Bişr ibn Bəra
Yaşadığı yer | Mədinə |
---|---|
Mühacir / Ənsar | Ənsar |
Nəsəb / Qəbilə | Xəzrəc qəbiləsi |
Qohum əqrəba arasında tanınmış şəxslər | Bəra ibn Mərur |
Ölüm günü və məkanı | H.q 7 və ya 8 |
İslam dininə gəlmə zamanı | İkinci Əqəbə beyəti zamanı |
İştirak etdiyi döyüşlər | Bədr, Ühüd, Xəndək və Xeybər |
Bişr ibn Bəra (h.q. 7 və ya 8 / miladi 628 və ya 629), (ərəbcə: بشر بن براء) Peyğəmbər (s) səhabələrindən və Xəzrəc qəbiləsinin Bəni Sələmə qolundan idi.[1] Atası Bəra ibn Mərur, anası isə Xəlisə bint Qeys idi.[2] Bişr ibn Bəra atası ilə birlikdə ikinci Əqəbə beyətində İslamı qəbul etdi[3] və Peyğəmbər (s), hicrətdən sonra onunla Vaqid ibn Abdullah Təmimi arasında qardaşlıq əqdi bağladı.[4]
Bişr, Bədr, Ühüd və Xəndək kimi əksər döyüşlərdə iştirak etmişdir.[5] Bəni Sələmə qolunun başçısı Cədd ibn Qeys olsa da, görünür, Peyğəmbər (s) Bəni Sələmə camaatının ondan narazı qaldığını nəzərə alaraq Bişri, onların rəhbəri elan etmişdi.[6] Rəvayətə görə, Bişr, h.q. 7-ci ildə "Xeybər" döyüşündə bir neçə səhabə ilə birlikdə Peyğəmbər (s) üçün bir yəhudi qadının gətirdiyi zəhərli ətdən yemiş və zəhərlənmişdir.[7] Bəzi rəvayətlərə əsasən, o, bir illik xəstəlikdən sonra vəfat etmişdir.[8]
İstinadlar
- ↑ İbn Hişam, Əs-Siyrətun-Nəbəviyyə, c.1, s.697, c.3, s.358; İbn Əbdül-Birr, Əl-İstiab, c.1, s.167
- ↑ İbn Həcər, Əl-İsabə, c.8, s.107
- ↑ İbn Səd, Ət-Təbəqatul-kübra, c.3, s.570; İbn Hişam, Əs-Siyrətun-Nəbəviyyə, c.2, s.86
- ↑ İbn Səd, Ət-Təbəqatul-kübra, c.3, s.570; İbn Əsir, Usidul-ğabə, c.1, s.183
- ↑ Vaqidi, Əl-Məğazi, c.1, s.169, s.243, c.2, s.677-678; İbn Hişam, Əs-Siyrətun-Nəbəviyyə, c.2, s.333, 354, c.3, s.342, 352. 358; İbn Səd, Ət-Təbəqatul-kübra, c.3, s.571; Şeyx Tusi, Rical, s.9
- ↑ Vaqidi, Əl-Məğazi, c.1, s.591; İbn Hişam, Əs-Siyrətun-Nəbəviyyə, c.1, s.461; Bəlazuri, Ənsabul-əşraf, c.1, s.274; Əbu Nəim, Mərifətus-səhabə, c.3, s.76; Zəhəbi, Siyru əlamin-nübəla, c.1, s.269
- ↑ Vaqidi, Əl-Məğazi, c.1, s.678; İbn Hişam, Əs-Siyrətun-Nəbəviyyə, c.1, s.103-104; Xəlifə, Tarix, c.1, s.52
- ↑ İbn Səd, Ət-Təbəqatul-kübra, c.3, s.571; İbn Əbdül-Birr, Əl-İstiab, c.1, s.167
Ədəbiyyat
- İbn Əsir, Əli, Usidul-ğabə, Bulaq, h.q 1280
- İbn Səd, Məhəmməd, Ət-Təbəqatul-kübra, Beyrut, Daru sadir
- İbn Əbdül-Birr, Yusuf, Əl-İstiab, Qahirə, h.q 1380
- İbn Hişam, Əbdül-Məlik, Əs-Siyrətun-Nəbəviyyə, Qahirə, h.q 1355
- Əbu Nəim, Əhməd, Mərifətus-səhabə, Mədinə, h.q 1408
- Bəlazuri, Əhməd, Ənsabul-əşraf, Qahirə, m.1959
- Xəlifə ibn Xəyyat, Tarix, Dəməşq, m.1960
- Zəhəbi, Məhəmməd, Siyru əlamin-nübəla, Beyrut, h.q 1406
- Şeyx Tusi, Məhəmməd, Rical, Nəcəf, h.q 1380
- Vaqidi, Məhəmməd, Əl-Məğazi, London, m.1966
Xarici keçid
- دایرة المعارف بزرگ اسلامی, farsca məqalə