Bir mudd təam

wikishia saytından
(Mudd təam səhifəsindən yönləndirilmişdir)


Bir mudd təam (ərəbcə: مد طعام) 750 q un, buğda, düyü və xurmadan ibarət yeməyə deyilir. Bu, fiqhdə orucun fidyə və kəffarəsinin miqdarının ölçü vahididir.

Şiə fəqihlərinin fətvasına əsasən, qocalıq və ya xəstəliklə əlaqədar olaraq ramazan ayında oruc tuta bilməyənlər, eləcədə özləri və ya övladları üçün oruc tutmağın zərərli olacağından qorxan hamilə və yaxud körpəyə süd verən qadınlar, bu üzrləri növbəti ramazan ayınadək davam etdiyi təqdirdə, fidyə məqsədi ilə hər gün üçün bir mudd yemək yoxsula verməlidirlər. Həmçinin, ramazan ayının orucunu din baxımdan üzrlü sayılan səbəblərə görə, məsələn, səfərdə olduğuna görə tuta bilməyənlər, üzr aradan qalxandan sonra həmin orucların qəzasını növbəti ilin ramazan ayına qədər tutmadıqları təqdirdə, hər gün üçün bir mudd yemək təxirəsalma kəffarəsi adı ilə yoxsula verilməlidirlər.

Ehram halında bəzi haram sayılan işləri etməyin kəffarəsi də bir mudd yeməkdir.

Məfhumu və əhəmiyyəti

Fəqihlərin məşhur rəyinə əsasən, bir muddun miqdarı 750 q-dır və yeməkdə məqsəd isə buğda, düyü, xurma, un və s. oxşar şeylərdir.[1] Başqa qrup müctəhidlərə görə isə, bir muddun miqdarı 719 q və ya 153, 5 misqaldır.[2] Bəzi müctəhidlərə görə isə, bir mudd 900 q-dır.[3]

Mudd fiqhdə kəffarələrin miqdarının ölçü vahididir və bu haqda oruc,[4] zihar, həcc, ehramda haram olan əməllər[5]kəffarələr bölümündə söz açılır.

Fidyənin ölçü vahidi

Fidyə və ya təxirəsalma kəffarəsi oruc tutmamağın əvəzində ödənilir.[6] Orucun fidyəsi olaraq yoxsullara bir və iki mudd yemək ödənilməsi lazım olan hallar:[7]

  • Növbəti ilin ramazan ayına qədər ramazan ayının qəza orucunu təxirə salmaq: ramazan ayının orucunun qəzasını növbəti ilin ramazan ayına qədər din baxımdan üzürsüz səbəblərə görə təxirə salan şəxs, hər günün orucuna görə bir mudd yemək yoxsula verməlidir.[8]
  • Hamilə və yaxud körpəyə süd verdiyinə görə oruc tutmağın onun özü və ya bətnindəki körpə üçün zərərli olacağından qorxan qadınlar;[9]
  • Susuzluq (ətəş) xəstəliyi üzündən oruc tuta bilməyən adamlar.[10]
  • Oruc tuta bilməyən və yaxud oruc tutmaq onlar üçün çox çətin olan qocalar.[11]

Hökümlər

Yuxarıda qeyd edillən hallarda bir və yaxud iki mudd yemək öndənilməsinin vacib olması haqqında yekdil rəy yoxdur,[12] hərçənd iki mudd yemək vermək ehtiyata müvafiq sayılır.[13] Buna rəğmən, müctəhidlər bir mudd yemək verməyi kafi hesab edirlər.[14] Habelə, müctəhidlərin rəyinə əsasən, bir mudd yeməyin məbləğini ödmək kafi deyil, yeməyin özü yoxsula verilməlidir. Lakin yoxsul şəxsin həmin məbləğlə özünə yemək alacağına əmin olduğu təqdirdə vermək olar.[15]

Kəffarələrin ölçü vahidi

Həmçinin, ehram halında bəzi haram işləri yerinə yetirməyin kəffarəsi olaraq bir mudd yemək nəzərdə tutulmuşdur:

  • Ehram halında sərçə öldürmək;[16]
  • Ehram halında ümumilikdə on dırnaqdan az olan dırnaq tutmaq;[17]
  • Əhd və nəziri pozmağın kəffarəsini ödəyə bilməmək.[18]

Habelə, bildirilir ki, gündəlik namazların nafiləsinin qəzasını yerinə yetirməyə çətinlik çəkən şəxs, həmin namazların savabından bəhrələnmək məqsədi ilə yoxsula bir mudd yemək verə bilər.[19]

İstinadlar

  1. Bəni Haşim Xomeyni, Tozihul-məsaile mərace risaləsi, c.1, s.928
  2. Şerani, Təbsirətul-mutəllimin, h.q 1419, c.1, s.103
  3. Bəni Haşim Xomeyni, Tozihul-məsaile mərace risaləsi, c.1, s.928
  4. Əllamə Məclisi, Bisto pənc risaləye farsi, h.q 1412, s.393
  5. Əllamə Hilli, İrşadul-əzhan, h.q 1410, c.1, s.319
  6. Sədr, Ma vəraul-fiqh, h.q 1420, c.9, s.120
  7. Sədr, Ma vəraul-fiqh, h.q 1420, c.9, s.120
  8. Həkim, Mustəmsəkul-urvətil-vüsqa, h.q 1416, c.8, s.496
  9. Həkim, Mustəmsəkul-urvətil-vüsqa, h.q 1416, c.8, s.449
  10. Nəraqi, Təzkirətul-əhbab, h.q 1425, s.147
  11. Nəcəfi, Məcməur-rəsail, h.q 1415, s.434; Nəraqi, Təzkirətul-əhbab, h.q 1425, s.146
  12. Əllamə Məclisi, Bisto pənc risaləye farsi, h.q 1412, s.393
  13. Həkim, Mustəmsəkul-urvətil-vüsqa, h.q 1416, c.8, s.447-451
  14. Bəni Haşim Xomeyni, Tozihul-məsaile mərace risaləsi, c.1, s.948
  15. «کفاره روزه و مقدار آن‏», khamenei.ir saytı
  16. Əllamə Hilli, İrşadul-əzhan, h.q 1410, c.1, s.319
  17. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.271
  18. Məkarim, Əl-Fətaval-cədidə, h.q 1427, c.2, s.326
  19. Nəraqi, Tuhfəhu Rəzəviyyə, h.q 1426, s.460

Ədəbiyyat

  • Bəni Haşim Xomeyni, Məhəmməd Həsən, Tozihul-məsaile mərace risaləsi, Qum
  • Həkim, Seyyid Möhsin, Mustəmsəkul-urvətil-vüsqa, Qum, Darut-təfsir, h.q 1416
  • Şerani, Əbul-Həsən, Təbsirətul-mutəllimin, Tehran, Mənşurate İslamiyyə, h.q 1419
  • Sədr, Seyyid Məhəmməd, Ma vəraul-fiqh, Beyrut, h.q 1420
  • Əllamə Hilli, Həsən ibn Yusif, İrşadul-əzhan ila əhkamil-iyman, h.q 1410, Qum
  • Əllamə Məclisi, Məhəmməd Baqir ibn Məhəmməd Təqi, Bisto pənc risaləye farsi, Qum, h.q 1412
  • Mühəqqiq Hilli, Cəfər ibn Həsən, Şəraiul-İslam, İsmailiyyan müəssisəsi, h.q 1408
  • Məkarim Şirazi, Nasir, Əl-Fətaval-cədidə, Düzəliş: Əbül-Qasim Nejadi və Kazim Xaqani, Qum, İmam Əli (ə) mədrəsəsi, h.q 1427
  • Nəcəfi, Məhəmməd Həsən, Məcməur-rəsail, məşhəd, Sahibəz-Zəman (ə.f) müəssisəsi, h.q 1415
  • Nəraqi, Əhməd ibn Məhəmməd Mehdi, Təzkirətul-əhbab, Qum, h.q 1425
  • Nəraqi, Məhəmməd Mehdi, Tuhfəhu Rəzəviyyə, Qum, h.q 1426