Məzmuna keç

Mükəlləf olma yaşı

wikishia saytından

Mükəlləf olma yaşı (ərəbcə: سن التكليف) şəri baxımdan elə bir xüsusi dövrə işarə edir ki, həmin vaxtdan etibarən insana dini vəzifələri yerinə yetirmək vacib olur və ilahi hədlər (şəriətin təyin etdiyi cəzalar) onun barəsində tətbiq olunur.[1]

Şiə fəqihlərinin məşhur rəyinə görə, oğlanlarda mükəlləf olma yaşı on beş hicri qəməri ili tamam olanda (təqribən 14 il 6 ay 12 gün şəmsi ilə), qızlarda isə doqquz hicri qəməri ili tamam olanda (təqribən 8 il 8 ay 20 gün şəmsi ilə) başlayır.[2] Bu baxış məsum imamlardan (ə) nəql olunmuş rəvayətlərə əsaslanır.[3]

Qızların mükəlləf olma yaşı barəsində müxtəlif fikirlər söylənilmişdir[4] ki, bu da əsasən rəvayətlərdəki ixtilafdan qaynaqlanır.[5] Hicri şəmsi təqvimi ilə 14-cü əsrin şiə fəqihlərindən Məhəmməd İshaq Fəyyaz[6] və Yusif Sanei[7] qızların mükəlləf olma yaşını on üç il hesab etmişlər. Onların ən mühüm dəlili Əmmar Sabatinin İmam Sadiqdən (ə) nəql etdiyi rəvayətdir.[8] Bu rəvayətdə həm oğlanların, həm də qızların mükəlləf olma yaşı on üç il göstərilmişdir.[9]

Bəzi digər fəqihlər isə rəvayətlər arasındakı fərqləri cəm etmək üçün müxtəlif dini vəzifələr arasında fərq qoymuşlar.[10] Məsələn, Feyz Kaşani (vəf. 1091 h.q.) qızların mükəlləf olma yaşını fərdi işlərdə, məsələn, namazorucda 13 yaş, hədlərin (cəza hökmlərinin) icrasında 9 yaş, itq (azad etmə) və vəsiyyət kimi məsələlərdə isə 10 yaş olaraq qəbul etmişdir.[11]

Mükəlləf olma yaşı məsələsi bilavasitə həddi-buluğla (yetkinliklə) əlaqəlidir və fiqhin müxtəlif növlərində mükəlləf olmanın şərtlərindən biri kimi müzakirə olunmuşdur.[12] Fəqihlər mükəlləf olma yaşına çatmağı həddi-buluğun meyarlarından biri sayırlar.[13]

İstinadlar

  1. Rəcai, Əl-Məsailul-fiqhiyyə, h.q 1421, s.166; Kuleyni, Əl-Kafi, h.q 1407, c.7, s.197-198
  2. Nümunə üçün baxın: Bəhrani, Əl-Hədaiqun-nazirə, h.ş 1363, c.20, s.348
  3. Rəcai, Əl-Məsailul-fiqhiyyə, h.q 1421, s.159
  4. Nümunə üçün baxın: Feyz Kaşani, Məfatihuş-şəraye, c.1, s.14
  5. Nümunə üçün baxın: Burucerdi, Cameu əhadisiş-şiə, h.q 1415, c.1, s.353 və c.20, s.181-182; Nur Mofidi, Bərresiye fiqhi buluğe doxtəran, h.ş 1395, s.201
  6. «تغییر فتوای یکی از مراجع تقلید درباره سن تکلیف دختران», Hövzənin rəsmi internet adresi
  7. Sanei, Buluğe doxtəran, h.ş 1386, s.35-36
  8. Rəcai, Əl-Məsailul-fiqhiyyə, h.q 1421, s.168
  9. Burucerdi, Cameu əhadisiş-şiə, h.q 1415, c.1, s.353
  10. Nur Mofidi, Bərresiye fiqhi buluğe doxtəran, h.ş 1395, s.252-253
  11. Feyz Kaşani, Məfatihuş-şəraye, c.1, s.14
  12. Cənnati, Nəzəriyyeye təhəvvole şəriət ba təhəvvole zəman, Dər kitabe buluğe doxtəran (Mehdi Mehrizinin səyi ilə), h.ş 1376, s.269
  13. Şeyx Tusi, Əl-Məbsutu fi fiqhil-İmamiyyə, h.q 1387, c.2, s.283; Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.26, s.42

Ədəbiyyat

  • Bəhrani, Yusif, Əl-Hədaiqun-nazirə fi əhkamil-itrətit-tahirə, Qum, İslami nəşr müəssisəsi, h.ş 1363
  • Burucerdi, Seyid Hüseyn, Cameu əhadisiş-şiə, Qum, Mehr nəşri, h.q 1415
  • «تغییر فتوای یکی از مراجع تقلید درباره سن تکلیف دختران», Hövzənin rəsmi internet adresi
  • Cənnati, Məhəmməd İbrahim, Nəzəriyyeye təhəvvole şəriət ba təhəvvole zəman, Dər kitabe buluğe doxtəran (Mehdi Mehrizinin səyi ilə), Qum, h.ş 1376
  • Rəcai, Seyid Məhəmməd, Əl-Məsailul-fiqhiyyə, Qum, Elmiyyə nəşriyyatı, 1-ci çap, h.q 1421
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Əl-Məbsutu fi fiqhil-İmamiyyə, Düzəliş: Məhəmməd Baqir Mehbudi, Tehran, Əl-Məktəbətul-Mürtəzəviyyə, 3-cü çap, h.q 1387
  • Sanei, Yusif, Buluğe doxtəran, Qum, Meyzəm Təmmar, h.ş 1386
  • Feyz Kaşani, Məhəmməd ibn Şah Mürtəza, Məfatihuş-şəraye, Təhqiq: Seyid Mehdi Rəcai, Mərəşi Nəcəfi adına kitabxana, h.q 1401
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Düzəliş: Əli Əkbər Ğəffari və Məhəmməd Axundi, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Beyrut, Daru ihyai turasil-ərəbi, h.ş 1362
  • Nur Mofidi, Seyid Müctəba, Bərresiye fiqhi buluğe doxtəran, Qum, Mərkəze fiqhi əimmeye əthar (ə), h.ş 1395