Tuveyric əzadarlığı

wikishia saytından
Tuveyric əzadarlığı
Tuveyricin Aşura günü əzadarlığı
Tuveyricin Aşura günü əzadarlığı
Keçirilmə zamanı10 Məhərrəm
Keçirilmə məkanıTuveyric şəhərinin əsas yolundan İmam Hüseynin (ə) hərəminə kimi
DualarLəbbeyk Ya Hüseyn - Va Hüseyna - Va vəyl ələl-Abbas


Tuveyric əzadarlığı (ərəbcə: عزاء طويريج) Aşura günü Tuveyric əhalisinin yaşadıqları şəhərdən İmam Hüseynin (ə) hərəminə qədər olan illik əzadarlıq mərasimidir. Bu mərasim tez-tez Harvala formasında həyata keçirilir. Əzadarlar Tuveyricdən Kərbəlaya 20 km-lik yolda “Vay Hüseyn”, “Ləbbeyk ya Hüseyn” və “Vaveylə ələl-Abbas” kimi şüarlar səsləndirirlər. Əllamə Bəhrul Ulumun (vəfatı: hicri 1212-ci il) tuveyric dəstəsinə daxil olduğu və bunun səbəbi olaraq İmam Mehdinin (ə.f.) bu dəstədə müşahidə etməsi söylənilsə də, digər tərəfdən də bu hadisənin baş verməsi haqqında tərəddüdlər də var.

Bəziləri Seyid Saleh Qəzvinini (vəfatı: hicri 1304-cü il) Tuveyricin yürüş şəklində əzadarlıq mərasiminin ilk təşkilatçısı hesab edirlər. Amma bəziləri Tuveyric əzadarlığında sürətli yürüşün mənşəyini 300 ildən çox əvvələ aid edir və bunu hicri 61-ci ildə bu cür sürətli yürüş edən Bəni Əsəd şəhərinin kişilərinin İmam Hüseynin (ə) dəfni üçün etdikləri yürüşün simvolu kimi qeyd edirlər. 1992-ci ildə İraq BƏƏS Partiyası onun icrasını qadağan etdi, lakin xalq bu yürüşün keçirilməsində israrlı oldu və bu, iştirakçıların həbs edilərək edam edilməsinə səbəb oldu. Bu mərasimin keçirilməsi 2004-cü ildə Səddam rejiminin süqutundan sonra yenidən bərpa edildi.

Əhəmiyyətli hissəsini iranlıların təşkil etdiyi İraqdan və xaricdən yüz minlərlə insanın iştirak etdiyi Aşura günündə bütün dünyada İmam Hüseyn üçün ən böyük matəm mərasimi Tuveyric matəm mərasimi elan edilmişdir.

Tuveyric dəstəsi

Tuveyric dəstəsinin yürüşü dünyada Aşura günündə İmam Hüseyn (ə) üçün ən böyük əzadarləq mərasimi adlandırılmışdır[1] və bu mərasimin dünyanın ən böyük insan toplanan məclislərindən biri olduğu da söylənilir.[2] Səddam rejiminin süqutundan sonra, İraqdan və xaricdən, çox hissəsi iranlı olan neçə milyonlar Tuveyricin əzadarlıq mərasimində iştirak edirlər.[3]

Aşura günü səhər saatlarında Tuveyric əzadar dəstəsi Kərbəlanın 20 kilometrliyində yerləşən Tuveyric şəhərindən İmam Hüseynin (ə) hərəminə doğru hərəkət edir və günortadan əvvəl Kərbəlanın iki kilometrliyində yerləşən Qantərətus-Səlam adlı şəhərdə zöhr və əsr namazlarını qılmaq üçün dayanırlar. Yolda Kərbəlaya daxil olmaq niyyətində olan insanlar və karvanlar da bu dəstə ilə müşayiət olunur. Əzadarlıq qrupu Kərbəlaya daxil olduqdan sonra əvvəlcə xeymələrə daxil olub, sonra İmam Hüseyn (ə)Həzrət Abbasın (ə) hərəminə daxil olurlar.[4]

Bu mərasim hər il günortaya qədər davam edir və bu mərasimdə iştirak edən sonuncu dəstə təhlükəsizlik qüvvələri və iraqlı qadınlardır.[5]

Qaçış mərasimi

“Tuveyric qaçışı” bu növ əzadarlığa aiddir; Əzadarlar başları və ayaqları yalın, qaçaraq (qaçaraq) İmam Hüseynin (ə) hərəminə doğru hərəkət edirlər.[6] Bu növ əzadarlığın 150 ilə yaxın tarixi var.[7]

Şüarlar

Əzadarlar yolda və İmam Hüseynin (ə) və Həzrət Əbəlfəzlin (ə) hərəmlərinə daxil olarkən “Vay Hüseyn”, “Ləbbeyk ya Hüseyn”, “ya Ləsarətil-Hüseyn” Ləbbeyk Daiyallah”, “Əbəd vallah ma nansə Huseyn” (and olsun Allaha son nəfəsimə kimi İmam Hüseyni unutmaycağam”,”Ya Abbas ci Bilmai Lisəkinə” (Ya Abbas (ə), Səkinə üçün su gətir), “əl-yəvm əl-yəvm Naəzzi Fatimə” (bu gün Fatiməyə (s) başsağlığı veririk), və “Vaveyla ələl-Abbas kimi şüarlar səsləndirərək başlarına vururlar.[8]

Tuveyric mərasiminin əsası

Bəzi mənbələrə görə, Tuveyric yürüşünün yaranması və dəstənin qaçış şəklində hərəkəti Seyid Saleh Qəzvini tərəfindən olmuşdur. O, iki il Məhərrəm ayının ongünlüyündə İmam Hüseyn (ə) üçün əzadarlıq yeri olan Tuveyricdə evini düzəltmişdi. Aşura gününün səhəri Seyid Saleh on minlərlə insan iştirak edərkən Seyid İbn Tavusun yazdığı məqtəli oxudu və səhər yeməyini yedikdən sonra piyada Kərbəlaya doğru yola düşdülər.[9] Babəl-Tuveyric məntəqəsinə (Kərbəlanın giriş qapılarından biri) çatanda günorta namazını qıldılar və sonra İmam Hüseyn (ə) və Həzrət Abbasın (ə) hərəmlərinə doğru qaçış mərasimini icra etdilər.[10] Günortadan əvvəl İmam Hüseynin (ə) şəhadəti olan vaxtı zəvvarlar Kərbəlaya piyada daxil oldular, lakin Seyid Saleh minlərlə zəvvar arasında gəzirdi. Bu üsul, Seyid Saleh hicri 1304-cü ildə vəfat etdikdən sonra onun övladları arasında da icra edilmişdir. O vaxtdan qəməri 14-cü əsrin son onilliyinə qədər Tuveyric yürüşünə Seyid Saleh nəslindən olanlar rəhbərlik edirdi.[11]

Bu mərasim 1991-ci ilə qədər davam etdi. 1992-ci ildə İraq BƏƏS Partiyası onun davam etməsini qadağan etdi, lakin xalq bu bu yürüşün keçirilməsində israrlı oldu və bu, iştirakçıların həbs edilərək edam edilməsinə səbəb oldu. Bu mərasimin bərpası 2004-cü ildə Səddam rejiminin süqutundan sonra bərpa edildi.[12]

300 il tarixi iddiasi

Seyid Saleh Şəhriştani (hicri 1395-ci ildə vəfat edib) “Tarixun-Niyahə” kitabında Tuveyric yürüşünün üç əsrdən artıq qurulduğuna inanır və iştirakçılar hicri 61-ci il Aşura günündə Bəni Əsəd hərəkatının simvolunu icra etdiklərinə inanırlar.[13]

İmam Məhdinin (ə.f) Tuveyric dəstəsində iştirak hadisəsi

İmam Mehdinin (ə.f) Tuveyric əzadarlıq mərasimində iştirakı ilə bağlı məşhur rəvayətlərdən biri Seyid Mehdi Bəhrul-Ulumun (vəfatı: 1212-ci hicri) sözlərinə əsaslanır. “İmam Zaman və Seyid Bəhrul Ulum” kitabında deyildiyinə görə, hicri 1333-cü ildə Nəcəfdə şiə alimlərindən biri Tuveyric əzadarlıq mərasimində iştirakının səbəbini Əllamə Bəhrul Ulumun bu mərasimdə iştirakı hesab etmişdir və deyir ki, o, digər sinə vuranlar kimi libasını çıxarıb sinə vurdu, əzadarlıq bitəndən sonra ondan niyə belə bir şey etdiyini soruşanda və bu suala cavab olaraq 12-ci imamı bu mərasimdə görməsini bildirmişdir.[14] Bu əhvalat bir neçə mənbədə qeyd edilmişdir.[15]

“Tarixun-Niyah” kitabının (14-cü əsrdə yazılmışdır) müəllifi belə hesab edir ki, Bəhrul-Ulumun “Tuveyric” dəstəsində İmam Mehdinin (ə.f) görməsi yuxuda baş vermişdir.[16]

İmam Mehdinin Tuveyricdə (ə) əzadarlıq etməsi ilə bağlı şübhələr

Deyilənə görə İmam Zamanın Tuveyric mərasimində iştirak etməsi İmam Mehdi (ə) və Seyid Bəhrul Ulum haqqında heç bir yazılı mənbədə qeyd olunmamışdır.[17] Həmçinin qeyd olunmuşdur ki, Tuveyric əzadarlığının hicri 1303-cü ildən və Seyid Mehdi Bəhrul Ulumun vəfatının qəməri olmasına diqqət yetirsək, bu hadisənin həqiqətə uyğun olmadığınə görərik. Əgər bu hadisə isbat olunarsa, bu hadisədəki şəxsin Bəhrul Ulumun nəvələrindən olduğunu ehtimal etmək olar.[18]

Bəhrul-Ulumun tələbəsi, onun fəzilət və fəzilətləri haqqında risalə yazan Məhəmməd Kazım Həzərcəribi (vəfatı: 1259 h.q.)[19] deyir ki, Seyid Bəhrul-Ulumun İmamı (ə.f) görməsi hadisəsi mənim üçün sübuta yetirilməyib.[20]

İstinadlar

  1. نگاهی به عزای طويريج، بزرگترين عزای حسينی در جهان, imamhussain.org saytı
  2. برگزاری بزرگترین مراسم عزاداری جهان در روز شهادت حضرت سید الشهدا(علیه السلام) در کربلای معلی , imamhussain.org saytı
  3. https://www.mashreghnews.ir, irna.ir saytı
  4. نگاهی به عزای طويريج، بزرگترين عزای حسينی در جهان, imamhussain.org saytı
  5. https://www.iribnews.ir/fa/news/353651, iribnews.ir
  6. https://www.mashreghnews.irmashreghnews.ir saytı
  7. https://www.irna.ir/news, irna.ir saytı
  8. Ənsari, https://www.khabaronline.ir, khabaronline.ir saytı
  9. Qəzvini və Rezayi, Mukebe əzadariye Tuveyric və nəqşe Seyyid Saleh Hüseyni Qəzvini vər əhya və tədavume an, s.2-3
  10. https://www.irna.ir/news, irna.ir saytı
  11. Qəzvini və Rezayi, Mukebe əzadariye Tuveyric və nəqşe Seyyid Saleh Hüseyni Qəzvini vər əhya və tədavume an, s.2-3
  12. https://imamhussain.org , imamhussain.org saytı
  13. Şəhristani, Tarixun-niyahe, c.2, s.45
  14. Rəfii, İmam Zaman (ə.f) və Seyyid Bəhrul-ulum, h.ş 1386, s.194-197
  15. https://imamhussain.org/persian/10823, imamhussain.org saytı
  16. Şəhristani, Tarixun-niyahe, c.2, s.45
  17. https://www.pasokh.org/fa/Question/View/12748, pasokh.org saytı
  18. http://abbasdavudi.ir, abbasdavudi.ir saytı
  19. Həzərcəribi, Fəzail və kəraməte Əllamə Seyyid Məhəmməd Mehdi Bəhrul-ulum, h.ş 1397, s.33
  20. Həzərcəribi, Fəzail və kəraməte Əllamə Seyyid Məhəmməd Mehdi Bəhrul-ulum, h.ş 1397, s.50

Ədəbiyyat