleyhinə) zühuru da İsanın zühurundan öncə baş verəcək hadisələrdən biridir.[67]

Yəhudilikdə

* Yəhudilikdə axərüz-zamanın etimologiyası:

Yəhudi dinində "Son günlər" və ya "Allahın günü" (Yahova günü) dəfələrlə qeyd edilmişdir. Bu dövr yəhudilərin milli əzəmətinin son yüksəliş səviyyəsinə çatacağı və günahkarların məhv ediləcəyi dövrdür.[68] Yəsinin (Davudun atası) nəslindən Allahın ruhunun qərar tapdığı, hikmətli, Allahdan qorxan bir padşah zühur edəcək və dünyanı ədalət, yaxşılıq və bərəkətlə dolduracaqdır. Necə ki, qurd quzu ilə yaşıyacaq və bəbir isə keçi balası (çəpiş) ilə yatacaqdır.[69] Allahın günü, dünya tarixinin öz kamilliyinə və son nöqtəsinə çatdığı gündür.[70]

* Maşih kimdir?

Bu parlaq gələcək, möcüzələrlə dolu yeni dövrü başlamaq üçün Allah tərəfindən bir missiyası olan "Maşih" xarakteri ətrafında mərkəzləşəcək. “Maşih” və onun missiyasına, Talmud yüzlərlə işarə etmişdir.[71] Ümumi etiqad bunadır ki, “Maşih” Davud padşahın nəslindən olacaqdır və yəhudi alimlərinin ədəbiyyatında o, Davudun oğlu adlandırılır.[72] Maşihin müxtəlif adları vardır. Yəhudi alimlərinin təfsirinə görə Maşihdən bəhs edən İncil ayələri Şilo,[73] Binon,[74] Hənina[75] və Menhem bin Hizqiya[76] kimi müxtəlif adlar müəyyən etmişdir.

* Maşihin zühurundan öncəki hadisələr:

Maşihin zühur vaxtı hökumətlər arasında şiddətli müharibələr baş verər: “Nə vaxt görsən ki, hökumətlər bir-biri ilə müharibəyə qalxır, “Maşih”in qədəmlərini gözləyin, çünki bu, İbrahim peyğəmbərin (s) dövründə də olub. Elə ki, dövlətlər bir-biri ilə müharibəyə qalxdılar, İbrahim nicat tapdı”.[77] “Maşih”in zühuru çətinliklərlə və dözülməz məşəqqətlərlə müşayiət olunacaq və onun zühurundan əvvəl dünyada hərc-mərclik və fitnə-fəsad özünün ən yüksək həddinə çatacaq. Həyatın problem və çətinlikləri dözülməz hala gələcək. Bu çəkişmələr və hökumətlər arası müharibələr, Qaq və Maqaq (Yəcuc və Məcuc) müharibələri adlanır.[78]

* Maşihin zühurundan sonrakı hadisələr:

  1. Xəstələrin sağalması;[79]
  2. Ağacların meyvəsinin bol bəhrə verməsi;[80]
  3. Viranəliklərin abad olması;[81]
  4. Yerusəlimin yenidən qurulması;[82]
  5. Bütün təbiətdə sülhün bərqərar olması;[83]
  6. Dünyada ağlaşma və şivənin məhv olması;[84]
  7. Dünyada ölümün olmaması.[85]

* Maşihin padşahlıq müddəti:

Yəhudi alimləri bu dövrün müddəti ilə bağlı müxtəlif nəzəriyyələr irəli sürmüş və bunun qırx il, yetmiş il, yüz il, altı yüz il, dörd yüz il, min il, iki min il və yeddi min il olacağı proqnozlaşdırılmışdır. [86]

Zərdüştlükdə

* Zərdüştlükdə axərüz-zamanın etimologiyası:

Zərdüştlük dinində də axərüz-zamanın islahatçı və xilaskarının zühuru vurğulanır. Bu dində, bir kosmik güc və ya “Ahuraməzda” adlı “Xeyir-bərəkət ruhu”, eyni zamanda “Əhrimən” adlı “böyük şər ruh” və ya təzad kosmik bir güc meydana çıxır. Tarix boyu bu iki qüvvə axərüz-zamana qədər qarşıdurma içərisindədir və həmin zaman xeyir şərə qalib gələcək. Sülh, paklıq və “Ahuraməzda”nın yüksələn dövrü gəlib çatacaq. Suşyansın (və ya Suşyantın) zühuru ilə axərüz-zaman başlayacaq.[87]

* Suşyant kimdir:

Zərdüştün şeirləri olan “Qatha” ya “Qahan”ın bir misrasında, gələcəkdə gələcək və nicat yolunu tapan bir kişidən bəhs edilir.[88] Həmçinin Qathada Zərdüştün xilaskarı olan Suşyant (Xeyir verən) sözünə bir neçə dəfə rast gəlirik.[89] Fərşukrati (dünyanı kamilləşdirmək) sözü də Qahanda[90] qeyd olunan terminlərdən biridir ki, axərüz-zamana işarə edir. Əhrimən və onun qüvvələrinin zəifliyi və sonda məhvindən sonra dünya ilkin mükəmməlliyinə qayıdacaq (Qatha Yəsnavhat). Buna görə də, Suşyans və ya Suşyant dünyanın sonunda zühur edəcək. Suşyant Qalib adlanır və həmçinin Stut Ert (o kəs ki, onun həyatının feyzindən bütün insanlar ölməz olar)[91] də adlanacaq.[92] Avestada “Suşyant” sözü ən azı səkkiz, “Stut Ert” isə ən azı iki dəfə işlənmişdir.

Dünyanı yeniləmək, pislikləri və zülməti aradan aparmaq, vədə verilmiş islahatçının zühurdan sonra görəcəyi işlərdir.[93] Bu vədə verilmiş islahatçının köməkçiləri haqqında deyilmişdir ki, onlar gözəl fikirlərə, gözəl sözlərə, gözəl əməllərə və gözəl dinə sahibdirlər və heç vaxt yalan danışmazlar.[94]

İstinadlar

  1. Əraf surəsi, ayə 128-137; Ənbiya surəsi, ayə 105-106; İsra surəsi, ayə 81; Qəsəs surəsi, ayə 5-6, Nur surəsi, ayə 55; İbrahim surəsi, ayə 13-15; Nisa surəsi, ayə 105; Saffat surəsi, ayə 171-173; Ənfal surəsi, ayə 71; Tövbə surəsi, ayə 33; Fəth surəsi, ayə 28; Mücadilə surəsi, ayə 21; Həcc surəsi, ayə 41
  2. Məclisi, Buharul-ənvar, h.q 1403, c.9, s.286
  3. İrbili, Kəşful-ğummə, h.q 1433, c.4, s.199
  4. Məclisi, Buharul-ənvar, h.q 1403, c.9, s.286
  5. Hakim Nişaburi, Əl-Mustədrək, c.4, s.491; İrbili, Kəşful-ğummə, h.ş 1381, c.3, s.265; Əbdül-Əziz Müqəddəsi, Əqdud-durər, h.q 1425, s.91
  6. Tirmizi, Səhih Tirmizi, h.q 1403, c.2, s.46
  7. Qummi, Təfsirul-Qummi, h.q 1387, c.2, s.307
  8. İrbili, Kəşful-ğummə, h.q 1433, c.3, s.266-267
  9. İrbili, Kəşful-ğummə, h.q 1433, c.3, s.262-263
  10. Kuleyni, Əl-Kafi, h.ş 1375, c.3, s.11
  11. Musəvi İsfəhani, Mikyalul-Məkarim, h.q 1483, c.2, s.160
  12. Şeyx Səduq, Kəmalud-din, c.2, s.588
  13. Şeyx Tusi, Əl-Ğeybə, h.ş 1350, s.340
  14. Şeyx Tusi, Əl-Ğeybə, h.ş 1350, s.304
  15. İrbili, Kəşful-ğummə, h.ş 1381, c.3, s.247, s.251
  16. Məclisi, Buharul-ənvar, h.q 1403, c.6, s.303
  17. Şübbər, Həqqul-yəqin fi mərifəti usulid-din, h.q 1375, s.126
  18. Şeyx Səduq, Kəmalud-din, c.2, s.649
  19. Qəzvini, Əl-İmamul-Mehdi minəl-mehdi iləz-Zühur, s.311; İrbili, Kəşful-ğummə, h.ş 1381, c.3, s.247
  20. Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.52, s.181; Muslim, Səhih Muslim, c.4, s.21-22
  21. Hənəfi, Usulud-din, s.201
  22. Seyyid ibn Tavus, Əl-Məlahimu vəl-fitən, s.97
  23. Yəzdi Hairi, İlzamun-nasib, s.102
  24. Rəcəb Bursi, Məşariqu ənvaril-yəqin, s.72
  25. Xəzai, Əl-Fitən, s.36
  26. İbn Kəsir Dəməşqi, Ən-Nəhayətu fil-fitən, h.q 1408, s.40-41
  27. Qummi, Təfsirul-Qummi, h.q 1387, c.2, s.307
  28. Xəzai, Əl-Fitən, s.27
  29. Qummi, Təfsirul-Qummi, h.q 1387, c.2, s.307
  30. Rəcəb Bursi, Məşariqu ənvaril-yəqin, s.72
  31. Hənəfi, Usulud-din, s.206
  32. Hakim Nişaburi, Əl-Mustədrək, c.4, s.484
  33. Xəzai, Əl-Fitən, s.63
  34. Məhəmməd surəsi, ayə 81
  35. Təbatəbai, Əl-Mizan, h.q 1402, c.8, s.236
  36. Məclisi, Buharul-ənvar, h.q 1403, c.52, s.181; Muslim, Səhih MUslim, c.4, s.22-47
  37. Əsğəri, "Axiruz-zaman, h.ş 1387, c.1, s.27
  38. Təbatəbai, Əl-Mizan, h.q 1402, c.7, s.391; Xəzai, Əl-Fitən, s.60
  39. Qunduzi, Yənabiul-məvəddə, h.q 1416, c.2, s.528
  40. Safi Qolpayqani, Muntəxəbul-əsər, h.q 1422, s.474
  41. Əhməd, Əl-Burhan fi erabi ayatil-Quran, h.q 1422, c.2, s.121
  42. Təbərsi, Məcməul-bəyan, c.3, s.25
  43. Safi Qolpayqani, Muntəxəbul-əsər, h.q 1422, s. 475
  44. Mömin ibn Həsən, Nurul-əbsar, s.347; Əllamə Məclisi, Buharul-ənvar, h.q 1403, c.51, s.74
  45. Nəhcül-bəlağə, xütbə 131
  46. Müfid, Əl-İrşad, h.q 1413, c.2, s.381; Şeyx Tusi, Əl-Ğeybə, h.ş 1350, s.468
  47. Əbdül-Əziz Əl-Müqəddəsi Əqdud-durər, h.q 1425, s.211
  48. Hakim Nişaburi, Əl-Mustədrək, c.4, s.558
  49. Səduq, Əmali, h.ş 1362, s.231; Safi Qolpayqani, Muntəxəbul-əsər, h.q 1422, s.168
  50. Məclisi, Biharul-ənvar, h.q 1403, c.52, s.372
  51. Safiq Qolpayqani, Muntəxəbul-əsər, h.q 1422, s.483
  52. Qutbuddin Ravəndi, Əl-Xəraicu vəl-cəraih, h.q 1409, c.2, s.841
  53. Kuleyni, Əl-Kafi, h.ş 1375, c.8, s.396; Əbdül-Əziz Əl-Müqəddəsi Əqdud-durər, h.q 1425, s.74
  54. Rəcəb Əl-Bursi, Məşariqu ənvaril-yəqin, s.74
  55. Məclisi, Biharul-ənvar, h.q 1403, c.51, s.485
  56. Əsğəri, Axəruz-Zəman, h.ş 1387, c.1,s .28
  57. Müqəddəs kitab, Matta, bab 24, 25; Markos, bab 13; Luka, bab 21
  58. Doktor Hünəri, Əl-İlahiyyatu Məsihi, s.327
  59. Yuhanna, bab 4, ayə 42; İbraniyan, bab 9, ayə 28
  60. Əşiya, bab 2, ayə 7
  61. Əşiya, bab 2, ayə 4
  62. Yuhanna, bab 4, ayə 42
  63. Əşiya, bab 2, ayə 7; Makos, bab 9, ayə 11-13
  64. Əşiya, bab 48, ayə 11
  65. Matta, bab 24, ayə 7
  66. Matta, bab 24, ayə 29; Luka, bab 21, ayə 23-25
  67. Yuhanna, bab 2, ayə 18
  68. Amus, bab 5, ayə 18-20; bab 2, ayə 12-17
  69. Amus, bab 1, ayə 18; Hosea, bab 2, ayə 20-25; Micah, bab 5, ayə 26; Yeremya, bab 23, ayə 56; Ezekiel, bab 11, ayə 17-20; Malachi, bab 3, ayə 16; bab 4, ayə 5
  70. Əşiya, bab 52, ayə 13; bab 53, ayə 5
  71. Abraham, Xoda, cəhan, insan və Maşih dər amuzehaye Yəhud, s.257
  72. Abraham, Xoda, cəhan, insan və Maşih dər amuzehaye Yəhud, s.259
  73. Peydayeş, 10:49
  74. Davudun Zəburu, 72:17
  75. Yeremya 16:13
  76. Yeremya 1:16
  77. Peydayeş, bab 14
  78. Əşiya, bab 60, ayə 21
  79. Ezekiel, bab 9, ayə 47
  80. Ezekiel, bab 9, ayə 47
  81. Ezekiel, bab 16, ayə 55
  82. Əşiya, bab 54, ayə 11-12
  83. Əşiya, bab 11, ayə 6-8
  84. Əşiya, bab 65, ayə 19
  85. Əşiya, bab 25, ayə 8
  86. Abraham, Xoda, Cəhan, İnsan və Maşih dər amuzehaye Yəhud, s.273
  87. Can Nas, Tarixe came ədyan, s.318
  88. Gatha, 43:3
  89. Gatha, 45:11
  90. Gatha, 30:9
  91. Purdavud, Fərvəhər, h.ş 1374, s.15
  92. Avesta, c.1, s.405-430,
  93. Avesta, c.1, s.487
  94. Avesta Zamyad Yəşt, 95

Ədəbiyyat

  • İbn Kəsir Dəməşqi, İsmail ibn Ömər, Ən-Nəhayətu fil-fitən, Təhqiq edən: Məhəmməd Əhməd Əbdül-Əziz, Beyrut, h.q 1408
  • İrbili, Əli ibn İsa, Kəşful-ğummə, Təbriz, h.ş 1381
  • Əsğəri, Məhəmməd Cavad, Axəruz-zəman, Dər daneşname Kəlame İslami, c.1, Qum, İmam Sadiq müəssisəsi, h.ş 1387
  • Avesta, Qozareş və pejuheşe Doktor Cəlil Dustxah, h.ş 1370
  • Pur Davud, İbrahim, Fərvəhər, Tehran, h.ş 1374
  • Tirmizi, Məhəmməd ibn İsa, Səhih Tirmizi, Beyrut, h.q 1403
  • Hairi Yəzdi, Əli, İlzamun-nsaib fi isbati huccətil-ğaib, Mühəqqiq: Seyyid Əli Aşur, Beyrut
  • Hakim Nişaburi, Məhəmməd ibn Abdullah, Əl-Mustədrək, Mühəqqiq: Mustafa Əbdül-Qadir Əta, Beyrut, darul-kutubil-elmiyyə
  • Xəzai, Nəim ibn Həmmad, Əl-fitən, Beyrut, Darul-kutubil-elmiyyə
  • Rəcəb Bursi, Əl-Hafiz, Məşariqu ənvaril-yəqin fi israri Əmirəl-möminin (ə), Beyrut
  • Seyyid ibn Tavus, Əli ibn Musa, Əl-Məlahimu vəl-fitənu fi zuhuril-ğaibil-muntəzər, Qum
  • Seyyid Rəzi, Məhəmməd ibn Hüseyn, Nəhcül-bəlağə, Tərcümə edən: Məhəmməd Dəşti, Qum, h.ş 1379
  • Şübbər, Seyyid Əbdül-Ber, Həqul-yəqin fi mərifəti usulid-din, Nəcəf, h.q 1375
  • Mömin ibn Həsən, Nurul-əbsar, Mühəqqiq: Şeyx Əbdül-Varis Məhəmməd Əli, Beyrut, Darul-kutubil-elmiyyə
  • Safi Qolpayqani, Lütfullah, Muntəxəbul-əsər, Qum, h.q 1422
  • Səduq, Məhəmməd ibn Əli, Kəmalud-din, Beyrut
  • Səduq, Məhəmməd ibn Əli, İslamiyyə kitabxanası, h.ş 1362
  • Təbatəbai, Məhəmməd Hüseyn, Əl-Mizan, Beyrut, h.q 1402
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Tehran, Məkətəbtul-elmiyyətil-İslamiyyə
  • Tusi, Məhəmməd ibn Həsən, Əl-ğeybə, Tərcümə edən: Şeyx Məhəmməd Razi, Tehran, Enteşarate ketabfuruşi İslamiyyə
  • Qəzvini, Məhəmməd Kazim, Əl-İmamul-Mehdi minəl-mehdi iləz-zühur, Beyrut
  • Qutbud-din Ravəndi, Məhəmməd Kazim, Səid ibn Abdullah, Əl-Xəraicu vəl-həraic, Qum, İmam Mehdi (ə.f) müəssisəsi, h.q 1409
  • Qummi, Əli ibn İbrahim, Təfsirul-Qummi, Nəcəf, h.q 1387
  • Qunduzi Hənəfi, Süleyman ibn İbrahim, Yənabiul-məvəddə, h.q 1416
  • Müqəddəs kitab, Təfsirli tərcümə: Əhde qədim və Əhde cədid
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Usulul-kafi, Qum, Usvə nəşriyyatı, h.ş 1375
  • Gathe, Tərcümə edən: Bozorqmehr Kiyani, Cam nəşriyyatı, h.ş 1382
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403
  • Müfid, Məhəmməd ibn Numan, Əl-İrşad, Təhqiq; Alul-Beyt (ə) müəssisəsi, Qum, h.q 1413
  • Musəvi İsfəhani, Məhəmməd Təqi, Mikyalul-məkarim, Tərcümə: Mehdi Hairi Qəzvini, Qum, darus-səqəleyn, h.ş 1383
  • Can Nas, Tarixe came ədyan, Tərcümə: Əli Əsğər Hikmət, Piyruz nəşriyyatı, h.ş 1354
  • Nişaburi, Muslim ibn Həccac, Səhih Muslim, Darul-kutubil-elmiyyə
  • Əbdül-Əziz Əl-Muqəddəsi, Yusif ibn Yəhya, Əqdud-durəri fi əxbaril-muntəzər, Qum, Cəmkəran məscidi nəşriyyatı, h.q 1425


Xarici keçid