Şam bazarı

wikishia saytından
Şam bazarı
Şam bazarı
Şam bazarı
MəkanDəməşq
Digər adlarıHəmidiyyə bazarı
Əlaqəli hadisələrYəzid ibn Müaviyənin əmri ilə Kərbəla əsirlərini orada dolandırdılar
VəziyyətiFəal (işlək)
SahəsiTəqribən 600 metr uzunluğu, 15 metr eni
İmkanlarıTicarət - Tarixi məkan
Yenidən qurulmasım.1780 (Osmanlı dövründə)



Şam bazarı (farsca: بازار شام) və ya Həmidiyyə bazarı Dəməşq şəhərində tarixi bir bazardır ki, Yəzid ibn Müaviyənin əmri ilə Kərbəla əsirlərinin orada dolandırdılar. Məhərrəm ayının əzadarlıq məclislərində o yad edilir. Şam bazarı Dəməşqin ən mühüm bazarıdır və şəhərin qədim hissəsində, böyük əməvi məscidinin yaxınlığında yerləşir.

Onun yerləşdiyi yer

Şam bazarı Dəməşqin ən mühüm bazarıdır ki, şəhərin qədim hissəsində yerləşir. Bu bazarın uzunluğu təxminən 600 metr, eni isə 15 metrdir.[1] Hündürlüyü səkkiz metrdir və onun sonunda böyük əməvi məscidi yerləşir.[2]

Onun hazırkı binası Osmanlı dövrünə aiddir; Sultan Əbdül-Həmid Osmani onu 1780-ci ildə iki mərtəbəli olaraq tikdirmiş və o vaxtdan sonra Həmidiyyə bazarı kimi tanınmağa başlamışdır.[3] Əlbəttə ki, bəzi farsca kitablarda onun Həmidiyyə adlandırılmasının səbəbi xanqah və ya Əhmədiyyə məktəbinin və həmçinin Həmidiyyə məscidinin orada olmasıdır.[4] Roma imperiyası dövrünə aid Yupiter məbədinin sütunlarının qalıqlarının hələ də onun sonunda qaldığı deyilir.[5] Şam bazarı zəvvarların və xarici turistlərin maraq göstərdiyi yerlərdən biridir və onlar adətən oranı ziyarət edirlər.

Kərbəla əsirlərinin dolandırılması

Aşura hadisəsindən sonra Yezid ibn Müaviyənin əmri ilə Şam şəhərini bəzəyib Kərbəla əsirlərini şəhərə gətirdilər.[6] Məşhurdur ki, Suriya xalqı tamaşa etdikləri halda, onlar əsirləri Dəməşq şəhərinin bazar və küçələrində dolandırırdılar.[7]

İmam Hüseynin (ə) əzadarlıq məclislərində onu çox yad edirlər.[8] Məhərrəm ayısəfər ayının ongünlüyündə Yezid məclisi və Şama daxil olmaq barədə oxunan rozada Kərbəla əsirlərinin Dəməşq şəhərinə və bazarına gəlişi və şamlıların onlarla rəftarından bəhs edilir. İranın bəzi şəhərlərində Şam bazarının təziyə mərasimi də  keçirilir.

Fars ədəbiyyatı

Fars ədəbiyyatında və atalar sözlərində Şam bazarı çox izdihamlı bir yerə işarədir.[9] Həmçinin məhərrəmin əzadarlıq məclislərində və dini şeirlərdə də o çox xatırlanır.[10]

İstinadlar

  1. Qaidan, Əmakine səyahəti və ziyarətiye Dəməşq, h.ş 1388, s.53
  2. سوق الحمیدیه, Qədimi Dəməşq
  3. سوق الحمیدیه, Qədimi Dəməşq
  4. Qaidan, Əmakine səyahəti və ziyarətiye Dəməşq, h.ş 1388, s.53
  5. Qaidan, Əmakine səyahəti və ziyarətiye Dəməşq, h.ş 1388, s.53
  6. Muqərrəm, Məqtəlul-Hüseyn, h.q 1426, s.366-367
  7. Mühəddisi, Fərhənge Aşura, h.q 1388, s.74
  8. Şəhidi, Bazare Şam, c.3, s.34
  9. Dəhxoda lüğətnaməsi, Bazar sözünün şərhində
  10. Şəhidi, Bazare Şam, c.3, s.34

Ədəbiyyat

  • دمشق القدیمه, Həmidiyyə bazarı
  • Dəhxoda, Əli Əkbər, Dəhxoda lüğətnaməsi
  • Şəhidi, Ğulamöhsin, Bazare Şam, Şəhid Səid Muhibbi nəşriyyatı, Tehran, h.ş 1380
  • Qaidan, Əsğər, Əmakine səyahəti və ziyarətiye Dəməşq, Dəməşq, Məşər, h.ş 1388
  • Mühəddisi, Cavad, Fərhənge Aşura, Qum, Məruf nəşri, 13-cü çap, h.q 1388
  • Muqərrəm, Əbdür-Rəzzaq, Məqtəlul-Hüseyn (ə), h.q 1426 \ m. 2007