Şəri səfər

wikishia saytından
(Müsafir səhifəsindən yönləndirilmişdir)

Şəri səfər (ərəbcə: السفر الشرعي) – İslam fiqhində dörd rükətli namazların iki rükət qılındığı (qəsr) və oruc tutulmadığı səfər. Bəqərə surəsinin 184-cü ayəsində müsafirin orucunun, Nisa surəsinin 101-ci ayəsində isə müsafirin namazının hökmlərindən söz açılır.

İzahlı şəriət kitablarında dini səfərin gerçəkləşməsi üçün səkkiz şərt nəzərdə tutulmuşdur. Bu şərtlərdən birinə əsasən, səfər məsafəsi ən azı səkkiz fərsəx (40 ilə 45 km arası) olmalı, gediş məsafəsi isə dörd fərsəxdən az olmamalıdır.

Dini səfərin digər şərtlərinə görə, haram məqsədlə səfərə çıxan adam səfərdə namazlarını bütöv qılmalı, səfər ramazan ayında həyata keçərsə, oruc tutmalıdır.

Tərifi

Dini səfər, dörd rükətli namazların iki rükət qılındığı (qəsr) və oruc tutulmadığı səfərə deyilir.[1] Fiqhi hökümlərə əsasən, öz yaşadığı yerdən səfərə gedən adam müəyyən şərtlər çərçivəsində dini müsafir sayılır və bir sıra hökümlərə riayət etməlidir.[2]

Şəri səfəri gerçəkləşdirən şərtlər

İslam fiqhində , səkkiz şərti özündə birləşdirən adam şəri müsafir sayılır:

  1. Səfər məsafəsi ən azı səkkiz fərsəx (40 ilə 45 km arası) olmalı, gediş məsafəsi isə dörd fərsəxdən az olmamalıdır;
  2. Səfərin başlanğıcından etibarən, səkkiz fərsəx qət etmək fikrində olmalıdır;
  3. Yolun yarısında fikrindən daşınmamalıdır;
  4. Səkkiz fərsəx boyu öz doğulduğu yerdən keçməməli və ya getdiyi yerdə on gün və ya on gündən çox qalmamalıdır;
  5. Səfəri haram məqsədli olmamalıdır;
  6. Daim biyabanlarda dolaşan, özləri və ya heyvanları üçün su və ya yemək tapdıqları yerdə qalan və bir müddətdən sonra isə başqa yerə köçən köçəri olmamalıdır;
  7. İşi, məsələn, sürücü kimi, səfər etmək olmamalıdır;
  8. Tərəxxüs məsafəsinə çatmalıdır. Yəni öz şəhərindən şəhərin divarlarını görməyəcək və orada azan veriləndə səsini eşitməyəcək qədər uzaqlaşmalıdır.[3]

Dini səfər haqqında Quran ayələri və hədislər

“Bəqərə” surəsinin 184-cü ayəsi səfərdə oruc tutmağın hökmünü izah edir: “Sizdən kim xəstə və ya səfərdə olarsa, tutmadığı günlərin sayı qədər başqa günlərdə oruc tutsun…” Bəzi fəqihlər müsafirin orucunun hökmünü bu ayəyə istinadla bəyan ediblər.[4]

Nisa surəsinin 101-ci ayəsində isə səfərdə namaz haqqında söz açılmışdır: “Yer üzündə səfərə çıxdığınız zaman, əgər kafirlərin sizə zərər yetirəcəklərindən qorxsanız, namazı qısaltmağınız sizə günah deyil. Həqiqətən, kafirlər sizin açıq-aşkar düşməninizdir”. Bəzi fiqhi kitablarda səfərdə namaz qılmağın hökmünü bu ayəyə istinadən bəyan ediblər.[5]

“Vəsail əş-Şiə” kitabında “Müsafirin namazı” bölümündə müsafirin namazının hökümləri haqqında 248 hədis nəql edilmişdir.[6] Eləcədə, oruca aid bölümlərdə mövzu ilə əlaqədar 99 hədis qeyd edilmişdir.[7]

Müsafirin namazı

Müsafirin namazının bəzi hökümləri:

  • Müsafir zöhür, əsər və işa namazlarını qəsər, yəni iki rükət (qəsr) qılmalıdır;[8]
  • Müsafir tərəxxüs həddinə çatmazdan qabaq namazlarını qəsər qılmamalıdır. Yəni öz şəhərindən şəhərin divarlarını görməyəcək və orada azan veriləndə səsini eşitməyəcək qədər uzaqlaşmalıdır;[9]
  • Səfərdə ikən namazın vaxtı yetişsə və namazın vaxtı başa çatmazdan qabaq yaşadığı yerə qayıtsa, namazını bütöv qılmalıdır. Eləcədə, səfər başlamazdan qabaq namazın vaxtı yetişsə, lakin namaz qılmadan yoluna davam etsə, namazın vaxtı başa çatmadığı təqdirdə, namazını qəsr qılmalıdır.[10]
  • Namaz qazaya getdiyi kimi də yerinə yerinə yetirilməlidir. Beləki, əgər qəsər qılmalı olduğu halda namazı qəzaya egdibsə, hətta səfərdə olmasa belə, qəsər qılmalıdır. Əgər namazı bütöv qılmalı olduğu halda namazı qəzaya gedibsə, hətta səfərdə olsa belə, bütöv qılmalıdır.[11]
  • Haram məqsədlə, məsələn, oğurluq məqsədi ilə səfərə çıxan adam namazını bütöv qılmalıdır.[12]

Müsafirin orucu

Müsafirin orucunun bəzi hökümləri:

  • Səfərdə dörd rükətli namazları iki rükət qılmalı olan müsafir oruc tutmamalıdır və eləcədə səfərdə namazı bütöv qılmalı olan, məsələn, işi səfərə getmək olan və yaxud haram məqsədlə səfərə gedən müsafir səfərdə oruc tutmalıdır.[13]
  • Günortadan sonra səfərə gedən oruc tutan şəxs orucunu axıradək tutmalıdır.[14]
  • Oruc tutan adam öz yaşadığı yerə və yaxud on gün qalmaq istədiyi yerə günortadan sonra çatarsa, həmin gün oruc tutmamalıdır.[16]
  • Oruc tutan adam öz yaşadığı yerə və yaxud on gün qalmaq istədiyi yerə günortadan qabaq çatarsa, orucu pozan bir iş görmədiyi təqdirdə, həmin gün oruc tutmalıdır. Orucu pozan iş gördüyü təqdirdə isə, həmin gün oruc tutmaq ona vacib deyil.[17]

Sünnilərin nəzəri

Seyyid Əbdülhüseyn Şərəfüddinin (1873/1957) bildirdiyinə görə, sünni fəqihlər dini səfər zamanı oruc tutmağı caiz bilirlər. Yəni, onlara görə, müsafir səfərdə oruc tuta və ya tutmaya bilər.[18] Səfərdə namaz qılmaq haqqında da fikirləri belədir. Təkcə hənəfilərə və kufilərə görə, səfərdə namaz qəsr qılınmalıdır.[19]

İstinadlar

  1. Muəssiseye dairətul-məarife fiqhe İslami, Fərhənge fiqh, h.ş 1392, c.4, s.469
  2. Bəni Haşim Xomeyni, Tozihul-məsaile mərace, h.ş 1381, c.1, s.683
  3. Bəni Haşim Xomeyni, Tozihul-məsaile mərace, h.ş 1381, c.1, s.683-707
  4. Əllam Hilli, Muntəhiul-mətləb, h.q 1412, c.9, s.315; Fazil Kazimi, Məsalikul-əfham ila ayatil-əhkam, h.ş 1365, c.1, s.332-333
  5. Musəvi Səbzəvari, Muhəzzəbul-əhkam, h.q 1413, c.9, s.309; Sübhani, Əl-İnsafu fi məsailin damə fiyha Əl-Xilaf, h.ş 1381 \ h.q 1423, c.1, s.325
  6. Hürr Amili, Vəsailuş-şiə, h.q 1409, c.8, s.451 - 539
  7. Hürr Amili, Vəsailuş-şiə, h.q 1409, c.10, s.173-209
  8. Bəni Haşim Xomeyni, Tozihul-məsaile mərace, h.ş 1381, c.1, s.683
  9. Bəni Haşim Xomeyni, Tozihul-məsaile mərace, h.ş 1381, c.1, s.707
  10. Bəni Haşim Xomeyni, Tozihul-məsaile mərace, h.ş 1381, c.1, s.733
  11. Bəni Haşim Xomeyni, Tozihul-məsaile mərace, h.ş 1381, c.1, s.733
  12. Bəni Haşim Xomeyni, Tozihul-məsaile mərace, h.ş 1381, c.1, s.695
  13. Bəni Haşim Xomeyni, Tozihul-məsaile mərace, h.ş 1381, c.1, s.951
  14. Bəni Haşim Xomeyni, Tozihul-məsaile mərace, h.ş 1381, c.1, s.953
  15. Bəni Haşim Xomeyni, Tozihul-məsaile mərace, h.ş 1381, c.1, s.951
  16. Bəni Haşim Xomeyni, Tozihul-məsaile mərace, h.ş 1381, c.1, s.953
  17. Bəni Haşim Xomeyni, Tozihul-məsaile mərace, h.ş 1381, c.1, s.994
  18. Şərafuddin, Məvsuətul-İmam Şərafuddin, h.q 1431, c.4, s.56
  19. Şərafuddin, Məvsuətul-İmam Şərafuddin, h.q 1431, c.4, s.51

Ədəbiyyat

  • Bəni Haşim Xomeyni, Seyyid Məhəmməd Möhsin, Tozihul-məsaile mərace, h.ş 1381, Qum
  • Sübhani, Cəfər, Əl-İnsafu fi məsailin damə fiyha Əl-Xilaf, h.ş 1381 \ h.q 1423, İmam Sadiq (ə) müəssisəsi
  • Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə, Qum, Alul-beyt (ə) müəssisəsi, 1-ci çap, h.q 1409
  • Şərafuddin, Seyyid Əbdül-Hüseyn, Məvsuətul-İmam Şərafuddin, h.q 1431, Beyrut
  • Əllamə Hilli, Həsən ibn Yusif, Muntəhiul-mətləb, Məşhəd, 1-ci çap, h.q 1412
  • Fazil Cavad Kazimi, Cavad, Məsalikul-əfham ila ayatil-əhkam, Tehran, Mürtəzəviyyə, h.ş 1365
  • Muəssiseye dairətul-məarife fiqhe İslami, Fərhənge fiqh, 1-ci çap, h.ş 1392
  • Müsəvi Səbzəvari, Seyyid Əbdül-Əli, Muhəzzəbul-əhkam, Qum, h.q 1413