Hiyazət

wikishia saytından

Hiyazət (ərəbcə: الحيازة) ya hiyazəti mübahat xüsusi bir sahibi olmayan və istifadəsində hamının şərik olduğu daşınan mübah əmlaka (bir məkandan başqa bir məkana daşınması mümkün olan əmlak) yiyələnməkdir. Məsələn, balıq tutmaq, ümumi çaylardan su götürmək, otlaqlardan, ovdan, sahibsiz yerlərdəki odun və otdan istifadə etmək.

Fəqihlərin fikrincə və hiyazət qaydasına əsasən, əgər bir şəxs mübah əmlaklardan bir şey əldə edərsə, onun sahibi olar. Onlar bu hökm və qaydanın qanuniliyi üçün Qurana, hədislərə və ağıl sahiblərinin yoluna istinad ediblər. Bəzi fəqihlərin fikrincə, hiyazət edən kəsin, əldə olunan malın sahibi sayılması üçün onun yetkin, ağıllı və rəşid (maliyyə işlərini islah və idarə edə bilən) olması lazımdır. Əldə edilmiş mal da daşınan əmlak olmalıdır. Çünki, daşınmaz əmlaka yiyələnmək icazəli deyil.

Hiyazətin icarə, şəriklik və vəkilliklə düzgün olmasına dair fəqihlər arasında ixtilaf var. Həsən Nəzərinin yazdığı "iqtisadi yanaşmalı hiyazət qaydası" kitabı "مَن حَازَ مَلِكَ" (hər kəs hiyazət etsə, malik olar) qaydasını araşdırıb.

Tərif

Hiyazət daşınan mübah şeylərə yiyələnmək deməkdir.[1] Daşınan mübah şeylər xüsusi sahibi olmayan, istifadəsində bütün insanların şərik olduğu və normal istifadəsi yaxud sahibliyi üçün heç bir şəri maneəsi olmayan təbii resurslardır. Məsələn, balıq tutmaq, ümumi çaylardan su götürmək, otlaqlar, quru və dəniz ovları, sahibsiz yerlərdəki odun və ot.[2]

Hiyazət fiqhi mətnlərdə müstəqil bir mövzu kimi bəhs olunmayıb, amma icarə, şəriklik və vəkillik kimi ünvanlarla yanaşı bəhs olunub.[3]

Hökümlər

Hiyazəti mübahat mülkiyyətə səbəb olur. Məsələn, bir nəfər çaydan yaxud dənizdən balıq tutarsa, onun sahibi olar.[4] Amma mülkiyyətin necə ələ gəlməsi barəsində fəqihlər arasında fikir ayrılığı mövcuddur.[5] Onlardan bəziləri bu fikirdədirlər ki, mülkiyyətin əldə olunması niyyət və mülkiyyət qəsdinə bağlıdır. Digərləri isə hiyazətin qəsd və niyyətə ehtiyacının olmamasına və hiyazətin özünün malik olmağa kifayət etməsinə inanırlar.[6] İmam Xomeyni (1900-1989) Təhrir əl-Vəsilə kitabında bu nəzərdədir ki, abadlıq və malikiyyətə sahib olan, lakin zamanla dağılmış və hal-hazırda müəyyən sahibi olmayan yerlər və qalıqlarla bağlı hiyazət (yiyələnmək) icazəlidir. Hakimdən icazə almaq lazım deyil. Amma sahibi bilinməyən yerlərlə bağlı hiyazətdə ehtiyat budur ki, hakimdən icazə alınsın.[7]

Otlaqların, odunun, vəhşi heyvanların, su mənbələrinin və s. kimi şeylərin hiyazəti adətə uyğun olaraq həyata keçirilir.[8] Məsələn, otlağa yiyələnmək oradakı otlardan istifadə etməklə, vəhşi heyvanlara yiyələnmək onları ovlamaqla baş tutur.[9]

Hiyazətin şərtləri

  • Bir şeyi hiyazət edən kəsin, onun sahibi olmasından ötrü ağıllı, yetkin və rəşid (maliyyə işlərini islah və idarə edə bilən) olması lazımdır.[10] Bəzi fəqihlərin fikrincə, hiyazət "uqud" və "iqaat"-a daxil olmadığına görə, niyyətə ehtiyacı yoxdur. Buna görə də, uşaqlar da hiyazət olunmuş malın sahibi olurlar.[11]
  • Hiyazət olunan mal daşınan mübah əmlak olmalıdır. Daşınmaz əmlakın hiyazəti icazəli deyil.[12]

Vəkilliklə olan hiyazət

Şeyx Tusiİbn İdris Hilli kimi bəzi şiə fəqihləri başqasına vəkil olaraq həyata keçirilən hiyazəti düzgün saymırlar.[13] Bunun müqabilində müasir şiə fəqihlərdən olan Ayətullah Xoyi başqasına vəkil olaraq həyata keçirilən hiyazəti icazəli bilir və hiyazət üçün olan vəkillikdə müvəkkilin hiyazət olunmuş malın sahibi olmasına etiqad bəsləyir.[14]

Hiyazətdə icarə (əcir tutmaq)

Hiyazət üçün əcir tutmağın icazəli olması barəsində fəqihlər arasında fikir ayrılığı mövcuddur. Şeyx TusiMühəqqiq Hilli kimi bəzi alimlər onun icazəli olduğunu deyiblər.[15] Əllamə Hilli hiyazət olunmuş malın əcir tutana yoxsa əcir tutulana aid olmasının məlum olmamasına görə, hiyazət üçün əcir tutmağın icazəli olmadığını bildirib.[16]

Fəqihlərin bəziləri deyiblər ki, əgər təkcə hiyazətin özü malikiyyətə səbəb olarsa, bu zaman mübah hiyazət üçün əcir olan kəs hiyazət olunmuş malın sahibi olar. Buna görə də, hiyazətdə icarə düzgün deyil. Amma əgər təkcə hiyazətlə malikiyyət yaranmazsa və malikiyyət üçün qəsdə yaxud niyyətə ehtiyac olarsa, bu zaman icarə düzgündür.[17]

Hiyazətdəki şəriklik

Hiyazət şərikli şəkildə də həyata keçirilir.[18] Hiyazətdəki şəriklik bir neçə nəfərin bir qabla hər hansı bir suyu götürməkdə ya ağacı qoparmaqda ya balıq toru ilə bir balığı tutmaqda və bu kimi şeylərdə şərik olması ilə baş verir.[19] Şərik olan tərəflərin hər birinin payı-pay təyin olunmadığı təqdirdə-bərabər yaxud hər birinin səy və rolu miqdarında olması barəsində fikir ayrılığı mövcuddur.[20]

Hiyazət qaydası

Hiyazət qaydası fiqhdə "مَن حَازَ مَلِكَ" (hər kəs hiyazət etsə, malik olar) başlıqlı bir qaydadır. Bu qaydaya əsasən, hər kəs mübah bir şeyi hiyazət etsə, onun sahibi olar.[21] Təqlid müctəhidlərindən olan Ayətullah Məkarim Şirazinin nəzərinə əsasən, "مَن حَازَ مَلِكَ" ünvanlı xüsusi bir mətn yaxud hədis yoxdur. Əksinə, bu başlıq müxtəlif hədislərdən ələ gəlir.[22] Mustafa Mühəqqiq Damad "Fiqh qaydaları" kitabında deyir:

Cəvahir kitabının sahibi مَن حَازَ مَلِكَ cümləsinin hədislərdə gəldiyini güman edib. Halbuki, yuxarıdakı cümlə nə Əhli-sünnə mətnlərində var, nə də şiə mənbələrində. Əksinə, bu, fəqihlərin başqa ifadələrlə gəlmiş rəvayətlərdən ələ gətirdikləri hökmü ifadə edir.[23]

Hiyazət qaydasının dəlilləri və istinadları

Fəqihlərin fikrincə, hiyazət qaydasının dəlilləri bunlardan ibarətdir:

  • Quran

Məşhur fəqihlər hiyazət qaydası üçün Bəqərə surəsinin 29-cu ayəsinə "yerdə olan hər bir şeyi sizin üçün yaradan Odur" istinad ediblər.[24] Bu ayəyə əsasən, yer üzündə mövcud olan bütün mübah şeylər insanın ona sahiblənməsi üçün yaradılıb və onlardan hər hansı bir şeyi əldə edən kəs onun sahibi olur.[25]

  • Hədislər

Hədislərin birində İmam Sadiqdən (ə) belə nəql olunub: "Bir nəfər çöllükdə, sahibi tərk etdiyi bir mal yaxud bir heyvan taparsa və onu ehya edərsə (canlandırarsa), onun sahibi olar. Belə şeylər əşyalar kimi mübah sayılır."[26] Başqa bir rəvayətdə İmam Sadiqdən (ə) belə nəql olunub: "(Mübah) bir şeyə əl qoyan (ona yiyələnən) kəs həmin şeyin sahibi olur.[27] Fəqihlər bu rəvayətləri və quşlar, ovlanmış heyvanlar, dəniz balıqları kimi şeylərin malikiyyətinə hökm olunmuş rəvayətləri nəzərə alaraq, hiyazət yolu ilə əldə edilmiş hər bir malın hiyazət edənin mülkiyyətinə keçməsini başa düşmüşlər.[28]

  • Ağıllı insanların yolu

Hiyazət yolu ilə mübah əmlaka malik olmaq ağıllı insanların gördüyü işlərdəndir[29] və şəriət də onun düzgünlüyünü təsdiqləyib.[30] Seyyid Ruhullah Musəvi Xomeyninin (r.) sözlərinə görə, bəşər sivilizasiyasının əvvəlindən qəbul edilmiş yol ehya (canlandırma) və hiyazət yolu ilə malikiyyətin hasil olması olub və peyğəmbərlərin, övliyaların, möminlərin heç biri onu inkar etməyib.[31]

Monoqrafiya

"İqtisadi yanaşmalı hiyazət qaydası" kitabı Həsən Nəzərinin hiyazət barəsində yazılmış əsəridir. Bu əsərdə hiyazət qaydası fiqhi, hüquqi və iqtisadi cəhətdən araşdırılıb. "Bustane Kitab" nəşriyyatı bu kitabı 2006-cı ildə çap edib.

İstinadlar

  1. Muəssisətu dairətil-məarif Əl-Fiqhul-İslami, Fərhənge fiqhe farsi, h.ş 1387, c.3, s.390
  2. Muəssisətu dairətil-məarif Əl-Fiqhul-İslami, Fərhənge fiqhe farsi, h.ş 1387, c.7, s.304; Məkarim Şirazi, Xutute iqdisade İslami, h.ş 1360, c.1, s.72
  3. Muəssisətu dairətil-məarif Əl-Fiqhul-İslami, Fərhənge fiqhe farsi, h.ş 1387, c.3, s.390-391
  4. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.26, s.321
  5. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.26, s.321
  6. Şəhid Sani, Məsalikul-əfham, h.q 1413, c.4, s.328
  7. Xomeyni, Təhrirul-vəsilə, c.2, s.187
  8. Məkarim Şirazi, Əl-Qəvaidul-fiqhiyyə, h.ş 1383, c.2, s.129-130
  9. Məkarim Şirazi, Əl-Qəvaidul-fiqhiyyə, h.ş 1383, c.2, s.129-130
  10. Nəbiniya, "Bərresiye qaideye hazə mulk" dər fiqh və hüquq movzue İran, s.24
  11. İsfahani, Vəsilətun-nəcat, h.ş 1380, c.1, s.483; Səbzivari, Muhəzzəbul-əhkam, h.q 1413, c.21, s.120
  12. Mühəqqiq Damad, Qəvaide fiqh, h.q 1406, c.1, s.259
  13. Şeyx Tusi, Əl-Məbsut, h.q 1387, c.2, s.363; İbn İdris Hilli, Əs-Sərair, h.q 1410, c.2, s.85
  14. Xoyi, Minhacus-salihin, h.q 1410, c.2, s.203
  15. Şeyx Tusi, Əl-Məbsut, h.q 1387, c.2, s.358; Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.2, s.153
  16. Əllamə Hilli, Qəvaidul-əhkam, h.q 1413, c.2, s.290
  17. Muəssisətu dairətil-məarif Əl-Fiqhul-İslami, Fərhənge fiqhe farsi, h.ş 1387, c.4, s.159-162
  18. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.26, s.290
  19. Muəssisətu dairətil-məarif Əl-Fiqhul-İslami, Fərhənge fiqhe farsi, h.ş 1387, c.3, s.391
  20. Muəssisətu dairətil-məarif Əl-Fiqhul-İslami, Fərhənge fiqhe farsi, h.ş 1387, c.3, s.391
  21. Məkarim Şirazi, Əl-Qəvaidul-fiqhiyyə, h.ş 1383, c.2, s.121
  22. Məkarim Şirazi, Əl-Qəvaidul-fiqhiyyə, h.ş 1383, c.2, s.121
  23. Əllamə Hilli, Qəvaidul-əhkam, h.q 1413, c.1, s.250
  24. Bəqərə surəsi, ayə 29
  25. Müstəfəvi, Əl-Qəvaidul-fiqhiyyə, h.q 1421, c.1, s.280-281
  26. Hürr Amili, Vəsailuş-şiə, h.q 1424, c.17, s.364
  27. Hürr Amili, Vəsailuş-şiə, h.q 1424, c.17, s.366
  28. Mühəqqiq Damad, Qəvaide fiqh, h.q 1406, c.1, s.250
  29. Mühəqqiq Damad, Qəvaide fiqh, h.q 1406, c.1, s.251
  30. Məkarim Şirazi, Əl-Qəvaidul-fiqhiyyə, h.ş 1383, c.2, s.122
  31. İmam Xomeyni, Kitabul-bey, h.q 1410, c.3, s.38

Ədəbiyyat

  • İbn İdris Hilli, Məhəmməd ibn Mənsur, Əs-Sərair, Qum, Dəftəre enteşarate İslami, h.q 1410
  • İsfahani, Seyyid Əbül-Həsən, Vəsilətun-nəcat, Tehran, 1-ci çap, h.ş 1380
  • İmam Xomeyni, Ruhullah, Kitabul-bey, Qum, İsmailiyyan müəssisəsi, h.q 1410
  • Xoyi, Seyyid Əbül-Qasim, Minhacus-salihin, Qum, Mədinətul-elm nəşri, h.q 1410
  • Xomeyni, Ruhullah, Təhrirul-vəsilə, Tehran
  • Nəbiniya və Möhsin, "Bərresiye qaideye hazə mulk" dər fiqh və hüquq movzue İran, h.ş 1392
  • Səbzivari, Seyyid Əbdül-Əli, Muhəzzəbul-əhkam, Qum, Darut-təfsir, h.q 1413
  • Şəhid Sani, Zeynuddin ibn Əli, Məsalikul-əfham, Qum, h.q 1413
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Əl-Məbsut, Tehran, Mürtəzəvi nəşri, h.q 1387
  • Əllamə Hilli, Həsən ibn Yusif, Qəvaidul-əhkam, Qum, h.q 1413
  • Muəssisətu dairətil-məarif Əl-Fiqhul-İslami, Fərhənge fiqhe farsi, Qum, h.ş 1387,
  • Mühəqqiq Damad, Seyyid Mustafa, Qəvaide fiqh, Tehran, Ulume islami nəşri, h.q 1406
  • Müstəfəvi, Seyyid Məhəmməd Kazim, Əl-Qəvaidul-fiqhiyyə, Qum, İslami nəşr müəssisəsi, 4-cü çap, h.q 1421
  • Məkarim Şirazi, Nasir, Əl-Qəvaidul-fiqhiyyə, Qum, h.ş 1383
  • Məkarim Şirazi, Nasir, Xutute iqdisade İslami, Qum, 1-ci çap, h.ş 1360
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Beyrut, h.ş 1362,

Xarici keçid