Məqtəl

wikishia saytından
(Məqtəl kitabları səhifəsindən yönləndirilmişdir)
Məqtəl

Məqtəl (ərəbcə: المقتل) – mühüm şəxsiyyətlərin qətlə yetirilməsinin və ya şəhid olmasının necəliyi haqqında olan bir növ tarixçilikdir. Şiələr arasında məqtəl yazma daha çox məsum İmamların (ə) və şiənin mühüm şəxsiyyətlərinin şəhadəti haqqındadır. Amma Kərbəla hadisəsi haqqında məqtəl yazmanın geniş yayıldığı üçün bu termin imam Hüseynin (ə) və dostları haqqında olan hadisələrin nəql edilməsinə həsr edilmişdir.

İmam Hüseyn (ə) haqqında olan məqtəllər adətən Peyğəmbərdən (s) və imam Əlidən (ə) Aşura hadisəsi haqqında öncədən verilən xəbərləri, imam Hüseynin (ə) sözlərini və məktublarını, imam Hüseynin (ə) yol yoldaşlarından Kərbəlada öldürülməyənlərin nəql etdiyi məsələləri, imam Səccadın (ə)xanım Zeynəbin (ə) Aşuradan sonrakı xütbələrini, şiə İmamlarının imam Hüseynin (ə) şəhadəti haqqında olan hədislərini və imam Hüseynin (ə) düşmənlərindən nəql olunan bir sıra məsələləri əhatə edir. Əsbəğ ibn Nubatə Mucaşii Aşura hadisəsi barəsində məqtəl yazan ilk şəxs hesab edilir. Əbi Mixnəfin yazdığı Məqtəlul-Hüseyn adlı məqtəl bu mövzuda yazılmış ən qədim əsərlərdən biridir.

3-cü və 4-cü h.q əsrində məqtəl yazma özünün pik həddinə çatdı. Lakin bundan sonra Səfəvilərin hakimiyyətə gəldiyi vaxta qədər məqtəl yazmada bir növ eniş müşahidə edilir və bu dövrdə yazılan əsərlər etibarsız və sənədisiz məlumatlarla qarışmışdır və nəticədə Kərbəla hadisəsinin təhrifinə səbəb olmuşdur. Molla Hüseyn Kaşifinin “Rövzətüş-şühəda” kitabını buna misal vurmaq olar. Səfəvilərin hakimiyyətə gəlməsi ilə Aşura mərasimlərinin rəsmiləşdirilməsinə və dəqiq mənbələrə istinad edilməyən və daha çox rövzə və əzadarlıq mərasimlərində istifadə edilmək və əzadarların ağlamasına şərait yaratmaq məqsədi ilə nəzərdə tutulan yeni məqtəllərin yazılmasına səbəb oldu. “İbtilaul-əvliya”, “İksirul-ibadət fi əsrariş-şəhadət” və “Muhriqul-qulub” əsərlərini buna misal vurmaq olar.

“Nəfəsul-məhmum” və “Məqtəle-camee-Seyyidiş-şuhəda” müasir məqtəllərdən sayılır.

Etimologiya

Tarixin mühüm şəxsiyyətlərinin şəhid olması və ya öldürülməsi haqqında olan məlumatları əks etdirən yazılı məruzələr məqtəl adlanır.[1] Məqtəl monoqrafiya əsasında yazılan bir növ tarixçilikdir. Hadisələrin monoqrafiyası mühüm hadisələrin qeydə alınması barəsində olan tarixi yazılardır. Bu cür yazılar adətən mühüm və əhvalatlarla dolu olan hadisələr barəsində yaranır və onları bütün xırdalıqları ilə nəq edir.[2]

“Məqtəl” sözü lüğətdə qətl yeri mənasındadır.[3]

Məqtəl yazmanın tarixçəsi

Şiələr tərəfindən yazılan ilk məqtəllər daha çox imam Əlinin (ə) şəhadəti barəsindədir.[4] Bəzi mənbələr, bir sıra alimlərin “Məqtəlu-Əmiril-Muminin” adlı müştərək başlıqlı on dörd məqtəlin adını qeyd etmişdir. Əbil-Həsən Bikrinin, Cabir Cofinin, Yəhya Bəhrani Yəzdinin və İbn Əbi Dunyanın əsərlərini buna misal olaraq göstərmək olar.[5]

İmam Həsənin (ə)imam Hüseynin (ə) şəhadətindən sonra şiələr arasında məqtlə yazma genişləndi. Əlbəttə bu gün “Məqtəlul-Hüseyn” adlı qədim kitabların yalnız ya adı qalmışdır ya da onların bir hissəsi sonrakı kitablarda nəql edilmişdir.[6]

Əhli beytdən (ə) savayı digər şəxsiyyətlərin vəfatı haqqında da məqtəllər yazılmışdır. Məhəmməd ibn Abdullah ibn Mehranın yazdığı Ömər ibn Xəttabın məqtəli,[7] Əbi Mixnəfin (vəfatı, h.q 157-ci il) yazdığı Abdullah ibn Zubeyrin məqtəli və Hücr ibn Ədinin məqtəli, Nəsr ibn Müzahim Kufinin (vəfatı, h.q 212-ci il) və Hişam Kəlbinin (vəfatı, h.q 204-cü və ya 209-cu il) yazdığı son iki qeyd olunan məqtəlin başlığı altında olan məqtəl, Hişam Kəlbinin yazdığı Rəşid və Meysəm və Cuvəyriyyə məqtəli və Əbdül-Əzizin (vəfatı, h.q 330-cu və ya 332-ci il) yazdığı Məhəmməd ibn Əbi Bəkr-in məqtəli bu qəbildəndir.[8]

İmam Hüseynin (ə) barəsində yazılan məqtəllər

Məşhur nəzərə əsasən Əsbəğ ibn Nubatə Mücaşiinin müəllifi olduğu “Məqtəlu-Əbi-Əbdillahil-Hüseyn” məqtəli imam Hüseynin (ə) şəhidliyi haqqında yazılmış ən qədim məqtəldir.[9] Əlbəttə Şeyx Səduqun Səvabul-əmal kitabında nəql etdiyi hədisə əsasən Əsbəğ ibn Nubatə imam Hüseynin (ə) şəhadətini dərk etmiş,[10] lakin Aşura hadisəsin xırdalıqları haqqında ondan heç nə nəql edilməmişdir. Bütün bunlara baxmayaraq bəzi araşdırmaçıların fikrincə Əsbəğin oğlu Qasim Aşura haqqında məqtəl yazmışdır.[11]

Məqtəl yazmanın 3-cü və 4-cü h.q əsrlərində özünün pik həddinə çatması məlumat verilir. Deyilənə görə 4-cü h.q əsrindən sonra məqtəl yazma azalmağa doğru getmişdir.[12] Bu məqtəllərdən bəzisi çap olunmuşdur, bəzisi isə dünyanın bir sıra kitabxanalarında saxlanılır, bəzisi isə aradan getmişdir.[13] Bəzi araşdırmaçıların fikrincə, zaman etibarı ilə bir çox məqtəllər aradan getmişdir. Onlar on dörd məqtəlin adını qeyd edirlər.[14]

Səkkizinci, doqquzuncu və onuncu h.q əsrlərində məqtəl yazmada eniş dövrü hesab edilir.[15] Bu dövrdə yazılan əsərlər ya Kərbəla hadisəsi haqqında olan ilkin əsərlərdən əldə edilən məlumatlar əsasında yazılmış yaxud da etibarsız və sənədsiz məlumatlarla qarışdırılmışdır.[16] Bu əsərlərdən bəzisi Kərbəla hadisəsinin təhrif olunmasında mühüm rola malik olmuşdur.[17] Misal olaraq 10-cu h.q əsrinin əvvəllərində yazılmış, Molla Hüseyn Kaşifinin (vəfatı, h.q 820-910) “Rövzətüş-şühəda” əsərini göstərmək olar.[18]

Səfəviyyə dövlətinin hakimiyyətə gəlişi ilə Aşura mərasimləri rəsmi olaraq qeyd edildi və eyni zamanda dəqiq mənbələrə söykənməyən məqtəllər yazıldı. Bu məqtəllər Aşura hadisəsini daha çox, qəm, müsibət və bəla bucağından rəvayət edirdilər. Bu əsərlərin çoxu rövzə və əzadarlıq məclislərində istifadə edilmək və insanların ağlamasına şərait yaratmaq məqsədi ilə yazılmışdır. “İbtilaul-əvliya”, “İzalətul-əvham fil-buka”, “İksirul-ibadət fi əsrariş-şəhadət” və “Muhriqul-qulub” kitabları onlardan bəzisidir.[19]

Fərhad Mirzə Motəmədud-dövlətin (h.q 1233-1305) dolu dəniz və kəsici qılınc mənasında olan “Qomqame zuxxar və səmsame bəttar” adlı məqtəli son neçə əsr ərzində yazılmış ən məşhur məqtəllərdən biridir.[20] Molla Məhəmməd Hüseyn ibn Məhəmməd Əli Yəzdinin müəllifi olduğu “Mühəyyicil-əhzan və muqidun-niran fi qulubi-əhlil-iman” adlı məqtəl də məşhur və etibarlı məqtəllərdən biridir.[21]

İmam Hüseyn (ə) haqqında yazılmış məqtəllərin etibarlığı

Rəsul Cəfəriyanın fikrincə 2-ci və 4-cü h.q əsrləri arasında yazılmış məqtəllər arasında yalnız beş kitab etibarlıdır:[22]

  • Əbi Mixnəf Lut ibn Yəhya Əzdinin (vafat, h.q 157) yazdığı “Məqtəlul-Huseyn” kitab.
  • İbn Sədin (h.q 168-230) “Təbəqatul-kubra” kitabının bir hissəsi olan “Tərcumətul-Huseyn (ə) və məqtəluh” kitabı.
  • Əhməd ibn Yəhya Bəlazərinin (h.q 2-3 əsr) “Ənsabul-əşraf” kitabının bir hissəsi olan İmam Hüseynin məqtəli kitabı.
  • Dinəvərinin (h.q 222-282) “əl-Əxbarut-tuval” kitabında Kərbəla hadisəsi haqqında olan hissə.
  • İbn Əsəmin (vəfat, h.q 320) “Futuh” kitabı.[23]

Onun sözlərinə görə, 5-ci hicri əsrindən sonra yazılan məqtəllər ya elə də etibarlı deyil yaxud da yuxarıda adları keçən beş məqtəldən götürülmüş məlumatları əhatə edir. Misal üçün, Təbərinin “Tarixul-uməm vəl-muluk” kitabında, Şeyx Mufidin “əl-İrşad” kitabında və Əbül-Fərəc İsfəhaninin “Məqatilut-talibin” kitabında gətirdikləri məlumatlar az-çox Əbi Mixnəfin məqtəlindən götürülən məlumatlardır. Xarəzminin “Məqtəlul-Huseyn” kitabında gələn məlumatlar əsas etibarı ilə İbn Əsəmin “Futuh” kitabından götürülmüşdür.[24] Həmçinin Seyyid İbn Tavus “Luhuf” kitabında daha çox Xarəzminin məqtəlindən istifadə etmişdir.[25]

İmam Hüseynin (ə) haqqında yazılan məqtəllərin məzmunu

Tarixçilərdən ibarət bir qrup araşdırmaçı, Məqtəlu Camei Seyyidiş-Şühəda (ə) kitabı

İmam Hüseynin (ə) barəsində yazılan məqtəllərin gətirdiyi bəzi mətləblər aşağıdakılardır:

  • Aşura hadisəsi haqqında Peyğəmbərin (s)imam Əlinin (ə) öncədən verdiyi xəbərlər
  • İmam Hüseynin (ə) hərəkətin başlanğıcından şəhid olana qədər məktubları və sözləri
  • İmam Hüseyn (ə) ilə birlikdə Kərbəlada olan lakin öldürülməyən yol yoldaşlarının nəql etdiyi sözlər[26]
  • İmam Səccadın (ə)Xanım Zeynəbin (ə) Kufə, ŞamMədinə səfərləri boyunca etdiyi xütbələr
  • İmam Hüseyn (ə) haqqında şiə İmamlarına aid edilən hədislər
  • İmam Hüseynin (ə) düşmənləri və müxaliflərinin Kərbəla hadisəsi haqqında nəql etdiyi məsələlər[27]

Müasir mühüm məqtəllər

Müasir dövrümüzdə (14-cü və 15-ci h.q əsrləri) olan bəzi mühüm məqtəllər aşağıdakıılardır:

  • Əbdür-Rəzzaq Müqərrəmin “ Məqtəlul-Huseyn” kitabı
  • Möhsin Əmin Amulinin “Ləvaiuc-əşcan fi məqtəlil-Huseyn” kitabı
  • Məhəmməd Baqir Mahmudinin “Əbəratul Mustəfəyn fi məqtəlil-Huseyn” kitabı
  • Mehdi Pişvayinin nəzarəti altında bir qrup tarix araşdırmaçılarının yazdığı “Məqtəle-camee-Seyyidiş-şuhəda” kitabı.
  • Seyyid Məhəmməd Hüseyn Tehraninin “Luməatul-Huseyn” kitabı[28]

İstinadlar

  1. Sahibi, Məqtəl və Məqtəlneqaran, h.ş 1373, s.31
  2. Yavəri, Məqtəlneqariye şieyan, s.10
  3. Muin, Fərhənge farsi
  4. Yavəri, Məqtəlneqariye şieyan, s.11
  5. Ağabozorq Tehrani, Əz-zəriə, c.22, s.29-31
  6. Yavəri, Məqtəlneqariye şieyan, s.11
  7. Ağabozorq Tehrani, Əz-zəriə, c.22, s.22
  8. Ağabozorq Tehrani, Əz-zəriə, c.22, s.31-35
  9. Ağabozorq Tehrani, Əz-zəriə, c.22, s.23-24
  10. Şeyx Səduq, Səvabul-əmal, h.q 1403, s.260
  11. Tarixçilərdən ibarət bir qrup araşdırmaçı, Məqtəlu Camei Seyyidüş-Şühəda (ə), h.ş 1389, c.1, s.46
  12. Tarixçilərdən ibarət bir qrup araşdırmaçı, Məqtəlu Camei Seyyidüş-Şühəda (ə), h.ş 1389, c.1, s.44-45
  13. Tarixçilərdən ibarət bir qrup araşdırmaçı, Məqtəlu Camei Seyyidüş-Şühəda (ə), h.ş 1389, c.1, s.44-45
  14. Məhəmməd Həmədani, Sarullah, h.ş 1389, s.141
  15. Rəncbər, Seyri və məqtəlnevisi, s.84
  16. Rəncbər, Seyri və məqtəlnevisi, s.84; Tarixçilərdən ibarət bir qrup araşdırmaçı, Məqtəlu Camei Seyyidüş-Şühəda (ə), h.ş 1389, c.1, s.105-112
  17. Tarixçilərdən ibarət bir qrup araşdırmaçı, Məqtəlu Camei Seyyidüş-Şühəda (ə), h.ş 1389, c.1, s.105-112
  18. Nuri, Lulu və Mərcan, h.ş 1388, s.252 və 220
  19. Cəfəriyan, Dərbareye mənabe tarixe Aşura, h.ş 1380, s.51-52
  20. Rəhimi, Qəmqame zəxxar dər tarixe vaqieye Kərbəla, s.28
  21. [1], ibna.ir saytı
  22. Cəfəriyan, Dərbareye mənabe tarixe Aşura, h.ş 1380, s.42
  23. Cəfəriyan, Dərbareye mənabe tarixe Aşura, h.ş 1380, s.42
  24. Cəfəriyan, Dərbareye mənabe tarixe Aşura, h.ş 1380, s.42
  25. Tarixçilərdən ibarət bir qrup araşdırmaçı, Məqtəlu Camei Seyyidüş-Şühəda (ə), h.ş 1389, c.1, s.102
  26. Tarixçilərdən ibarət bir qrup araşdırmaçı, Pejuheşi dər mətəlhaye farsi,, h.ş 1384, s.21-27
  27. Tarixçilərdən ibarət bir qrup araşdırmaçı, Pejuheşi dər mətəlhaye farsi,, h.ş 1384, s.21-27
  28. Tarixçilərdən ibarət bir qrup araşdırmaçı, Məqtəlu Camei Seyyidüş-Şühəda (ə), h.ş 1389, c.1, s.139-149

Ədəbiyyat

  • Tehrani, Ağabozorq, Əz-Zəriə ila təsanifiş-şiə, Beyrut
  • Cəfəriyan, Rəsul, Dərbareye mənabe tarixe Aşura, h.ş 1380
  • Rəhimi, Əbdür-Rəfi, Qəmqame zəxxar dər tarixe vaqieye Kərbəla, h.ş 1383
  • Rəncbər, Möhsin, Seyri dər məqtəlnevisi, h.ş 1386
  • Sahibi, Məhəmməd Cavad, Məqtəl və Məqtəlneqaran, h.ş 1373
  • Səduq, Məhəmməd ibn Əli, Səvabul-əmal, Beyrut, h.q 1403
  • Tarixçilərdən ibarət bir qrup araşdırmaçı, Məqtəlu Camei Seyyidüş-Şühəda (ə), h.ş 1389, İmam Xomeyni müəssisəsi
  • Muin, Məhəmməd, Fərhənge farsi
  • Nuri, Mirza Hüseyn, Lulu və Mərcan, Tehran, h.ş 1388
  • Yavəri, Məhəmməd Cavad, Məqtəlneqariye şieyan, h.ş 1386