Tərəxxüs həddi
Bu məqalə bir fiqhi məfhum haqqında məlumat xarakterli yazılmışdır. Ona görə də dini əməlləri yerinə yetirmək üçün meyar ola bilməz. Dini ayinlər üçün başqa mənbələrə müraciət edin. |
Tərəxxüs həddi (ərəbcə: حد الترخص) o məsafəyə deyilir ki, müsafir həmin məsafədən sonra (dörd rəkətli namazlarını) iki rəkətli olaraq qılmalıdır və öz orucunu aça bilər. Hədislərə əsasən, tərəxxüs həddi şəhərin azanının eşidilmədiyi və divarlarının görünmədiyi yerdir.
Şəri məsafə ilə tərəxxüs həddinin fərqi
Namazın səfərdə yarı olmasının şərtlərindən biri də odur ki, insan öz yaşadığı yerdən xaric olsun və onun gedib qayıtması ən azı səkkiz fərsəx (40 kilometrdən 45 kilometrə qədər) olmuş olsun. Səkkiz fərsəxə şəri məsafə deyilir.[1]
Müsafir müəyyən bir məsafəni getdikdən sonra öz (4 rəkətli namazlarını) yarı qılmalıdır və orucunu aça bilər. Bu müəyyən məsafə tərəxxüs həddi adlanır. Bu meyar (şəri) vətənə və ya 10 gündən çox qalınacaq yerə çatanda da keçərlidir.[2]
Tərəxxüs həddinin miqdarı
Şiə imamlarının hədislərinə əsasən, tərəxxüs həddi bir şəhərin və ya kəndin divarlarının görünmədiyi və azanının eşidilmədiyi yerdir.[3] Şiə fəqihləri arasında bu iki şərtin birlikdə olmalı olduğu və ya birinin kifayət etdiyi haqqında fikir ixtilafı vardır.[4] İranın bəzi yollarında şəhərlərin tərəxxüs həddini göstərən tablolar asılmışdır.[5]
Fəqihlərin divarların görünüb görünməməsində olan meyarları düz yerdə olan adi binalardır. Böyük şəhərlər yarandıqdan və azanın mediya vasitəsi ilə verilməsindən sonra tərəxxüs həddinin müəyyənləşdirilməsi çətinləşmişdir. Bəzi fəqihlərin fikrincə, böyük şəhərlərdə tərəxxüs həddinin meyarı məntəqənin axırıncı divarlarıdır, şəhərin divarları deyildir.[6]
Hökmləri
- Şiə fəqihlərinin çoxunun fətvasına əsasən oruc tutan şəxs səfərin əvvəlində tərəxxüs həddinə çatmazdan əvvəl öz orucunu açarsa o günün qəzasından əlavə olaraq kəffarə də verməlidir.[7]
- Bəzi təqlid-mərcələrinin fətvasına əsasən, müsafirin on gün qalmağı nəzərdə tutduğu yerin tərəxxüs həddindən çıxması onun (4 rəkətli namazlarının) yarı olmasına səbəb olur. Əlbəttə, onların bəzisi gün ərzində bir və ya iki saatlıq və yaxud on gün ərzində bir neçə saatlıq bu ərazini tərk etməyi icazəli hesab edirlər. Onların bəzisi isə, tərk edilməsi icazəli olan zamanın müəyyənləşdirilməsini ürfün öhdəsinə qoymuşdur.[8]
İstinadlar
- ↑ Təbatəbai Yəzdi, Əl-ürvətul-vüsqa, h.q 1420, c.3, s.414
- ↑ Muəssiseye dairətul-məarif fiqhe İslami, Fərhənge fiqh, h.ş 1390, c.3, s.245
- ↑ Hürr Amuli, Vəsailuş-şiə, h.q 1416, c.8, s.470
- ↑ Muəssiseye dairətul-məarif fiqhe İslami, Fərhənge fiqh, h.ş 1390, c.3, s.245
- ↑ «تابلوی حد ترخص در ۵ محور قم نصب نشده است», Mehr xəbər agentliyi
- ↑ Təbatəbai Yəzdi, Əl-ürvətul-vüsqa, h.q 1420, c.3, s.463
- ↑ Təbatəbai Yəzdi, Əl-ürvətul-vüsqa, h.q 1420, c.3, s.624
- ↑ Bəni Haşim Xomeyni, Tozihul-məsaile mərace, c.1, s.719
Ədəbiyyat
- Bəni Haşim Xomeyni, Məhəmməd Möhsin, Tozihul-məsaile mərace, Qum
- «تابلوی حد ترخص در ۵ محور قم نصب نشده است», Mehr xəbər agentliyi
- Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə, Qum, h.q 1416
- Təbatəbai Yəzdi, Seyyid Məhəmməd Kazim, Qum, İslami nəşr müəssisəsi, h.q 1420
- Muəssiseye dairətul-məarif fiqhe İslami, Fərhənge fiqh, Qum, h.ş 1390